QART
QARTALMAQ
OBASTAN VİKİ
Qartal
Qartal (lat. Aquila) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. Bədəninin uzunluğu 75–88 sm, quyruğu isə qısadır. Geniş qanadları var və açılan halda 2,4 m civarında olur. Ayaqları barmaqlarına qədər tüklə örtülü olur. 2–3 yaşlarında yetişkənliyə çatırlar. Meşə və dağlarda yaşayırlar. Erkəklər həyatları boyu bir dişi ilə cütləşir və eyni yuvadan istifadə edirlər. Yuvaları əlçatmaz yerdə olur. Qartalların bəzi növləri 100 kq-a qədər yükü qaldıra bilirlər.
Döyüşkən qartal
Döyüşkən qartal (lat. Polemaetus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Kazım Qartal
Kazım Qartal (28 aprel 1936, Altunhisar, Niğdə ili – 13 avqust 2003, İstanbul) — görkəmli türk aktyor, teatr rejissoru, film rejissoru, ssenari müəllifi, prodüser, 1968-ci ildə keçirilən "İlin ən yaxşı kişi aktyoru" müsabiqəsinin qalibi, Qartal, yaşadığı müddətdə 452 filmdə rol almışdır. Yeşilçam kinostudiyasının ən yaxşı aktyorlarından biridir. == Həyatı == 1964-cü ildə sənət həyatına başlayan Kazım Qartal, türk kinosunun çox tanınan qəhrəmanıdır. Çox vaxt köməkçi rol oynayıb. Filmlərində "pis adam" kimi çıxış edib. Çəkildiyi 452 filminin təxminən 300 filmini baş rolda oynamışdır. 2 filmin ssenarisini yazmış və 2 filmin rejissorluğu ilə məşğul olmuşdur. Pornoqrafik və erotik filmlər dövründə müxtəlif bu tipli filmlərdə də rol alan aktyor, bu prosesin səbəbini aşağıdakı sözlərlə izah etmişdi. Tez-tez aktyorluq edən sənətçi, Ərzurumdakı xəstəliyindən qısa bir müddət sonra ürək infaktı səbəbiylə İstanbulda həyatını itirdi. Məşhur aktyor 15 avqust 2003-cü ildə dəfn edildi.
Novruz Qartal
Novruz Yaqub oğlu Əliyev (3 mart 1947, Bakı – 8 yanvar 2022, Bakı) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2013). Əliyev Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub. N.Y. Əliyev əmək fəaliyyətnə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır. Çalışdığı illərdə Novruz Əliyev özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb. Onun "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların dərin rəğbətini qazanıb. 1989-cu ildə Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrına dəvət alan aktyor burada da yüksək peşəkarlığı, zəhmətkeşliyi və intizamlılığı ilə fərqlənib. Bu dövrdə Novruz Qartal adı ilə tanınan N.Əliyev müntəzəm olaraq cəbhə bölgələrində, səngərlərdə, hərbi hissələrdə, qospitallarda maraqlı proqramlarla çıxışlar edib, dəfələrlə fəxri fərmanlarla təltif edilib.
Qartal (bürc)
Qartal (lat. Aquila) - ekvatorial bürc.
Qartal (dəqiqləşdirmə)
Qartal —
Qartal (əməliyyat)
"Qartal" əməliyyatı — 29 avqust-6 sentyabr 2008-ci il tarixində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Qusar rayonu ərazisində qanunsuz fəaliyyət göstərən ekstremist "Meşə Qardaşları" təşkilatına qarşı keçirilən əməliyyat Avqustun 25-də hüquq-mühafizə orqanlarına Mollaçiyevin başçılıq etdiyi 4 nəfərdən ibarət silahlı dəstənin qanunsuz yolla Azərbaycana keçdiyi barədə məlumat daxil oldu. Məlumatdan sonra Daxili Qoşunlar, Sərhəd Qoşunlarının bölmələri və MTN qanunsuz fəaliyyət göstərən "Meşə qardaşları" təşkilatının üzvlərinin zərərsizləşdirilməsi üçün birgə əməliyyat keçirdi. Sonradan onların Qusarın Həzrə kəndi və Avaran kəndləri yaxınlığında meşə massivində gizləndikləri məlum oldu. Əməliyyat zamanı Daxili Qoşunlarla dəstə üzvləri arasında silahlı insident baş verdi və Daxili Qoşunların əsgəri Əli Yolçuyev həlak oldu. Milli Təhlükəsizlik Nazirliyinin rəsmi məlumatına görə, Mollaçiyev və Samir Mehdiyev "Meşə qardaşları" adlı silahlı birləşmənin fəaliyyətini bərpa etməyi, respublikanın şimal rayonlarında qanunsuz hərbi birləşmələr yaratmağı və ümumən Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş terrorçuluq əməlləri törətməyi planlaşdırmışdılar. MTN tərəfindən bu cinayətkar niyyətlərin qabaqlanması üçün xüsusi əməliyyat hazırlanaraq həyata keçirilmiş və görülən təxirəsalınmaz tədbirlər nəticəsində 13 nəfər yaxalanaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub və barələrində həbs-qətimkan tədbiri seçilmişdir. Əməliyyat zamanı terrorçu qruplaşmanın 3 üzvü – Telman Abdullayev (Həmzət), Ramil Əsədullayev və Gülşad Əlixanov zərərsizləşdirilmişdir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan bölməsinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı "Dağıstan əmiri" adlandıran, "Meşə qardaşları" terror təşkilatının lideri İlqar Mollaçiyev öldürülmüşdür.
