QARACA
QARAXAN
OBASTAN VİKİ
Qaradağ
Qaradağ rayonu — Bakı şəhərində rayon. Qaradağ (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ Buduq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ — Tiflis quberniyasının Borçalı (Loru-Pəmbək) qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Qaradağ (Soyuqbulaq) — Qərbi Azərbaycan ostanında kənd. Qaradağ (Bukan) — Qərbi Azərbaycan ostanında kənd. Qaradağ (İcrud) — Zəncan ostanında kənd. Qaradağ (dağ) — Şahbuz rayonu ərazisində dağ. Qaradağ vilayəti — İranın Şərqi Azərbaycan ostanı ilə Araz çayının cənub qisimində yerləşən tarixi bölgə.
Heybət (Qaradağ)
Heybət — Azərbaycanın Qaradağ rayonunda Şubanı qəsəbə inzibati ərazi vahidində qəsəbə. Yaşayış məntəqəsi adını ərazidəki Bibiheybət məscidinin adından almışdır.
Pirsaat (Qaradağ)
Pirsaat — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Qobustan (Qaradağ)
Qobustan — Bakı şəhərinin Qaradağ rayonunda qəsəbə. == Mədəniyyət == Qobustan qəsəbəsində 195 saylı orta məktəb fəaliyyət göstəririr. Məktəb Milli qəhrəman Yusif Əliyevin adını daşıyır. Məktəbdə Yusif Əliyevin büstü qoyulmuşdur. Qobustan qəsəbəsində Aşıq Rza adına Mədəniyyət evi var.
Qızıldaş (Qaradağ)
Qızıl Daş — Azərbaycanın Qaradağ rayonunda qəsəbə. == Mədəniyyəti == Qəsəbə ərazisində 180 saylı orta məktəb və 8 saylı peşə məktəbi, 1 məscid, 2 aptek, 1 poliklinika, mədəniyyət evi, poçt məntəqəsi, futbol stadionu, 2 park, 2 şəhid abidəsi vardır.[mənbə göstərin] == Coğrafiyası və iqlimi == Qəsəbə dağlarla əhatə olunub. Şimalda və şərqdə Xəzər dənizi, cənubda daş karxanaları ilə əhatə olunub. Qəsəbə ərazisinin bir hissəsi Abşeron rayonu ərazisində yerləşir. == Əhalisi == Əhalisi 12.000 nəfərdir. qəsbədə 26 çoxmərtəbəli , 64 ikimərtəbəli, 907 həyət evi vardır.[mənbə göstərin] == İqtisadiyyatı == Qəsəbə ətarfında daş karxanaları yerləşir, fermer toyuq təsərrüfatları vardır. Sement zavodu inşa edilir. Zavod Qaradağ rayonu ərazisində, Səngəçal Neft Terminalından 2,6 kilometr şimalda tikilir. Norm MMC-nin sifarişi ilə tikilən zavodda istehsal gücü gündə 5,000 ton klinker, ildə 2 milyon ton sement təşkil edir. Zavodun tikintisi təxminən 400 milyon ABŞ dollarına başa gələcək.
Qaradağ (Ağsu)
Qaradağ — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Qaradağ (Bukan)
Qaradağ (fars. قره داغ‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Yerləşməsi == Mərkəzi bəxşdə, El Teymur dehistanına aiddir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 154 nəfər yaşayır (22 ailə).
Qaradağ (Gədəbəy)
Qaradağ — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qaradağ kəndi Arıqdam kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaradağ kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini 1927-ci ildə rayonun Aşağı Qumlu kəndindən köçüb gəlmiş ailələr salmışlar. Kənd yaxınlığındakı Qaradağ dağının adı ilə adlanmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 954 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qaradağ (Soyuqbulaq)
Qaradağ (fars. قره داغ‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Yerləşməsi == Kənd Məhabad (Soyuqbulaq) şəhristanının Mərkəzi bəxşindəki Mükriyan-i şərqi dehistanındadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 887 nəfər yaşayır (163 ailə).
Qaradağ (dağ)
Qaradağ – Şahbuz rayonu ərazisində dağ (hünd. 1756,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan Qarabaş ayrılmasının şimal yamacında zirvə. Külüs kəndindən 800 m cənubdadır. Orta Eosenin Barton mərtəbəsinə aid Orta Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş şimal yamacı sıldırımlı yüksəklikdir. Yamaclarında lay dəstəsinin alt hissəsinə aid çöküntülər açılır. Düzəlmə səthi fraqmentidir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Külüs sinklinalının nüvə hissəsində yerləşir. Cənub-qərb yamacından qırışığın qanadını mürəkkəbləşdirən şimal-qərb istiqamətli fay qırılması keçir.
