qalış 2021
qaliba 2021
OBASTAN VİKİ
Qalib Ağayev
Qalib Ağayev (tam adı: Qalib Ağabala oğlu Ağayev; 13 iyul 1941, Bakı – 21 sentyabr 2015, Bakı) — Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri. Azərbaycan SSR əməkdar iqtisadçısı (1991). Qalib Ağayev 13 iyul 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Kirov adına Azərbaycan Dövlət Universitetini bitirmişdir. Əmək fəaliyyətinə Bakıda SSRİ Dövlət Bankının rayon bölməsində inspektor kimi başlamış, daha sonra sədr müavini, SSRİ Dövlət Bankının rayon bölməsinin sədri, SSRİ Dövlət Bankının Azərbaycan kontorunun sədrinin müavini, SSRİ Dövlət Bankı Azərbaycan Respublika bankının İdarə Heyətinin sədrinin birinci müavini vəzifələrində çalışmışdır. Sovet dövrünün son illərində SSRİ Dövlət Bankı Azərbaycan Respublika Bankının İdarə Heyətinin sədri olmuş və müstəqil Azərbaycan Respublikasının yeni yaranmış Milli Bankının ilk İH sədri təyin olunmuş, Qalib Ağayev 1 sentyabr 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Soveti sədri Heydər Əliyevin təqdimatına əsasən Azərbaycan Respublikası Milli Bankı yenidən İdarə Heyətinin sədri təyin edilmişdir. O, 22 aprel 1994-cü il tarixində vəzifəsindən azad edilmişdir. 22 sentyabr 2015-ci ildə vəfat etmişdir.
Qalib Cəfərov
Qalib Cəfərov (7 aprel 1989, Temir, Aqtöbe vilayəti, Qazaxıstan SSR, SSRİ) — qazaxıstanlı həvəskar-boksçu, dünya və Asiya çempionu. Qazaxıstan Respublikasının əməkdar idman ustası. Qalib Cəfərov 7 aprel 1989-cu ilda Temir şəhərində azərbaycanlı ailəsində anadan olub. Kudayberqen Jubanov adına Aqtöbə Dövlət Universitetinin "bədən tərbiyəsi və idman" fakültəsini bitirib. 1994-cü ildə gənclər arasında Ümümqazaxıstan oyunlarının qalibi olub. 2001-ci ildə Belfast şəhərində keçirilən dünya çempionatında gümüş, iki il sonra Banqkok şəhərində keçirilən dünya çempionatında isə qızıl medal qazanıb. 2004-cü ildə Asiya çempionu olub. Asiya Oyunlarının gümüş (Pusan, 2002) və bürünc (2006, Doha) mükafatçısıdır. 2004-cü ildə Afinada, 2008-ci ildə isə Pekində keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısıdır.
Qalib Həsənoğlu
Qalib Məmmədov - Azərbaycanlı bəstəkar. Bəstəkar 1946-cı ildə anadan olmuşdur. 1969-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konsertvatoriyasını bəstəkarlıq sinfi üzrə prof. Qara Qarayevin sinfini bitirmişdir. "Sirrlər Xəzinəsi" baletinin, "Oratorium Albanum" oratoriyasının, bir çox vokal silsilələrin, simfonik və kamera musiqisinin, mahnıların, tamaşa və filmlərə yazılmış musiqinin və s. əsərlərin müəllifidir. Beynəlxalq əhəmiyyətli musiqi festivallarının və layihələrinin təşkilatçısı və iştirakçısı olmuşdur (1997-də Norveçdə məşhur "SKRUK" xoru ilə "Landet vi kommer fra" layihəsi, 2003-də “Sommerlandet” layihəsi, Eyvind Skeienin sözlərinə və s.), əsərləri Qərbi Avropa, Rusiya, Amerika və Türkiyədə səhnələrində səslənmişdir. 2002-ci ildən etibarən Norveçdə yaşayır.