Qartal Patrulu
Qartal Patrulu (isp. Patrulla Águila) (ing. Eagle Patrol) İspaniya Hava və Kosmik Qüvvələrinə məxsus aerobatika eskadronudur. 4 iyul 1985 tarixində qurulmuşdur. 27 fevral 2020: Solo pilot Eduardo Fermín Garvalena La-Manqa dili yaxınlığında təyyarəsinin okeana çırpılması nəticəsində həlak olub.
Qartal sütunu
Qartal sütunu — Qatçina Saray parkında bağ-park tikilisidir. Bu abidə kiçik təpə üzərində hündür tetraedr formasında olan pyedestalda yerləşən sütunu özündə təcəssüm etdirir. Sütunun zirvəsini mərmərdən olan qartal heykəli bəzəyir. Bu sütun Silviya parkına gedən yolun ətrafında olan Amfiteatrın yaxınlığında yerləşir. Qartal sütunu Saray parkının ən qədim park tikintilərindən hesab olunur. Sütun qraf Qriqori Orlovun Qatçinaya sahib olduğu vaxtlarda qoyulmuşdur. Buna görə də qartal təsvirinin onların ailə gerbində olması buna xarakterikdir. Bu abidənin layihəsinin rəhbəri Antonio Rinaldi olmuşdur. Sütun Sankt-Peterburqda yerləşən İsaakiya kilsəsinin kontor emalatxanasında hazırlandıqdan sonra ilk əvvəl Çarskoye Seloya gətirilmiş, 1770-ci ildə isə pyedestal ilə birlikdə Qatçinaya gətirilmişdir. Belə bir əfsanə mövcuddur ki, Qartal Sütununu imperator I Pavel tərəfindən oxla vurulmuş qartalın düşdüyü yerdə qurmuşdular.
Qızıl Qartal
Qızıl Qartal (rus. Золотой орёл) — Rusiya film mükafatı.
Kiçik xallı qartal
Kiçik xallı qartal (lat. Clanga pomarina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin xallı qartal cinsinə aid heyvan növü.
Qartal (hərbi birləşmə)
"Qartal" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Qartal" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Qartal" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir.
Qartal ilə ovçuluq
Qartal ilə ovlamaq, Avrasiya çölündə tapılan, qədim türk xalqları tərəfindən tətbiq olunan ənənəvi ovçuluq formasıdır. Bu gün Qazaxlar və Qırğızlar tərəfindən çağdaş Qazaxıstan və Qırğızıstandan, habelə Monqolustanın Bayan-Ölqiy vilayətində və Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda ovda qartallardan istifadə olunur. Bu bölgələrin əhalisinin ən çox berqutlarla ovlamaqla məşhur olsalar da, şimal qırqovulları, şahin, ütəlgi qızılquşlar və bir çox digər quşalrı əhliləşdirməsi məlumdur. Həm qazax, həm də qırğız dilində ümumilikdə yırtıcı quşlarla ov edənlər və qartallarla ov edənlər üçün ayrıca terminlər mövcuddur. Qazax dilində həm qusbegi, həm də sayatşi ümumilikdə ovçulara aiddir. Qusbegi qus ("quş") və bek ("ağa") sözlərindəndir, beləliklə sözün əsl mənası "quşların ağası" kimi tərcümə olunur. Köhnə türk dilində kus begi, sarayın şahin ovçusunun qiymətləndirəni rolunu əks etdirən xanın ən hörmətli məsləhətçiləri üçün istifadə edilən ad idi. Sayatşi, türk dilində peşəkar adlar üçün istifadə edilən sayat ("şahinlik") sözündən və -şi şəkilçisindən əmələ gəlir. Eramızın 936-45-ci illərində Mançuriyadan olan köçəri bir xalq olan Xitaylar Şimali Çinin bir hissəsini fəth etdilər. 960-cı ildə Çin Sun sülaləsi tərəfindən fəth edildi.
