QABLA

(Bakı)
kal əncir. – Xəzri ağacın qablalarını səlt tökdi yerə
QABQIRAN
QABLAMA
OBASTAN VİKİ
Blister qablaşdırma
Blister qablaşdırma — dərman, kosmetika, dəftərxana ləvazimatları, mobil telefon aksesuarları kimi kiçik və yüngül məhsullar üçün istifadə olunan plastik qablaşdırma növü. Blister qablaşdırılmış əşyanın ölçüsünə və formasına uyğun olaraq qəliblənmiş şəffaf plastik və ya sərt çap materialdan hazırlanmış qutudur (plastik qeyri-şəffaf və substrat metal folqadan hazırlana bilər — məsələn, dərmanları tablet və kapsul şəklində vakuumla qablaşdırarkən). Blister adətən termoplastik polimerdən (plastik) hazırlanır və kiçik cib və ya çuxur formasında olur. Qeyri-şəffaf blister əksər hallarda fotohəssas məhsulları ultrabənövşəyi şüalardan qoruyur. == Dərman dozasının vahidləri == Blister qablaşdırma adətən dərman dozası vahidləri üçün istifadə olunur. Onlar son istifadə tarixi tələblərinə uyğun olaraq dərmanın qorunmasını təmin edirlər. ABŞ-da blister paketlər əsasən həkimlər tərəfindən dərman qablaşdırması və ya aptekdə reseptsiz satılan məhsullar üçün istifadə olunur. Dünyanın digər yerlərində blister paketlər əsas qablaşdırma növüdür, çünki apteklərdə paylama və yenidən qablaşdırma yayılmayıb.
Boyalı Qablar mədəniyyəti
Naxçıvan mədəniyyəti, Qızılvəng mədəniyyəti və ya Boyalı Qablar mədəniyyəti - əsasən Naxçıvan MR ərazisində yayılmış Tunc və İlk Dəmir dövrlərində (e.ə. II minillik – I minilliyin əvvəlləri) aid arxeoloji mədəniyyət. 1896, 1904 və 1926-cı illərdə Qızılvəng məbədi yaxınlığında Naxçıvan mədəniyyətinə aid daş qutu qəbir abidələri aşkar olunmuşdur. Naxçıvan mədəniyyətini səciyyələndirən əsas saxsı məmulatı həndəsi naxışlarla, insan, heyvan, quş rəsmləri, müxtəlif piktoqrafik işarələrlə bəzədilmiş və yüksək sənətkarlıqla hazırlanmış boyalı qablardır. Naxçıvan mədəniyyəti üçün erkən şəhər (Kültəpə, Qədim Naxçıvan, Oğlanqala, Qazançı qalası, Govurqala, Qalacıq), yaşayış yerləri (Şortəpə, Nəhəcir, Meydantəpə, Kərki, Vayxır, Dəmirçilər və s.) , siklopik tikililər, istehkamlar, torpaq və daş qutu qəbirlər, kurqanlar xarakterikdir. == Mərhələləri == Naxçıvan mədəniyyəti dörd inkişaf mərhələsi keçmişdir: 1-ci mərhələ: e.ə. 20-17-ci əsrlər 2-ci mərhələ: e.ə. 17-15-ci əsrlər 3-cü mərhələ: e.ə. 14-11-ci əsrlər 4-cü mərhələ: e.ə. 10-7-ci əsrlər == Tarixi == 1896, 1904 və 1926-cı illərdə Qızılvəng monastırı yaxınlığında Naxçıvan mədəniyyətinə aid daş qutu qəbirlər abidələri aşkar olunmuşdur.
Gəncə Çini qablar zavodu
Gəncə Çini qablar zavodu — Gəncə şəhərində fəaliyyət göstərmiş çini istehsal müəssisəsi. 1970-ci illərin əvvəllərində açılan Gəncə Çini qablar zavodu 25 ildən çox müddətdə faəliyyət göstərib. Zavod istehsal etdiyi Şərq dəstləri, çay, şərbət, gülab dəsti, çaydan, kasa, piyalə və s. məhsullarla adından söz etdirməyi bacarıb. O vaxtlar çini qablara tələbat böyük olduğundan bu zavod sosialist ölkələrinə də çini qablar satırdı. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra iqtisadiyyatın keçid dövründə müəssisə rəqabətə davam gətirə bilmir və 1996-cı ildə fəaliyyətini tamamilə dayandırmaq məcburiyyətində qalır. 1998-ci ildə Gəncə Çini qablar zavodu özəlləşdirilir. Hazırkı hüquqi varisi isə "Gəncə çini qablar" ASC-dir.
Naxçıvan şüşə qablar zavodu
Naxçıvan şüşə qablar zavodu- Şüşə sənayesi müəssisəsi. == Ümumi məlumat == 1979-cu ildə istifadəyə verilmişdir.1983-cü ildən qaz yanacağı ilə işləyən zavod istehsal həcmini artırmış və nəticədə 1986-cı ildən başlayaraq ildə 60 milyona qədər butulka istehsal etmişdir.1992-ci ilin iyulunadək zavodda 440 milyona qədər butulka istehsal edilmişdir.İlk fəaliyyəti dövründə 450-500 nəfər fəhlə və qulluqçu işləmişdir.Zavodun ümumi tikililərinin sahəsi 3.5 hektar,tam ərazisi isə 12 hektardır.Əsas istehsal növü 0.5 litrlik butulka məhsuludur.Zavodun istehsal gücü ildə 60 milyon ədəd 0.5 litrlik butulka üçün nəzərdə tutulub.Zavodda əsas istehsal prosesi ilə yanaşı,2005-ci ildən etibarən transformator yarımstansiyaları üçün təcridedicilər (izolyatorlar),müxtəlif çeşidli məişət qabları və keramika məmulatları istehsal olunur.
