QABAQLAŞMAQ

f. Qarşılaşmaq, qarşıqarşıya gəlmək, üz-üzə gəlmək; üz-üzə durmaq.
Tənbur ilə telli sazı; Qabaqlaşıb çalaq, barı! S.Vurğun.
Ana-oğul dikdirdə qabaqlaşdılar.
Şamxal anasını gözüyaşlı görüb, evdə bədbəxt bir hadisə baş verdiyini zənn etdi. İ.Şıxlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QABAQLAŞMAQ qarşılaşmaq — rastlaşmaq
QABAQLAŞMA
QABAQLIQ₁

Digər lüğətlərdə