Qaradağ (qəsəbə)
Qaradağ — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Qaradağ (İcrud)
Qaradağ (fars. قره داغ‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Yerləşməsi == Mərkəzi bəxşdə, Gülabar kəndistanında yerləşir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 131 nəfər yaşayır (32 ailə).
Qaradağ Buduq
Qaradağ Buduq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Təhsil == Kənddə məktəb var. Lakin qəzalı vəziyyətdədir.
Qaradağ Prezidenti
Monteneqro Prezidenti (mont. və serb. Предсједник Црне Горе, Predsjednik Crne Gore) — Monteneqroda dövlət və icra hakimiyyəti başçısı. Prezidentin səlahiyyət müddəti 5 ildir və yalnız bir dəfə təkrar seçilə bilər. Prezident birbaşa seçkilərdə ümumdünya seçki hüququ ilə seçilir. Müharibə vəziyyəti elan olunarsa, prezidentin mandatı müvəqqəti uzadıla bilər. Prezidentin mandatı bitərsə, ləğv edilərsə və ya prezident istefa edərsə dayandırılır. Prezident məclis tərəfindən də geri çağırıla bilər, bundan sonra Konstitusiya Məhkəməsi prezidentin konstitusiyanı pozduğuna dair qərar verməlidir. == Qısa tarixi == 2006-cı il mayın 20-də Monteneqronun, Serbiya və Monteneqro dövlət ittifaqından dövlət müstəqilliyini elan etməsi üçün referendum (ümumxalq səsverməsi) baş tutdu. Referendumda səs verən seçicilərin 55.50 faizin Monteneqronun dövlət müstəqilliyinin leyihə səs verdi.
Qaradağ bələdiyyəsi
Qaradağ bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Qaradağ bələdiyyəsi (Gədəbəy) — Gədəbəy rayonunda bələdiyyə.
Qaradağ dili
Monteneqro dili (Venetçə: łéngoa montenegrina) ya da Qaradağ dili(Qaradağca: crnogorski jezik) — Qərb yarımqrupuna daxil olan cənubi slavyan dili. Monteneqro dili Monteneqroda (Qaradağda) istifadə olunan serb-xorvat dil sisteminin iyekav-ştokav dialekti bazasında qurulub. Müqayisəli dilçilik nöqteyi-nəzərindən bu dil sisteminin serb, xorvat və bosniya dilləri ilə yanaşı standartlaşdırılmış qarşılıqlı anlaşılan variantlarından biridir. Konstitusiyaya görə 1992-ci ilə qədər Monteneqronın dövlət dili serb-xorvat dili, 2007-ci ilə qədər serb dilinin iyekav forması (serb. српски језик ијекавског изговора), 2007-ci ildən isə monteneqro dilidir.
Qaradağ mahalı
Qaradağ və ya Qaracadağ vilayəti (fars. قراجه‌داغ‎; fars. قره‌داغ‎) — İranın Araz çayı və qismən də Urmiya gölü (Acıçay) hövzəsində yerləşən bölgəsi. Bölgənin mərkəzi Əhər şəhəri olub Əhər şəhristanını içinə alır. Meşkinşəhr və Muğan düzənliyinə qonşudur. Bölgə qərbdən şərqə doğru uzanır, şimal sərhədi Araz çayı, qərb sərhədi Culfa-Mərənd avtomobil yolu, cənub sərhəddi Əhərçay, şərq sərhədi isə Qarasuçay boyunca keçir. Şərqdən qərbə doğru Qaradağ silsiləsi artır və şimalda Kiçik Qafqaza qoşulur. == Tarixi == Qaradağ sözü böyük dağ və ya dağlıq yer mənasına gəlməkdədir. Yeni fars qaynaqlarında bu ad yerinə bölgə üçün Arasbaran da deyilir. Bölgə İranın Türkmən Yatağı olaraq da təbir edilər.
Qaradağ mayakı
Qaradağ mayakı — Bakı şəhəri Qaradağ rayonu ərazuisində yerləşən mayak. Mayak 12 m (40 ft) hündürlüyə malik dairəvi formaya malik bir tikilidir. Bakı şəhərindən təxminən 20 km cənub-qərbindəki bir təpənin üstündə yerləşir. Mayak dənizdən 200 metrlik bir məsafədədir. Hazırda fəaliyyət göstərmir.
