QABİL

sif. [ ər. ]
1. İstedadlı, qabiliyyətli, hər şeyi tez qavrayan zehinli, zəkalı. Qabil uşaq. Qabil tələbə. – Qabil şagird ustad olur ustadan. ( Ata. sözü ).
Adam var ki, yüz sözdən bir məna duymağa qabil deyildir. Ə.Abasov.

// Bacarıqlı, hər şeyi bacaran, mahir, məharətli, ustad. Qabil usta. Qabil sənətkar. Qabil dərzi.
– Maşallah, nə yaxşı qabilsən; Bağçabanlıqda xeyli kamilsən. A.Səhhət.
[Ahıl qadın dedi:] İndi biz gəlib Cahan xalaya tay ola bilmərik.
Özü də bir qabil arvaddır. Ə.Haqverdiyev.

2. Mümkün olan. Əlacı qabil deyil. Düzəlməsi qabil deyil.
– Tətbiqi qabil isə, fikrin gözəldir. Çəmənzəminli.

3. Yararlı, münbit, yaxşı.
Mən səpdiyim toxum qabil torpağa səpilib. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QABİL qabil bax istedadlı, zəkalı
  • QABİL yararlı — münbit — yaxşı
  • QABİL istedadlı — qabiliyyətli — zehnli — zəkalı
QABIRĞASÖHBƏTİ
QABİLİYYƏT

Digər lüğətlərdə