Qalib Məmmədov
Qalib Məmmədov - Azərbaycanlı bəstəkar. Bəstəkar 1946-cı ildə anadan olmuşdur. 1969-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konsertvatoriyasını bəstəkarlıq sinfi üzrə prof. Qara Qarayevin sinfini bitirmişdir. "Sirrlər Xəzinəsi" baletinin, "Oratorium Albanum" oratoriyasının, bir çox vokal silsilələrin, simfonik və kamera musiqisinin, mahnıların, tamaşa və filmlərə yazılmış musiqinin və s. əsərlərin müəllifidir. Beynəlxalq əhəmiyyətli musiqi festivallarının və layihələrinin təşkilatçısı və iştirakçısı olmuşdur (1997-də Norveçdə məşhur "SKRUK" xoru ilə "Landet vi kommer fra" layihəsi, 2003-də “Sommerlandet” layihəsi, Eyvind Skeienin sözlərinə və s.), əsərləri Qərbi Avropa, Rusiya, Amerika və Türkiyədə səhnələrində səslənmişdir. 2002-ci ildən etibarən Norveçdə yaşayır.
Qalib Nurizadə
Qalib Qadir
Qalib Əhmədov — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1984), Azərbaycan Fəlsəfə Cəmiyyətinin üzvü (1986). "Dünyaya pəncərə" qəzetinin təsisçisi və baş redaktoru. 1949-cu il iyunun 1-də Azərbaycanda Qəbələ rayonunun Sileyli kəndində anadan olmuşdur. Hacallı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə daxil olmuş (1966), sonra təhsilini filologiya fakultəsində davam etdirmişdir (1967-1972). 2020-ci il iyunun 16-da vəfat etmişdir. Əmək fəaliyyətinə Qəbələ rayonunda müəllim kimi başlamış, sonra Sumqayıtda 49 saylı orta texniki-peşə məktəbində tərbiyyəçi, müəllim, tədris hissə müdiri vəzifələrində işləmişdir (1973-1980). Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturaya daxil olmuşdur (1979). Azərbaycan Elmlər Akeademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı kimi ictimai şüur, ünsiyyət, siyasi mədəniyyət və digər problemlərə dair bir sıra elmi məqalələrlə çıxış etmişdir (1983-1987). "İflas: səbəblər və nəticələr" (1991) kitabında cari ictimai-siyasi hadisələr haqqında elmi araşdırmaları toplu halda nəşr olunmuşdur. "Təşviqatçı", "Dialoq" jurnallarında elmi-nəzəri şöbənin müdiri (1980-1990), "Azərbaycan kommunisti" və "Dirçəliş" jurnallarında ideologiya şöbəsinin müdiri, "Ayna" qəzetində tərcüməçi (1990-1993), Bakının Nərimanov rayonunda Əmək və Məşğulluq Mərkəzinin direktoru (1993-1995), "Xalq qəzeti", "Yeni Azərbaycan" qəzetlərində ədəbi işçi, şöbə müdiri, redaktor müavini (1996-1998) "Respublika" (2004-2006), "Azərbaycan" (2006-2008) qəzetlərində müxbir, bölgə müxbiri vəzifələrində işləmişdir.
Qalib Qarayev
Qalib Şalon oğlu Qarayev (17 yanvar 1947, Qaryagin) — tibb elmləri doktoru, professor, Rusiya Federasiyasının Tibbi Texniki Akademiyasının üzvü, Əməkdar elm xadimi Qalib Şalon oğlu Qarayev 17 yanvar 1947 ildə Füzuli rayonunun Qarğabazar kəndində anadan olmuşdur. O, 1953–1963 illərdə Qarğabazar kənd orta məktəbində oxumuş, 1966–1972 illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki Azərbaycan Tibb Universiteti) ali təhsil almışdır. Qalib Qarayev ali təhsil aldığı illərdə tələbə elmi cəmiyyətinin fəal üzvü olmuş və 1970 ildə "Ən yaxşı tələbə elmi işi" Ümumittifaq müsabiqasinin "Ürəyin işemik xəstəliyinin cərrahi müalicəsi" adlı eksperimental tədqiqat işi bürünc medala layiq görülmüşdür. Qalib Qarayev 1972–1982 illərdə Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində müxtəlif vəzifələrdə işləmişdir. 1982 ildən Elmi-Tədqiqat Mərkəzin direktorudur. Qalib Qarayev "Sağlamlıq" jurnalının baş redaktorudur. Uzun illər AAK-nın ekspert şurasının üzvü olmuş, elmi katibi vəzifəsində çalışmışdır. Dissertasiya müdafiə şurasının sədr müavini kimi fəaliyyət göstərmişdir. Qalib Qarayev 2013 ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb elmləri üzrə ekspert şurasının sədri təyin edilmişdir. Rusiya Federasiyası alimləri ilə birlikdə sünii ürək və yardımçı qan dövranı aparatı üzərində apardığı elmi tədqiqat işlərini nəzərə alaraq 2014 ildə Rusiya Federasiyasının Tibbi Texniki Akademiyasının üzvü seçilmişdir.
