Qan, zəhmət, göz yaşları və tər
Qan, zəhmət, göz yaşları və tər ifadəsi, 1940-cı ilin 13 mayında Böyük Britaniya parlamentinin İcmalar palatasında Vinston Çörçill tərəfindən verilmiş nitqdə məşhur olmuşdur.
== İfadənin tarixi ==
Bu, İkinci dünya müharibəsinin ilk ilində Kralın tapşırığı ilə Böyük Britaniyanın baş naziri olduqdan sonra 1940-cı ilin 13 mayında İcmalar palatasında Çörçillin ilk nitqi idi. Çörçill 10 mayda Nevill Çemberleni əvəzləmişdi və bu nitqdə o, öz hökumətinə etimad göstərilməsini xahiş etmişdi. Təklif, birmənalı olaraq qəbul edilmişdi. Bu, Fransa uğrunda döyüş zamanı onun 3 nitqindən birincisi idi.
Çörçill oxşar ifadələri daha tez istifadə etmişdi: 1931-ci ildə “Onların təri, onların göz yaşları, onların qanı” və “milli həyatın yeni strukturlarını qan, tər və göz yaşları üzərində qurmaq” kimi.
Çörçillin cümləsi – “Mən heç nə təklif etməmişəm, lakin qan, zəhmət, göz yaşları və tər” 1849-cu ilin 2 iyulunda Cüzeppe Qaribaldinin bir fikrinin parafrazası kimi adlandırılmışdı. O, Roma şəhərində öz inqilabi qüvvələrinin qarşısında demişdi: “Mən aclığı, susuzluğu, məcburi yürüşləri, döyüşü və ölümü təklif edirəm.” Çörçill gənc olarkən Qaribaldinin bioqrafiyasını yazmağı fikirləşmişdi.
== Çıxarış ==
Biz tarixdə baş vermiş ən böyük döyüşlərdən birinin hazırlıq mərhələsindəyik.... Biz Norveç və Hollandiyada çox yerlərdə fəaliyyətdəyik –, biz Aralıq dənizində hazırlıqlıyıq.