Plastik qablar
Plastik qablar — gündəlik həyatımızda hər gün istifadə etdiyimiz plastik stəkanlar, çəngəllər, butulkalar və s. bu kimi qida vasitələrindən istifadə edirik. Əsasən maliyyə cəhətdən istehsalçılara ucuz başa gələn plastik qablar insan sağlığına isə baha başa gəlir. Çünki plastik bir stəkana isti çay və ya digər hər hansi isti bir içki tökdüyümüz zaman istinin təsiri ilə plastik qabın tərkibindəki bəzi kimyəvi maddələr ayrılaraq qidaya qarışır. Hər gün istifadə etdiyimiz və nisbətən daha keyfiyyətli olduğu düşünülən su bidonları da həmçinin insan sağlamlığı üçün həddən artıq dərəcədə təhlükəli olan polikarbonat adlı kimyəvi maddədən istehsal edirlər ki, bu maddə də 100 dərəcə istilikdə tərkiblərə ayrılaraq qidaya qarışır. Digər plastik qablar hazırlanan bir kimyəvi maddə isə fosgendir ki, bu maddənin ayrılaraq qidaya qarışması üçün isə soyuq qida məhzullarınin təsiri nəticəsində asanlıqla ayrılaraq qidaya qarışma qabilliyətinə malikdir. Həmçinin mütəxəsislər analara körpələrinə plastik butulkalarda isti süd və ya çay verməyin düzgün olmadığını butulkaları şüşələrlə əvəz etməyin daha məqsədəuyğun olduğunu bildirirlər. Müsbət xüsusiyyətləri: Yüngül asan daşınandır. Qab əldən düşərkən sınır, plastik qab isə yox.
Ayaqlı qablar
Ayaqlı qablar (ing. Stemware) — baza üzərində yüksələn ayaq üzərində duran içki qablarıdır. Bu cür qablar adətən müxtəlif şüşə materiallardan hazırlansa da, bəzən keramik və metal variantlarına da rast gəlinir. Ayaqlı qablar, istifadəçiyə əl vasitəsi ilə içkinin tempraturuna təsir etmədən onu tutmağa imkan verir. Ayaqlı qablara aşağıdakılar daxildir: Absent badəsi Şampan badəsi Potir və kubok Kokteyl badəsi (Martini və marqarita badələri daxil olmaqla) Likör badələri Ramerlər Qədəhlər Şərab badələri == İstinadlar == == Ədəbiyyat == Rinker, Harry L. Stemware of the 20th Century: The Top 200 Patterns (1st). New York: House of Collectibles. 1997. ISBN 9780676600841. İstifadə tarixi: 23 February 2013. Cech, Mary; Schact, Jennie.
Yəşəmi qablar
Yəşəmi qablar (ing. Jasperware) — Cozaya Vedcvud tərəfindən 1770-ci illərdə kəşf edilmiş dulusçuluq məhsulları. Yəşəmi qablar adətən yüksək tempraturlu keramika (keramoqranit) kimi təsvir edilsə də, biskvit çinisinə xas mat səthə malik olur və müxtəlif rəng tonlarında istehsal edilir. Yəşəmi qabların ən məşhur rəng tonu solğun mavidir ki, bu ton sonradan Vedcvud mavisi kimi tanınmışdır. Yəşəmi qablar üçün kontrastlı rənglərdən (adətən rənglərdən biri həmişə ağ olsa da, digər rənglərin istifadəsinə də rast gəlinir) istifadə edərək kameo effekti yaradan relyefli naxışlar xarakterikdir. Relyeflər qəliblər vasitəsi ilə hazırlanmaqla, yapma texnologiyası ilə məhsula əlavə edilir.Bir neçə il davam edən təcrübələrdən sonra 1770-ci illərdə "Wedgwood" yəşəmi qabları əvvəlcə kiçik elementlər şəklində, 1780-ci illərdən etibarən isə həm də böyük güldanlar kimi satışa çıxarır. Satışa çıxdığı vaxtdan etibarən yəşəmi qablar çox məşhurlaşır və bir neçə il sonra digər dülgərlər də yəşəmi qabların yeni versiyalarını təqdim etməyə başlayırlar. XXI əsrdə "Wedgwood" yəşəmi qabların istehsalını davam etdirir. Dekor zamanı əsasən dəbli neoklassik üslub istifadə edilsə də, bəzi hallarda başqa tərzlərə də rast gəlinir. Dizayn üçün "Wedgwood" ənənəvi Staffordşir keramikası sərhədlərindən kənara çıxaraq, digər sənətkarlara da müraciət edir.

Значение слова в других словарях

жела́ться журнали́стка каса́точка расстре́лянная беле́ться геоморфологи́ческий де́ланно навербо́вывать нижеука́занный перепу́тываться пла́хтовый про́тив бюст шляпа cockchafer corrodibility sight-reader subhead suborder suppression white cedar мусор огрубеть подписывать смутиться