qalantereya
qaldırmaq
OBASTAN VİKİ
Qalay
Qalay (Sn), (lat. Stannum) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 50-ci element. Bitkilərdə qalay 1855-ci ildə kəşf olunmuşdur. O bitkilərdə geniş həddə dəyişir, daha çox qalay günəbaxan və noxud toxumlarında olur. Qalay zəhərli ultramikroelementlərə aiddir. Tərəvəzlərdə qalayın miqdarı çox olmayıb 1 mkq/q və daha az olur. Heyvanların orqanizmində qalay bitkilərdə olduğundan çoxdur. Belə ki, məsələn, yağlı balıqda onun miqdarı 130 mkq/q – a qədər ola bilər. Insan orqanizmində qalay toxumlarda 0,5-dən 4,0 mkq/q – a qədər olur. Daha çox qalay diş minasında (95 mq/kq), dırnaqlarda (12 mq/kq) və sümüklərdə (1,4 mkq/q-a qədər) olur.
Qalay 4-oksid
Kassiterit və ya qalay 4-oksid (SnO2) — dördvalentli qalayın oksigenli birləşməsi.Qalay 4-oksid suda həll olmur, təbiətdə kassiterit mineralı şəklində tapılır, turşu və qələvi məhlullarının təsirinə qarşı müstəsna dərəcədə davamlıdır, karbon, hidroken və s. ilə asan reduksiya olunur. Sənayedə qalayı oksigendə yandırmaqla alınır. İstiyədavamlı minalar və qurğuşun-qalay şirləri hazırlanmasında işlədilir.
Faiq Qalayçiyev
Faiq İsrafil oğlu Qalayçiyev (16 dekabr 2001; Kortala, Balakən rayonu - 2 noyabr 2020; Zəngilan rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Faiq Qalayçiyev 2001-ci il dekabrın 16-da Balakən rayonunun Kortala kəndində anadan olub. 2008-2019-cu illərdə Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Faiq Qalayçiyev 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Faiq Qalayçiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Faiq Qalayçiyev noyabrın 2-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Kortala kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qalayçiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qalayçiyev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edildi.[1] Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qalayçiyev ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Qaladan-qalaya
Qaladan-qalaya – Ayrı-ayrı diaqonal üzrə tamaşaçılardan solda kişilər, sağda qadınların düzülməsi ilə ifa olunan yallının musiqisi çox məşhurdur və həmişə aşağıdakı oxuma ilə müşayiət olunur: Yallının xarakterik xüsusiyyətlərindən biri də odur ki, həm kişi, həm də qadın yallıbaşılar oyunun ifası məqamında əllərində taxtadan düzəldilmiş qılınc tuturlar. Rəqsin əvvəlində onlar həmin taxta qılıncları meydanın ortasına atırlar. Bir-birinin dirsəyindən tutaraq barmaqlarını çarpazlaşdırmış vəziyyətdə sıx duraraq sola hərəkət edilir. Hərəkətlər çox sadədir-sağa addım atmalı, sol ayağı sağın qarşısına çarpaz qoymaq lazımdır.
Qalaybuğurt kəndi
Qəleybuğurd — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Qəleybuğurd kəndi Qəleybuğurd inzibati ərazi vahidinə daxildir. Kəndin dəniz səviyyəsindən hündürlüyü 1300 m-dir. Kənddə "Buğurd qalası" tarixi abidəsi var. Təbii abidəsi isə Bədo istirahət zonasıdır. Kənddə həkim ambulatoriyası var. Kənd Şamaxı şəhərinin şimal-şərqində yerləşir. Ən yaxın kənd Çuxuryurd kəndidir. Burada 175 ev elektrik xəttinə qoşulub. Kənd əhalisinin 70%-i içməli su ilə təmin olunub.
Qalayi Zal vulusvalisi
Qalayi Zal vulusvalisi — Künduz vilayəti tərkibində inzibati-ərazi vahidi. == Əhalisi == Vulusvali əhalisinin mütləq əksəriyyəti türkmənlərdən, az bir qismi isə puştunlardan, özbəklərdən və taciklərdən ibarətdir. Türkmənlər əhalinin təxminən 90 %-ini, digər etnik qruplar isə 10 %-ini təşkil edirlər.