Qalib Qasımov
Qalib Qurbanov
Qalib İslam oğlu Qurbanov (1945) — Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, Zaqatala Rayon Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Zaqatala Rayon Komitəsinin birinci katibi. Qurbanov Qalib Islam oğlu 1945-ci ildə anadan olub. 1952-ci ildə Zaqatala şəhəri 2 nömrəli orta məktəbə daxil olub və 1963-cü ildə oranı bitirib. Həmin il Azərbaycan Neft-Kimya İnstitutunun energetika fakultəsinə qəbul olunub və 1969-cu ildə institutu bitirərək mühəndis-elektromexanik ixtisası alıb. Əmək fəaliyyətini 1965-ci ildə başlayıb. Müvafiq olarak "AzərDənizNeftTikinti" Trestinin 3 nömrəli TQİ-də fəhlə, "VOTQEO" Ümümittifaq Elmi Tədqiqat İnstitutunda, Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda, Azərbaycan Dəmir Yollarında, Ət və Süd Sənayesi Nazirliyi SMK-da müxtəlif texniki-mühəndis vəzifələrində işləyib. 1971–1972-ci illərdə hərbi xidmətdə olub. 1972–1979-cu illərdə "Azerenerji"nin enerjisatış idarəsində mühəndis-müfəttiş, qrup rəhbəri, "Dövlətenerjinazarət"in rəis müavini vəzifələrində işləyib. Evlidir. İki övladı var.
Qalib Müharibə Muzeyi
Qalib Müharibə Muzeyi və ya Qalib Anavətənin Qurtuluş Müharibəsi Muzeyi Şimali Koreyanın paytaxtı Pxenyan şəhərində yerləşir. Muzey əslində 1953-cü ilin avqustunda Qalib Anavətənin Qurtuluş Müharibəsi Muzeyi adı altında Pxenyanın mərkəzi küçəsində tikilmişdir. 1963-cü ilin aprel ayında muzey Sosonq küçəsində ona uyğun şəkildə inşa edilmiş digər binaya köçürülmüşdür. Bir müddət öncə muzey əhəmmiyyətli bir şəkildə genişləndirilərək yaxınlıqdakı çaya qədər uzadılmışdır. Muzeydə sərgilənənlərə parça üzərində əks edilən Taejon döyüşü daxildir. Əlavə olaraq heykəllərə, divar rəsmləri və sənətəsərlərinə burada ABŞ hərbi donanmasına aid olan USS Pueblo adlı gəmidə daxildir ki, bu da da Şimali Koreya ordusu tərəfindən Şimali Koreyanın məhəlli sularını pozduğu üçün 1968-ci ildə girov götürülmüşdür.
Mehmed Səid Qalib Paşa
Mehmed Səid Qalib Paşa (1763, Konstantinopol – 1829, Balıkəsir ili) — II Mahmud səltənətində 9 ay sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == J. de Saint Denys, Revolution de Constantinople, Paris 1819, II, 177 vd. a.mlf., Histoire de l’Empire ottoman, Paris 1844, II, 314, 316. Şânîzâde, Târih, I, 109 vd., 139; II, 83 vd., 213, 221. Süleyman Fâik, Sefînetü’r-rüesâ Zeyli, İstanbul 1269, s. 166-170 Hızır İlyas, Letâif-i Enderun, İstanbul 1276, s. 315. Fatîn, Tezkire, s. 310 vd. Muâhedât Mecmuası, İstanbul 1294, I, 35 vd.
