QABAQCIL

sif.
1. Ən şüurlu, ən gözüaçıq, ən təşəbbüslü; işdə, mübarizədə hamıdan irəlidə gedən, ən fəal. Cəmiyyətin ən qabaqcıl adamları.
[“Dəbistan”] ilk məktəbli jurnalının bağlanması qabaqcıl elm, maarif xadimlərini, vətənpərvər ədib və şairləri kədərləndirmiş, bir çox ədəbi-bədii əsərin başlıca obyektinə çevrilmişdir. Hophopnamə”.

// İs. mənasında. Neft sənayesi qabaqcılları. Kənd təsərrüfatı qabaqcılları. İstehsalat qabaqcıllarının müşavirəsi.
2. Öz inkişafına görə o birilərindən daha yüksək səviyyədə olan, ən mütərəqqi, ən irəlidə gedən. Qabaqcıl elm. Qabaqcıl nəzəriyyə.
– Qabaqcıl ziyalılarda bir ruh yüksəkliyi, coşqunluq, ümid hiss edilirdi. A.Şaiq.
Həsənbəy Zərdabi dövrünün qabaqcıl adamı və Azərbaycan torpağının atəşin vətənpərvəri idi. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QABAQCIL 1. QABAQCIL ..Kəndimizin bugünkü qabaqcıl adamlarının ürəyini döyündürən bu ehtiraslı duyğular müqəddəsdir (M
  • QABAQCIL mütərəqqi
  • QABAQCIL fəal
  • QABAQCIL şüurlu — gözüaçıq — təşəbbüslü

Antonimlər (əks mənalı sözlər)