Qaradağ qəsəbəsi
Qaradağ — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Qaradağ rayonu
Qaradağ — Bakının rayonlarından biri. == Tarixi == Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılmışdır. 1923-cü il mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilmiş və rayonun əsası qoyulmuşdur. Rayon 1937-ci ilədək Mikoyan rayonu, 1956-cı ilədək Molotov rayonu, 1956–1963-cü illərdə Qaradağ rayonu, 1963–1966-cı illərdə Əzizbəyov rayonu, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılmışdır. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır. == İnzibati vahidləri == Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir. Qaradağ rayonunun mərkəzi şəhərtipli Lökbatan qəsəbəsidir. Lökbatan adının tarixi hazırkı Xocəsən və Səngəçal qəsəbələri arasında olan karvan yolu ilə bağlıdır. Vaxtı ilə qəsəbənin ərazisində dəvə karvanlarının dayanacaqları olmuş və dəvələr bataqlıqlara batdıqlarından ərazi Lökbatan (dəvə batan) adlandırılmışdır. Lökbatan qəsəbəsinin əsası 1931–1934-cü illərdə ərazidə 45 saylı neft quyusunun fontanı (18 may 1933-cü il) ilə əlaqədar qoyulub.
Qaradağ silsiləsi
Qaradağ silsiləsi - Güney Azərbaycan ərazisində dağ silsiləsi. Qaradağ silsiləsi Ağrı dağı və Talış dağları arasında yerləşərək həmin dağ silsilələrini birləşdirir. Lakin Araz çayı Qaradağ silsiləsini Kiçik Qafqaz dağlarından ayırır. Qaradağ silsiləsinin çox hissəsi meşə zolaqları ilə örtülüdür. Dəniz səviyyəsindən 3600 m hündürlüyə malik olan Qaradağ silsiləsinin uzunluğu 220 km, eni isə 30-65 km-dir. Qaradağ silsiləsi qədim əlvan metal mədənlərinə də malikdir.
Qaradağ vilayəti
Qaradağ və ya Qaracadağ vilayəti (fars. قراجه‌داغ‎; fars. قره‌داغ‎) — İranın Araz çayı və qismən də Urmiya gölü (Acıçay) hövzəsində yerləşən bölgəsi. Bölgənin mərkəzi Əhər şəhəri olub Əhər şəhristanını içinə alır. Meşkinşəhr və Muğan düzənliyinə qonşudur. Bölgə qərbdən şərqə doğru uzanır, şimal sərhədi Araz çayı, qərb sərhədi Culfa-Mərənd avtomobil yolu, cənub sərhəddi Əhərçay, şərq sərhədi isə Qarasuçay boyunca keçir. Şərqdən qərbə doğru Qaradağ silsiləsi artır və şimalda Kiçik Qafqaza qoşulur. == Tarixi == Qaradağ sözü böyük dağ və ya dağlıq yer mənasına gəlməkdədir. Yeni fars qaynaqlarında bu ad yerinə bölgə üçün Arasbaran da deyilir. Bölgə İranın Türkmən Yatağı olaraq da təbir edilər.
Qaradağ xalçası
Qaradağ xalçası (fars. قراجه‌داغ; fars. قره‌داغ), Azərbaycanın iran tarixi və mədəni bölgəsində yerləşən Arasbaran (Qaradağ) vilayətində hazırlanan əl işi xalçalarının bir növüdür. Əsasən Azərbaycanın cənub sərhəddində, Təbrizin şimal-şərqində, Araz çayının cənub qismində İranın Qaradağ vilayətində yerləşən Qaraca kəndində hazırlanır. Əvvəlcə mərkəzi Arasbaranda yaradılan bu cür xalçaların istehsalı, daha sonralar Balan kəndində yayılmış və burada xalça ornamentinin öz xüsusiyyətləri mövcud idi. Qaradağ xalçaları Qarabağ xalçalarına bənzəyir, lakin xarici görünüşlərində daha çox "fars" xalçaları hesab olunur. Həmçinin bu xalçalar Şimali Qafqazda toxunan xalçalara da bənzədilir. Bu xalçaların ənənəvi naxışı üç fiqurdan ibarətdir ki, bura mərkəzdə qalaya bənzər bir kontur, yuxarıda və aşağıda isə səkkizguşəli ulduzlar daxildir. Qaradağ xalçaları həmişə simmetrik toxuculuq üsulu ilə yalnız yundan toxunur.
