QARSIMAQ
QARŞI-QARŞIYA
OBASTAN VİKİ
COVID-19 qarşı peyvənd
COVID-19 vaksini — COVID-19 xəstəliyinə qarşı insanlarda imuniteti təmin etməyi hədəfləyən biyoteknoloji peyvənd. 231 peyvənd namizədi hələ tədqiqat mərhələsindədir və bunlardan heç birinin təhlükəsizliyini və effektivliyini sübut edən klinik sınaqlar hələ tamamlanmamışdır. Avqust ayında ən azı 24 peyvənd namizədi elan edildi və ya klinik sınaqlara məruz qaldı. Bunlardan 6-sı III, 18-i I–II sınaq mərhələlərindədir.2020-ci il fevral ayının sonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), COVID-19-a səbəb olan SARS-CoV-2 virusuna qarşı bir peyvəndin 18 aya hazır olacağına ümid etdiyini açıqladı. Peyvəndin yaradılması virusun davamlı mutasiyası ilə çətinləşir. Effektivliyi insan orqanizmində immunitet reaksiyası yaratmaq qabiliyyətindən asılıdır. 2020-ci ilin avqust ayında Rusiyada Gam-COVID-Vac adlı bir rus peyvəndi qeydiyyata alındı. == Tarixi == 2020-ci ildən etibarən elm aləminə koronavirus ailəsinə aid bir neçə infeksiya artıq məlum idi. Heyvanlarda bu infeksiyalara quşların quş koronavirusu, və itlərdə it koronavirusu, pişiklrədə pişik koronavirusu daxildir. İnsanlara təsir edən infeksiyalar arasında Ağır Kəskin Tənəffüs Sindromu (SARS) və Yaxın Şərq Tənəffüs Sindromu (MERS) var.
Dred Skot Sanforda qarşı
Dred Skot — ( 1799 – Sentyabr 17, 1858) ABŞ-də yaşamış, özünün, həyat yoldaşının və 2 qızının azadlığının tələbi nəticəsində 1857-ci ildə "Dred Skott Qərarı" kimi tanınan Dred Skot Sanforda qarşı iddiasında uğursuzluğa uğramış bir Afroamerikalı quldur. Skott iddia edirdi ki, ona və ailəsinə azadlıq verilməlidir çünki onlar 4 il müddətində köləliyin qanunsuz olduğu İllinoys və Wisconsin Əyalətində yaşayıblar. Birləşmiş Ştatlar Ali Məhkəməsi nə onun, nə də ki, başqa bir Afrika əsilli şəxsin ABŞ-də vətəndaşlıq ala bilməyəcəyini əsas gətirərək 7-2 Scottun əleyhinə qərar verib. Nəticə etibarilə, vətəndaşlıq müxalifliyi qaydaları altında Skott federal məhkəmə qarşısında məğlub olub.
Qarşı mədəniyyət
Qarşı mədəniyyət (rus. Контркульту́ра, ing. Counterculture) — submədəniyyət növü. Mədəniyyətşünaslıq nöqteyi-nəzərindən, əks mədəniyyət, dominant mədəniyyətin dəyərlərini inkar edən bir cərəyandır. == Yaranması == Sosioloq Con Milton Yinger, "Qarşı mədəniyyət" termini 1960-cı ildə Amerika Sosioloji İcmalındakı "Qarşı mədəniyyət və subkultura" məqaləsində işlətmişdir. Yinger, hər hansı bir qrupun normativ sisteminin əsas elementi şəxsiyyət dəyişənlərinin qrup dəyərlərinin inkişafında və saxlanmasında bilavasitə iştirak etdiyi və onun normalarının yalnız münasibətlərə istinad etməklə başa düşülə biləcəyi bütün cəmiyyətin dəyərləri ilə ziddiyyət olduğu yerdə "əks-mədəniyyət" termini istifadə etməyi təklif etdi. ətrafındakı dominant bir mədəniyyətə sahib qruplar ”. "Qarşı mədəniyyət" termini Amerikalı sosioloq Teodor Rozzak tərəfindən populyarlaşdı, o, bundan ənənəvi mədəniyyətə qarşı çıxaraq sənətdəki yeni meyllərə istinad etmək üçün istifadə etdi . Əks etiqad, mövcudluğun duyğu-emosional təcrübəsini ön plana çıxardığı, idrakın spekulyativ-məntiqi metodları çərçivəsindən kənarda qalması ilə ziddiyyət təşkil etdi. Qarşı mədəniyyət, bir qayda olaraq, yalnız dominant mədəniyyətin paradiqmasından fərqlənən bir paradiqmaya sahib deyil, eyni zamanda özünü dominant mədəniyyətə açıq şəkildə qarşı qoyur, dominant mədəni dəyərləri, normaları və mənəvi təməlləri şübhə altına alır, özünəməxsus norma və dəyərlər sistemini yaradır.
Everet Uilyamsa qarşı
Everet Vilyamsa qarşı — 1725-ci ildə baxılmış ingilis məhkəmə işi. "Quldurların məhkəmə işi" də adlanır. Məhkəmə işi cinayət törədilməsini nəzərdə tutan müqavilələrin hüquqi qüvvəsi ilə əlaqədardır. Bu işdə müqavilə silahlı hücum nəticəsində əldə edilmiş qənimətin bölüşdürülməsi ilə bağlı idi. Məhkəmə iddiadan imtina etmişdir.Məhkəmə işi haqqında ətraflı məlumatlar müasir dövrə gəlib çatmamışdır və işə edilən əksər istinadlar 1893-cü ildə nəşr edilmiş Rüblük Hüquq Jurnalındakı işin xülasəsinə əsaslanır, hansı ki həmin xülasə də öz növbəsində Rober Cozef Potye tərəfindən 1802-ci ildə yazılmış öhdəlik hüququ haqqında fransız dilindəki mətnin ingilis dilinə edilmiş tərcüməsinə əsaslanır. == Haqqında == İki quldur - Everet və Vilyams birgə oğurluq nəticəsində əldə etdikləri qənimətləri bölüşdürmək haqqında razılığa gəlirlər. Onlar bir müddət Haunslou Hitdə, eyni zamanda Pegşot, Solsberi, Hampsteddə və başqa yerlərdə bu fəaliyyətlə məşğul olurlar. Bir gün qənimətlər satılanda Con Everet Cozef Vilyamsın mənfəətin bölüşdürülməsi nəticəsində ona düşən ədalətli paydan daha çox götürməyə çalışdığını düşünür. Bəzi naməlum səbəblərə görə, Everet şikayətini məhkəmə qaydasında həll etmək qərarına gəlir. O, Vilyamsa qarşı məhkəmədə iddia qaldırmaq üçün vəkillər və solisitorlar tutur və tələb edir ki, onların ortaq fəaliyyətinin nəticəsində əldə etdikləri mənfəət aşkar edilərək hesablansın və onların payları arasında balans yaradılsın.
