Qapalı Sex

o elə vəziyyətdir ki, ona əsasən sahibkar işə yalnız həmkarlar ittifaqının üzvlərini götürə bilər.
Qapalı İnhisar
Qapalı Səhmdar Cəmiyyəti
OBASTAN VİKİ
Sex
Sex (rus. цех, dolayı yolla pol. сесh sözündən, o da alm. zunft‎; mənası – "eyni sinifdən olan şəxslərin birliyi") — feodalizm cəmiyyətində şəhərlərdə iqtisadi cəhətdən müstəqil olan xırda istehsalçıların – sənətkarların peşə təşkilatları. Sexlər XI–XII əsrlərdə Qərbi Avropa ölkələrindən Fransa, Almaniya və İngiltərədə (İtaliyada ola bilsin daha əvvəl) meydana gəlmiş, XIII–XIV əsrlərdə tam inkişaf etmişdir. Bu ölkələrin iri şəhərlərində müxtəlif ixtisaslı sənətkarlar sexlərdə birləşirdi (toxucular, çəkməcilər, yağçılar sexi və başqa sexlər əmələ gəlirdi). Şəhər əhalisinin digər təbəqələri də (məsəsələn, balıqçılar, musiqiçilər, həkimlər və b.) sexlər yaradırdılar. Sexlərin fəaliyyəti ilk növbədə şəhər sənətkarlarının istehsal mənafeyini güdürdü. Hər bir sexin əmək aləti təsvir olunmuş emblemi, sex möhürü, kassası olurdu. Sexlər şəhərdaxili sosial mübarizədə böyuk rol oynamışlar.
Sex (iqtisadiyyat)
Sex (emalatxana) (alm. seche‎) — sənaye müəssisəsinin, istehsal prosesinin müəyyən sahəsi ilə məşğul olan strukturu.
Qapalı sistemlər
Qapalı sistemdə qarşılıqlı münasibətin və ya informasiya alış verişinin olmaması və ya buna səd çıkilməsi əsasdır. Şirkətlərdəki əməliyyatlardan əyani misal çəksək, AR-GE(Tədqiqat və təkmilləşdirmə) bölümü, müəyyən ölçüdə satınalma və finans bölümlərində informasiya çıxışının önlənməsi üçün qapalı bir sistem mexanizmi mənimsənir.
Qapalı çarşı
Qapalı çarşı — İstanbul şəhərində yerləşən dünyanın ən köhnə və böyük qapalı bazarı. Qapalı çarşıda 64 Prospekt və Küçə, 16 Xan vardır. 22 ədəd qapısı vardır. 45.000 m² bağlı sahə üzərində qurulmuşdur, 3600 dükanı vardır. 97 ədəd məmulat satılmaqdadır. 1 ədəd İnternet portalı vardır.(www.kapalicarsi.org.tr) Sağlamlıq Mərkəzi vardır. Polis bölməsi vardır. Bütün Bank Şöbələri vardır. Poçtu vardır. Özünə aid Xüsusi Təhlükəsizlik Təşkilatı vardır.
Qapalı şəhər
Qapalı şəhər, səyahət və ya yaşayış məhdudiyyətlərinin tətbiq olunduğu, ziyarət və ya qalmaq üçün xüsusi bir icazə tələb olunduğu yaşayış məntəqəsidir. Bu cür yaşayış məntəqələri ənənəvi hərbi bazadan daha çox yer və ya azadlıq tələb edən həssas hərbi obyektlər və ya gizli tədqiqat institutları ola bilər. Qapalı şəhərlərdə əsasən, bu müəssisələrdə işləyən işçilər yaşayırlar. Qapalı şəhərlər ağır dərəcədə hərbiləşdirilmiş ölkələrin və ya gizli rejimlərin bir xüsusiyyətidir və hal-hazırda Sovet İttifaqının varisi olan ölkələrin bəzilərində mövcuddur. Bu gün Rusiyadakı bu cür yerlərə rəsmi olaraq “qapalı inzibati zona formasiyaları” deyilir (закрытые административно-территориальные образования zakrıtıye administrativno-territorialniye obrazovaniya və ya qısaca ЗАТО ZATO).