Mirzə Əsədulla xan Qalib
Mirzə Əsədulla xan Qalib (27 dekabr 1797, Aqra – 15 fevral 1869) — Azərbaycanlı şair, Böyük Moğollar imperiyasının saray şairi, tarixçi, vəzir, sərkərdə Mirzə Əsədulla xan Abdullabəy xan oğlu 27 dekabR 1797-ci ildə Hindistanın Əkbərabad (Aqra) şəhərinin Qalamahal adlı məhəlləsində anadan olub. Əslən Azərbaycanlıdır. XVIII yüzilin ikinci yarısında, Aləm şahın (1759–1806) hakimiyyəti dövründə atası və əmisi Nəsrullabəy xan Təbriz şəhərindən Hindistana gəlmişlər və Böyük Moğollar imperiyasında hərbi xidmətə daxil olmuşdular. O, hərbi əyan silkinə mənsub idi. Atası 1806-cı ildə döyüşdə öldürüldüyündən əmisi tərəfindən tərbiyə edildi. Bacısı Çiçək (Çoti) bəyim Yusifi xanədanının nəvvablarından olan İlahibəxş xana verildi. Mirzə Əsədulla xan Qalib mükəmməl mədrəsə təhsili almışdı. Şeir yazmağa tələbəlik illərindən başlamışdı. İlk təxəllüsü Əsəd idi. Sonra Qalib təxəllüsünü seçdi.
Qalib Zülfüqarlı
Qalib İbrahimoğlu
Qalib İbrahimoğlu (9 may 1972, Yevlax) — Həsən bəy Zərdabi mükafatçısı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Bakıvaxtı.az saytının baş redaktoru. Qalib İbrahimoğlu 1972-ci il mayın 9-da Yevlax şəhərində anadan olub. 1979-cu ildə Yevlax şəhər Ş.Qurbanov adına 8 saylı orta məktəbin birinci sinfinə getmiş, 1989-cu ildə həmin məktəbi bitirib. 1990–92-ci illərdə keçmiş Sovet Ordusunda hərbi xidmət keçib. 1992-ci ildə keçmiş Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Prezident yanında İdarəçilik Akademiyası) sosial idarəetmə və sosiologiya fakültəsinə qəbul olmuş, 1998-ci ildə həmin institutu bitirib. Ailəlidir, üç övladı var. 1994-cü ildən mətbuatdadır. Həmin il Yevlaxda çıxan "Nicat" qəzetində müxbir, daha sonra redaktor vəzifəsində işləyib. 1996-cı ildə Bakıda nəşr olunan "Hürriyyət" qəzetində müxbir, şöbə redaktoru, baş redaktorun I müavini vəzifəsində çalışıb.
Qalib İmanov
Qalib Gəncəvi oğlu İmanov (8 avqust 1974, Qoşabulaq, Vardenis rayonu) — tibb üzrə fəlsəfə doktoru (11 aprel 2012), invaziv və pediatrik kardioloq, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında Kardiologiya şöbəsinin müdiri. Qalib İmanov 8 avqust 1974-cü ildə Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. 1977-ci ildə ailəsi ilə birlikdə Zaqatala rayonuna köçmüşdür. 1981-ci ildə Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 saylı orta məktəbin I sinfində təhsil almağa başlamış və 1991-ci ildə həmin orta məktəbi medalla bitirmişdir. 1992-ci ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə daxil olmuş, 1998-ci ildə ali təhsilini başa vurmuşdur. 1998–1999-cu illərdə 1 saylı Bakı Şəhər Kliniki Xəstəxanasında həkim-interna olaraq "Anestezoloq-reanimotoloq" ixtisasına yiyələnmişdir. Qalib İmanov 1999–2001-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyi C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "Reanimasiya və İntensiv Terapiya şöbəsi"ndə həkim-reanimotoloq işləmişdir. Həmçinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda klinik ordinator olaraq fəaliyyət göstərmişdir. 2001–2009-cu illər ərzində Mərkəzi Klinik Xəstəxanada "Ürək Mərkəzi"nin Kardiologiya bölümünün həkimi işləmişdir. 2009-cu ildən 2014-cü ilə qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalının "Kardiologiya şöbəsi"ndə invaziv kardioloq və pediatrik kardioloq olaraq fəaliyyət göstərib.
