QAF

QAF1

ə. 1) ərəb, fars və əski Azərbaycan əlifbalarında hərfinin adı; 2) Quran surələrindən birinin ilk hərfi və həmin surənin adı.

QAF2

ə. Ənqa, Simürğ və ya Zümrüd adlı əfsanəvi quşun yaşadığı yer kimi təsvir olunan bir dağın adı (Qafqaz dağlarından biri olduğu güman edilir).

QADİRİ
QAFA
OBASTAN VİKİ
Qaf
Qaf – Baltik dənizinin cənub sahilboyunda çay tökülən, demək olar ki, şirin sulu körfəzdir. Qaf sahilə paralel uzanmış ensiz qum dili ilə dənizin açıq hissəsindən ayrılır..
Qaf Surəsi
50-ci surə Qaf surəsi (Məkkədə nazil olmuşdur, 45 ayədir). Surə adını ilk ayənin başındakı qaf hərfindən alır. Azsaylı mənbələr Qaf dağı ilə əlaqələndirir.
Qaf dağı
Qaf dağı — bir çox xalqların mifologiyasında yer alan əfsanəvi dağ. Qədim İran əsatirilərində Simurq adlı mövhumi quşun yaşadığı yerdir. Simurq quşu Qaf dağında yaşayan böyük, xeyirxahlıq rəmzi, həyat ağacını yerə gətirən, gözəllik simvolu bir quşdur. Bir versiyaya görə Qaf dağı, Qafqaz dağları hesab olunur. Digər bir versiyaya görə bütün xalqların mifoloji süjetində Simurq quşunun yuvasının Qaf dağında olmasının səbəbi, Nuhun gəmisinin Qaf dağında quruya təmas etməsi ilə bağlıdır. Nuhun gəmisi harada quruya oturmuşdursa həyat, o cümlədən, od da oradan paylanmalıdır. Belə olan halda, Simurq quşunun yuvası da Qaf dağı olmalıdır və dağ Ağrı dağı ilə eyniləşdirilir. Daha bir versiyaya görə isə Qaf dağının Elbrus dağı olması ehtimal olunur. == Azərbaycan mənbələrində == Azərbaycan ərazisində yerləşən Eldənizlər sülaləsinin vəliəhdlərinin böyük müəllimi, Əbubəkr ibn Xosrov əl-Ustadın "Munisnamə" əsərində Qaf dağı haqqında yazılanlar atəşpərəstlərin Alburuz Dünya Dağına aid təsəvvürlərini tamamlayır.
"Qafqazın müdafiəsinə görə" medalı
"Qafqazın müdafiəsinə görə" medalı — SSRİ medalı.
AMEA Qafqazşünaslıq İnstitutu
Qafqazşünaslıq İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. == Tarixi == 29 aprel 2015- ci ildə yaradılmışdır. Direktoru AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlıdır.
Abdul Qafar
Abdul Qafar Kassum Sina Sirima (fr. Abdoul Gafar Kassoum Sina Sirima; 30 dekabr 1998, Uaqaduqu) — hücumçu mövqeyində çıxış edən Burkina-Faso futbolçusu. == Karyerası == Qafar öz peşəkar karyerasında debütünü 8 mart 2017-ci ildə "Baltika Kalininqrad" klubu ilə Rusiya Peşəkar Futbol Liqasında "Volqar Həştərxan" klubuna qarşı oyunda etmişdir.25 yanvar 2018-ci ildə Qafar Şeriff Tiraspol klubu ilə müqavilə imzalamışdır. Daha sonra Ermənistanın "Artsax" (indiki "Noa" klubu), Rusiyanın "Armavir" və Belarusun "Slutsk" klublarında çıxış etmişdir.