Qapalı aktiv
Qapalı aktivlər, gözlənilməz və ya erkən silinmə, dəyərdən düşmə və ya öhdəliklərə çevrilmə nəticəsində zərər görən aktivlərdir ". Qapalı aktivlər müxtəlif səbəblərdən yaranır və iqtisadi artım, transformasiya və innovasiya ilə bağlı olan "yaradıcı məhv" fenomeninə xasdır. Bu aktivlər fərdlər və şirkətlər üçün risklər yaradır və sistemli təsirlərə səbəb ola bilər. İqlim dəyişikliyinin bütün dünya iqtisadiyyatında potensial dalğalanma təsiri ilə karbon tutumlu sənayelər və investorlar üçün qapalı aktivlərin əhəmiyyətli dərəcədə artmasına səbəb olacağı gözlənilir. Termin, aktivin öhdəliyə çevrilməsindən sonra iqtisadi itkilərin qarşısını almaq üçün maliyyə riskinin idarə edilməsi üçün vacibdir. Mühasiblərin aktivlərin dəyərsizləşməsi ilə mübarizə aparmaq üçün tədbirləri var (məs . 16 №-li MUBS) müəssisənin aktivlərinin bərpa oluna bilən məbləğindən artıq uçota alınmamasını təmin etməyə çalışır. Bu kontekstdə qapalı aktivlər köhnəlmiş və ya işlək olmayan aktiv kimi də müəyyən edilir, lakin balansda mənfəət itkisi kimi qeyd edilməlidir. == İqlimlə bağlı aktivlərin bağlanması == "Qapalı aktivlər" termini ətraf mühit və iqlim dəyişikliyi mövzularında böyük əhəmiyyət daşıyır. Bu kontekstdə diqqət əsasən iqlim dəyişikliyi kimi ətraf mühitlə bağlı faktorların təsirinə yönəlir,) müxtəlif sektorlardakı aktivləri necə bağlaya biləcəyinə yönəlmişdir.
Cigarettes After Sex
Cigarettes After Sex — 2008-ci ildə Qreq Qonzales tərəfindən Texas ştatının El Paso şəhərində yaradılmış amerikan drim-pop qrupu. Qrup efirli, limerent və tez-tez yuxuya bənzəyən musiqi üslubu, tez-tez romantika və sevgi mövzularına əsaslanan sözlər, həmçinin Qonzalesin "androgin" kimi təsvir edilən səsi ilə tanınır. Ambient pop qrupu kimi bilinsə də, Cigarettes After Sex həm də şouqeyz, slowcore və indi-rok hesab olunur.
Sex Murder Party
Sex Murder Party — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca beşinci studiya albomu "Humanz"-da səsləndirilmiş mahnı. Bu mahnıda Çikaqodan olan haus musiqiçisi Ceymi Prinsipl(en) və Yamaykadan olan repçi Zebra Katz(en) xüsusi qonaq qismində çıxış edir.
Qapalı dövriyyəli televiziya
Qapalı dövriyyəli televiziya (ing. Closed-Circuit Television və ya CCTV) kameraların görüntü siqnallarını müəyyən bir yerə ötürdükləri bir sistem. Televiziyadan ən vacib fərq siqnalın hər kəsə açıq formada ötürülməməsidir. Bir sözlə, CCTV banklar, şirkətlər və hava limanları kimi obyektlərin istifadəsi üçün nəzərdə tutulmuş bir televiziya sistemidir. Həm də müəyyən bir ərazinin görüntüsünün müəyyən monitorlara verildiyi bir ekran sistemi kimi düşünmək olar. CCTV-nin əvvəllər eksperimental istifadəsi olsa da, bu gün ümumiyyətlə təhlükəsizlik məqsədilə quraşdırılır. CCTV sistemi CCTV kameralar, linzalar, rəqəmsal videorekorderlər və monitorlardan ibarətdir. CCTV sisteminin ən vacib xüsusiyyəti görüntülərin zamanla mütənasib şəkildə qeyd edilməsidir. İlk ticarət məqsədli CCTV sistemi ABŞ-da 1949-cu ildə Vericon tərəfindən elan edilmişdir. İlk bağlı dövriyyəli televiziyalarının ən böyük problemi, video görüntülərin çəkilməsinin mümkün olmaması idi.
