QALXMAQ
QALIQ
OBASTAN VİKİ
Qalıq
Fosil və ya qalıq — havayla təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəlindəki canlı həyat haqqında məlumat verər. Qalıqları və qalıqlaşmağı araşdıran elm sahəsinə paleontologiya deyilir. Latınca fodare, qazmaq sözcüyündən törəmişdir. == Bitki qalıqları == Ümumiyyətlə sərt toxumlar və taxta qisimlər qalıqlaşmış olaraq tapılar. Çiçək və yarpaqların özləri qorunmazlar ancaq karbon təsiri onların quruluşundakı çox incə detalları dahi qorumaqdadır. == Heyvan qalıqları == Dişlər, sümüklər və qabıqlar, dəri, et/ət, kürk, tükdən daha çox rast gəlinən qalıqlardır. Ümumiyyətlə sümüklər tapılar ancaq Alyaska, Sibir kimi yerlərdə nadir olaraq bütün mamut qalığına rast gəlinmişdir. Bu bölgələrdəki donmuş heyvanlar qalıq olaraq tamamilə milyonlarla il qorunmuşdur. == Qabıqlı dəniz canlıları == Milyonlarla il əvvəl dənizlərlə qablı olan bölgələrdən su geri çəkildiyində qabıqlı dəniz canlıları palçıq, qum və palçığa basdırılmışlar.
Qalıq balıqlar
Zirehli balıqlar (lat. Placodermi) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. == Maraqlı fakt == 380 milyon il bundan əvvəl Materpiscis zirehli balığı məlum olan ən qədim diri doğan orqanizm hesab olunur.
Qalıq yanacaqlar
Qalıq yanacaqlar — mineral yanacaqlar olaraq da bilinər, hidrokarbon ehtiva edən kömür, neft və təbii qaz kimi təbii enerji qaynaqlarıdır. Qalıq yanacaqlar sənaye sahədə çox geniş bir istifadə sahəsi tapmaqdadır. Elektrik istehsalında, ümumiyyətlə qalıq yanacağın yanması ilə ortaya çıxan enerji bir turbinə güc olaraq çatdırılar. Köhnə generatorlarda ümumiyyətlə yanacağın yanması ilə əldə edilən buxar turbini çevirmək üçün istifadə edilərdi, lakin yeni enerji stansiyalarında yanma ilə əldə edilən qazlar, birbaşa olaraq qaz turbinini çevirməkdədir. 20 və 21-ci əsrdə dünya səviyyəsindəki texnoloji inkişaflarla, qalıq yanacaqlardan əldə edilən enerjiyə olan ehtiyac artmaqdadır. Xüsusilə neftdən əldə edilən benzin, dünya səviyyəsində və regional olaraq böyük qarşıdurmaların ana səbəbi halına gəlməkdədir. Kömür, neft və təbii qaz dünyanın bu günki enerji ehtiyacının çox hissəsini təmin edir. Strukturlarında karbon və hidrogen elementlərini saxlayan bu qalıq yanacaqlar, uzun müddətlər içərisində meydana gəlməkdə lakin çox tez istehlak edilməkdədir. Dünyanın müəyyən bölgələrində toplanmış bu yanacaqların günümüz texnologiyasıyla ¾-nün yarısının çıxarılması qeyri-mümkün; digər yarısının isə çıxarılması texniki olaraq çox bahalıdır. Bu da qalıq yanacaqları yenilənə bilməyən və məhdud yanacaqlar sinifinə daxil edilir.
Fasiya və Qalıq üsulu
Fasiya və Qalıq üsulu- (rus. метод мощностей и фаций, ing. method of thickness and facies), çöküntülərin qalınlıq və fasial tərkibinin təhli¬linə əsasən müəyyən sahədə yer qabı¬ğının şaquli hərəkətinin sürətini, amplitudunu və çöküntülərin əmələgəlmə dərinliyinin dəyişilməsi məsələlərini müəyyənləşdirməyə imkan verir. Hazırda müəyyən çöküntü qalınlığının çökmənin dərinliyinə müvafiq gəldiyi qəbul edilmişdir. Vulkanogen çöküntülərin və bir sıra başqa törəmələrin sürətlə toplanmasını nəzərə alaraq, F. və q.ü. müəyyən düzəlişlə tətbiq edilir.
Alban məbədinin qalıqları (Kəmərli)
Alban məbədinin qalıqları — Qazax rayonunun Kəmərli kəndində yerləşən məbəd qalıqları. Qalıqlar erkən orta əsrlərə aiddir. Ölkə əhəmiyyətli arxeoloji abidədir.
Daşlamış qalıqlar
Daşlamış qalıqlar — keçmiş geoloji dövrlərin çöküntü süxurlarında qorunub qalmış heyvan və bitkilər == Haqqında == Daşlaşma prosesi zamanı suda həll olmuş karbonatlar, sulfatlar, fosfatlar, sulfit birləşmələri çürümə nəticəsində heyvan qalığındakı boşluqlara dolur, skelet və onun hissələri tədricən qeyri-üzvi maddələrlə əvəz olunur. Nəticədə heyvanın skeleti, yaxud onun bir hissəsi get-gedə daşlaşaraq Daşlamış qalıqlar əmələ gəlir.
Rialto körpüsündə xaç qalıqlarının möcüzəsi
" "Rialto körpüsündə xaç qalıqlarının möcüzəsi" və ya "Rialto körpüsündə mübtəlanın sağalması" (it. Miracolo della Croce a Rialto) - Erkən intibah dövründə yaratmış italyan rəssam Vittore Karpaççonun (təx. 1465-1525/26) əsəri. 1494-cü ildə yaradılıb. 1820-ci ildən bu günədək Venesiyada Akademiya qalereyasının kolleksiyasında saxlanılır. == Tarix == Bu kompozisiya, Həvari Yuhənna dini qardaşlığının (Skuola Qrande di San Covanni Evancelista) Alberqo (və ya Xaç) zalı üçün nəzərdə tutulmuş rəsmlər seriyasına daxil idi. Həmin zalda 1369-cu ildən bəri möcüzəvi Müqəddəs Xaçın fraqmenti saxlanılırdı. Venesiyada heç bir digər skuolada belə böyük əhəmiyyətli relikviya yox idi. Bu süjet haqqında 10 əsər yaradılmışdı, lakin onlardan yalnız səkkizi günümüzə gəlib çatıb. == Təsvir == Rəsmdə qeyri-adi qalıqların törətdiyi möcüzələrdən bəhs edən səhnə təsvir edilib.

Digər lüğətlərdə

были́нный зашифро́вывать кварта́льный магистра́тский намозо́ленный окказионали́змы подшпо́рить помело́ ро́лька соловьи́ный соотве́тчица хиро́лог ли́чный сбалагу́рить бильфежское полотно Big Ben diaphragmal fishing line manswear nondeciduous rapscallion trumpeter swan unaneled оспаривать продезинфицировать