Ağbaş qartal
Ağbaş qartal — Amerikada yaşayan qartal növü. Yayılma arealı Şimali Amerikadır. Ağbaş qartalın uzunluğu 71–106 sm arasında dəyişir. Qanadlarını açdıqda qanadların ümumi uzunluğu 1.83–2.34 metrə çatır. Çəkisi 3–7 kq təşkil edir. Bu qartalın baş və quyruğu ağ, gövdəsi isə qara və boz rəngdə olur. Bu qartallar 30 ilə qədər yaşayırlar. == ABŞ-nin milli quşu == Ağbaş qartal 1782-ci ildə ABŞ-nin milli simvoluna çevrilib.
Qırğı qartal
Qırğı qartal (lat. Aquila fasciata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Saqqallı qartal
Xallı qartal
Xallı qartal (lat. Clanga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. Etimoloji cəhətdən, cinsin adı qədim yunan sözü olan "klangos"dan gəlir və qartal mənasını ifadə edir. Əvvəllər bu quşlar qartal cinsində təsnif olunmuşdur. Azərbaycan ərazisində bu cinsə mənsub iki qartal növü qeydə alınmışdır: Böyük xallı qartal və kiçik xallı qartal.
Üçbaşlı qartal
Üçbaşlı qartal, saxa və dolqan folklorunda Öksökö (saxa Өксөку) — üç ayrı başa malik qartal ilə təsvir edilmiş mifik və heraldik quş. Üçbaşlı qartal apokrifik Yezdranın üçüncü kitabında, baş kahin Yezdranın yuxusunda təsvir edilmişdir. Çeçenistan folklorunda üçbaşlı qartal fiqurları hansısa bir qəhrəman tərəfindən öldürülən düşmən bədheybətlər kimi təsvir edilib. Personaj saxa və dolqan folklorunda "Öksökö" adlanır. Evenklərin "Toroqonay" əfsanəsində üçbaşlı qartal baş qəhrəmanın yoldaşı olur. Üçbaşlı qartal fiquru "Moness kodeksi" (təx. 1300-cü il) əsərində minnesanqer Reynmar fon Tsveterin (təx. 1200–1248-ci illər) gerbində verilib. Konrad Qrünenberqin (1492-ci il) armorialında üç ayrı başa sahib bir Reyxzadlerin təsviri var. Üçbaşlı bir quş fiquru 1530-cu illərdə orta aşağı alman dilində yazılmış "Günəşin parıltısı" əlyazmasında da təsvir edilmişdir.
İkibaşlı qartal
İkibaşlı qartal Avrasiyada bir çox fərqli mədəniyyətin qəbul etdiyi tarixi bir simvoldur. Bu gün Albaniya, Monteneqro və Serbiya dövlətlərinin rəsmi bayrağında və bir çox ölkələrdə bəzi şəhərlərin və bəzi təşkilatların Emblem və gerblərində hələ də ikibaşlı qartal motivi mövcuddur. Kralı Lugalanda'ya ait möhür (e.ə. 2400), möhürün ortasında ikibaşlı qartal görünür]] Qədim dövrlərdə Şumer və Xetlərdə bu simvola rast gəlinir. Şumerlərdəki Lagaş şəhərinin simvolu ikibaşlı qartaldır. Onlardan; Akad, Assuriya, Sasanlar, Bizanslara və Türklərin mədəniyətinə axır. Eyni zamanda: Xetlərdə, Böyük Krallığın dövründə: Xattusa, Alacahöyük və Yazılıqaya bölgəsindəki qabartmalarda yenədə ikibaşlı qartal görülür. Mesopotamiyada Şumer ədəbiyyatının araşdırılması, ikibaşlı qartalın yaranmasına aydınlıq gətirə bilər. Şumerlərin göy gürültüsü quşu "İmduqud" və bunun morfologiyası xüsusi maraq doğurur. Bu göy gurultusu quşu Ningirsu ya da Ninurta adlanır.