Fleş Oxa qarşı
Fleş Oxa qarşı (ing. Flash vs. Arrow) – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi korossoverlərdən birincisi. Krossover “Fleş” və “Ox” teleserialları arasında baş tutmuşdur. Krossover hadisəsi 2 dekabr 2014-cü ildə “Fleş” teleserialının “Fleş Oxa qarşı” adlanan səkkizinci seriyası ilə başlamış və “Ox” teleserialının növbəti gün yayımlanan “Məğrur və kobud” adlı səkkizinci seriyası ilə davam etdirilmişdir. Krossoverdə Fleş komandası (Barri Allen/Fleş, Keytlin Snou və Sisko Ramon) cinayətkar Kapitan Bumeranqın həbs edilməsində Ox komandasına (Oliver Kuin/Ox, Felisiti Smok, Con Diql), Ox komandası isə metainsan Roy Bivolonun tutulmasında Fleş komandasına kömək edir. İki teleserial arasında korssoverin baş tutacağı 2014-cü ilin iyulunda Barri Allenin “Fleş” serialının debütündən əvvəl “Ox”un ikinci mövsümündə təqdim edilməsindən sonra elan olunmuşdu. Bundan sonra sentyabrda hər iki seriya üçün ssenari yazılması tamamlanmış, 2014-cü ilin oktyabrında isə çəkilişlərə başlanılmışdır. Krossover seriyalarında hər iki serialın əsas aktyor heyətinə daxil olan bütün aktyorlar iştirak etmişdir. Seriyalar tənqidçilər tərəfindən müsbət qəbul edilmiş, şən və fanların istədiyi hər şeyi əks etdirən adlandırmışlar.
Heyvanlara qarşı şiddət
Heç bir heyvana əziyyət, işgəncə etmək, suda boğaraq və ya atəşdə yandıraraq öldürmək caiz deyildir. Heyvana işgəncə etmək, qeyri-müslim vətəndaşa işgəncə etməkdən daha böyük günahdır. Qeyri-müslim vətəndaşa əziyyət etmək də müsəlmana əziyyət etməkdən daha böyük günahdır. (Dürr-ül muxtar) Məqsədsiz olaraq bir heyvanı öldürmək caiz deyildir. Axirətdə, “Onu nə üçün öldürdün?” deyə sorğuya çəkiləcəkdir. Heyvanları bir-biriylə döyüşdürmək də caiz deyildir. Heyvanların haqqına riayət etməli, onlara mərhəmət edilməlidir. Hədisi-şərifdə, “Mərhəmət et ki, mərhəmət olunasan!” buyuruldu. (Şirə) Zərərli heyvanları öldürmək caiz olduğu kimi, dələ, porsuq kimi heyvanları dərisi və kürkü üçün, maral, ceyran kimi heyvanları əti üçün öldürmək də caizdir. Donuz xaric, əti yeyilməyən müxtəlif heyvanları pul qarşılığı müsəlman olmayanlara ixrac etmək də caizdir.
Loizidu Türkiyəyə qarşı
Loizidu Türkiyəyə qarşı — Avropa İnsan Hüquqları Konvensiyasının 3, 5, 8-ci maddələri və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu haqqında Kiprli qaçqının iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərar. == Faktlar == Ərizəçi — Kipr vətəndaşı xanım Titina Loizidu ölkənin şimalında, Kireniyada boya-başa çatıb, orada ona məxsus bir neçə torpaq sahəsi vardı. 1972-ci ildə xanım Loizidu ərə getdi və əri ilə Nikosiyaya köçdü. Kipr yunan və türk hissələrinə bölündüyünə görə, 1974-cü ildən başlayaraq, o, yuxarıda adı çəkilən mülkiyyətinə daxil olmaq imkanından məhrum oldu. 19 mart 1989-cu ildə Kipr yunanlarının "Qadınların evlərinə qayıtması uğrunda" təşkilatından olan qadınlar, bölücü xətti keçmək niyyətlərini qabaqcadan bəyan edərək, yürüş təşkil etdilər. Nümayişin iştirakçıları Nikosiyadan Limbiya kəndinə gəldilər, orada onlar bufer zonasını və türk qoşunlarının yerləşdiyi xətti keçə bildilər. Xanım Loizidu da daxil olmaqla, bir neçə qadın türk icmasının polisləri tərəfindən həbs edildi. Elə həmin gün onları BMT-nin Nikosiyadakı nümayəndələri azad etdilər və yunan icmasının ərazisinə göndərdilər. Xanım Loizidu 22 iyul 1989-cu ildə Avropa İnsan Hüquqları Komissiyasına şikayətlə müraciət edərək bildirdi ki, onun tutularaq həbs edilməsi Konvensiyanın 3, 5 və 8-ci maddələrinin pozuntusudur. O, həmçinin belə hesab edirdi ki, onun öz mülkiyyətindəki torpaq sahəsinə girməsinin mümkünsüzlüyü 1 saylı Protokolun 1-ci maddəsinin davamlı pozuntusudur.
Modinos Kiprə qarşı
Modinos Kiprə qarşı — (16 EHRR 485 (25 mart 1993)) Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərar. == Faktlar == İş 1987-ci ildə, Apeleftherotiko Kinima Omofilofilon Kiprou (AKOK) və ya "Kipr Gey Azadlıq Hərəkatı"nın əsasını qoymuş gey hüquqlarının müdafiəçisi Aleksandros Modinos tərəfindən qaldırılmışdır. Eyni zamanda öz həmcinsi ilə cinsi əlaqəyə daxil olan iddiaçı bəzi homoseksual hərəkətlərə görə cinayət məsuliyyətini nəzərdə tutan Kipr Cinayət Məcəlləsinin 171-ci maddəsinin qüvvədə olması səbəbi ilə böyük gərginlik, narahatlıq və təqib qorxusu ilə yaşadığını bildirmişdir. == Qərar == Məhkəmə 8 səs lehinə, 1 səs əleyhinə olmaqla belə qərara gəlmişdir ki, qadağanın mövcudluğu ərizəçinin şəxsi həyatına birbaşa və davamlı olaraq təsir etmiş, nəticə etibarilə ərizəçinin şəxsi həyatına hörmət hüququna müdaxilə olunmuşdur. Beləliklə, bu işdə 8-ci maddənin pozuntusu baş verib; ərizəçinin çəkdiyi məhkəmə xərcləri ona qaytarılmalı, eləcə də Strasburqda işin dinlənilməsi ilə bağlı çəkdiyi xərclər ona tam məbləğdə ödənilməlidir. == Əhəmiyyəti == Məhkəmə bu qərarı ilə təsdiq edir ki, homoseksual münasibətlər 8-ci maddə çərçivəsində müdafiə olunur. Bu münasibətləri qadağan edən qanun ərizəçiyə tətbiq olunmasa da, qadağanın açıq-aşkar dəstəklənməsi və təqib olunma riski (dövlət ittihamı və ya xüsusi ittiham əsasında) və digər zərərverici hüquqi hərəkətlər ərizəçinin şəxsi həyatının toxunulmazlığı hüququnun pozulduğunu hesab etmək üçün kifayətdir. == Ziddiyyətli məqamlar == Məhkəmə belə bir məsələ barəsində öz fikrini ifadə etmədi ki, ərizəçi yəqin ki, öz hərəkatının baxışlarını təbliğ etməkdə heç nə ilə məhdudlaşdırılmayan azadlığa malikdir; baxmayaraq ki, bu hal xüsusi rəyini bildirmiş hakim Pikisdə ərizəçinin həqiqətən şəxsi həyatına mümkün müdaxilə ilə bağlı qorxu hissi keçirdiyinə qarşı şübhə doğurdu, lakin bunu hər hansı qərəzlilik riskinin olmadığını təsdiq edən sübut hesab etmək çətin ki mümkün olsun. == Ədəbiyyat == Avropa İnsan Hüquqları Məhkəməsi: Konvensiyanın 8 və 14-cü maddələri üzrə məhkəmə təcrübəsi. Bakı, Qanun nəşriyyatı, 2005-ci il, 456 səh.