Qaradağ xanlığı
Qaradağ xanlığı — 1747-ci ildə yaranmış və Cənubi Azərbaycanda (indiki İran ərazisində) feodal dövlət olmuşdur. Mərkəzi Əhər şəhəri idi. Qərbdən Xoy xanlığı, şərqdən Talış xanlığı, şimaldan Naxçıvan xanlığı, Qarabağ xanlığı, Cavad xanlığı, cənubdan isə Təbriz və Ərdəbil xanlıqları ilə həmsərhəd idi. == Tarixi == Qaradağlı tayfası Səfəvilərin hakimiyyətə gəlməsində fəaliyyət göstərdiyindən I Şah İsmayıldan başlayaraq Qaradağ vilayətinin idarəsinə nail ola bilmişdi. XVI əsrdən XIX əsrin əvvəllərinədək Qaradağ vilayətinin idarəsi irsi olaraq müəyyən nəsil üzrə olmuşdu. Onlar həm də ruhani səlahiyyətlərinə malik idi. XVIII yüzilin əvvəllərində Səfəvi sülaləsi zəiflədiyindən hakim Kazım xan mərkəzi hakimiyyətə tabeçilikdən çıxmış, şah Sultan Hüseynin ehtiramına layiq görülən rus A.Volınskini Əhərə qoymamışdı. Nadir mərkəzi hakimiyyətə tabe olmayan xanın gözlərini çıxartdırmışdı. Nadirin ölümündən sonra Qaradağ xanlığı müstəqilləşmiş, Kazım xan Qaradağ xanı olmuşdu. Kazım xan XVIII yüzilin ortalarında Qarabağ, Gəncə və Naxçıvan xanları ilə birlikdə Şəki xanlığına qarşı ittifaqa qoşulmuşdu.
Qaradağ yatağı
Yataq ştokverk layvari morfologiyaya malik olub sahəsi təxminən 0,56 km2 , orta qalınlığı isə 29 m.-dir. Yataqda misin orta miqdarı təxminən 0,51% təşkil edir. Yataqda mis kütləsinin ehtiyatı C1+C2+P1 kateqoriyaları üzrə təxminən 976,6 tona qədər hesablanır.
11 saylı Qaradağ seçki dairəsi
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi
Abbasqulu xan Qaradağlı
Abbasqulu xan (?-1813) – Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağ xanı (1797–1813). Mustafaqulu xan Qaradağlının oğlu. == Həyatı == Abbasqulu xan Əhər şəhərində doğulub. Mükəmməl saray təhsili almışdı. Qardaşı İsmayıl xandan sonra Qaradağa xanlıq etmişdi. Abbasqulu xan müstəqillik arzusunda idi. O, hətta bu məqsədlə Sisiyanovla yazışırdı. Abbas mirzə Naibəssəltənə Abbasqulu xanı 1804-cü ildə vəzifəsindən azad edib Hacı Məhəmməd xan Qaragözlü-Bəydilini Qaradağa hakim təyin etmişdi. Sisiyanov 29 oktyabr 1805-ci ildə knyaz Çartarıyskiyə yazırdı: "Arazın sol sahili və Kürün kənarı bizim hakimiyyəti qəbul edəcəklərmi, sağ sahildəki Azərbaycan əhli onun (Fətəli şahın-Ə. Ç.) tiranlığından çıxıb bizim himayəmizə sığınmaq istəyəcəklərmi?
Axura Qaradağ Ocağı
Axura Qaradağ Ocağı — Şərur rayonundakı ziyarətgah == Haqqında == Ocağın mərkəzində nəhəng prizmatik-konusvarı formalı qara daş var.; daşın ətrafında kiçik ölçülü bir neçə daş düzülmüşdür. Əfsanəyə görə, qara daş göydən zühur etmiş ana, ətrafındakı daşlar isə onun övladlarıdır. Odur ki,ocağa yalnız qadınlar və uşaqlar gedə bilər. Arzu və niyyətinin həyata keçməsini istəyən şəxslər ocağa nəzir deyir, arzularına çatdıqda ortaya nəzir aparırlar. Axtarışlar nəticəsində ocağın həyətindən XIII əsr- XIV əsrlərə aid saxsı qab qırıqları aşkar edilmişdir. Görünür, ocaq da həmin dövrə aiddir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Aydın Qaradağlı
Qaradağlı Aydın Çingiz oğlu (20 avqust 1929, Quba – 28 yanvar 1980, Bakı) — Azərbaycanlı diktor, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı. 1946-cı ilin dekabr ayının 18-dən Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinin, 1954-cü ildən Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsinin, 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin, 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin diktoru işləmişdir. Azərbaycan SSRin əməkdar atisti (1964), ürəklərə nüfuz edən, aydın, təmiz, cilalanmış, məlahətli səs sahibi idi. == Həyatı == Aydın Qaradağlı 20 avqust 1929-cu ildə Qubada anadan olub. 1944-cü ildə orta məktəbi, 1945-ci ildə Gəmiçilik məktəbini (Azərbaycan Dövlət Dəniz Akademiyasını) bitirib. 1946-cı il dekabr ayın 18-də Azərbaycan SSR dövlət radiosuna diktor vəzifəsinə işə qəbul olunmuşdur. 1948-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Teatr məktəbini (aktyor ixtisası ilə), 1949-cu ildə Moskvada Ümumittifaq diktorluq kurslarını bitirib. 1951–1954-cü illər (1951-Gürcüstan SSR, 1952–1954-Rumıniya) Sovet Orsusunda xidmət edib. 1955-ci ildə Gültəkin xanım Cabbarlı ilə ailə həyatı qurub. 1956-cı ildə Xanım, 1959-cu ildə Aygül adlı qızları, 1966-cı ildə isə Vüqar adlı oğlu anadan olur.