Kəkilli qartal
Kəkilli qartal (lat. Spizaetus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Qızıl Qartal mükafatı
Qızıl Qartal (rus. Золотой орёл) — Rusiya film mükafatı.
Qızıl Qartal ordeni
Qızıl Qartal ordeni (qaz. Алтын Қыран ордені) — Qazaxıstan Respublikasının ən yüksək fərqlilik nişanəsi. Bu orden respublikaya müstəsna dövlət xidmətlərinə görə vətəndaşlara verilir. "Altın Kiran" ordeninə layiq görülən namizədlər Qazaxıstan Prezidenti tərəfindən müəyyən edilir. Qazaxıstan Respublikasının Prezidenti vəzifəsi Qızıl Qartal ordeninin xüsusi nümunəsi sayılan Cəngavər ordeni kavaleri olur. Ordenin nişanları zəncirindəki işarədən və ulduzdan ibarətdir. Ordenin nişanı, altındakı bəzək elementi ilə bitən, qızıl kənarla mavi emaye ilə örtülmüş yuvarlaq ucları olan kəsilmiş beş guşəli ulduz şəklində qızıldan hazırlanıb. Mərkəzi hissəsində ulduz şüaları arasında dörd brilyant qoyulmuşdur. Bürcün ortasında, mavi emaye fonunda, ağ qızıl dənələrlə hörülmüş dairədə qızıl qartal təsvir edilmişdir. Aşağıda, qırmızı emaye lentinin fonunda dairədə, qızıl hərflərlə "ALTYN KYRAN" yazısı var.
"Qızıl qartal" ordeni
Qızıl Qartal ordeni (qaz. Алтын Қыран ордені) — Qazaxıstan Respublikasının ən yüksək fərqlilik nişanəsi. Bu orden respublikaya müstəsna dövlət xidmətlərinə görə vətəndaşlara verilir. "Altın Kiran" ordeninə layiq görülən namizədlər Qazaxıstan Prezidenti tərəfindən müəyyən edilir. Qazaxıstan Respublikasının Prezidenti vəzifəsi Qızıl Qartal ordeninin xüsusi nümunəsi sayılan Cəngavər ordeni kavaleri olur. == Təsviri == Ordenin nişanları zəncirindəki işarədən və ulduzdan ibarətdir. Ordenin nişanı, altındakı bəzək elementi ilə bitən, qızıl kənarla mavi emaye ilə örtülmüş yuvarlaq ucları olan kəsilmiş beş guşəli ulduz şəklində qızıldan hazırlanıb. Mərkəzi hissəsində ulduz şüaları arasında dörd brilyant qoyulmuşdur. Bürcün ortasında, mavi emaye fonunda, ağ qızıl dənələrlə hörülmüş dairədə qızıl qartal təsvir edilmişdir. Aşağıda, qırmızı emaye lentinin fonunda dairədə, qızıl hərflərlə "ALTYN KYRAN" yazısı var.
Adi döyüşkən qartal
Adi döyüşkən qartal (lat. Polemaetus bellicosus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin döyüşkən qartal cinsinə aid heyvan növü.
Qartal yuvası (film)
Qartal yuvası — 2013-cü ildə Azərbaycanda istehsal olunmuş və Azərbaycanın 3 Milli Qəhrəmanından bəhs edən sənədli-bədii film. Filmin rejissoru və prodüseri Elnur Əliyevdir. Filmin ssenari müəllifi Kamran Qasımov, quruluşçu operatoru Elgiz Azadov, quruluşçu rəssamı Mehriban Əfəndiyevadır. Ekran əsəri Qazax rayonundan olan üç Milli Qəhrəman — Rafiq Alıcanov, Mərifət Nəsibov, Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edir. Filmdə qəhrəmanların həyatlarının maraqlı anlarına daha çox diqqət ayrılmışdır. Çəkilişlər Qazax, Füzuli və Şamaxı rayonlarında aparılmışdır. Film "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək" İctimai Birliyinin dəstəyi ilə çəkilmişdir.
Kafr qartalı
Afrika qara qartalı (lat. Aquila verreauxii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Afrikada yaşayır. Növün latınca adı fransız botaniki və ornitoloqu Jül-Pyer Verronun şərəfinə adlandırılmışdır. == Arealı == Arealı Afrikada - Çad və Keniya Samburu Parkının cənubunda Finboş və Əjdaha dağları əraziləridir.