Oberqefell Hocesə qarşı
Obergefell v. Hodges — ABŞ Ali Məhkəməsinin ABŞ Konstitusiyasına on dördüncü düzəlişi əsas tutaraq bütün ölkə ərazisində eynicinsli evliliklərin leqallaşdırılması haqqında qərar verdiyi işdir. Tanco v. Haslam (Tennesi), DeBoer v. Snyder (Miçiqan), Bourke v. Beshear (Kentukki) adlı oxşar məzmunlu digər üç işlə dəstəklənən Obergefell v. Hodges işində eynicinsli evlilikləri qadağan edən dövlət qanununa yenidən baxılmışdır. Məhkəmə iş üzrə qarşı tərəfin arqumentlərini 28 aprel 2015-ci ildə dinləmişdir. 26 iyun 2015-ci ildə isə ABŞ Ali Məhkəməsi son qərarını açıqlayıb. Məhkəmə Amerika konstitusiyasının hər bir vətəndaşın eyni şəkildə müdafiəsini irəli sürdüyünü bildirərək, eynicinli nikahların yasaqlanmaması qərarına gəlib.
Pornoqrafiyaya qarşı çıxmaq
Pornoqrafiyaya qarşı çıxma səbəbləri arasında dini etirazlar, feminist narahatlıqlar və pornoqrafiya asılılığı kimi zərərli təsirlərin sübutları var. == Dini baxışlar == Əksər dünya dinlərinin müxtəlif səbəblərdən pornoqrafiyaya qarşı mövqeləri var. Bütün fəqih və din alimlərinə görə, əxlaqsız şəkillərə və təhrikedici və şəhvətsevərlərə baxmaq qadağandır. Quran 24: 30 -da buyurulur: "Tanınan kişilərə de ki, gözlərini aşağı salsınlar və eyblərini qorusunlar, çünki bu onlar üçün daha təmizdir. Allah nə etdiklərinizdən xəbərdardır." == Feminist baxışlar == Bəzi feministlər, qadınları istismar edən və qadınlara qarşı zorakılığın ortağı olan bir sahə olduğunu iddia edərək, pornoqrafiyaya qarşı çıxırlar. == Mühafizəkar baxışlar == == Zərərə əsaslanan fikirlər == 1982 -ci ildə Zillman tərəfindən edilən bir araşdırma, pornoqrafiyaya uzun müddət məruz qalmağın həm kişiləri, həm də qadınları cinsi şiddət qurbanlarına qarşı həssaslaşdırdığını göstərdi. Zillman kimi bəzi tədqiqatçılar, pornoqrafiyanın cinsi təcavüz nisbətlərini artıraraq cəmiyyətə birmənalı ziyan vurduğuna inanırlar.
Pərinçək İsveçrəyə qarşı
Pərinçək İsveçrəyə qarşı — Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin pozuntusu haqqında Türkiyə vətəndaşı Doğu Pərinçəkin 10 iyun 2008-ci il tarixdə verilmiş iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən 15 oktyabr 2015-ci il tarixdə qəbul edilmiş qərar. Ermənistan Hökumətinə prosesə müdaxilə etmək və əlavə olaraq iclasda iştirak etmək hüququ verilib. Türkiyə, Ermənistan və Fransa Hökumətləri işdə üçüncü tərəf qismində çıxış etmişdir. == Faktlar == Ərizəçi 1942-ci ildə doğulub və Ankarada yaşayır. O, hüquq elmləri doktorudur və Türkiyə İşçi Partiyasının sədridir. 2005-ci ildə ərizəçi İsveçrədə üç ictimai xarakterli tədbirdə iştirak edib. Sözügedən tədbirlərdə ərizəçi “Erməni soyqırımı” kimi Hitlersayağı yalanlara inanmayın”, “Odur ki, kürd problemi və erməni məsələsi hər şeydən əvvəl problem sayılmır və ümumiyyətlə mövcud olmayıb...” kimi bəyanatlarla çıxış edib. Bundan sonra ərizəçi özü tərəfindən yazılmış “Böyük Güclər və Erməni məsələsi” adlı kitabçaları ətrafdakılara paylayıb. Kitabçada o, 1915-ci ildə və ondan sonrakı illərdə baş verən hadisələrin soyqırım olduğunu inkar edib. 15 iyul 2005-ci il tarixdə İsveçrə-Ermənistan Assosiasiyası ərizəçinin yuxarıda qeyd olunan birinci bəyanatı ilə bağlı ona qarşı cinayət qaydasında şikayət edib.
Qarşı porşenli mühərrik
Qarşı porşenli mühərrik, silindrləri cüt tərəfli olub hər tərəfində bir porşen olur, lakin silindrlərdə başlıq olmur. Əksər hallarda hər silindr sırasının ayrı və müstəqil dirsəkli valı olduğu halda Doxfordship mühərrikləri və Commer OP yük maşını mühərrikləri kimi bəzi modellər tək bir şaftla işləyirlər. Bu tip mühərrikləri, porşenləri bir-birinə əks tərəfdə qoyulmuş yastı mühərriklər ilə müqayisə edilməməlidir, çünki bu iki tip iki tamamilə fərqli mühərrik növüdür.
Tüstüyə qarşı aşqarlar
== Tüstüyə qarşı aşqarlar == Tüstüyə qarşı aşqarlar dizel mühərrikinin buraxdığı işlənmiş qazlardan gələn qara tüstünün (his) emissiyasını azaltmaq üçün nəzərdə tutulmuşdur. Yanma kamerasında alovlanmadan əvvəlki mərhələdə yanacağın intensiv krekinqi baş verir, nəticədə his əmələ gəlir. Sonra o yanır, lakin bəzi səbəblərə görə tam yanmır. Qara tüstünün tərkibində olan hisin bir hissəsi atmosferə atılır. Hisin əmələ gəlməsi mühərriyin səmərəliliyinin azalması deməkdir, lakin bundan əlavə, his onun səthində sorbsiya olunmuş kanserogen politsiklik aromatik karbohidrogenlər daşıyıcısıdır. Qara tüstünün emissiyası metalsaxlayan tüstüyə qarşı aşqarlar vasitəsilə azaldıla bilər. Bu halda külsüz aşqarların təsiri çox deyil. Tüstüyə qarşı aşqarların işçi qatılığı 0.05-0,2%-dir. Nisbətən əvvəlki aşqarların (məsələn, 1970-ci illərdə işlənib hazırlanmış ИХП- 702, ИХП-706 aşqarları) tövsiyə olunan qatılığı 0.5-1.0%-ə qədər və daha yüksək olmuşdur. == Təsir prinsipi == Tüstüyə qarşı aşqarların təsir mexanizmi haqqında konkret fikir yoxdur.