Aygül Qaradağlı
Aygül Qaradağlı (1 sentyabr 1959, Bakı) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. == Həyatı == Aygül Aydın qızı Qaradağlı 1959-cu il sentyabrın 1-də Bakı şəhərində görkəmli diktor Aydın Qaradağlı və diktor Gültəkin Cabbarlının ailəsində doğulmuşdur. Xanım Qaradağlının kiçik, Vüqar Qaradağlının böyük bacısıdır. 1964-cü ildə tanınmış rəssam Güllü Mustafayeva "Bizim uşaqlar" silsiləsini yaradarkən Aygül Qaradağlının da şəklini çəkmişdir. Aydın Qaradağlının qızıdır.
Hacı Sara xanım Qaradağlı
Hacı Sara xanım - (XIX əsr) - Toxmaqlı oymağının məşhur simalarından biri. == Həyatı == Hacı Sara xanım Qaradağın sonuncu xanı Məhəmmədqulu xan Qaradağlının qızıdır. Həsənəliağa xan Qaradağski (ata), Məhəmmədhüseynağa xan Qaradağskinin bacısı. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi. Hacı Sara xanım Qulu xan Şambayatı-Qacarın nəticəsi, İran ordusunun məşhur komandanlarından olan Pirqulu xanın nəvəsi, Əmirnizam Məhəmmədbağır xanın oğlu İbrahim xanla ailə qurmuşdu. Əmir xan adlı oğlu, Fatiməbəyim xanım adlı qızı vardı. Əmir xan Əhər şəhərində dünyaya pənah gətirmişdi. Dövlət idarəsində qulluq etmişdi. Əmir xanın Ələkbər ağa adlı oğlu vardı. Bağiri soyadını daşıyırdı.
Heydər Əliyev Muzeyi (Qaradağ)
Qaradağ rayonu Heydər Əliyev Muzeyi — Qaradağ rayonunda yerləşən, 2006-cı ilin aprel ayında tikintisinə başlanılmış, tərtibat, tamamlanma işlərinin 2007-ci ilin fevral ayında başa çatdırıldığı H. Əliyev adına muzey. Muzeyin açılışı 14 iyun 2008-ci ildə baş tutmuşdur. Respublikanın müxtəlif regionlarında və iri şəhərlərində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın müasir tarixindən və zəngin mədəni irsindən bəhs edən, müasir avadanlıq və zəruri ədəbiyyatla təchiz edilmiş muzey və muzey mərkəzləri yaradılması Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilib.Mərkəzlərdə yaradılmış müxtəlif fotostendlər, kinozallarda nümayiş etdirilən videosüjetlər Heydər Əliyevin siyasi, dövlətçilik fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayır. Bu muzey mərkəzlərində həmçinin gənclər üçün şahmat, kompüter, xalçaçılıq, təsviri və tətbiqi incəsənət, heykəltaraşlıq dərnəkləri fəaliyyət göstərir. == Ümumi məlumat == Muzeyin yaradılmasında əsas məqsəd sabiq prezident Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin irsini və çoxşaxəli siyasətini gənc nəsillərə dolğun şəkildə çatdırmaq və təbliğ etməkdir. Muzeyin nəzdində 19 nəfərdən ibarət tədqiqat qrupu yaradılmışdır. Bu qrupun başlıca vəzifəsi Qaradağ rayonu ilə əlaqədar olaraq Heydər Əliyevin tarixi fəaliyyətini daha geniş, əhatəli şəkildə araşdırmaqdan ibarətdir. Muzey 3 otaqdan ibarətdir. H. Əliyev adına muzeydə 195 ədəd fotoşəkil, 94 ədəd kitab, 9 ədəd Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən disk var. Muzeydə həmçinin Heydər Əliyevin bürünc heykəli vardır.
