1. Bir şeyin, işləndikdən sonra artıq qalmış hissəsi, parçası. Yemək qalıqları. Xörəyin qalığı.
– Dümbər papiros qalığını ayağı ilə basıb söndürdü.
// Tullantı. İstehsalat qalıqları.
2. Verginin və s.-nin vaxtında ödənilməmiş hissəsi. Vergi qalığı.
3. Keçmişdə olmuş bir şeyin qalmış izləri (bu mənada adətən cəm şəklində işlənir). Qədim abidənin qalıqları. Heyvanların qazıntı halında tapılan qalıqları. Köhnə məişətin qalıqları.
– Əxlaq kitabları və asari-ətiqə qalıqları heç bir ölkədə keçmişdə vaqe olan işləri lazımi tərtib və təfsil ilə ifadə edə bilməz.
4. riyaz. Bir ədədi bir ədədə bölərkən qalan kəmiyyət.