Yersild Danimarkaya qarşı
Yersild Danimarkaya qarşı — Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin pozuntusu haqqında Danimarka vətəndaşı Yens Olaf Yersildin iddiası üzrə Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən 1994-cü ildə qəbul edilmiş qərar. == Faktlar == Jurnalist cənab Yersild, özlərini "Greenjackets" adlandıran bir qrup gənclə televiziya müsahibəsi keçirmiş və redaktə etmişdi. Qrupun üzvləri müsahibə zamanı Danimarkada yaşayan immiqrantlar və etnik qruplar haqqında təhqiramiz və alçaldıcı sözlər söyləmişdilər. Sonradan Yersild qrupa yardım etməkdə ittiham olunur. == Qərar == Məhkəmə 12 səs lehinə, 7 səs əleyhinə olmaqla Danimarkanın Konvensiyanın 10-cu maddəsini (ifadə azadlığı) pozduğunu qət etmiş və ərizəçinin müsahibələr zamanı davranışlarının müsahibə aldığı şəxslərdən açıq şəkildə fərqləndiyini vurğulamışdı (34-cü bənd).Hakimlər Rissdal, Bernhardt, Spilmenn və Loizu xüsusi rəy verərək bildirmişdilər ki, ən azından müsahibədəki fikirləri dəstəkləmədiklərini açıq-aşkar göstərən bəyanat əlavə etməli idilər (3-cü bənd). Hakimlər Gölcüklü, Russo və Valtikos daha qısa xüsusi rəy vermişdilər: sözügedən yayımdan məsul olan jurnalist təqdim etdiyi fikirə etiraz etmək üçün heç bir real cəhd etməmişdir.
İnsanlığa qarşı cinayətlər
İnsanlıq əleyhinə cinayətlər — qəsdən öldürmə, qəsdən xəsarət yetirmə, işgəncə, əzab və ya əsarət, şəxs azadlığından məhrum etmə, elmi təcrübələrə məruz qalma, cinsi təcavüz, uşaqlara qarşı cinsi istismar, məcburi hamiləlik, məcburi fahişəlik. Bu, cəmiyyətin bir hissəsinə qarşı bir plana uyğun olaraq siyasi, fəlsəfi, irqi və ya dini motivlərin sistematik şəkildə işlənməsidir. Bu konsepsiya İkinci Dünya Müharibəsindən sonra geniş istifadə olunur. Bu termin ilk olaraq 28 may 1915-ci ildə İngiltərə, Fransa və Rusiyanın, Türkiyədəki ermənilərin qətl edildikləri iddiasıyla nəşr etdikləri bəyannamədə yer almışdır. İkinci Dünya Müharibəsindən sonra qəbul edilən Nürnberq Beynəlxalq Hərbi Cinayət Məhkəməsinin yurisdiksiyasında (səlahiyyətində) bəşəriyyətə (insanlığa) qarşı cinayətlər də sayılmışdır. Tərifi və əhatə dairəsi mübahisəli olmasına baxmayaraq, həm beynəlxalq, həm də milli şəkildə cəzalandırılması üçün qaydalar qəbul edilmişdir. İnsanlıq əleyhinə olan cinayətlər quruluş baxımından motivasiya və intensivlik meyarları ilə adi cinayətlərdən fərqlənir, həm də prosedur baxımından fasilələrə məruz qalmırlar. Roma Statusu 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının konfransında beynəlxalq səviyyədə kollektiv şəkildə törədilən insanlığa qarşı cinayətləri mühakimə etmək və cəzalandırmaq məqsədilə qəbul edilmiş və Beynəlxalq Cinayət Məhkəməsi 2002-ci il iyulun 1-dən vəzifəsinə başlamışdır. Nürnberq Beynəlxalq Hərbi Cinayət Məhkəməsi, nasistlərin sovet əsirlərinə qarşı etdikləri cinayətlərin insanlığa qarşı cinayətlərə örnək olmasına dair qərar çıxarıb.
Qadına qarşı nifrət
Qadın düşmənliyi və ya Mizoginiya (ing. Misogyny) — qadınlara qarşı soyuqluq, antipatiya və ya şişirdilmiş düşmənçilikdir. İngilis dilindəki “misogyny” termini yunanca qadın (gyne) və nifrət (misein) sözlərindən əmələ gəlmişdir. Mizoginiya cinsiyyətçiliklə müqayisə edildikdə, mizoginiya həm kişilərdə, eləcə də bəzi qadınlarda rastlanır. Feminist nəzəriyyədə mizoginiyaya kişilərin qadınları ikinci planda gördükləri irqçilik və ya antisemitizmə oxşar siyasi ideologiya kimi baxılır. Psixi pozğunluğdan yarana biləcəyi kimi, çox vaxt fərdin uşaqlıq təcrübələri, xüsusən də ana və ata ilə əlaqəli təcrübələrindən də bu hal meydana gələ bilər. Həm kişilərdə, həm də qadınlarda görünə bilər. Edip kompleksi dövründə yaşayan uşaqlara valideynlərin göstərdikləri yanlış münasibət, göstərdikləri yanlış davranış belə bir vəziyyətə səbəb ola bilər. Bəzi ataların öz qızlarına qarşı alçaldıcı və təhqiredici davranışları, oğlan uşaqlarını qız uşaqlarından üstün tutması halları belə münasibətə səbəb olan amillərdəndir. Mizoginiya bəzən ifrat səviyyədə inkişaf edib, dünyadakı bütün dişilərə nifrət səviyyəsinə qədər yüksələ bilər.
Qadınlara qarşı nifrət
Qadın düşmənliyi və ya Mizoginiya (ing. Misogyny) — qadınlara qarşı soyuqluq, antipatiya və ya şişirdilmiş düşmənçilikdir. İngilis dilindəki “misogyny” termini yunanca qadın (gyne) və nifrət (misein) sözlərindən əmələ gəlmişdir. Mizoginiya cinsiyyətçiliklə müqayisə edildikdə, mizoginiya həm kişilərdə, eləcə də bəzi qadınlarda rastlanır. Feminist nəzəriyyədə mizoginiyaya kişilərin qadınları ikinci planda gördükləri irqçilik və ya antisemitizmə oxşar siyasi ideologiya kimi baxılır. Psixi pozğunluğdan yarana biləcəyi kimi, çox vaxt fərdin uşaqlıq təcrübələri, xüsusən də ana və ata ilə əlaqəli təcrübələrindən də bu hal meydana gələ bilər. Həm kişilərdə, həm də qadınlarda görünə bilər. Edip kompleksi dövründə yaşayan uşaqlara valideynlərin göstərdikləri yanlış münasibət, göstərdikləri yanlış davranış belə bir vəziyyətə səbəb ola bilər. Bəzi ataların öz qızlarına qarşı alçaldıcı və təhqiredici davranışları, oğlan uşaqlarını qız uşaqlarından üstün tutması halları belə münasibətə səbəb olan amillərdəndir. Mizoginiya bəzən ifrat səviyyədə inkişaf edib, dünyadakı bütün dişilərə nifrət səviyyəsinə qədər yüksələ bilər.
