İslam Qahirəsi
İslam Qahirəsi (ərəb. قاهرة المعز,mənası: Əl-Muiz Li-Dinillah Qahirəsi), Tarixi Qahirə və ya Orta əsr Qahirəsi — Misirin paytaxtı qahirənin 19 və 20-ci əsrlərdə müasir genişlənməsindən əvvəl mövcud olan tarixi əraziləri, xüsusilə köhnə divarlı şəhərin və Qahirə qalasının ətrafındakı mərkəz hissələrinə verilən ad. "İslam" Qahirəsi adı bölgədəki müsəlmanların daha çox tanıdılmasına görə deyil, İslamın erkən dövründə qurulduğu gündən bəri şəhərin zəngin tarixinə və irsinə görə verilmişdir. Və bu ad eyni zamanda onu Qədim Misirə aid Giza və Memfis əraziləri ilə fərqləndirir. Bu bölgə İslam memarlığının İslam dünyasındakı ən böyük və ən sıx yayılmış yerlərindən biridir.:7 İslam Qahirəsi Misirdəki bütün İslam dövrünə aid yüzlərlə məscid, türbə, mədrəsə, malikanələr, karvansaralar və istehkamlarla səciyyələnir. 1979-cu ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Tarixi Qahirəni " məşhur məscidləri, mədrəsələri, hamamları və fəvvarələri ilə birlikdə dünyanın ən qədim İslam şəhərlərindən biri " və "14-cü əsrdə qızıl dövrünə çatan İslam dünyasının yeni mərkəzi" olaraq Ümumdünya irsi siyahısına daxil etmişdir.
== Tarix ==
=== Fustatın və ilk İslam dövrünün əsası ===
Qahirə tarixi əslində, Misirin 640-cı ildə Əmr ibn Asın komandirliyi altında müsəlman ərəblər tərəfindən fəth edilməsi ilə başlayır. O dövrdə Misirin paytaxtının İsgəndəriyyə olmasına baxmayaraq (Ptolemey, Roma və Bizans dövrlərində olmuşdur), ərəb fəthçiləri Fustat adlı yeni bir şəhərin inzibati paytaxt və hərbi qarnizon mərkəzi kimi xidmət etməsi üçün qərar verdilər. Yeni şəhər Nil sahillərində (indiki Köhnə Qahirədə) Babil qalası olaraq tanınan Roma-Bizans qalasının yaxınlığında, Qahirənin sonrakı yerinin cənub-qərbində yerləşirdi. Bu məkanın seçilməsi bir neçə amillə, o cümlədən Ərəbistan və Məkkəyə bir qədər yaxın olması, İsgəndəriyyədəki güclü xristian və ellinist təsir qorxusu və İsgəndəriyyənin dəniz yolu ilə gələn Bizans əks-hücumlarına qarşı həssaslığı ilə əlaqəli ola bilər.