QABAQ₁
1. bot. Qarpız, qovun və xiyar cinsindən, yerə yayılan iriyarpaqlı bir bitkinin uzunsov, ya girdə, sarımtıl və ya yaşıl meyvəsi; balqabaq, kudu. Qabaq tağı şamama verməz. ( Ata. sözü ).
2. məc. dan. Dadsız, tamsız qovun, qarpız və s. haqqında. Bir qovun kəsdik, lap qabaq çıxdı.