qaltaqsız
qalvançı 2021
OBASTAN VİKİ
Ağıldan bəla
Ağıldan bəla (rus. Го́ре от ума́) — Aleksandr Qriboyedovun 1824-cü ildə yazdığı komediya. == Məzmunu == Əsər XIX əsrin 20-ci illərində Rusiya imperiyasında azadlıq ideyalarının geniş yayılmasınnda mühüm rol oynamışdır. Əsərdə dvoryan cəmiyyətinin içəridən çürüməsi prosesi və bu cəmiyyətin sütunları sayılan dvoryan-saray zadəganlığının mühafizəkarlığı, böyük rütbə sahiblərinin cəhaləti, mədəniyyətsizliyi, kübar aləminin vətənpərvərlik hissindən tamamilə məhrum olması, ümumi əxlaqi irinləmə, tipik məişət səhnələri və tipik surətlərlə inandırıcı bir formada əks etdirilmişdi. Əsər 4 pərdədən ibarətdir.
Daimi bəla (film, 2002)
Şər Yuvası (Əsl adı: Resident Evil) 2002-ci ildə çıxmış bir qorxu filmi. Rejissor Paul Anderson, Capcom'un Resident Evil adlı video oyunundan ilhamlanaraq hazırlanmışdır. == Hekayə == Umbrella (Çətir) şirkətinin dünyanın bir çox yerində qurumları vardır. Amma əsas mərkəz şimali Amerikadaki Raccoon City-dir. Şirkət bir çox tekniki avadanlıqların istehsalı ilə dünyada məşhurdur. Amma Umbrellanın əsas gəlir məmbəsi istehsal etdiyi virus silahlarıdır. Bu viruslardan ən təhlükəli olanı T-virusudur. Umbrella şirkətinin virus istehsalı ilə məşğul olduğu sahə, yer altı Hive-də T-virusu yayılmağa başlar. Bunu izləyən şirkətin bütün gücünü əlində saxlayan Qızıl-Şahzadə adlı super kopyuter, virusun yayılmasının qarşısını almaq üçün, şirkətin bütün işçilərinin həyatı bahasına olsa belə, şirkətdəki bütün giriş və çıxış qapılarını bağlayır. Alis və dostları şirkət işçilərinə nə olduğunu öyrənmək üçün xüsusi təyinatlı S.T.A.R.S adlı hərbi komanda ilə birlikdə Umbrella şirkətinə gedərlər.
Bala-başa bəla! (film, 1995)
Bala başa-bəla — tammetrajlı bədii televiziya film-tamaşası. Əsər rejissor Şərif Qurbanəliyev tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşa Əli Əmirlinin "Bala, bəla sözündəndir" pyesinin motivləri əsasında çəkilmişdir. Tamaşanın çəkilişləri Müqəddəs Ramazan ayında olduğu üçün aktyor Cahangir Novruzov oruclu imiş və aktyor üçün ən çətin səhnələrdən biri qonaqlıq səhnəsi olub. Rejissor Şərif Qurbanəliyev film-tamaşada aktyor kimi də iştirak edir. Amma titrlərdə onun adı Şərif Məcbur kimi göstərilib. Səbəbi də bu olub ki, rejissor bu rola aktyor tapa bilməyib, məcburiyyət qarşısında özü ifa etməli olub. İzzət Nəfislinin evində divardan asılan şəkildə Suğra ilə İzzətin uşaqlıq şəklini görürük. Əslində həmin şəkil aktyor Cahangir Novruzovun uşaqlıq şəklidir.
Bəla və səbir (Şəhid Sani)
Bəla və səbir (tam adı: "Musəkkinul fuad ində fiqdil əhibba vəl-ovlad"; tərc.: "Övlad və yaxınların itkisi zamanı qəlbə təskinlik verən") — Şəhid Saninin kitabı. Şəhid Sani adı ilə məşhur olan böyük alim Zeynuddin ibn Əli Amilinin “Musəkkinul fuad ində fiqdil əhibba vəl ovlad” adlı əsərini, əsasən, övlad və yaxın adamların ölümü zamanı müsibət görmüş insanlara təskinlik vermək üçün yazmışdır. Bu cəhətdən kitabda gətirdiyi hədisləri və bəhsləri də övlad itkisinə aid etmişdir. Bütün kitabı bu məsələyə həsr etmişdir. Bu kitaba indiyə qədər yüzə yaxın şərhlər yazılmışdır. == Yazılma səbəbi == Bu kitabı yazmağının səbəbi Şəhidin keçdiyi çətin həyat yolu olmuşdur. Tarixdən də göründüyü kimi, o, həyatı boyu çoxlu müsibətlərlə qarşılaşmışdır. O, bu kitabı həm özü üçün bir təskinlik, həm də bəlalarla qarşılaşanlar üçün bir ürək-dirək, qəlblərinə rahatlıq vermək üçün yazır. Şəhid çox fəqir bir vəziyyətdə yaşamışdır. Onun sağlığında bütün övladları vəfat edir, yalnız bir övladı sağ qalır.
ку́бик нея́ркость о́бразно реми́кс скорёжиться сродя́сь туберо́зовый ГПУ засусо́литься книголю́б коли́чественный либерализо́ванный оргасти́ческий прики́дывать coal-bed desulphur full-hearted harvest moon pillow lava wigwag баллотировать вздёрнуть нацеливать невесёлый секста