Həsənəli xan Qaradaği
Həsənəli xan Qaradaği — Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi. == Həyatı == Həsənəliağa Xan Qaradağskinin nəsli hələ Şah İsmayıl dövründə görkəmli yer tutmuş Ustaclı elinin Toxmaqlı oymağına bağlıdır. Onun ulu babalarından biri olan I İlyas xəlifə Ustaclı elinin tarixi vətəni sayılan Türkiyənin Sivas vilayətində anadan olub. Mir Möhsün Nəvvab yazır: "Onların əsli İran vilayəti Qaradağ mahalının nəciblərindəndir. 1804-cü ildə Qaradağdan gəlib Qarabağı özlərinə vətən ediblər. Əcdadı Səfəvi padşahlarının hüzurunda xəlifələr xəlifəsi mənsəbində olub". Məlumdur ki, 1500-cü ildə I İlyas xəlifə başçılıq etdiyi Toxmaqlı oymağı ilə hələ şahlıq taxtına əyləşməmiş İsmayıla qoşulmuş və elliklə Cənubi Azərbaycana, Qaradağa köçmüşdür. I İlyas xəlifə Səfəvilər dövlətinin qurucularından biri hesab olunur. O, I Şah İsmayılın vəfatından (1524) sonra I Şah Təhmasibə (1524–1576) xidmət etmişdi. Oğlu I Şəmsəddin xəlifə, nəvəsi Əhməd xəlifə Qaradağ (Dizmar) mahalının hakimi olmuşlar, öz növbəsində Əhməd xəlifənin oğlu Mahmud sultan (1691-ci ildən), nəvəsi Bayandur sultan da (1701-ci ildən) həmçinin Qaradağ (Dizmar) mahalına hakimlik etmişlər.
Həsənəli xan Qaradağlı
Həsənəli xan Qaradaği — Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi. == Həyatı == Həsənəliağa Xan Qaradağskinin nəsli hələ Şah İsmayıl dövründə görkəmli yer tutmuş Ustaclı elinin Toxmaqlı oymağına bağlıdır. Onun ulu babalarından biri olan I İlyas xəlifə Ustaclı elinin tarixi vətəni sayılan Türkiyənin Sivas vilayətində anadan olub. Mir Möhsün Nəvvab yazır: "Onların əsli İran vilayəti Qaradağ mahalının nəciblərindəndir. 1804-cü ildə Qaradağdan gəlib Qarabağı özlərinə vətən ediblər. Əcdadı Səfəvi padşahlarının hüzurunda xəlifələr xəlifəsi mənsəbində olub". Məlumdur ki, 1500-cü ildə I İlyas xəlifə başçılıq etdiyi Toxmaqlı oymağı ilə hələ şahlıq taxtına əyləşməmiş İsmayıla qoşulmuş və elliklə Cənubi Azərbaycana, Qaradağa köçmüşdür. I İlyas xəlifə Səfəvilər dövlətinin qurucularından biri hesab olunur. O, I Şah İsmayılın vəfatından (1524) sonra I Şah Təhmasibə (1524–1576) xidmət etmişdi. Oğlu I Şəmsəddin xəlifə, nəvəsi Əhməd xəlifə Qaradağ (Dizmar) mahalının hakimi olmuşlar, öz növbəsində Əhməd xəlifənin oğlu Mahmud sultan (1691-ci ildən), nəvəsi Bayandur sultan da (1701-ci ildən) həmçinin Qaradağ (Dizmar) mahalına hakimlik etmişlər.
Həsənəliağa xan Qaradağski
Həsənəli xan Qaradaği — Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi. == Həyatı == Həsənəliağa Xan Qaradağskinin nəsli hələ Şah İsmayıl dövründə görkəmli yer tutmuş Ustaclı elinin Toxmaqlı oymağına bağlıdır. Onun ulu babalarından biri olan I İlyas xəlifə Ustaclı elinin tarixi vətəni sayılan Türkiyənin Sivas vilayətində anadan olub. Mir Möhsün Nəvvab yazır: "Onların əsli İran vilayəti Qaradağ mahalının nəciblərindəndir. 1804-cü ildə Qaradağdan gəlib Qarabağı özlərinə vətən ediblər. Əcdadı Səfəvi padşahlarının hüzurunda xəlifələr xəlifəsi mənsəbində olub". Məlumdur ki, 1500-cü ildə I İlyas xəlifə başçılıq etdiyi Toxmaqlı oymağı ilə hələ şahlıq taxtına əyləşməmiş İsmayıla qoşulmuş və elliklə Cənubi Azərbaycana, Qaradağa köçmüşdür. I İlyas xəlifə Səfəvilər dövlətinin qurucularından biri hesab olunur. O, I Şah İsmayılın vəfatından (1524) sonra I Şah Təhmasibə (1524–1576) xidmət etmişdi. Oğlu I Şəmsəddin xəlifə, nəvəsi Əhməd xəlifə Qaradağ (Dizmar) mahalının hakimi olmuşlar, öz növbəsində Əhməd xəlifənin oğlu Mahmud sultan (1691-ci ildən), nəvəsi Bayandur sultan da (1701-ci ildən) həmçinin Qaradağ (Dizmar) mahalına hakimlik etmişlər.