Qarabağda azərbaycanlılara qarşı qətliamlar
Qarabağda azərbaycanlılara qarşı soyqırımlar — erməni-daşnak quldur dəstələrinin Qarabağın Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında azərbaycanlılara qarşı törətdikləri soyqırımı və talanlar. == Baş vermiş hadisələr == Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyası bu vəhşilikləri dərindən araşdırmış, bu haqda çoxlu şahid ifadələri, baxış protokolları, məruzələr, faktik məlumatlar toplamışdır. Sovet Rusiyasının Birinci dünya müharibəsi (1914-18) cəbhələrində hərbi əməliyyatların dayandırmasından əvvəl erməni əsgərləri kütləvi surətdə fərarilik edərək, cəbhədən qaçır və özləri ilə çoxlu oğurluq tüfəng, pulemyot və digər hərbi sursatlar aparırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.Mixaylovun toplanmış faktlar əsasında hazırladığı məruzədə deyilirdi ki, Cavanşir qəzasının müsəlman əhalisi qonşuları ermənilərə çox sadəlövhcəsinə inanır və həmin silahların gələcəkdə onlara qarşı yönəldiləcəyini təsəvvürlərinə belə gətirmirdilər. Buna görə də onlar həmin silahların gətirilməsinin qarşısını almaq üçün heç bir tədbir görmürdülər. Rusiyada Oktyabr çevrilişindən sonra isə Yuxarı Qarabağa, o cümlədən Cavanşir qəzasının erməni kəndlərinə silah və sursat, demək olar ki, açıq şəkildə gətirilməyə başladı. N.Mixaylovun məruzəsində göstərilirdi ki, 1917-ci ilin dekabrından başlayaraq, erməni-daşnak quldur dəstələri Kolanı icmasının azərbaycanlı kəndlərinə basqın edir və onlardan hələ yer üzərində mövcud olmayan Ermənistan Respublikasının tanımağı tələb edir və guya öz dövlətləri üçün azərbaycanlılardan zorla vergi yığırdılar. Erməni təqiblərindən bezmiş Cavanşir qəzasının bir neçə kəndinin, o cümlədən İmarət-Qərvənd kəndinin əhalisi və Umudlu kəndi əhalisinin bir hissəsi payız aylarında böyük tələfatla Murovdağı aşaraq, Cavanşir qəzasının aran kəndlərinə üz tutur və orada məskunlaşırlar. N.Mixaylovun 1919-cu il mayın 9-da Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məruzədə göstərilirdi ki, axır vaxtlar vəziyyət bir qədər yüngülləşsə də, Cavanşir qəzasındakı ermənilər buradakı azərbaycanlıların torpaqlarını Ermənistan Respublikasının ərazisi elan edərək, Azərbaycan Respublikasının hakimiyyətini tanımaq belə istəmir və öz zorakılıq hərəkətlərini əvvəlki kimi davam etdirirlər. Ona görə də Fövqəladə Təhqiqat Komissiyasının üzvləri erməni kəndlərindən keçərək, qəzanın dağətəyi hissəsində dağıdılmış azərbaycanlı kəndlərinə baxış keçirə bilmirdilər.
Qarabağda azərbaycanlılara qarşı soyqırımlar
Qarabağda azərbaycanlılara qarşı soyqırımlar — erməni-daşnak quldur dəstələrinin Qarabağın Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında azərbaycanlılara qarşı törətdikləri soyqırımı və talanlar. == Baş vermiş hadisələr == Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyası bu vəhşilikləri dərindən araşdırmış, bu haqda çoxlu şahid ifadələri, baxış protokolları, məruzələr, faktik məlumatlar toplamışdır. Sovet Rusiyasının Birinci dünya müharibəsi (1914-18) cəbhələrində hərbi əməliyyatların dayandırmasından əvvəl erməni əsgərləri kütləvi surətdə fərarilik edərək, cəbhədən qaçır və özləri ilə çoxlu oğurluq tüfəng, pulemyot və digər hərbi sursatlar aparırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.Mixaylovun toplanmış faktlar əsasında hazırladığı məruzədə deyilirdi ki, Cavanşir qəzasının müsəlman əhalisi qonşuları ermənilərə çox sadəlövhcəsinə inanır və həmin silahların gələcəkdə onlara qarşı yönəldiləcəyini təsəvvürlərinə belə gətirmirdilər. Buna görə də onlar həmin silahların gətirilməsinin qarşısını almaq üçün heç bir tədbir görmürdülər. Rusiyada Oktyabr çevrilişindən sonra isə Yuxarı Qarabağa, o cümlədən Cavanşir qəzasının erməni kəndlərinə silah və sursat, demək olar ki, açıq şəkildə gətirilməyə başladı. N.Mixaylovun məruzəsində göstərilirdi ki, 1917-ci ilin dekabrından başlayaraq, erməni-daşnak quldur dəstələri Kolanı icmasının azərbaycanlı kəndlərinə basqın edir və onlardan hələ yer üzərində mövcud olmayan Ermənistan Respublikasının tanımağı tələb edir və guya öz dövlətləri üçün azərbaycanlılardan zorla vergi yığırdılar. Erməni təqiblərindən bezmiş Cavanşir qəzasının bir neçə kəndinin, o cümlədən İmarət-Qərvənd kəndinin əhalisi və Umudlu kəndi əhalisinin bir hissəsi payız aylarında böyük tələfatla Murovdağı aşaraq, Cavanşir qəzasının aran kəndlərinə üz tutur və orada məskunlaşırlar. N.Mixaylovun 1919-cu il mayın 9-da Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məruzədə göstərilirdi ki, axır vaxtlar vəziyyət bir qədər yüngülləşsə də, Cavanşir qəzasındakı ermənilər buradakı azərbaycanlıların torpaqlarını Ermənistan Respublikasının ərazisi elan edərək, Azərbaycan Respublikasının hakimiyyətini tanımaq belə istəmir və öz zorakılıq hərəkətlərini əvvəlki kimi davam etdirirlər. Ona görə də Fövqəladə Təhqiqat Komissiyasının üzvləri erməni kəndlərindən keçərək, qəzanın dağətəyi hissəsində dağıdılmış azərbaycanlı kəndlərinə baxış keçirə bilmirdilər.