Qapalı sınıq xətt
Qapalı sınıq xətt — birinci və sonuncu təpə nöqtələri üst-üstə düşən sınıq xətt adlanır.
Yoxsulluğun qapalı dairəsi
Yoxsulluğun qapalı dairəsi — ayrı-ayrı təsərrüfat subyektlərinin, regionların və ölkələrin inkişaf etməməsini izah edən qarşılıqlı əlaqəli amillər anlayışı. İqtisadi şəraitin yaxşılaşması ilə bağlı dalğalanmalar əhalinin sonrakı artımı ilə kompensasiya edilir. Termin ilk dəfə 1949-1950-ci illərdə Hans Sinqer və Raul Prebişin əsərlərində təklif edilmişdir. Adambaşına düşən aşağı gəlirin minimum iqtisadi artım tempinə nail olmaq üçün lazım olan səviyyədə əmanətlərə və investisiyalara mane olduğu inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun qısır dairəsi problemdir. Ev təsərrüfatlarının qənaət etmək qabiliyyəti və həvəsi yoxdur, aşağı gəlir aşağı tələb deməkdir, nəticədə zəif resurslar və fiziki və insan kapitalına sərmayə qoyuluşunu dayandırmaq üçün stimulların olmaması, buna görə də əmək məhsuldarlığı aşağı olaraq qalır.
Qapalı göz hallusinasiyaları
Qapalı gözlərlə hallüsinasiya və vizuallaşdırmalar gözlərin bağlı olduğu vəziyyətdə və ya insan qaranlıq bir məkanda olarkən meydana gələn hallüsinasiyalardır. Onlar fosfenin bir növü sayılır. Bəzi insanlar bu hallüsinasiyaları psixodelik maddələrin təsiri altında yaşadıqlarını bildirirlər. Bu hallüsinasiyaların açıq gözlərlə baş verən digər hallusinasiyalardan fərqli bir təbiətə sahib olduğu müəyyən edilmişdir. == Qapalı göz hallüsinasiyalarının növləri == Ümumilikdə belə hallüsinasiyaların beş növü ayırd edilmişdir. Lakin heç bir maddə qəbul etməyən adi bir insanda bu növlərdən yalnız ikisinə rast gəlmək olar. Geri qalan növləri isə görmək üçün əlavə maddələrdən istifadə etmək lazım gəlir. === Vizual qar === Qapalı göz hallüsinasiyalarının ən əsas forması hər kəsin yaşadığı gözlərdə dalğalanmadır. Bu zaman insan heç bir əlavə təsir olmadan baxış sahəsi boyunca hərəkət edən bir sıra rəngli nöqtələr görür. Bu nöqtələrin görünməsinə gözlərin bağlı olduğu bir vəziyyətdə, göz qapaqlarının arxaya baxdığı halda rast gəlmək olar.
Blood Sugar Sex Magik
Blood Sugar Sex Magik — məşhur amerikan rok qrupu Red Hot Chili Peppersin beşinci studiya albomudur. 24 sentyabr 1991 tarixində yayımlanan və prodüserliyini Rik Rubinin etdiyi albom, Warner Music etiketi ilə satışa buraxılmışdır.
Cigarettes After Sex (albom)
Cigarettes After Sex — ABŞ musiqi qrupu Cigarettes After Sex-in debüt studiya albomu. 9 iyun 2017-ci ildə Partisan Records tərəfindən buraxılıb.
