QART

QART I is. dan. Kəsər alətləri itiləmək üçün daş, bülöv. Dəryazları qart ilə itiləmək (“İzahlı lüğət”).

QART II sif. Qocalmış. Ağır yaralanmış o qart canavar; Qəzəblə sıçrayır hey üstümüzə (S.Vurğun).

QART III sif. Qatı, qəddar. Sülhün qart düşmənləri indi titrəmir əbəs (Ə.Cəmil).

QARŞI
QAŞ

Digər lüğətlərdə