QABAN

is. Vəhşi donuzun erkəyi. Qaban əti. Qaban ovu. Çöl donuzuna qaban da deyilir.
– Kənddən bir dənə biyar araba gətirib, qabanın cəmdəyini içinə yıxıb, özüm də üstündə yola düşdüm. Ə.Haqverdiyev.

// məc. Kobud, yekə cüssəli, yöndəmsiz və qüvvətli adam haqqında.
Ərdovdu, qabandı, qoyma gəldi; Didarı yamandı, qoyma gəldi! M.Ə.Sabir.

◊ Qabana dönmək1) həddindən artıq yekələnmək, kökəlmək, güclənmək;
2) vəhşiləşmək, azğınlaşmaq; son dərəcə qəzəblənmək, hiddətlənmək.
Dönüb qabanapələngə, polis idarələri; Girib bu xalq ilə cəngə polis idarələri. Ə.Nəzmi.

Yaralı qabana dönmək – bax qabana dönmək 2-ci mənada.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QABAN QABAN (vəhşi donuz) Kənddən ..araba gətirib, qabanın cəmdəyini içinə yığıb, özüm də üstündə yola düşdüm (Ə

Etimologiya

  • QABAN Belə mülahizə var ki, bu söz qabarmaq feili ilə kökdaş olub, “çöl donuzu” deməkdir. Adamın üstünə qabardığı (hücum etdiyi) üçün belə adlanıb
QABALIQ
QABAR

Digər lüğətlərdə