Sosial işçilərə qarşı zorakılıq
Müştərilərin sosial işçilərə qarşı zorakılığı nadir baş verən hadisələrdən deyildir. Qərb ştatında lisenziyalı sosial işçilər üzərində aparılan araşdırmada, Rey (1996) Sosial işçilərə qarşı zorakılğın əsasən fəaliyyət yerlərində baş verdiyini müəyyənləşdirmişdir. Griffin (1995) Sosial iş hallarının daha da mürəkkəbləşdiyini və yardım prosesinin daha çox zorakılıqla dolu sosial kontekstdə təmin edildiyini bildirmişdir Cəmiyyət içərisində işləyən sosial işçilər ofisdə işləyən həmkarlarına nisbətən daha böyük təhlükə ilə üzləşirlər, çünki onlar tez-tez təhlükəli məhəllələrdə xidmət göstərirlər və əgər hər hansısa bir problem yaranarsa, dərhal dəstək göstəriləbilmir. Newhill(1996) Amerika Birləşmiş Ştatlarının iki ştatında NASW (Sosial İşçilərin Milli Assosiasiyası) üzvləri arasında keçirilən sorğuda respondentlərin 59 faizinin zorakı müştərilərlə işləmək üzrə təlimlər keçdiyini müəyyən edib. == Zorakılıq riski == Bütün sosial işçilər risk altında olsalar da, araşdırmalar göstərir ki, daha gənc və daha az təcrübəli kadrlar daha çox müştəri hücumu riski altındadır. Elmi ədəbiyyatda qadın və ya kişi sosial işçilərdən hansıların daha çox zorakılıq və təhdid riski altında olub-olmaması ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Qadın sosial işçilər müştərilər tərəfindən edilən fiziki zorakılığa xüsusilə həssasdırlar. Tryon (1986) qadınların da kişi həmkarları kimi tez-tez fiziki hücumlara məruz qaldığını bildirmişdir. Sosial işçilər ikinci dərəcəli və ya əvəzedici travma kimi tanınan şəfqət yorğunluğu (compassion fatigue) ilə üzləşə bilər.Şəfqət yorğunluğu prosesi, sosial işçilərin müştərilərinin əlamətlərini və simptomlarını yaşamalarının potensial psixoloji nəticəsidir.Bu zaman onların müştərilərinə qarşı empatiya və şəfqət hissləri azala bilər. == Zorakılıq aktı == Təhdid və ya zorakılıq aktının nədən ibarət olması barədə vahid bir konsensus yoxdur.
Tanrıya qarşı məhkəmə işləri
Tanrıya qarşı məhkəmə işləri həm real həyatda, həm də uydurmada baş verib. == Real hadisələr == 1970-cı ildə arizonalı vəkil Rassel Tensi müvəkkili Betti Penrouzun adından çıxış edərək tanrıya qarşı məhkəmə işi qaldırmış və müvəkkili üçün 100 min ABŞ dolları təzminat tələb etmişdir. Penrouz tanrını "diqqətsizlik"lə günahlandırmış və evinə ildırım düşməsinə icazə verdiyini bildirmişdir. Tanrı "məhkəmədə özünü müdafiə edə bilmədiyi" üçün Penrouz məhkəmə işini udmuşdur.2005-ci ildə rumıniyalı Pavel M adlı şəxs 20 il məhkum həyatı yaşadıqdan sonra Rumın Ortodoks Kilsəsinə qarşı məhkəmə işi açaraq tanrını "onu şeytandan qorumamaqla" günahlandırmışdır. Tanrı şəxs və ya qurum olmadığı üçün məhkəmə işi buraxılmışdır.2008-ci ildə ABŞ-nin Nebraska ştatının senatı Erni Çembers tanrıya qarşı məhkəmə işi qaldırmış, tanrının zərərverici fəaliyyətlərinə qarşı məhkəmə əmri istəmişdir. Məhkəmə "tanrının dəqiq ev ünvanı olmadığı üçün məhkəmə işi ilə bağlı xəbərdalıq edilə bilmədiyini" əsas gətirərək məhkəmə işini buraxmışdır. Çembers tanrının hər şeyi gördüyünü və məhkəmə işindən xəbərdarlıq olduğunu bildirərək bir məhkəmə işi daha qaldırmışdır.Hindistanın Bihar ştatından olan vəkil Çandan Kumar Sinğ hinduizm tanrısı Ramanı həyat yoldaşı olan ilahə Sitaya pis davrandığını əsas gətirərək onu məhkəmə vermişdir. Məhkəmə işi "məntiqsiz" hesab edərək buraxmışdır. == Uydurmada == 2001-ci ildə çəkilmiş Avstraliya filmi "Tanrını məhkəməyə verən adam" filmi bu mövzudan bəhs edir. Fyodor Dostoyevskinin "Karamazov qardaşları" romanında (1880) personajlardan biri ispan inkvizisitorun İsanın inkarnasiyası ilə qarşılaşması və onu sorğulayıb sürgün etməsi barədə hekayə danışır.
Tzin sülaləsinə qarşı hərəkət
Tzin sülaləsinə qarşı hərəkət (çin. 反清) ― Tzin sülaləsi dövründə (1636–1912) əsasən Çində Mançur hökmranlığına qarşı tutulan bir hərəkət, tez-tez müxaliflər tərəfindən vəhşilik kimi qiymətləndirilir. Çin elmini boğmaqda və Çinin dünyanın əsas gücündən yoxsul, geridə qalan bir millətə çevrilməsinə səbəb olmaqda günahlandırıldı. Tzin sülaləsinə qarşı hərəkət fəalların toplanma şüarı "Fǎn Qing Fu Ming" idi (Sadələşdirilmiş Çincə:反清复明; ənənəvi Çincə:反清復明; eynən: "Tzinə qarşı və Minin bərpası "), Boxer üsyanın əsas şüarı ilə bağlıdır "Tzini bərpa və xariciləri məhv edin" (" 扶清滅洋 fú Qīng miè yáng "). == Erkən Tzin vaxtları Min sülaləsinin sadiqliyi == === Min müsəlman sadiqləri === Mi Layin və Din Quodon rəhbərliyindəki Hui Müsəlman Min sadiqləri 1646–1650-ci illər arasında bir Min şahzadəsini taxta qaytarmaq üçün Tzinlə mübarizə apardılar. 1644-cü ildə Tzin sülaləsi Min sülaləsini işğal etdikdə (1368–1644), Qansuda Müsəlman liderlər Milayin və Din Quodon rəhbərlik etdiyi Müsəlman Min sadiqləri, 1646-cı ildə Tzinləri devirmək üçün Milayin üsyanı zamanı, Tzinə qarşı üsyan qaldırdılar. Müsəlman Min sadiqlərini Sultan Səid Baba və oğlu Şahzadə Turumtay dəstəklədi. Müsəlman Min sadiqlərinə qiyamda Tibetlilər və Han Çinlilər də qatıldı. Şiddətli döyüşlərdən və danışıqlardan sonra 1649-cu ildə bir barış müqaviləsi qəbul edildi, Milayan və Ding adları Tzinə sadiq qaldılar, və Tzin ordusunun üzvləri rütbələrə sahib oldular. Çinin cənubundakı digər Min sadiqləri yenidən canlandıqda və Tzin onlarla döyüşmək üçün qüvvələrini Qansudan çıxartmaq məcburiyyətində qaldıqda, Milayan və Din bir daha silah götürərək Tzinə qarşı üsyan etdilər.