  • QABAQCIL QABAQCIL – MÜHAFİZƏKAR Qabaqcıl ziyalılarda bir ruh yüksəkliyi, coşqunluq, ümid hiss edilirdi (A.Şaiq); Öz əqidəsinə görə çox mühafizəkar adamdır (Ə
QABAQCADAN
QABAQCILLIQ
OBASTAN VİKİ
Qabaqcıl (qəzet)
Oğuz səsi — Şahbuz rayonunda nəşr olunan qəzet. == Tarixi == Qəzet 1936-cı ildə "Sosializm maldarlığı" adı ilə nəşr olunmağa başlayıb. Yarandığı ilk günlərdən rayonun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı ilə bağlı olub. Qəzet o dövrkü sovet cəmiyyətində sosializm ideyalarının təbliğinə, sosialist iqtisadiyyatının yaranmasına, yeni mənəvi-əxlaqi dəyərlərin meydana gəlməsinə xidmət edib. 1963-cü ildə Şahbuzun bir rayon kimi ləğv edilməsinə qədər "Sosializm maldarlığı" adı ilə nəşr olunan qəzet 3 il sonra – rayon yenidən yaradılanda "Qabaqcıl" adı ilə nəşr olunmağa başlayıb. 1991-ci ilin sentyabrından isə yeni ictimai-siyasi vəziyyətlə – yəni sovet quruluşunun ləğv olunması ilə qəzetin adı dəyişdirilərək "Oğuz yurdu" qoyulmuşdur, 1992-ci ildə isə qəzetin adı müəyyən səbəblərdən yenidən dəyişdirilmiş və "Oğuz səsi" adı ilə nəşrinə başlanılmışdır.Qəzetin ilk redaktoru Rəzzak Babayev, sonrakı redaktorları Abbas Rəcəbli, Müseyib Mehdiyev, Mənaf Xudiyev, Bayram Qurbanov, Əsəd Quliyev, Əhməd Əhmədov, Aslan Bağırov, Elşən Məmmədov, Tahir Fərzəliyev, İmran Məmişov olmuşdur. Bir vaxtlar rayonda savadsızlığın ləğv olunması uğrunda ciddi mübarizə aparan qəzetin sonradan böyük müəlliflər ordusunun yaranmasında, alimlərin, şairlərin, yazıçıların yetişməsində özünəməxsus rolu olmuşdur. Allahverdi Həziyev, Güllü Məmmədova, Xeyrulla Abbasov, Əhməd Məmmədov, Xanlar Səfərəliyev, Çərkəz Məhərrəmov, Şirzad Quliyev, Şəhla Nəbiyeva, Bağdagül Əsgərova, Minayə Abdullayeva və başqaları qəzetin ən tanınmış yazarlarıdır. Uzun illər qəzetin tərkibində "Qönçə", hazırda isə "Məmməd Araz" adı ilə fəaliyyət göstərən ədəbi birlikdə onlarla şair yetişmiş, onların şeirləri xüsusi almanaxlarda dərc edilmişdir. 2003-cü ildə tədqiqatçı Əbülfəz Muxtaroğlunun redaktorluğu ilə nəşr olunan "Zorbulağın zümzüməsi" ədəbi almanaxında "Oğuz səsi" qəzetində fəaliyyət göstərən "Məmməd Araz" ədəbi birliyində toplaşan şahbuzlu yazarların şeirləri toplanmışdır.
Qabaqcıl Sovxozda (1955)
== Məzmun == Kinooçerk Azərbaycan SSR-in maldarlıq sovxozlarından birinin qabaqcıl iş üsullarından söhbət açır.
Qabaqcıl şifrləmə standartı
Qabaqcıl şifrləmə standartı– elektron məlumatları qorumaq üçün istifadə edilən, ABŞ hökuməti tərəfindən bəyənilmiş şifrləmə alqoritmini müəyyən edir (2000-ci ildən qüvvədədir). AES alqoritmi informasiyanın şifrlənməsi və deşifrlənməsi üçün simmetrik blok şifridir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Qabaqcıl Elmlər Politexnik İnstitutu
Qabaqcıl Elmlər Politexnik İnstitutu (IPSA; fr. Institut polytechnique des sciences avancées) — Fransaın Cənub-Pireneylər bölgəsində, Tuluza şəhərində yerləşir, aviasiya ixtisaslaşan özəl universitetdir. O IONIS Education Group üzvüdür. == Tarix == Institut polytechnique des Sciences Appliquées 1961-ci ildə aviasiya sektorundan gələn və Parisdə məskunlaşmış üç mühəndis Mişel Kazin, Moris Pradier və Pol Lefort tərəfindən yaradılmışdır. 2001-ci ildə adı Institut polytechnique des sciences avancées olaraq dəyişdirildi. 2007-ci ildə o, Tuluzada bölgədəki mühüm aviasiya sənayesindən qorunan törəmə müəssisəsini açdı.Fransa hökuməti 2005-ci ildə məktəbin məzunlarına "Aeronaviqasiya və kosmik sistemlərin mühəndisliyi üzrə ekspert" adını tanıdı və 2011-ci ildə Komissiya des titres d'ingénieur instituta mühəndis adının verilməsinə icazə verdi. Bu mühəndislik ixtisasının ilk məzunları 2013-2014-cü tədris ilinin sonunda təhsillərini başa vurmuşlar. Məktəb iki illik hazırlıq dövrü və üç illik təkmilləşdirmə dövrü təklif edir: "Telekommunikasiya sistemləri", "Botda hesablamalar", "Elektromexaniki sistemlər", "Mexanika və konstruksiyalar", "Enerji və hərəkət". Məzunlar məktəbi "Aeronaviqasiya Sistemləri və Spatiaux Mühəndisliyi üzrə Ekspert" rəsmi adı ilə tərk edirlər.2017-ci ildən məktəb həmçinin Aeronavtika üzrə bakalavr və yay məktəbi təklif edir. == Qabaqcıl Elmlər Politexnik İnstitutunun məşhur məzunları == Eric Boullier (1999), hakim simaları Lotus F1 Team.
Qabaqcıl Traktor Briqadasında (1953)