Qalib Əfəndiyev
Qalib Əfəndiyev (Əfəndiyev Qalib Məmməd oğlu; d. 09.05.1946, Bakı) — texnika elmləri doktoru, Professor, AMEA müxbir üzvü (26.04.2007). Əfəndiyev Qalib Məmməd oğlu 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə "Neft və qaz mədənlərinin maşın və avadanlıqları" ixtisası üzrə AzNKİ-nun neft-mexanika fakültəsini bitirmişdir. 1970–1996-cı illərdə Azərbaycan EA-nın DNQYPİ-da mühəndis, böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, "Qazımada geoloji-texnoloji proqnozlaşdırma" sektorunun rəhbəri işləmiş, 1996-cı ildən "Quyuların qazılmasının geoloji şəraiti" şöbəsinin rəhbəri, 2003-cü ildən bu günə kimi isə, AMEA-nın Geologiya və Geofizika İnstitutunda həmin şöbənin müdiri vəzifəsində işləyir. 1985-ci ildə "Dağ süxurlarının xassələrini nəzərə almaqla kəsici tipli baltaların rasional seçimi yolu ilə işinin səmərəliliyinin artırılması" mövzusunda namizədlik, 1997-ci ildə isə "Dağ süxurlarının qazılması prosesinin səmərəliliyinin artırılması və xassələrinin öyrənilməsi üçün geoloji-texnoloji informasiyanın kompleks istifadəsinin elmi əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Əfəndiyev Q. M. ADNA-nın "Neft və qaz quyularının qazılması" kafedrasının professoru olmaqla bərabər elmi və pedaqoji fəaliyyət göstərir. 2007-ci ildə o AMEA-nın müxbir üzvü seçilmişdir. Əfəndiyev Q. M. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: quyuların qazılması zamanı optimal qərarların qəbulu; qazıma prosesində geoloji-texnoloji və geofiziki tədqiqatlar kompleksi əsasında geoloji kəsilişlərin öyrənilməsi; dağ süxurlarının dağılması prosesləri və süxurdağıdıcı alətin işi; quyuların qazılması zamanı mümkün mürəkkəbləşmələrin proqnozlaşdırılması və qarşısının alınması (Anomal Yüksək Lay Təzyiqləri zonalarının, udulma intervallarının və s.
Qalib Əhmədov
Qalib Əhmədov — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1984), Azərbaycan Fəlsəfə Cəmiyyətinin üzvü (1986). "Dünyaya pəncərə" qəzetinin təsisçisi və baş redaktoru. 1949-cu il iyunun 1-də Azərbaycanda Qəbələ rayonunun Sileyli kəndində anadan olmuşdur. Hacallı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə daxil olmuş (1966), sonra təhsilini filologiya fakultəsində davam etdirmişdir (1967-1972). 2020-ci il iyunun 16-da vəfat etmişdir. Əmək fəaliyyətinə Qəbələ rayonunda müəllim kimi başlamış, sonra Sumqayıtda 49 saylı orta texniki-peşə məktəbində tərbiyyəçi, müəllim, tədris hissə müdiri vəzifələrində işləmişdir (1973-1980). Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturaya daxil olmuşdur (1979). Azərbaycan Elmlər Akeademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı kimi ictimai şüur, ünsiyyət, siyasi mədəniyyət və digər problemlərə dair bir sıra elmi məqalələrlə çıxış etmişdir (1983-1987). "İflas: səbəblər və nəticələr" (1991) kitabında cari ictimai-siyasi hadisələr haqqında elmi araşdırmaları toplu halda nəşr olunmuşdur. "Təşviqatçı", "Dialoq" jurnallarında elmi-nəzəri şöbənin müdiri (1980-1990), "Azərbaycan kommunisti" və "Dirçəliş" jurnallarında ideologiya şöbəsinin müdiri, "Ayna" qəzetində tərcüməçi (1990-1993), Bakının Nərimanov rayonunda Əmək və Məşğulluq Mərkəzinin direktoru (1993-1995), "Xalq qəzeti", "Yeni Azərbaycan" qəzetlərində ədəbi işçi, şöbə müdiri, redaktor müavini (1996-1998) "Respublika" (2004-2006), "Azərbaycan" (2006-2008) qəzetlərində müxbir, bölgə müxbiri vəzifələrində işləmişdir.