Abutalıb Qafurov
Abutalıb Qafuroviç Qafurov (lak. Гъапуров, АбутӀалиб, 21 noyabr 1882-1975) - Lak şairi. Dağıstan Muxtar Sovet Sosialist Respublikasının xalq şairi. == Həyatı == Abutalıb Qafuroviç Qafurov 1882-ci il noyabrın ayının 21-də Qazıqumux dairəsinin Şuni kəndində kasıb kəndli ailəsində anadan olmuşdur. Gənclik illərində sənətkarlığın bir çox sahəsi ilə məşğul olan Abutalıb Qafurov, Qafqazın bir çox şəhərlərində olur. O, Gürcüstanda, Çariçino, Həştərxanda, Gəncədə, Bakıda sərgərdan həyatı yaşayır. Rusiyada vətəndaş müharibəsi zamanı Qırmızıların tərəfinə keçərək, partizan dəstəsində döyüşür. Abutalıb Qafurov partizan dəstəsində həm musiqiçi, həm də adi döyüşçü kimi mübarizə aparır. Sovet və Ağ qvardiyaçıların işğalına qarşı mübarizə aparan İmam Nəcməddin Qotsinskinin hərbi birləşmələri ilə mübarizədə iştirak edir.Abutalıb Qafurov Rəsul Həmzətovun "Dağıstanım" romanının əsas personajlarından biridir. == Yaradıcılığı == Şairin ilk şeirləri 1932-ci ildə "İnqilabın addımları" antologiyasında işıq üzü görməyə başladı.
Alamos (Qafqaz)
Alam və ya Alamos (yun. Άλαμος) — Azərbaycanda qədim yaşayış məntəqəsi. II əsrdə yaşamış yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Alban çayı (Samurçay) ilə Kas çayı (Qusarçay) arasında olduğu göstərilmişdir. Yeri müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçılar Alamı indiki Xaçmaz rayonunun Yalama kəndi ilə əlaqələndirirlər.
Alan qapıları (Qafqaz)
Dəryal keçidi — Gürcüstanla Rusiya sərhədində, Böyük Qafqazın Yan silsiləsinin kəsişməsində Terek çayının kanyonu. Üç km məsafədə çayın hövzəsi üzərində qayalar 1000 metr hündürlüyə yüksəlir. Dəryal keçidindən hərbi-gürcü yolu keçir. Buranın qədim adları Qafqaz darvazaları və Alan qapıları idi. İkinci adı erkən orta əsrlərdə Baş Qafqaz silsiləsindən keçən bu mühüm dağ yoluna sahib olan alanların adı ilə bağlıdır.
Alban (Qafqaz) kitabələri
Alban kitabələri — Qafqaz albanlarının erkən orta əsr epiqrafik abidələri.. 1948–1952-ci illərdə Mingəçevirdə aparılan arxeoloji qazıntılar zamanı üzərində alban yazısı olan V–VI əsrlərə aid kitabələr tapılmışdır. Həmin dövrə aid xritian məbədindəki mehrabın üzərində (daşdan düzəldilmiş dördkünc xaç oturacağının pərvazında) həkk edilmiş yazı dövrümüzədək çatmış ən böyük kitabədir. Üzərində Alban yazısı olan gil şamdanlar və küp parçaları da aşkar edilmişdir. Alban kitabələri indiyədək xunmamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Vəkilov R.M. Mingəçevir epiqrafik abidələrinin arxeoloji xarakteristikası. Azərb. SSR EA-nın Xəbərləri (ictimai elmlər seriyası). 1958 №4.
Albanopolis (Qafqaz)
Albanopolis – xristian ənənəsinə görə həvari Varfolomeyin çarmıxa çəkildiyi, böyük ehtimalla Qafqazda olan şəhər. == Tarixi mənbələr == XVIII agioqraferi Albin Batler (ing. Alban Butler) "Müqəddəslərin həyatları" əsərində qeyd edir: Ancaq Batler qeyd edir ki, Hindistan yunan və latın müəlliflərdən tərəfindən laqeydliklə Ərəbistan, Efiopiya, Liviya, Parfiya, Persiya və midiyalıların torpağına tətbiq edilən addır. == Yeri == Buna baxmayaraq, Albanopolisin yerləşdiyi yer olaraq ən azı üç yer təklif edilib: Dərbənd, Başkaledeki Albayraq (Türkiyə) və Bakı. Bakının Albanopolis olmaq ehtimalı böyükdür. Çünki Azərbaycan Respublikası tarixən Albaniya adlanırdı.
Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943)
Almanların Şimali Qafqazda vəhşilikləri qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1943-cü ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film alman-faşist işğalçılarının Şimali Qafqazda törətdikləri vəhşiliklərdən, 1943-cü ildə rus yazıçısı Aleksey Tolstoyun başçılığı ilə bu cinayətləri təhqiq edən dövlət komissiyasının fəaliyyətindən danışır. Çəkilmiş kinokadrlar ifşaedici materiallar kimi Nürnberq məhkəmə prosesində göstərilmiş və "Ordenli Azərbaycan" kinojurnalına da daxil edilmişdir. == Məzmun == Film alman-faşist işğalçılarının Şimali Qafqazda törətdikləri vəhşiliklərdən, 1943-cü ildə rus yazıçısı Aleksey Tolstoyun başçılığı ilə bu cinayətləri təhqiq edən dövlət komissiyasının fəaliyyətindən danışır. Filmdə faşistlərin Mineralnıye Vodı, Kislovodsk, Pyatiqorsk və Nalçik şəhərlərində törətdikləri vəhşiliklər təkzibolunmaz faktlarla ifşa edilir. == Film haqqında == Çəkilmiş kinokadrlar ifşaedici materiallar kimi Nürnberq məhkəmə prosesində göstərilmiş və "Ordenli Azərbaycan" kinojurnalına da daxil edilmişdir.
Almaz Qaffarova
Almaz Adı qızı Qaffarova (1942, Zaqatala – 17 oktyabr 2005, Bakı) — Ağsu Rayon Partiya Komitəsinin birinci katibi == Həyatı == 1942-ci ilin 6 yanvarında Zaqatala şəhərində anadan olub. Zaqatala şəhər 2 saylı orta məktəbini, M.F.Axundov adına Rus dili və ədəbiyyatı institutunu, Sov.İKP MK yanında Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.
Araçadzor (Qafan)
Araçadzor - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Avarlar (qafqazdilli)
Avarlar (Qafqaz avarları) (avar. аварал, магІарулал) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Qafqazın ən qədim yerli xalqlarından biri. Həmçinin, Rusiyanın Çeçenistan, Kalmıkiya və digər federasiya subyektlərində məskunlaşmışlar. Azərbaycanda əsasən Balakən və Zaqatala rayonlarında yaşayırlar. == Etimologiya == Bir çox mənbələrdə eyni zamanda Qafqaz Avarları olaraq anlandırılır. Özlərini "магIарулал" olaraq adlandırırlar. Mənası "dağların xalqı", "dağlılar" deməkdir. Avar dili Şimali Qafqaz (Nax-Dağıstan) dil ailəsinin Yeni Qol (Avar-Andi-Tsez) dil qrupuna aiddir. 14 ləhcədə danışılır.
Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi
TRASEKA (abreviatur ing. ТRACECA — Transport Corridor Europe-Caucasus-Asia — Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) — Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilmişdir. Avrasiya İpək Yolu ideyasının hazırda yenidən gündəmə gəlməsi Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi-TRASEKA-da öz təzahürünü tapmışdır. TRASEKA dəhlizi ilə nəqliyyat axını ilbəil artır. TRASEKA-nın məqsədi yalnız xüsusi iqtisadi maraqlarla məhdudlaşmır, o, həm də zəngin tarix və mədəniyyətin gələcək üçün qorunub saxlanmasını təmin edir. TRASEKA ərazisindən keçdiyi ölkələrin iqtisadi inkişafının ayrılmaz hissəsidir və eyni zamanda qarşılıqlı inteqrasiya və səmərəli əməkdaşlıq üçün güclü bir alətdir. == Məqsədləri == Avropa İttifaqı bütün ənənəvi marşrutlara əlavə kimi TRASEKA proqramını təklif edir. Bu layihə Avropa ittifaqının TRASEKA üzv -dövlətlərinə dair qlobal strategiyasına uyğun olaraq, aşağıdakı məqsədlərə xidmət edir: Alternativ nəqliyyat marşrutları vasitəsilə Avropa və dünya bazarlarına çıxışı təmin etməklə, bu respublikaların siyasi və iqtisadi sabitliyinə yardım göstərməsi.