Qalayxudat
Qalayxudat — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qalayxudat kəndi Quba rayonunun dağlıq ərazisində yerləşən qədim yaşayış məskənidir. == Toponimikası == Qalayxudat oyk., miir. Quba r-nunun Xınalıq i.ə.v.-də kənd. Qudyalçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Bu ad ilk dəfə XVI əsrə aid mənbədə xatırlanır. Fars dilinin qrammatik normalan əsasında yaranmış Qalaye-Xudat formasından təhrifdir. Fars dilindəki qala (“ye” izafət göstəricisidir) və xudat (“hakim, hökmdar” qədim mənası “Allah”) sözlərindən ibarət olub, “hökmdar qalası, hakim qalası” məna¬sını bildirir. Quba xanlığının ilk iqamətgahı olmuşdur. == İqtisadiyyatı == Kənddə məskunlaşmış əhalinin çox böyük əksəriyyəti hazırda qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur.
Qalayxudat kəndi
Qalayxudat — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qalayxudat kəndi Quba rayonunun dağlıq ərazisində yerləşən qədim yaşayış məskənidir. == Toponimikası == Qalayxudat oyk., miir. Quba r-nunun Xınalıq i.ə.v.-də kənd. Qudyalçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Bu ad ilk dəfə XVI əsrə aid mənbədə xatırlanır. Fars dilinin qrammatik normalan əsasında yaranmış Qalaye-Xudat formasından təhrifdir. Fars dilindəki qala (“ye” izafət göstəricisidir) və xudat (“hakim, hökmdar” qədim mənası “Allah”) sözlərindən ibarət olub, “hökmdar qalası, hakim qalası” məna¬sını bildirir. Quba xanlığının ilk iqamətgahı olmuşdur. == İqtisadiyyatı == Kənddə məskunlaşmış əhalinin çox böyük əksəriyyəti hazırda qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur.
Qalayçı (Bukan)
Qalayçı (fars. قلايچي‎) - İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (23 ailə).
Qalayçılar
Qalayçılar — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1930-cu ilə qədər Qalayçılar kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Qalayçılar kəndi Qarabağ müharibəsi zamanı — 1993-cü il, iyunun 16-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Mədəniyyəti == Kənddə 2 mağaza, orta və ibtidai məktəb, tibb məntəqəsi, 1 kitabxana, 1 klub və 1 uşaq bağçası fəaliyyət göstərib. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 26 km şimal qərbdə, Ağdam-Ağdərə şose yolundan 4 km aralı, Qabartı çayının sağ və sol sahilində, Qarabağ silisiləsinin ətəyindədir. == Əhalisi == İşğala qədərki dövrün son (16 iyun 1993-cü il) məlumatına əsasən, Qalayçılar kəndində yaşayan əhalinin sayı 1476 nəfər olub. Əhalinin əsas məşquliyyəti heyvandarlıq və taxılçılıq idi. XIX əsrdə ermənilərin kütləvi şəkildə Şimali Azərbaycana, o cümlədən Qarabağa köçürülməsi Qalayçılar camaatının da normal həyat ritmini pozdu, lakin bu qoçaq camaat rus imperiyasına güvənən erməni gədələrinə cavab verməyi bacarırdı. XX əsrin sonlarında erməni terroru yenidən tüğyan edəndə Qalayçıların igid oğulları özünümüdafiə rotası yaradıb erməni daşnaklarıyla mübarizəyə başladılar.
Qalayçılıq
Qalayçılıq — mis qabların pas atmaması üçün qalaylanması ilə əlaqədar peşə sahəsi. Qalayçılar paxırlanmış mis qabları kürədə qızdırdıqdan sonra naşatır tozu - ammonium-xloridlə sürtüb üstündən qalay çəkirdilər. Qalayçılıq xüsusilə Dağıstanda, həmçinin Azərbaycanda Bakı, Quba, Şəki, Gəncə, Naxçıvan, Şamaxı və Lahıcda geniş yayılmışdı. İndinin özündə də Azərbaycanın bəzi şəhər və rayonların qalayçı emalatxanaları var.

Значение слова в других словарях

не добре́е султа́н трелья́жный фатовски́ гореча́вка напиха́ться оце́нивающий патоге́н поме́ньше размыва́ние с этой поры́ соли́рование сыроду́тный лал abjuration asomatous chicory dart tag dude ranch hermit crab hernia prodrome prowl car акать непонятливый