Ankara Mərkəzi Qapalı Həbsxanası
Ankara Mərkəzi Qapalı Həbsxanası və Gözaltı Evi ya da Ulucanlar Həbsxanası — Ankaranın Altındağ mahalının Ulucanlar səmtində 1925–2006 arasında fəaliyyət göstərən bir həbsxanadır . Türk siyasi və ədəbi həyatında əhəmiyyətli bir yeri olan Ulucanlar Həbsxanasını bərpa edərək muzey və mədəniyyət və sənət mərkəzinə çevirmək layihəsi Altındağ Bələdiyyəsinə verildi. 2009-cu ildə başlanan bərpa işləri 2010-cu ildə tamamlandı. == Tarix == Hərbi anbar kimi xidmət etmək üçün 1923-cü ildə tikilən bir binada qurulan həbsxana, 1925-ci ildə edilən təmirdən sonra həbsxana olaraq istifadə olunmağa başladı. 68 nəslin öndə gələn adlarından Deniz Gezmiş, Yusuf Aslan və Hüseyin İnan, 6 May 1972-ci ildə həbsxana həyətindəki qovaq ağacının altında edam edildi. 1980 İnqilabının ilk edamları bu həbsxanada 8 oktyabr gecəsi solçu Necdet Adalı və sağçı Mustafa Pehlivanoğlunun edamı ilə baş verdi. 13 dekabr 1980-ci ildə Erdal Erenə verilən ölüm cəzası burada icra edildi. Həbsxanada Cüneyt Arcayürek, Mahmut Alınak, Fakir Baykurt, Hatip Dicle, Orhan Doğan, Bülent Ecevit, Yılmaz Güney, Nâzım Hikmet, Yaşar Kamal, Yavuz Öbekci, Selim Sadak, Sırrı Sakık, Kamal Tahir, Metin Toker, Muhsin Yazıcıoğlu və Leyla Zana Bir çox məşhur məhbus və məhkum qaldı. 29 sentyabr 1999-cu ildə başladılan Həyata Dönüş Əməliyyatı zamanı 10 nəfər həbsxanada öldü, 100-ə yaxın insan yaralandı. Ulucanlar Həbsxanası 1 iyul 2006-cı ildə bağlandı.
Mərkəzi qapalı bazar (İrəvan)
Mərkəzi qapalı bazar — Ermənistanın paytaxtı İrəvandakı ticarət kompleksi. Mesrop Maştos prospektində, Göy Məsciddən bir qədər aralıda yerləşir. Bina 1952-ci ildə tikilib. Memar Qriqor Ağababyanın ən məşhur əsərlərindən biridir. 2010-cu illərin əvvəllərində yenidənqurmadan sonra ticarət kompleksinin bir hissəsi olir. İrəvanın görməli yerlərindən hesab olunur. Ermənistanın tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir. Bazar 1952-ci ildə Stalin prospektində (daha sonra - Lenin prospekti, indi - Meşrop Maştots prospekti) bir ticarət meydançasının əvvəllər yerləşdiyi yerdə tikilib. Açılış 29 aprel 1952-ci il tarixində baş tutur. Layihə memar Qriqor Ağababyan tərəfindən hazırlanmış, dizayneri A. Arakelyan olmuşdur.
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti — Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin əsasında yaradılmış səhmləri tamamilə dövlətə məxsus olan qapalı səhmdar cəmiyyət. 27 fevral 2014-cü il tarixindən quruma Zaur Hüseynov edir. == Tarixi == Bakı metrosuna nəzarət edən ilk qurum Bakı Metropoliteni İdarəsi olmuşdur. Bakı Metropoliteni İdarəsi 1966-cı il tarixində təsis olunmuşdur. 27 fevral 2014-cü il tarixində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin əsasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti təşkil edilmişdir. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin səhmləri dövlətə məxsus olan və Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisi olan şirkətdir. 2022-ci ildə Xocasən ikinci yerüstü stansiyasının açılışı elan edildi. 2023-cü ilin fevral ayında Bakı Metropoliteni metro xətlərində hərəkət edən yeni nəsil qatarların sayının 23-ə, vaqonların sayının isə 115-ə çatdırıldığını açıqlayıb. == Rəhbərlik == 27 fevral 2014-cü il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Zaur Hüseynov "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin olunmuşdur. == Loqosu == 2014-cü ilin iyul ayından etibarən Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti yeni loqosunu istifadə etməyə başlamışdır.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılıb. "Azərbaycan Dəmir Yolları" QSC Azərbaycanın dəmir yolu nəqliyyatı üzrə əsas daşıma operatorudur və bu sahədə digər xidmətlərə olan tələbatı təmin edən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında hərəkətin idarə edilməsi fəaliyyətini həyata keçirən iri dövlət şirkətidir. Ümumilikdə isə Azərbaycanın dəmir yolları böyük və zəngin tarixə malikdir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkənin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. "Azərbaycan Dəmir Yolları" QSC-nin inzibati binası Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230 ünvanında yerləşir. == Azərbaycanda dəmiryolu tarixi == === 1878–1917 === Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanmışdır. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu iə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verildi. "Neft sahəsi" adını alan bu xətlərin tikinitisi 1879-cu ilin sonunda başa çatdırıldı. Və rəsmən 1880-ci ilin 20 yanvarında istismara verildi. 1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmiryol magistralının çəkilişinə icazə verildi.
Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti
Azərbaycan Beynəlxalq Hava Yolları və ya qısaca AZAL — Azərbaycanın ən iri aviaşirkəti, milli aviadaşıyıcı. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. AZAL-ın qərargahı Bakı şəhərində yerləşir. 7 aprel 1992-ci il tarixdə təsis edilmişdir və ölkənin müstəqillik əldə edildikdən sonra yaradılmış ilk milli aviaşirkətidir. Aviaşirkətin baza hava limanı, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı şəhərindən 20 km şimal-şərqdə yerləşir. Şirkət Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarını həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilmişdir. == Tarix == 1992-ci ilin aprel ayında müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası hökumətinin qərarı ilə aviasiya üzrə dövlət orqanı – "Azərbaycan Hava Yolları" Dövlət Konserni yaradılmışdır. 1996-cı ildə "Azərbaycan Hava Yolları" dövlət konserninin tərkibində "Azəraeronaviqasiya" hava hərəkətinin idarəedilməsi mərkəzi yaradılmışdır. 1997-ci ildə "Azərbaycan Hava Yolları"-nın tərkibində AZALOIL müəssisəsi yaradılmışdır.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılıb. "Azərbaycan Dəmir Yolları" QSC Azərbaycanın dəmir yolu nəqliyyatı üzrə əsas daşıma operatorudur və bu sahədə digər xidmətlərə olan tələbatı təmin edən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında hərəkətin idarə edilməsi fəaliyyətini həyata keçirən iri dövlət şirkətidir. Ümumilikdə isə Azərbaycanın dəmir yolları böyük və zəngin tarixə malikdir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkənin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. "Azərbaycan Dəmir Yolları" QSC-nin inzibati binası Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230 ünvanında yerləşir. Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanmışdır. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu iə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verildi. "Neft sahəsi" adını alan bu xətlərin tikinitisi 1879-cu ilin sonunda başa çatdırıldı. Və rəsmən 1880-ci ilin 20 yanvarında istismara verildi. 1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmiryol magistralının çəkilişinə icazə verildi.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO)
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) — Gəmiçilik sahəsində çoxistiqamətli fəaliyyət göstərən Azərbaycan şirkəti. == Haqqında == Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) yük daşımaları, neft-qaz sənayesinə ixtisaslaşdırılmış ofşor xidmətləri, gəmi təmiri, dənizçilərin hazırlanması və sertifikatlandırılması xidmətləri təqdim edən aparıcı gəmiçilik şirkətdir. Gəmiçilik sahəsində 165 ildən çox təcrübəyə malik ASCO-nun fəaliyyət coğrafiyası Xəzər dənizi və Xəzərdənkənar yükdaşıma bazarlarını əhatə edir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə ən böyük nəqliyyat donanmasına, neft və qaz hasilatı sənayesinə xidmət göstərən ən böyük ixtisaslaşdırılmış ofşor donanmaya, geniş texniki imkanları ilə seçilən gəmi təmiri zavodlarına, müasir tədris sistemi və elmi-texniki bazaya malik Azərbaycan Dövlət Dəniz Akademiyasına, eləcə də modern trenajor və simulyatorlarla təchiz edilmiş Təlim-Tədris Mərkəzinə sahibdir. Azərbaycanın Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqeyi və Xəzərdən keçən beynəlxalq yükdaşıma marşrutları Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasını tranzit yükdaşımaların həyata keçirilməsində xüsusi əhəmiyyətli edir. Eyni zamanda, Xəzər dənizində irimiqyaslı neft və qaz layihələrinin müvəffəqiyyətlə həyata keçirilməsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin geniş profilli ixtisaslaşmış ofşor donanması böyük əhəmiyyət kəsb edir. == Tarixi == Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə ən böyük və ən qədim tarixə malik gəmiçilik şirkətidir. Əsası 1858-ci il may ayının 21-də "Qafqaz və Merkuri" Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. XIX və XX əsrlərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzəryanı ölkələrə müxtəlif təyinatlı yüklər daşıyan ən böyük gəmiçilik şirkəti kimi fəaliyyət göstərib. Bununla belə, Gəmiçiliyin fəaliyyəti təkcə Xəzərlə məhdudlaşmayıb.
Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Mülki Aviasiya Muzeyi
Azərbaycan Mülki Aviasiya Muzeyi — Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyi mülki aviasiyamızın dünəni və bu gününü əks etdirən eksponatların toplandığı, mühafizə, nümayiş və təbliğ edildiyi müqəddəs ocaqdır. Muzeyin yaradılması təşəbbüsü ilə prezident Heydər Əliyev çıxış etmişdir. O, Azərbaycanın mülki aviasiya tarixinin araşdırılıb tədqiq edilməsi, onun maddiləşdirilməsi, təlim-tərbiyə ocağına çevrilməsinin labüdlüyünü qeyd edərək, milli aviasiyanın inkişafını hər şeydən öncə təhlükəsizliyin təminatına zəmanət kimi də qiymətləndirmişdir. Azərbaycanın mülki aviasiya tarixinin araşdırılıb tədqiq edilməsi, təbliğ olunması, onun maddiləşdirilməsi zəruriliyi Azərbaycan Mülki Aviasiya Muzeyinin yaradılması üşün zəmin yaratmışdır. 2005-ci ilin aprel ayında "Azərbaycan Hava Yolları" Dövlət Konserni tərəfindən Azərbaycan Mülki Aviasiya Muzeyinin yaradılması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Mülki Aviasiya Muzeyi Azərbaycan Respublikasının "Muzeylər haqqında Qanununu", Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Azərbaycan Respublikası muzey sərvətlərinin və muzey kolleksiyasının uçotu və mühafizəsinə dair təlimatını" və digər dövlət sənədlərini əldə rəhbər tutaraq muzeylərin qarşısına qoyulan vəzifələrə əsasən öz iş prinsipini qurmuşdur. == Strukturu == Mülki Aviasiya Muzeyi Milli Aviasiya Akademiyasının IV tədris binasında yerləşir. Onun sahəsi 254,88 m2. Muzey — fond və ekspozisiya şöbələrindən ibarətdir. === Fond şöbəsi === Muzeyin fond şöbəsi muzey əşyalarının toplanması, mühafizə olunması, uçot-qeydiyyat işinin aparılması funksiyasını həyata keçirir.
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti
Naxçıvan TV və ya qısaca NTV — Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycanın ilk regional televiziyası. Dövlət (hökumət) nəzarətində və idarəçiliyində olan televiziya kanalıdır. Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərir. 1 aprel 1932-ci il tarixdə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılmışdır. 1963-cü ildə muxtar respublikada televiziyanın fəaliyyətə başlaması ilə komitə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, 5 mart 1969-cu ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, 5 may 1971-ci ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Televiziya və Radio Verilişləri Dövlət Komitəsi və 26 dekabr 1978-ci ildə isə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılıb. 2015-ci ildə HD formatlı yayıma keçmiş, həmin ilin iyul ayının 1-də loqotipini dəyişmiş və efir müddətini 1 saat artıraraq 17 saata çatdırmışdır. Hazırda Televiziya öz rəsmi internet səhifəsi üzərindən yayıma çıxır. 2018-ci ildən Televiziyanın nəzdində Naxçıvan MR-in ilk informasiya agentliyi olan "Nuhçıxan" İnformasiya Agentliyi yaradılmışdır. 1 aprel 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Naxçıvan Televiziyası gün ərzində 16 saat televiziya verilişləri ilə yayımda olur.