Qalın

Çörəyin bir növünün adıdır. “Qalın” sözü mənşəcə sifətdən düzəlmiş isimdir. Bu söz Cəbrayıl və Zərdab şivələrində 2 mənada işlənir: 1) çörəyin bir növü, (xəmiri əl ilə yastılayıb sacda bişirir və ocaqda qızardırlar); 2) sacda bişirilən nazik çörək; yuxa (Zərdab); Nənə , çörək bişirəndə mənə qalın sal (Cəbrayıl). (1, 109)
Qaxac
Qalınca
OBASTAN VİKİ
İbrahim Qalın
İbrahim Qalın (türk. İbrahim Kalın, 15 sentyabr 1971, İstanbul) — Türkiyə bürokratı, diplomatı, siyasətçisi, professoru, baş nazirin xarici siyasətə cavabdeh olan baş müşaviri, Baş Nazirlik İctimai Diplomatiya Koordinatorunun ilk koordinatoru, Baş nazirlik müşaviri müavini, prezidentin baş katibinin müavini, prezident sözçüsü, Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini və prezidentin baş müşaviri, Milli Kəşfiyyat Təşkilatının rəhbəri. == Həyatı == İbrahim Qalın 1971-ci ildə Türkiyənin İstanbul şəhərində əslən Ərzurumun İspirli rayonunda olan bir ailənin övladı olaraq anadan olmuşdur. 1992-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Tarix fakültəsində bakalavr təhsilini tamamlamışdır. Malayziyada İslam düşüncəsi və fəlsəfəsi üzrə magistr təhsili, 2002-ci ildə isə Corc Vaşinqton Universitetində "Molla Sədranın Bilik Nəzəriyyəsi və Anti-Subyektivist Epistemologiyanın Mümkünlüyü" adlı dissertasiya işi ilə humanitar elmlər və müqayisəli fəlsəfə üzrə doktorluq dərəcəsi almışdır. Ailəlidir, 3 övladı var.
Qalın Lori mühafizəsi
Astagəl lori - Nycticebus cinsinin yaşburun primatları — 2007-ci ildə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən müdafiəsiz və ya nəsli tükənməkdə olan cins kimi qəbul edilmişdir. Onlar bir çox ölkənin qanunları və beynəlxalq müqavilələrlə qorunur, lakin bu qanunların gerçək icrası hər yerdə təmin edilmir və bu cür növlər tükənmək təhlükəsi altında qalır. Astagəl Lori-Cənubi və Cənub-Şərqi Asiyanın tropik meşələrində yaşayır. Onların mövcudluğuna dair əsas təhlükələr-meşələrin selektiv kəsilməsinin nəticəsində yaşayış yerlərinin məhv edilməsi və parçalanması, kəndtəsərüfatının qırılıb yandırılması, qida məqsədi ilə qanunsuz ovlanmaları, xalq təbabətində və rituallarda istifadəsi və qanunsuz satışıdır. Bu primatlara qulluq edilməsinin çətin olmasına, onların dişləməsinin zəhərli, yuxu tsiklinin və yuxusuzluğunun insanla müqayisədə fərqli olmasına baxmayaraq astagəl lorilər YouTube-da məşhur videoçarxların və Onlardan ekzotik ev heyvanları həvəskarları arasında aparılan sorğuların qəhrəmanı oldular. Bu cinsə artan tələbat onların qanunsuz ovlanmasına, bu sahədə qaçaqmalçılığa və qanunsuz ticarətin genişlənməsinə səbəb olmuşdur: artıq beynəlxalq hava limanlarında yüzlərlə heyvan müsadirə olunub, lakin bu qaçaqmalçılığın yalnız kiçik bir hissəsi ola bilər, çünki asatagəl lorilərin çox da böyük olmayan ölçüsünə görə onları asanlıqla gizlətmək və daşımaq mümkündür. Astagəl lorilərdə qəfəs mühitində çoxalma pis gedir, lakin kiçik lori balasının qəfəslərdə, o cümlədən də San-Dieqo zooparkında doğum halları da məlumdur. Halbuki, zooparkda saxlanılan astagəl lorilərin əksəriyyəti, artıq çoxalmaq üçün çox qocadılar. Qeyri-peşəkarların qəfəsdə saxladığı astagəl lorilər çox vaxt düzgün olmayan qidalanma, qənaətbəxş olmayan qayğı, stress və yoluxucu xəstəliklər nəticəsində tez-tez ölümlə üzləşir. Bir çox hallarda astagəl lorilərlə ticarət edənlər onları az yaşlı uşaqlar üçün təhlükəsiz etməkdən ötrü dişlərini çıxardırlar.
Qalın lorilərin mühafizəsi

