QALXMAQ

f.
1. Ayağa durmaq, dik vəziyyət almaq. Müəllim sinfə girdikdə şagirdlər qalxdılar. Bütün salondakılar ayağa qalxdılar. Hamı yerindən qalxıb sıraya düzüldü.
– Harın at qalxdı dik ayaq üstə; Ox dəyən ahu kimi tullandı. A.Səhhət.
Gəlinlər, qızlar ağırağır enib qalxırdılar. Çəmənzəminli.

// Yuxudan ayılıb yatağından durmaq. Uşaqlar çoxdan qalxıblar.
– Gecənin yarısı qalxıb yataqdan; Tökdüm qabağıma şeirlərimi. B.Vahabzadə.

2. məc. Sağalmaq. Xəstə artıq qalxıbdır. Xəstə tez qalxana oxşamır.
3. Bir şeyin üstünə, təpəsinə, başına çıxmaq; yuxarı çıxmaq, dırmaşmaq. Dağa qalxmaq.
– Gördüm ki, camaat axşam vaxtı seyrəngaha çıxıb, yol ilə başyuxarı qalxanlara tamaşa edirlər. C.Məmmədquluzadə.
O heç bir şey olmamış kimi ağır addımlarla pilləkəni qalxıb göy məhəccərli eyvana çıxdı. İ.Şıxlı.

// Yüksəlmək.
Göyə qalxan və yerin təkinə enən dalğalarda nə sığınacaq yer, nə əl çatacaq bir çöp vardı. M.İbrahimov.
Gün iki cida boyu qalxmışdı. Mir Cəlal.

// Daha yüksək bir vəziyyət almaq. Pərdə qalxdı. Qaşları qalxdı.
4. Qabarmaq, şişib böyümək. Çiban dünənkinə nisbətən bir qədər qalxmışdır.
– Relslər yanında torpaq bir girdab kimi köprüyüb qalxırdı. Ə.Məmmədxanlı.

5. məc. Hərəkətə gəlmək, hərəkətə başlamaq, ayağa qalxmaq, qalxışmaq, qiyam etmək. Mübarizəyə qalxmaq. Müdafiəyə qalxmaq. Bütün xalq işğalçılara qarşı qalxdı.
6. Səviyyəsi artmaq, daha da yüksəlmək. Çayın suyu qalxmışdır. Barometr qalxmışdır.
// Daha da güclənmək, artmaq. Hərarət qalxmışdır. Uşağın qızdırması qalxmışdır.
7. məc. Vəzifəsi, rütbəsi, mövqeyi, nüfuzu yüksəlmək, tərəqqi etmək, irəliləmək. O, elm sahəsində xeyli qalxmışdır.
8. Birdən başlamaq, qopmaq, ucalmaq, artmaq və s. mənasında olaraq, köməkçi feil kimi bir sıra isimlərin qabağına gətirilir. Külək qalxdı. Toz qalxdı. Səs-küy qalxdı. – Zurna düzəldi. Dəf vuruldu.
Çəpik səsi qalxdı. Çəmənzəminli.
Dənizdə tufan qalxır.
Xəzərin ağ köpüklü çılğın dalğaları sahili gəmirirdi. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QALXMAQ 1. QALXMAQ Həmzə bir-iki saat istirahət edib qalxdı (Ə.Qasımov); DİKƏLMƏK Həmzə pulları yığışdırıb dikəldi
  • QALXMAQ sağalmaq — yaxşılaşmaq
  • QALXMAQ dırmaşmaq — çıxmaq
  • QALXMAQ yüksəlmək — irəliləmək
  • QALXMAQ qabarmaq
  • QALXMAQ durmaq — dikəlmək
  • QALXMAQ çalmaq — vurmaq — sancmaq — girdirmək

Antonimlər (əks mənalı sözlər)

  • QALXMAQ QALXMAQ – DÜŞMƏK Kərim dayı cəld yuxarı qalxdı (M.İbrahimov); – Yoxdur, xanım, yoxdur! – deyib cəld geri döndü və həyətə düşdü (M

Etimologiya

  • QALXMAQ Qaldırmaq sözü göstərir ki, burada etimon qal feilidir. –x şəkilçisi qırxmaq kəlməsində də var (qırx və qırmaq eyni kökə malikdir)
QALXMA
QALIQ

Digər lüğətlərdə

лешо́вка минда́ль обно́с опаску́дить поддо́бриться самши́т тонкоцветко́вый фри́штык агломерацио́нный живая па́мять отдали́ться пир во время чумы́ пото́ком соса́ть кровь глудкий петел пячига Хоропуть cantharis codicil kamikaze plum выскочка наполнить облетать