Həsənəliağa xan Qaradağski (ata)
== Həyatı == Həsənəliağa xan Qaradağski - 1820 (Əhər) - 1847 (Şuşa). Toxmaqlı oymağının tanınmış simalarından biri. Qaradağın sonuncu xanı Məhəmmədqulu xan Qaradağlının oğlu, Məhəmmədhüseyn ağa, Hacı Sara xanım Qaradağlının qardaşı. Həsənəli xan Qaradağinin atası. Şuşa şəhərində mədrəsə təhsili alıb. Ərəb, fars, türk və rus dillərini bilirdi. Çar ordusunda xidmət edib poruçik rütbəsində. Həyat yoldaşı: Xatın xanım. Oğlu Həsənəliağa xan Qaradağskinin dünyaya gəlməsini görməyib. == Mənbə == Ənvər Çingizoğlu.
Kazım xan Qaradağlı
Kazım xan və ya Məhəmmədkazım xan (?-1763) – Toxmaqlı oymağının məşhur simalarından biri, Qaradağ xanı (1730-1763). Məhəmmədkazım xan Məhəmmədqasım xanın oğlu, Mustafaqulu xan, Nəcəfqulu xanın atasıdır. == Həyatı == Məhəmmədkazım xanın hakimiyyətinin ilk illəri Osmanlıların ağalıq dönəminə düşmüşdü. 1730-cu ildə Nadirqulu xan Qırxlı-Avşar Təbrizi, Əhəri, Ərdəbili osmanlıların əlindən aldı. Nadirqulu xan II Şah Təhmasibin (1722-1732) adından Məhəmmədkazım xanı Qaradağın hakimi vəzifəsinə təyin etdi. Məhəmmədkazım xan da atası Məhəmmədqasım xan, böyük qardaşı Əbdürrəzzaq xan kimi Qaradağı müstəqil idarə etmək istəyirdi. Ona görə də nə Osmanlılara, nə Şah Sultan Hüseynə, nə onun oğlu II Təhmasibə, nə də Nadirqulu xana itaətini bildirmədi. 1734-cü ildə Nadirqulu xan Məhəmmədkazım xanı aldadıb tutdu. Saray adamları onu öldürməyi təhrik edirdilər. Nadirqulu xan onu xəlifə ocağının nümayəndəsi olduğuna və qardaşı Əbdürrəzzaq xanın xatirinə bağışladı.
Mustafaqulu xan Qaradağlı
Mustafaqulu xan (?-1791) – Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağ xanı (1763-1782, 1786-1791). Kazım xan Qaradağlının oğlu, İsmayıl xan, Abbasqulu xan, Məhəmmədqulu xan, Sadatqulu xanın atasıdır. == Həyatı == Əhər şəhərində doğulmuşdu. Mükəmməl saray təhsili almışdı. 1763-cü ildə, atasından sonra Qaradağda taxta çıxmışdı. Xanlığa yiyələnəndən sonra paytaxtı Dizmar mahalının Kürdəşt kəndinə köçürdü. Kürdəşt kəndində ərzaq və sursatla tam təmin olunmuş qala vardı. Mustafaqulu xan Xoy qalasının zindanında yatıb. 1786-cı ildə Əhməd xan Dünbilinin öldürülməsi ilə bağlı azad olunmuşdu.
Məhəmmədhüseynağa xan Qaradağski
Məhəmmədhüseynağa xan Qaradağski — sonuncu Qaradağ xanı Məhəmmədqulu xanın oğlu. == Həyatı == Məhəmmədhüseynağa xan Qaradağski 1827-ci ildə Əhər şəhərində anadan olub. Şuşa şəhərində mədrəsə təhsili alıb. Ərəb, fars, türk və rus dillərini bilirdi. Şuşa şəhər qəza idarəsində çalışıb. Sonralar Tiflis şəhərinə dəyişilib. Tiflisdə kollec qeydiyyatçısı, kollec katibi və kollec asessoru mülki çinləri alıb. Tiflis şəhərində yaşayarkən dövrünün qabaqcıl ziyalıları ilə dostluq edib. Dostlarından biri də Mirzə Fətəli Axundov olub. Zəngəzur qəzasındakı Sarılı kəndinin, Yelizavetpol (Gəncə) quberniyasının Düyərli kəndində 1000 desyatin torpaq sahəsinin sahibi olub.