Məzar qartalı
Məzar qartalı (lat. Aquila heliaca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Qanadları enli, böyük qartaldır. Ümumi rəngi tünd-qonurdur. Amma başında sarı “papağı”, çiyinlərində isə ağ xallar birləşib, uzunsov "güzgü" əmələ gətirib. Səsi it hürməsini xatırladır. Avropada və Asiyada yayılıb, qışlamaq üçün Afrikaya qədər miqrasiya edir. Azərbaycanda dağətəyi sahələrdə nəsil verir, düzənlərdə qışlayır. Qaya, yarğan və seyrək ağac olan sahələrdə nəsil verir.
Qan qartalı
Qan qartalı (qədim skandinav dilində — blóðörn) — Vikinqlər tərəfindən istifadə edilən edam növü. Edam məhkumun bel hissəsi yuxarıdan aşağıya doğru kəsilərək icra edilirdi. Qabırğalar onurğadan ayrılırdı və bununla da insan bədənində qartal qanadlarına bənzər iki yarım hissə yaranırdı. Edamın icrası ağciyərin çıxarılması ilə yekunlaşırdı. Qan qartalı Avropada icra edilən ən amansız edam növü hesab edilirdi. Roberta Frank. "Viking Atrocity and Skaldic Verse: The Rite of the Blood-Eagle." The English Historical Review. Vol. 99, No. 391 Apr., 1984.
Qara Qartallar
Qara Qartallar (kor. ブラックイーグルス) — Koreya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 12 dekabr 1994-cü ildə yenidən yaradılmışdır. Uçuşlar üçün Cessna A-37 Dragonfly təyyarələri istifadə olunurdu. 2007-ci ildə komanda müvəqqəti ləğv olunmuş, 2010-cu ildə isə T-50 Golden Eagle təyyarələri ilə yenidə qurulmuşdur. İlk komanda 1 oktyabr 1953-cü ildə yaradılmışdır. Uçuşlar üçün 4 ədəd North American P-51 Mustang təyyarəsi istifadə olunurdu. 1959-cu ildə bu təyyarələr Lockheed T-33 ilə əvəz olundu. 1 oktyabr 1959-cu ildə North American F-86 Sabre təyyarələr ilə uçan komanda yaradıldı və Mavi Qılınclar adlandırıldı. 1978-ci ildə komanda ləğv olundu.
Qara qartal (film, 1988)
Qartallar: Yeniden Doğuş (ing. Black Eagle) — 1988-ci ildə ildə istehsal olunmuş ABŞ filmidir. Baş rolda Şö Kosuqi və Jan-Klod Van Dammdır. "Qara qartal" ləqəbi, Sö Kosuqinin canlandırdığı Ken Tami rolunun ləqəbi olur. Ölümcül döyüş filmində Skorpion personajını canlandıran Kris Kasamasa filmin kəsilmiş hissəsində maşındakı qatil rolunu canlandırmışdır. Ağ dəniz üzərində uçarkən dənizə düşən bir F-11 döyüş təyyarəsində olan gizli lazer silahı vardır. Təyyarənin vurulmasında SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əli vardır. Onun yoxa çıxmasına göz yummayan ABŞ hökuməti bura gizli agentlərini göndərmək niyyətindədir. Bu müddətdə SSRİ-nin Maltada yerləşən gizli ordusu silahı ələ keçirmək istəyir. ABŞ hökuməti bura təcrübəli agentini "Qara qartal" ləqəbli Ken Tan Yini göndərir.
Qartal Yuvası təbiət parkı
Qartal Yuvası təbiət parkı (pol. Park Krajobrazowy Orlich Gniazd ) — Polşanın cənub-qərbində qorunan ərazi və Polşanın 120-dən çox rəsmi təbiət parklarından biri. 597 km2 (231 mil2) əraziyə malikdir. 1980-ci ildə qurulmuş və Qartal yuvası cığırının çox hissəsini əhatə edir. Cığır Böyük Kral III Kazimirin əmri ilə böyük, hündür qayalar üzərində inşa edilən "Qartalların yuvaları" adlanan orta əsrə aid təxminən 25 qaladan keçir. Park Krakov, Çenstoxova və Vielun şəhərləri arasında yerləşən Polşadakı Yuraya aid formalaşmalar (pol. Jura Krakowsko-Częstochowska) boyu uzanır. Buraya daxil olan III Kazimir (1310–1370) tərəfindən inşa edilmiş çox sayda orta əsr qalaları (pol. Orle Gniazda) ildə təxminən 400.000 ziyarətçi qəbul edir. Dağların bir hissəsi ölkənin ən cəlbedici istirahət zonaları arasında sıralanan Polşanın iyirmi milli parkının ən kiçiyi olan Oykov Milli Parkına aiddir.