== Məzmun == Elmi-kütləvi filmdir. Burada qabaqcıl traktor briqadasının təsərrüfat işlərində elmin yeni nailiyyətlərindən səmərəli istifadə etməsindən danışılır.
Qabaqcıl sovxozda (film, 1955)
== Məzmun == Kinooçerk Azərbaycan SSR-in maldarlıq sovxozlarından birinin qabaqcıl iş üsullarından söhbət açır.
Qabaqcıl traktor briqadasında (film, 1953)
== Məzmun == Elmi-kütləvi filmdir. Burada qabaqcıl traktor briqadasının təsərrüfat işlərində elmin yeni nailiyyətlərindən səmərəli istifadə etməsindən danışılır.
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (kor. 카이스트) və ya qısaca KAIST (ing. Korea Advanced Institute of Science and Technology) — Koreya Respublikasının Dəjeon şəhərinin Yuseonq rayonunda Daedeok elmi şəhərciyində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1971-ci il fevralın 16-da Koreyada qəbul edilmiş xüsusi qanuna əsasən, elm və texnika üzrə mütəxəssislər hazırlayan Koreya Qabaqcıl Elmlər İnstitutu yaradılır. Tələbələr bu ali məktəbə xüsusi müsabiqə yolu ilə qəbul edilirlər. Buraya qəbul olunan tələbələr hərbi xidmətdən azad olunur, lakin məzunların qarşısında institutu bitirdikdən sonra 5 il Koreya Respublikasını tərk etməmək qadağası qoyulur. Bu qadağa ölkədən "beyin axını"nın qarşısını almaq məqsədi ilə edilir. 1973-cü ildən institutda ilk dəfə olaraq magistr səviyyəsi üzrə tələbələr qəbul edilir, iki il sonra avqustun 20-də isə ilk magistr diplomu verilir. Həmin il sentyabrın 12-də doktorantura pilləsinə ilk qəbul aparılır, 1978-ci il avqustun 19-da isə ilk doktorluq diplomları təqdim olunur. 1980-ci illərdə Koreya Qabaqcıl Elmlər İnstitutunun fəaliyyətində bir sıra böyük dəyişikliklər baş verir.
Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (kor. 카이스트) və ya qısaca KAIST (ing. Korea Advanced Institute of Science and Technology) — Koreya Respublikasının Dəjeon şəhərinin Yuseonq rayonunda Daedeok elmi şəhərciyində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1971-ci il fevralın 16-da Koreyada qəbul edilmiş xüsusi qanuna əsasən, elm və texnika üzrə mütəxəssislər hazırlayan Koreya Qabaqcıl Elmlər İnstitutu yaradılır. Tələbələr bu ali məktəbə xüsusi müsabiqə yolu ilə qəbul edilirlər. Buraya qəbul olunan tələbələr hərbi xidmətdən azad olunur, lakin məzunların qarşısında institutu bitirdikdən sonra 5 il Koreya Respublikasını tərk etməmək qadağası qoyulur. Bu qadağa ölkədən "beyin axını"nın qarşısını almaq məqsədi ilə edilir. 1973-cü ildən institutda ilk dəfə olaraq magistr səviyyəsi üzrə tələbələr qəbul edilir, iki il sonra avqustun 20-də isə ilk magistr diplomu verilir. Həmin il sentyabrın 12-də doktorantura pilləsinə ilk qəbul aparılır, 1978-ci il avqustun 19-da isə ilk doktorluq diplomları təqdim olunur. 1980-ci illərdə Koreya Qabaqcıl Elmlər İnstitutunun fəaliyyətində bir sıra böyük dəyişikliklər baş verir.
Azərbaycan pambıqçılığında qabaqcıl aqrotexnikanın tətbiq edilməsi (film, 1955)
Azərbaycan pambıqçılığında qabaqcıl aqrotexnikanın tətbiq edilməsi qısametrajlı sənədli filmi rejissor Həbib İsmayılov tərəfindən 1955-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə pambıqçılığın inkişafında qabaqcıl aqrotexnikanın tətbiq edilməsinin səmərəsindən danışılır. 1955-ci ildə rejissor Həbib İsmayılov filmə görə ÜİKTS-in Gümüş Medalına layiq görülmüşdür. == Məzmun == Elmi-kütləvi filmdir. Filmdə pambıqçılığın inkişafında qabaqcıl aqrotexnikanın tətbiq edilməsinin səmərəsindən danışılır. == Mükafat == 1955-ci ildə rejissor Həbib İsmayılov filmə görə ÜİKTS-in Gümüş Medalına layiq görülmüşdür.
DQMV qabaqcılları Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində (film, 1940)
== Məzmun == Filmdə Azərbaycanın Dağlıq Qarabağ Vilayətinin əmək qabaqcıllarının təsərrüfat sahəsində qazandıqları nailiyyətlərdən və onların Moskvaya Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinə yola salınmalarından bəhs olunur. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissorlar: L. Martirosov, Qəmər Salamzadə Ssenari müəllifi: L. Martirosov Operator: L. Martirosov Səs operatoru: Y.Qomerov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 66-67.

Digər lüğətlərdə

гра́нистый ехи́дненько жаросто́йкость запра́вдашный каменоло́мня неври́т океана́рий опьяне́ть пересты́ть силикати́ровать булава́ горбу́ша евге́ника кондра́шка хватил копы́тный опуши́ть по пе́рвости путепрово́д седло́ деньга breeze counteroffensive crack turbine покрутиться