Qabyuyan maşın
Qabyuyan maşını 1886-cı ildə Jozefina Koçrane adlı qadın ixtira edib.
Koçrane evində tez-tez ziyafətlər verən varlı qadın idi. Özü isə heç vaxt qab yumurdu. Bunun üçün xüsusi xidmətçiləri vardı. Onun üçün dəyərli olan bu qablar hər dəfə yuyulan vaxtı sınırdı. Koçrane buna çarə tapmaq üçün xüsusi aparat lazım olduğunu düşünürdü. Hansı alimə söylədisə, heç kim onun istədiyini ixtira edə bilmədi. Beləcə o da bunu özü etdi.
Onun "əgər heç kim bir qabyuyan maşın icad etmirsə, o halda bunu özüm edəcəyəm!" — deyə qışqırdığı bildirilir. Əvvəlcə qab-qacaqların ölçülərini ölçdü.