1. Bir şeyin üstünü örtən sərt örtü. Ağacın qabığı. Yumurtanın qabığı. Qoz qabığı.
– Mağaranın içi yumşaq ağac qabıqları ilə döşənmişdi.
□ Qabıq bağlamaq – üstündə qabıq əmələ gəlmək, qabıqlanmaq.
2. zool. Bəzi onurğasız heyvanlarda: buynuz təbəqəsindən ibarət olan üst örtü, qın. Xərçəng qabığı.
3. Dəri, insan və heyvan dərisi. Qabığı soyulmaq.
□ Qabıq vermək – qabığı, dərisi soyulmaq. Günün altında çox yanmışam, bədənim qabıq verir.
◊ Qabıq qoymaq – çox zəhmət çəkmək, çalışmaq, çalışıb əldən düşmək. [Mirzə Mustafa bəyə:] Siz qabıq qoymamışsınız.
O qabığı bu fağır camaat qoyub.
Qabıqdan çıxmaq – 1) çox çalışmaq, çox əlləşmək, bütün gücünü sərf etmək.
Qüdrətin tresti çox geridə qalıb, azı yarım il gərək qabıqdan çıxsın ki, bəlkə bizə çatdıra.
O, qabıqdan çıxıbdır hər biriyçün min kərə. ;
2) var-yoxdan çıxmaq, soyulmaq.
Qabığına yerləşməmək (sığmamaq) – 1) həddindən artıq sevinmək;
2) son dərəcə təşəxxüslənmək, qürrələnmək, lovğalanmaq.