Qalib Əkbərov
Qalib Əsədov
Əsədov Qalib Əliəfsər oğlu — həkim-nevroloq, "Space" TV-də "Sağlam yaşa" layihəsinin və "Şəki və onun təbabət tarixi" kitabının müəllifi, Avropa Nevroloji Akademiyanın həqiqi üzvü. Qalib Əliəfsər oğlu Əsədov 1968-ci il yanvarın 20-də Azərbaycan Respublikasının Şəki şəhərində hərbçi ailəsində anadan olub. 1984-cü ildə Şəki şəhər M. Fizulin adına 3 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1984–1985-ci illərdə Şəki şəhəri Mərkəzi Rayon Xəstəxanasının nəzdində olan 652 saylı aptekdə fəhlə işləyib. 1985-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitunun müalicə profilaktika fakültəsinə qəbul olunub. 1986–1988-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətdən tərxis edildikdən sonra təhsilimi davam etdirib. Təhsil aldığı dövrdə Bakı şəhər Təcili yardım stansiyasında və Respublika Neyrocərrahiyyə Mərkəzində tibb qardaşı vəzifəsində işləyib. 1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra Tibb Universitetinin Nevrologiya Kafedrasinda işləyib, elmi fəaliyyətlə məşğul olub. 1993-cü ildə "Epilepsiya xəsətəliyinin əmələ gəlməsində meyilli faktorlar" adlı elmi işinə görə Bakı Dövlət Universitetinin Elmi Şurasının keçirdiyi müsabiqdə "İlin ən yaxşi gənc elmi tədqiqatçisi" nominasiyasında birinci yeri qazanıb.
Şeyx Qalib
Şeyx Qalib (təxəllüsü, Məhəmməd Esad Qalib dədə, 1757[…], Konstantinopol – 3 yanvar 1799, Konstantinopol) — Osmanlı şairi, sufi cərəyanının nümayəndəsi. Şeyx Sufi Mövlavilik ordeni. Şair İsmət Özelin fikrincə, Qalib Allahı deyil, insanı kainatın mərkəzində yerləşdirən ilk türk yazıçılarından idi. 1757-ci ildə İstanbulda anadan olub. Atası və babası da daxil olmaqla bir sıra qohumları Mövlud Sufi ordeninin üzvləri idilər. Onlar həm də onun ilk müəllimləri oldular. Bundan əlavə, Qalibə özəl müəllimlər dərs deyirdi, xüsusən də ona fars və ərəb dillərini öyrədirdilər . Sultan məhkəməsində bir məmur olaraq çalışdı, ancaq 26 yaşında "çilə" adlanan mingünlük sufi təcrübəsini ruhani müəllimi Çələbi Seyyida Əbubəkr Əfəndinin rəhbərliyi altında keçmək üçün.Konyaya getdi. Bir müddət sonra, Ebubekir Xoca Əfəndi, Qalibin atasının istəyi ilə onu İstanbula göndərdi və Qalib burada "çilə"ni tamamladı. Bundan sonra "baba" mənəvi başlığı aldı.
Qalib bəy Vəkilov
Vəkilov Qalib bəy İbrahim ağa oğlu (1888, Qazax – 16 noyabr 1937) — Rusiya İmperator Ordusunda, daha sonra Azərbaycan Demokratik Respublikasında artilleriya generalı. General-leytenant. Azərbaycan Milli Ordusunda hərbi mühəndislər idarəsinin rəisi, "Müqəddəs Georgi" ordenli. İbrahim ağa Vəkilovun oğlu, Paşa ağa Vəkilovun nəvəsi, Faris bəy Vəkilov, Reyhan xanım Vəkilovanın qardaşıdır. Vəkilov Qalib ağa İbrahim ağa oğlu (1887–16.11.1937) (Xarkov III Aleksandr adına ali hərbi-texniki in-ta girib, II kursdan sonra təhsilini Moskvadakı Alekseyev hərbi məktəbində davam etdirib; Çar və müsavat zabiti; podpolkovnik; Azərbaycan Milli Ordusunda hərbi mühəndislər idarəsinin rəisi işləyib. 1920-dən sonra XI ordunun Ənzəlidəki mühəndis qoşunları hissəsinin rəisi, Zaqafqaziya qızıl ordu hərbi inqilab şurası hərbi sənaye komitəsinin direktoru işləyib) (1931–33-də ilk dəfə həbsdə olub, 1937-ci ildə isə II dəfə tutularaq güllələnib) 1937-ci ildə Qalib bəy Vəkilovu güllələyirlər. I Dünya müharibəsi dövründə "Müqəddəs Georgi" ordeni ilə təltif edilmişdir.