Qartal kölgəsində ilan (film, 1978)
Qartal kölgəsində ilan (ing. Snake in the Eagle's Shadow, çincə:蛇形刁手) — 1978-ci ildə çəkilən Ceki Çanın məşhur filmlərindən biridir. Çin Sin sülaləsi dövrünə. Yetim Çien Fu Kunq Fu ustası və Şaolinin "İlan Zərbəsi" məktəbinin sağ qalan sonuncu nümayəndəsi Pay Çen-Çenyunu xilas edir. "İlan Zərbəsi" məktəbinin bütün nümayəndələri "Pələng caynağı" klanı tərəfindən öldürülürlər. Usta Çienə Kunq Fu öyrətməyə başlayır. Çien bu texnikanı mükəmməl öyrənərək, öz şəxsi stilini yaradır. Bu müddətdə isə məğlubedilməz Şan Kuanyin Pay Çen-Çenyunu tapır və onu öldürmək niyyətindədir… Qartal kölgəsində ilan — Internet Movie Database saytında.
Qartal yuvası (film, 2013)
Qartal yuvası — 2013-cü ildə Azərbaycanda istehsal olunmuş və Azərbaycanın 3 Milli Qəhrəmanından bəhs edən sənədli-bədii film. Filmin rejissoru və prodüseri Elnur Əliyevdir. Filmin ssenari müəllifi Kamran Qasımov, quruluşçu operatoru Elgiz Azadov, quruluşçu rəssamı Mehriban Əfəndiyevadır. Ekran əsəri Qazax rayonundan olan üç Milli Qəhrəman — Rafiq Alıcanov, Mərifət Nəsibov, Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edir. Filmdə qəhrəmanların həyatlarının maraqlı anlarına daha çox diqqət ayrılmışdır. Çəkilişlər Qazax, Füzuli və Şamaxı rayonlarında aparılmışdır. Film "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək" İctimai Birliyinin dəstəyi ilə çəkilmişdir.
Qartallar
Qartallar (lat. Aquilinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Qartalça
Qartalça (lat. Hieraaetus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Qoca qartalın ölümü (roman)
Qoca qartalın ölümü — Fərman Kərimzadənin sonuncu tarixi romanı. Fərman Kərimzadənin Qarabağ xanlığının tarixinə həsr etdiyi “Qoca qartalın ölümü” romanı uzun illər apardığı səmərəli axtarışların məhsuludur. Müəllif romanı 1988-ci ildə Yaltada yazmış, əsər 1991-ci ildə çap olunmuşdur. F.Kərimzadənin bu sonuncu tarixi romanında XVIII əsrdə baş verən hadisələr öz əksini tapır. Bu romanda da tarixi mənbələrin təsiri hiss olunur (xüsusilə “Qarabağnamə”lər), ancaq burada da tarixi həqiqətlə bədii həqiqət bir-birini tamamlayır. Qoca qartal simvolik obrazdır – yazıçı rus imperiyasına işarə edir. O ölürsə də, yeni, cavan qartallar səmaya uçur və beləliklə, rus imperiyasının işğalçılıq siyasəti davam edir. İkiyə bölünmüş Azərbaycandan sonra yeni ölkələr, məmləkətlər fəth edilir, çarı Qırmızı imperiya əvəz edir. Romandakı hadisələr Qarabağda cərəyan edir, əsərdə Qarabağ xanlığı haqqında tarixi mənbələr əsasında maraqlı məlumatlar verilir. Roman ilk dəfə vəfatından sonra Bakıda Kiril qrafikalı Azərbaycan əlifbası 1991-ci ildə, latın qrafikası ilə isə 2007-ci ildə "Seçilmiş əsərləri"nin 5-ci cildində "Ağrıdağ" nəşriyyatı tərəfindən nəşr edilib.
Qurney qartalı
Qurney qartalı (lat. Aquila gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.

Значение слова в других словарях