Əsgər Leqari Pakistana qarşı
Əsgər Leqari Pakistana qarşı — işə 2015-ci ildə Lahor (Pəncab, Pakistan) Ali Məhkəməsində baxılmış, hökumətin 2012-ci ilin Milli İqlim dəyişikliyi siyasətini və İqlim Dəyişikliyi Siyasətinin İcra Çərçivəsini (2014–2030) müəyyən edilmiş məqsədlərə çatmadan pozduğuna qərar vermişdir. Buna cavab olaraq məhkəmə Pakistana ölkənin iqlim məqsədlərinə çatmasına kömək etmək üçün İqlim Dəyişikliyi Komissiyasının qurulmasını tələb edir. == Öncəki vəziyyət == Pakistanın Pəncab şəhərində hüquq fakültəsinin tələbəsi Əsgər Leqari, iqlim dəyişikliyi nəticəsində su qıtlığı və şiddətlənən fırtınalar səbəbindən məhsulun təhlükə altında olduğunu söyləyir. O, dövlətin iqlim dəyişikliyi siyasətinə etinasız yanaşması səbəbindən onun fundamental hüquqlarının pozulduğunu bildirərək ərizə təqdim edir.. O, hökumətin iqlim dəyişikliyi ilə bağlı narahatlıqlar qarşısında "hərəkətsizlik, süründürməçilik və qeyri-ciddilik" nümayiş etdirdiyini yazır. Leqari hesab edirdi ki, bu hərəkətsizlik millətin qida, su və enerji təhlükəsizliyini təhdid edir. Əvvəllər Pakistanda iqlim dəyişikliyi siyasəti ayrı-ayrı əyalətlərin ixtiyarına buraxılmışdı. Bununla belə, Lahor Universiteti və Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən aparılan bir araşdırma, əyalətlərin heç birinin həqiqətən effektiv iqlim dəyişikliyi siyasətinin olmadığını müəyyən edir. == Qərar == Lahor Ali Məhkəməsi hökumətin 2012-ci il siyasətini tətbiq etməli olduğuna qərar verir. Hakim Səyid Mənsur Əli Şah bildirib ki, iqlim dəyişikliyi "Pakistanın üzləşdiyi ən ciddi təhlükəni təmsil edir".
Sualtı qayıqlara qarşı mübarizə
Sualtı döyüş müharibəsi, döyüş gəmilərinin, hərbi təyyarələrin, helikopterlərin və ya digər sualtı qayıqların köməyi ilə düşmən sualtı qayıqlarını tapmaq, izləmək, dayandırmaq, zədələmək və ya məhv etmək üçün istifadə edilən sualtı bir döyüşdür.
Star şər qüvvələrə qarşı
Star şər qüvvələrə qarşı (ing. Star vs. the Forces of Evil) — Daron Nefsi tərəfindən yaradılmış amerikan cizgi serialı. Animasiyası "Disney Television Animation" tərəfindən hazırlanmışdır. Serial 18 yanvar 2015-ci ildən 19 may 2019-cu ilə qədər Disney Channel və Disney XD telekanalında yayımlanmışdır. == Məzmun == Star Batterflay Myuni adlı bir kainatdan olan sehrli qabiliyyətlərə malik şahzadədir. O, Batterflay Krallığının kraliçası olmağa hazırlaşır. Onun valideynləri adətə sadiq qalaraq ona 14 yaşı tamam olanda sehrli çubuq verməli olur. Lakin kral ailəsinin üzvləri arasında o, ən enerjili və oynaq olması ilə tanınır. Bir gün o səhvən ailə qəsrini yandırdıqdan sonra valideynləri Kral River və Kraliça Mun, Starı Yer kürəsinə təhsil almağa göndərməyin ən yaxşı seçim olduğuna qərar verirlər.
"İtaliya qarşısında xidmətlərə görə" ordeni
İtaliya Respublikasına xidmətinə görə ordeni (it. Ordine al merito della Repubblica Italiana) — İtaliya respublikasının ən yüksək mükafatı. == Tarixi == Orden ilk dəfə 1951 ci ildə İtaliya prezidenti tərəfindən təsis edilmişdir. Ordenin rəhbəri İtaliya prezidentidir. Ordenə 16 Kansler daxildir.
2009-cu il Urumçi qarşıdurması
2009-cu il iyul Urumçi iğtişaşları və ya Urumçi qarşıdurması — Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonunda başlayan və qarşıdurmalarla, iğtişaşlarla müşayiət olunaraq bir müddət davam edən hadisələr zənciri. İğtişaşlara səbəb Quanqdonqda yayılmış əsassız şayiələrdən sonra etnik hanlar tərəfindən iki uyğurun öldürülməsi və qatillərin həbs edilməməsi oldu. İğtişaşlar təxminən 1000 nəfər uyğurun etirazları ilə başladı. Lakin hadisələr tədricən başqa məcraya doğru inkişaf etdi və hanları hədəfləyən hücumlar həyata keçirildi. Çin Xalqının Silahlı Polisi hazır vəziyyətə gətirildi və 2 gün sonra yüzlərlə han həm polislərlə, həm də uyğurlarla döyüşməyə başladı. Çin Xalq Respublikası rəsmilərinin açıqladığı rəqəmə görə əksəriyyəti hanlardan olmaqla, ümumilik 197 nəfər həyatını itirmiş, 1721 nəfər yaralanmış, xeyli sayda maşın və bina dağıdılmışdı. İğtişaş günlərindəki polis axtarışları zamanı yoxlanılan bir çox uyğur yoxa çıxdı. Human Rights Watch-un bildirdiyi məlumata görə, belə halların sayı 43 nəfərdir. Real rəqəmlərin isə daha yüksək olması ehtimal edilir.Etirazlar Çinin cənubunda yerləşən Şaoquanda baş vermiş hadisəyə etiraz üçün başlanmışdı. Həmin hadisə zamanı iki uyğur qətlə yetirilmişdi.
Abxaziyada gürcülərə qarşı etnik təmizləmə
Abxaziyada gürcülərə qarşı etnik təmizləmə, Abxaziyada gürcü qırğını və ya Abxaziyada gürcülərə qarşı soyqırımı (gürc. ქართველთა გენოციდი აფხაზეთში) (əsasən gürcü mənbələrində) — 1992–1993-cü illərdə Gürcü-abxaz münaqişəsi zamanı və 1998-ci ildə Abxaz separatçıları və onların tərəfdarları (ehtimal edilir ki, Rusiyadan olan könüllülər) tərəfindən Abxaziya ərazisində yaşayan gürcülərə qarşı törədilmiş etnik təmizləmə, qırğın və məcburi köçürmə prosesi. Hadisələr zamanı ermənilər, yunanlar, ruslar və mötədil abxazlar da öldürülmüşdür. Prosesin nəticəsi olaraq 200.000–250.000 arası mülki gürcü əhali məcburi köçkün vəziyyətinə düşmüşdür.Gürcülərə qarşı etnik təmizləmə və qırğınlar törədilməsi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 1994, 1996 və 1997-ci illərdə Budapeşt, Lissabon və İstanbul şəhərlərində keçirilmiş sammitlərində rəsmi olaraq təsdiqlənmiş, münaqişə zamanı hərbi cinayətlərin törədilməsi qeyd edilmişdir. 15 may 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş A/RES/62/249 qətnaməsində "etnik təmizləmə qurbanları da daxil olmaqla Gürcüstanın Abxaziya bölgəsindən olan bütün qaçqınlar və məcburi köçkünlərin öz torpaqlarına geri dönmə haqqının qorunması" xüsusi qeyd edilir, həmçinin "bütün BMT-yə üzv dövlətlər öz vətəndaşlarını Gürcüstanın Abxaziya bölgəsində mülk əldə etməkdən çəkindirməyə" çağırılır. BMT Təhlükəsizlik Şurası ərazidə atəşkəsə çağıran bir neçə qətnamə qəbul etmişdir. == Arxa plan == 1992–93-cü illər Abxaziya müharibəsindən əvvəl ərazidə əhalinin təxminən yarısını gürcülər, beşdə birini isə abxazlar təşkil edirdilər. Bunun əksinə 1926-cı ildə iki xalq təxminən balanslaşdırılmış saya malik idi, yerdə qalan əhali isə ruslar, ermənilər və yunanlardan təşkil olunmuşdu. Genişmiqyaslı gürcü və erməni köçləri tədricən bu xalqların sayının dəfələrlə artmasına səbəb olsa da, 1989-cu ilin nəticələrinə görə abxaz əhalinin sayı heç iki dəfə də artmamışdı: gürcü əhalinin sayı dörd dəfə artaraq 67,494-dən 239,872-ə çatmış, erməni əhalinin sayı iki dəfə artmış, rus əhalinin sayı isə altı dəfə artmışdı. === Abxaziyada hərbi münaqişə === 1992-ci ildə Abxaziyada siyasi vəziyyət Gürcüstan hökuməti və Abxaz separatçıları arasında hərbu münaqişə səviyyəsinə çatdı.