Qalib ibn Abdullah
Qalib ibn Abdullah (Məkkə, ərəb. غالب بن عبد الله‎) — İslam peyğəmbəri Məhəmmədin Məkkənin fəthi zamanı ona yol təhlükəsizliyini təmin etmək tapşırılmışdı. Xəlifə Ömərin dövründə Qadsiyyə döyüşündə mühüm üstünlüklər göstərmiş və Hörmüzü öldürmüşdür. Müaviyə dövründə Ziyad ibn Əbih tərəfindən hicri 48-ci ildə (miladi 668) Xorasan valisi təyin edilir.
Qalib Əhmədov (əsgər)
Əli Qalib Paşa
Əli Qalib Paşa (d. 1828 - ö. sentyabr 1858) — Osmanlı sultanı Sultan Əbdülməcid dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası Sultan Əbdülməcidin sədrəzəmlərindən Qoca Mustafa Rəşid Paşa idi. Sədarət məktubdarı olaraq xidmət etməsinin ardından 1851-ci ilin avqustunda Sultan Əbdülməcidin qızlarından Fatma Sultanla nişanlandı. Nişanın ardından Əli Paşa vəzir rütbəsiylə məclis üzvlüyünə təyin edildi. 3 il davam edən nişanlılığın sonunda atası sədarətdən alınmış, bu səbəblə nigahın ləğv olunması haqqında şayələr yayılmışdı. Qızının məyus olduğunu görən Sultan Əbdülməcidin əmriylə cütlük 2 avqust 1854 tarixində evləndirildi. Cütlüyün nigahı Hırka-i səadət otağında şeyxülislam Əhməd Arif Hikmət Əfəndi tərəfindən bağlandı. Yeni evli cütlük Sultan Əbdülməcidin hədiyyə etdiyi Baltalimanı sarayında məskunlaşdı.
Viktoriya-qalib (teleserial, 2010)
Viktoriya qələbə deməkdir (ing. Victorious) — Nickelodeondə yayımlanan bir ABŞ sitkomudur. Serial 27 mart 2010 - də başladı.
Futbol üzrə Andorra çempionatının qaliblərinin siyahısı
Futbol üzrə Azərbaycan SSR kubokunun qaliblərinin siyahısı
Futbol üzrə ilk Azərbaycan SSR kuboku 1936-cı ildə keçirilib.
Futbol üzrə Azərbaycan SSR çempionatının qaliblərinin siyahısı
Futbol üzrə ilk Azərbaycan SSR çempionatı 1928-ci ildə keçirilib.
Futbol üzrə Bakı şəhər çempionatının qaliblərinin siyahısı
Futbol üzrə Bakı şəhər çempionatı — 1911-1917-ci illərdə keçirilmişdir.
Futbol üzrə Fici çempionatının qaliblərinin siyahısı
Futbol üzrə Gürcüstan çempionatının qaliblərinin siyahısı
Futbol üzrə Hindistan çempionatının qaliblərinin siyahısı
Futbol üzrə Lixtenşteyn çempionatının qaliblərinin siyahısı
Futbol üzrə Monqolustan çempionatının qaliblərinin siyahısı
Futbol üzrə Montserrat çempionatının qaliblərinin siyahısı
Futbol üzrə Niue çempionatının qaliblərinin siyahısı
Futbol üzrə Qazaxıstan çempionatının qaliblərinin siyahısı
Kommunist əməyi qalib gəlir (film, 1929)

Digər lüğətlərdə