Məhəmmədkazım xan Qaradağlı
Kazım xan və ya Məhəmmədkazım xan (?-1763) – Toxmaqlı oymağının məşhur simalarından biri, Qaradağ xanı (1730-1763). Məhəmmədkazım xan Məhəmmədqasım xanın oğlu, Mustafaqulu xan, Nəcəfqulu xanın atasıdır. == Həyatı == Məhəmmədkazım xanın hakimiyyətinin ilk illəri Osmanlıların ağalıq dönəminə düşmüşdü. 1730-cu ildə Nadirqulu xan Qırxlı-Avşar Təbrizi, Əhəri, Ərdəbili osmanlıların əlindən aldı. Nadirqulu xan II Şah Təhmasibin (1722-1732) adından Məhəmmədkazım xanı Qaradağın hakimi vəzifəsinə təyin etdi. Məhəmmədkazım xan da atası Məhəmmədqasım xan, böyük qardaşı Əbdürrəzzaq xan kimi Qaradağı müstəqil idarə etmək istəyirdi. Ona görə də nə Osmanlılara, nə Şah Sultan Hüseynə, nə onun oğlu II Təhmasibə, nə də Nadirqulu xana itaətini bildirmədi. 1734-cü ildə Nadirqulu xan Məhəmmədkazım xanı aldadıb tutdu. Saray adamları onu öldürməyi təhrik edirdilər. Nadirqulu xan onu xəlifə ocağının nümayəndəsi olduğuna və qardaşı Əbdürrəzzaq xanın xatirinə bağışladı.
Məhəmmədqulu xan Qaradağlı
Məhəmmədqulu xan (?-1840) — Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağın sonuncu xanı (1813-1828). Mustafaqulu xanın oğlu, Məhəmmədhüseyn ağa, Həsənəli ağa (ata), Sara xanımın atası. == Həyatı == Əhər şəhərində anadan olub. İran ordusunun sərkərdələrindən biri olub. Qardaşı Abbasqulu xanın xanlığı dövründə şahzadə Abbas Mirzə Abbasqulu xandan üz döndərmişdi. Məhəmmədqulu xandan da soyumuşdu. 1826-1828-ci illər rus-İran müharibəsi əsnasında Qaradağ xanlığı savaş meydanına dönmüşdü. 1828-ci ildə Məhəmmədqulu xan qardaşı, ailəsi və rəiyyəti ilə birgə Qarabağa köçür. Çar I Nikolayın xüsusi fərmanı ilə mayor rütbəsi və Qaradağ xanlığına işarə edən Xanqaradağski familiyasını almışdı.
Nəcəfqulu xan Qaradağlı (Sərşar)
Nəcəfqulu xan (Əhər, Şərqi Azərbaycan ostanı – 1813) — Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağ xanı (1783-1786). Kazım xan Qaradağlının oğlu. == Həyatı == Əhər şəhərində doğulub. Mükəmməl saray təhsili almışdı. Nəcəfqulu xan bir müddət qardaşı Mustafaqulu xanın əvəzinə xanlıq etmişdi. Mustafaqulu xan zindandan çıxdıqdan sonra onu tutdurub Şuşa qalasına göndərmişdi. Bir müddətdən sonra zindandan azad olunub Qaradağa qayıtdı. 1791-ci ildə qardaşı tərəfindən Ağaməhəmməd xana girov verildi. Nəcəfqulu xan sonralar Ağaməhəmməd şah Qovanlı-Qacarın yaxın adamlarından birinə çevrildi.
Qobustan bələdiyyəsi (Qaradağ)
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qışlaq-i Qaradağlı (Kəleybər)
Qışlaq-i Qaradağlı (fars. قشلاق قره داغلو‎) və ya Qaradağlı Qışlağı - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 455 nəfər yaşayır (82 ailə).

Digər lüğətlərdə

вда́влинка завива́ться исчерни́ться подклёв прифра́нчивать дека́нский костри́чный немотиви́рованный ни чёрта отруба́ться прису́ха скоропали́тельность скры́тничать тепличный цвето́к easterling ground-to-underwater missile hardship knopweed penny-wit positron пищать поддавки причитаться расхварываться теплопрозрачность