Ağ qalınalın
Ağ qalınalın, (lat. Hypophthalmichthys molitrix) — sürü halında yaşayan epipelegial balıq. Əsasən Amur çayı hövzəsində yayılmışdır. Sovetlər dönəmində Volqa, Dnepr, Don, Terek, Kuban çayaları, Aral dənizinə daxil olan çaylar üzərində yerləşən su anbarlarına buraxılmışdır. Bu əsasən həmin növün təbii arealında olan çaylar olmuşdur. Balxaş gölündə belə meşahidə edilirlər. Kürüləmə dövrü iri çaylarda suyun temperaturu 25 °C (iyun-iyul) olduqda baş tutur. Kürünün inkişafı bir neçə gün davam edir. 100 sm uzunluğa və 40 kq çəyiyə sahib ola bilir. Qışı dərinliklərdə yataraq keçirir.
Qalıncaq
Qalınçaq — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 14 km şimal qərbdə İsmayıllı-Qəbələ yolu kənarında, Ax-ox çayın sol sahilində, dağ ətəyində yerləşir. Əhalisi bağçılıq, tütünçülük, baramaçılıq, taxılçılıq və heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi və tibb məntəqəsi mövcuddur. == Tarixi == == Əhalisi == Əhalisi 1965 nəfərdir ki onunda 1004 nəfəri kişi, 961 nəfəri qadındır. Kənd sakinlərinin əsas iqtisadiyyatı kömür ticarətindən ibarətdir. Bu kəndə hər sakinin həyətində kömür hazırlanır.
Qalınqabıq ardıc
Qalınqabıq ardıc (lat. Juniperus deppeana) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Qalınyarpaq bergeniya
Qalınyarpaq bergeniya (lat. Bergenia crassifolia) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinin bergeniya cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, yoğun, şişman, sürünən kökümsovu və çoxsaylı saçaqlı kökləri vardır. Gövdəsinin hündürlüyü 50 sm, yarpaqları bütöv, çılpaq, dəricikli, parlaq, qışlayan və kök üstündə çətir şəklində toplanır. Yarpaq lövhəcikləri enli ellipsşəkilli, demək olar ki, dairəvi, əsası girdələşmiş və ya ürəkvari, küt, aydın olmayan dişli, uzun saplaqlı, uzunluğu 3-35 sm, eni isə 2,5-30 sm-ə bərabərdir. Çiçəkləri 5 üzvlü, gövdənin zirvəsində süpürgəvarı-qalxanşəkilli çiçəkqrupunda formalaşmışdır. Ləçəkləri bənövşəyi-çəhrayı, dairəvi-yumurtavarı, əsası qısa və geniş dırnaqcıqlardan ibarətdir. 300–2600 m yüksəkliyi olan meşə, subalp və alp qurşaqlarda, çay sahillərində və sıx iynəyarpaqlı meşələrdə rast gəlinir. Yabanı çoxillik badanın kökümsovları iyun-iyul aylarında toplanılaraq qurudulur və xammal olaraq keyfiyyətli dərman bitkisi kimi istifadə edilir. Kökümsovları torpaqdan 20 sm hündürlükdə toplanılır, təmizlənir və qurudulur.
Qalınçaq bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əlvan qalınalın
Əlvan qalınalın (lat. Hypophthalmichthys nobilis) — Sümüklü balıqlar sinfinə, Çəkikimilər fəsiləsi daxil olan balıq növü. Sürü halında yaşayan bu balıqlar əsasən Asiya qitəsində təbii arealda yayılmışdır. Bu növ 146 sm uzunluğa, 40 kq çəkiyə sahib ola bilir. Uzaq Şərqin Sakit okeana tökülən çaylarında yayılmışdır. 1960-cı illərin əvvəllərində Ağ amur, Əlvan qalınalın, və Ağ qalınalın iqlimləşdirmək məqsədilə Amur çayı hövzəsindən gətirilərək Azərbaycanın su hövzələrinə buraxılmışdır. Keçmiş Sovetlər birliyi ölkələrinə daxil olan Avropada yerləşən respublikaların sularına da buraxılmışdır. Bununla da bu balıqlar, Aral, Xəzər, Azov və Qara dənizin akvatoriyasına daxil olan iri çaylara yayılmışdır (Sırdərya, Amudərya, Terek, Kuban, Dnestr, Prut). Azərbaycanda daha böyük kütləyə malik əmtəə balıq növü kimi süni şəraitdə yetişdirilir.
Qalınçaq
Qalınçaq — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 14 km şimal qərbdə İsmayıllı-Qəbələ yolu kənarında, Ax-ox çayın sol sahilində, dağ ətəyində yerləşir. Əhalisi bağçılıq, tütünçülük, baramaçılıq, taxılçılıq və heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi və tibb məntəqəsi mövcuddur. == Tarixi == == Əhalisi == Əhalisi 1965 nəfərdir ki onunda 1004 nəfəri kişi, 961 nəfəri qadındır. Kənd sakinlərinin əsas iqtisadiyyatı kömür ticarətindən ibarətdir. Bu kəndə hər sakinin həyətində kömür hazırlanır.

Значение слова в других словарях