Axtaxana (Qafan)
Axtaxana və ya Corastan (erm. Ձորաստան) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Toponim atçılıqla məşğul olan axta etnonimindən və fars dilində «yaşayış məntəqəsi, ev, kənd» mənasında işlənən xana sözündən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı 1918-ci ildə dəyişdirilib Xlataq, sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l.VI.1940-cı ilə fərmanı ilə adı yenidən dəyişdirilib Zorastan qoyulmuşdur.
Azərbaycan faunası: Qafqaz gürzəsi (film, 2002)
Azərbaycan faunası: Qafqaz gürzəsi qısametrajlı sənədli televiziya filmi rejissor Orman Çingizoğlu tərəfindən 2002-ci ildə çəkilmişdir. Lider televiziyasında istehsal edilmişdir. Film nadir xüsusiyyətə malik, zəhəri insan üçün təhlükəli olan Qafqaz gürzəsindən bəhs edir. == Məzmun == Film nadir xüsusiyyətə malik, zəhəri insan üçün təhlükəli olan Qafqaz gürzəsindən bəhs edir. Qafqaz gürzəsi əsasən dağ və ön dağlıq meşələrdə, subalp və alp ərazilərində yayılıb.
Ağarza Qafarov
Ağarza Nurməmməd oğlu Qafarov (23 yanvar 1920, Bakı – 5 may 1999) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1963–1968). == Həyatı == Ağarza Qafarov 1920-ci ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir.1939–1944-cü illərdə Sovet Ordusunda xidmət edən Ağarza Qafarov Böyük Vətən müharibəsində iştirak etmişdir. 1944–1949-cu illərdə rəhbər komsomol işində, 1949–1954-cü illərdə Azərbaycan SSR Ehtiyat Əmək Qüvvələri İdarəsi rəisinin müavini, Kinolaşdırma İdarəsinin rəisi işləmişdir. 1954-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, 1959–1963-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) işlər müdiri olmuşdur. 1963–1968-ci illərdə Azərbaycan SSR ticarət naziri, 1968-ci ilin iyunundan isə Azərbaycan SSR neftçıxarma sənayesi nazirinin müavini vəzifələrində çalışmışdır.Ağarza Qafarov 1955–1957-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi bürosunun üzvü, 1958–1959-cu illərdə Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü, 1960–1963-cü illərdə Mərkəzi Komitə üzvlüyünə namizəd, 1964-cü ildən isə Mərkəzi Komitənin üzvü olmuşdur. 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. == İstinadlar == == Xarici keçidlər == "Кафаров Агарза Нурмамедович" (rus). Подвиг народа. İstifadə tarixi: 5 yanvar 2022.
Ağkənd (Qafan)
Ağkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. XX əsrin əvvəllərində ləğv edilmişdir. Toponim qədim türk dilində «kiçik» mənasında işlənən ağ sözünə kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.
Baharlı (Qafan)
Baharlı — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin mərz mərkəzi Qafan şəhərindən 18 km şimal-qərbdə Qovşud və Gığı kəndləri arasında yerləşmiş hal-hazırda mövcud olmayan kənd. Gığı dərəsində, Qazangölçayın sol sahilində, dağ döşündə yerləşən kəndin əhalisi 1983-cü ildə Qazangölçayın üzərində su anbarı tikilməsi səbəbiylə qonşu kəndlərdən biri olan Zeyvəyə köçürülüb. Baharlı kəndinin əhalisi tamamilə azərbaycanlılardan ibarət idi. == Mənbə == Musa Urud, «Zəngəzur», Bakı, "Nurlar", 2005. Əziz Ələkbərli, «Qədim türk-oğuz yurdu "Ermənistan"», Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu, «Silinməz adlar, sağalmaz yaralar», Bakı, "Azərnəşr", 1997.
