QABAR

is.
1. Bədəndə dərinin altında əmələ gələn sulu qabarcıq; suluq.
□ Qabar olmaq – bax qabarlamaq 1-ci mənada.
[Mahmud:] Balta vurmaqdan qollarım düşdü, əllərim suluq-suluq qabar oldu. Ə.Haqverdiyev.

2. Çox sürtülməkdən, toxunmaqdan qalınlaşmış, sərtləşmiş ət təbəqəsi; döyənək.
□ Qabar bağlamaq, qabar olmaq, qabar çalmaq – bax qabarlamaq 2-ci mənada.
[Şərəf xanım:] Gecə-gündüz işləməkdən əllərim qabar olmuşdur. S.S.Axundov.
Ayaqlarım yolunda qat-qat qabar bağlamış. R.Rza.
Bəs səbəb nədir, yazmır anaya bircə kağız; Oğul-oğul deməkdən qabar oldu dil, ağız. S.Rüstəm.

3. Su üzündə yağış damcılarından əmələ gələn köpükcük; qabarcıq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QABAR QABAR [Aytəmiz:] İstəyirəm öz çörəyimi yeyim. Əllərimin qabarı hesabına qazandığım halal çörəyi! (Ə.Qasımov); DÖYƏNƏK Alo: Canın üçün qocalıqdan elə z
  • QABAR suluq — döyənək

Omonimlər

  • QABAR QABAR I is. Çox sürtülməkdən, toxunmaqdan, əzilməkdən suluqlamış, yaxud döyənək olmuş yer. Ayaqlarım yolunda qat-qat qabar bağlamış (R

Etimologiya

  • QABAR Ad-feil omonimdir, “şişmək” və “мозоль” anlamlarını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
QABAN
QABAR-QABAR

Digər lüğətlərdə