Baharlı (Qafan, 2)
Baharlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Basut çayının sağ sahilində yerləşmişdir. Qafan rayonundakı Baharlı kəndi ilə qarışıq salmaq olmaz. Hər biri ayrı-ayrı kənddir. Toponim Zəngəzurda yaşayan baharlı türk etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == 1886-cı ildə 432 nəfər, 1907-ci ildə 455 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovularaq kənd ləğv edilmişdir.
Bağırbəyli (Qafan)
Bağırbəyli (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. == Etimologiyası == Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Rayon mərkəzindən 21 km cənub-şərqdə yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Burada 1907-ci ildə 836 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri -azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla qovulmuşdur. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. Toponim Bağırbəy şəxs adına mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə əmələ gəlib, «Bağırbəyə mənsub kənd» mənasını bildirir. Antropotoponimdir.
Baş Qafqaz
Baş Qafqaz silsiləsi — Böyük Qafqaz dağlarının əsas suayrıcı silsiləsi. Azərbaycanda ən hündür nöqtəsi Bazardüzü zirvəsidir (4466 m). Baş Qafqaz Qafqaz bərzəxində ən hündür sıra dağlardır. İm.-q.-dən cənub-Şərqə doğru 1100 km. məsafəyə qədər uzanır. Suayrıcı silsiləsi də adlanır. Burada baş sözü "böyük" mənasını ifadə edir.
Baş Qafqaz silsiləsi
Baş Qafqaz silsiləsi — Böyük Qafqaz dağlarının əsas suayrıcı silsiləsi. Azərbaycanda ən hündür nöqtəsi Bazardüzü zirvəsidir (4466 m). Baş Qafqaz Qafqaz bərzəxində ən hündür sıra dağlardır. İm.-q.-dən cənub-Şərqə doğru 1100 km. məsafəyə qədər uzanır. Suayrıcı silsiləsi də adlanır. Burada baş sözü "böyük" mənasını ifadə edir.
Beşinci Qafqaz firqəsi
Beşinci Qafqaz firqəsi — Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı imperiyası arasında Batum müqaviləsinə (1918-ci il, 4 iyun) əsasən hərbi yardım üçün Azərbaycana göndərilmiş türk hərbi birləşməsi. == Tarixi == 1918-ci il mayın 25-də Gəncəyə gələn Nuru paşa dərhal hiss etdi ki, azərbaycanlılardan və türk qoşunlarından ibarət olması planlaşdırılmış Qafqaz İslam Ordusunun təşkili çətin olacaq və çox vaxt aparacaqdır. Lakin Azərbaycanın düşdüyü ağır vəziyyət xilaskarlıq əməliyyatlarının tezliklə başlanmasının tələb edirdi. Buna görə Nuru paşa 3-cü ordunun komandanı Mehmet Vehib paşadan təcili olaraq yüksək döyüş hazırlığına malik bir qoşun birləşməsinin göndərilməsini istədi. Vehib paşa da, öz növbəsində, hərbi nazir Ənvər paşaya 2 iyun 1918-ci il tarixli teleqramında bildirdi ki, Azərbaycan Hökuməti ondan bolşevik təcavüzünə qarşı mübarizə üçün yardım istəyir. Beləliklə, bu vaxtadək şanlı döyüş yolu keçmiş, böyük döyüş təcrübəsinə malik 5-ci Qafqaz firqəsinin albay Mürsəl bəyin komandası altında təcili olaraq Azərbaycana göndərilməsi qərara alındı. Qərargah rəisi minbaşı (mayor) Rüşdü bəy idi. Azərbaycana gəlmək üçün daha münasib oln Gürcüstan ərazisi almanların nəzarəti altında olduğundan diviziya Batum-Artvin- Ərdəhan-Qarakilsə- Dilican yolu ilə Qazaxa doğru hərəkət etdi. Azərbaycan sərhədlərini birinci minbaşı Zehni bəyin komandir olduğu 2-ci süvari alayı və minbaşı Cəmil Cahid bəyin komandir olduğu 9-cu Qafqaz piyada alayı keçdi. 2-ci süvafri alayının 1918-ci il iyunun 6-da, 9-cu piyada alayının isə iyunun 7-də Qazaxda qarşılanma mərasimi oldu.
Bir dəfə Qafqazda (film, 2007)
Bir dəfə Qafqazda (rus. Однажды на Кавказе) — Keçmiş KVN komandaları "Bakılı Oğlanlar" və "Dağıstan Avaraları"nın birgə işi. Azərbaycan-Dağıstan birgə kino-komediyası == Məzmun == Filmdə söhbət sədaqətli dostlardan gedir. O dostlardan ki, dar ayaqda, ağır gündə insanın köməyinə məhz onlar gəlirlər. Kazbek Dağlarov (Bəhram Bağırzadə) "Lastoçka" adlı pansionatın müdiridir. Lakin Yaramazov (Fuad Osmanov) onun quyusunu qazmaqla məşğuldur, nazir Fatimə xanıma (Gülşən Qurbanova) onun haqqında gərəksiz məlumatlar ötürür. Nəhayət, Fatimə xanım Kazbekin qabağında şərt qoyur. Əgər Krasnodardan pansionatda qalmağa gələn yüngül atletika üzrə qızlar komandasından kiçik bir şikayət gəlsə, o Kazbeki işdən çıxaracaq. Belə çətin vəziyyətə düşən Kazbek dostlarını köməyə çağırır. Və Kazbekin sadiq dostları onu bu çətinlikdən qurtarır.
Birinci Qafqaz Qırmızı Korpusu
Birinci Qafqaz Qırmızı Korpusu — 1918 ilin mayında Bakı Xalq Komissarları Sovetinin rəhbərliyi altında yaradılmış silahlı qüvvə, hərbi birlik. == Tarixi == Qırmızı korpusun yaradılmasından əsas məqsəd bolşevik-daşnak qüvvələrini vahid komandanlıq altında birləşdirərək Azərbaycanın milli qüvvələrinə zərbə endirmək və bütün Azərbaycanı nəzarət altına almaq idi. Əsasını erməni-daşnak qüvvələri və silahlı bolşevik dəstələri təşkil edirdi. Daşnak qüvvələrinin Qırmızı Orduya birləşdirilməsi razılığı Mart soyqırımından (1918) sonra əldə edilmişdi. Bakıdakı İnqilabi Müdafiə Komitəsi ilə Erməni Milli Şurasının həmin razılığına əsasən, mart soyqırımında fəal iştirak etmiş 2-ci erməni ehtiyat piyada alayı ləğv olunaraq, bir hissəsi daşnak qulduru Hamazaspın taboruna, digər hissəsi isə Qırmızı sovet taborlarının tərkibinə daxil edildi. Hamazaspın taborları yenidən qurularaq 16-cı və 17-ci sovet taborları kimi Qırmızı orduya daxil edildi. Yenidən qurulan Qırmızı ordu 18 min əsgər və zabiti olan 19 atıcı tabordan ibarət idi. Bütün taborlar 4 atıcı briqadada birləşdirilərək, Birinci Qafqaz Qırmızı korpusunu təşkil edirdi. Korpusun rəhbər vəzifələrinə, əsasən, ermənilər təyin edilmişdi. Korpus komandiri polkovnik Qazarov, korpusun qərargah rəisi polkovnik Avetisov, komissarı isə Qanin idi.

Значение слова в других словарях

аванпо́стный генера́льствовать грани́льник ерунди́стый кайф му́льда мультя́шка разжима́ние резеда́ самонра́в тракти́р белёсый бить наверняка отку́сыванье пылесо́сить перевод amoebid apoplectical Dachshund dissolubility loppy toadcheese virgule издалека ласка