Adolf Hitlerə qarşı sui-qəsd cəhdlərinin siyahısı
Bu tamamlanmamış olan sənədləşdirilmiş, Hitlerə qarşı hazırlanmış və üstü açılmış sui-qəsd cəhdlərinin siyahısıdır.İşarə edilmiş qeydlərdən savayı bütün sui-qəsd cəhdləri Üçüncü Reyx ərazisində və Üçüncü Reyx vətəndaşları tərəfindən həyata keçirilmişdir. 1933-cü ildən öncə: Gücə sahib olmadan öncə buraya 4 cəhd, həmçinin Kayzerhof mehmanxanasında zəhərləmə cəhdidə daxildir (1930). 1933-cü ildən sonra: 10 cəhd, həmçinin buraya Ştrumabteylunq dəstəsinin naməlum üzvünün Obersalzberqdə və Lütner qrupunun Köniqsberqdə həyata keçirdiyi cəhd daxildir.
Altıncı donanmaya qarşı etiraz aksiyaları (Türkiyə)
Türkiyədə altıncı donanmaya qarşı etiraz aksiyaları – İstanbul səfəri zamanı ABŞ-nin VI Donanmasındakı əsgərlərinə qarşı edilən hərəkətlərin ümumi adıdır. 1967-1969-cu illər arasında Bəyoğluda amerikalı əsgərlərin papaqlarını götürmək, üzərinə qırmızı boya atmaq, formalarını ülgüclə doğramaq və ya küncə sıxışdırıb döyməklə başlayan anti-imperialist hərəkətlər, əsgərlərin dənizə atılmasına qədər davam etmişdir. Kipr problemində ABŞ-nin mövqeyi, Vyetnam müharibəsi, ABŞ-nin Yaxın Şərqdə israilyönlü mövqeyi və Ərəb-İsrail müharibələri, ABŞ əsgərləri üçün fahişəxanaların rənglənməsi 1960-cı illərin gənclərini ABŞ əleyhinə mövqe tutmağa vadar etmişdir. ABŞ-nin Aralıq dənizindəki gücü olan VI Donanma gənclərin aksiyalarının hədəflərindən birinə çevrilmişdir. Bu nümayişlər 1967-ci ilin iyununda İstanbulda başlanmış və zaman-zaman təkrarlanmışdır. Bunlara cavab olaraq Mehmet Şevket Eygi kimi yazıçıların təhriki, Kommunizmlə Mübarizə Dərnəyi və Milli Türk Tələbələr Birliyinin rəhbərliyi altında 1969-cu il fevralın 16-da “Qanlı bazar günü” kimi tanınan hücum baş vermişdir. Tarixçi Feroz Əhməd bu hadisə zamanı sağçı təşkilatlardan danışarkən onları “mütəşəkkil faşist zorakılığının nümunəsi” kimi təsvir etmişdir.
Asteriks və Obeliks Sezara qarşı (film, 1999)
Asteriks və Oburiks Sezara qarşı — 1999-cu ilin Fransız komediya filmlərindən məşhur film. Ən çox gəliri olan filmlərdən biri. == Məzmun == Yuli Sezar bütün ölkələri udduqdan sonra bir yeri qazana bilmir. Orada iksir olur. Sezar iksiri ələ keçirmək istəyir. Ancaq Asteriks və Oburiks buna imkan vermir və onların fonunda hadisələr baş verir.
Azərbaycan Rеspublikasının Kоrrupsiyaya qarşı mübarizə üzrə Kоmissiyası
Kоrrupsiyaya Qarşı Mübarizə üzrə Kоmissiya (bundan sоnra “Kоmissiya”) «Kоrrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Rеspublikası Qanununun 4.2-ci maddəsinə uyğun оlaraq yaradılmışdır və kоrrupsiyanın qarşısının alınması sahəsində iхtisaslaşmış оrqan funksiyalarını həyata kеçirir. == Haqqında == Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir. Komissiya öz fəaliyyətini qanunvericilik, icra və məhkəmə hakimiyyətləri ilə qarşılıqlı əlaqədə qurur və korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikası Milli Məclisini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini mütəmadi olaraq məlumatlandırır. Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri həyata keçirir. Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılır. Katiblik Komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsi, Komissiyanın müzakirəsinə çıxarılacaq məsələlər üzrə sənədlərin hazırlanması, kargüzarlıq və digər işlərin aparılması üzrə fəaliyyəti həyata keçirir. Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında baxılır. Komissiyanın iclasları mütəmadi olaraq, lakin üç ayda bir dəfədən az olmayaraq keçirilir. == Vəzifələri == Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək; Korrupsiyaya qarşı mübarizənin vəziyyətini və səmərəliliyini təhlil etmək; Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramlarının icrasına nəzarəti həyata keçirmək; "Korrupsiyaya qarşı mubarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatları qəbul etmək; "Korrupsiyaya qarşı mubarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatların təqdim edilməsinə nəzarəti həyata keçirmək; Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və müvafiq dövlət orqanlarına təkliflər vermək, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsin konfidensiallığını təmin etmək; Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq etmək; Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək, dövlət proqramlarının icrasına nəzarəti həyata keçirmək.
Azərbaycana qarşı soyqırım gerçəklikləri (kitab)
Azərbaycana qarşı soyqırım gerçəklikləri — əsasən 20 yanvar faciəsi haqqında, onun baş vermə səbəbləri, milli, dini aspektləri və Qarabağ münaqişəsi ilə 20 yanvar faicəsinin əlaqəsi haqqında yazılmış kitab. Kitab 3 dildə nəşr edilib. == Haqqında == Azərbaycana qarşı soyqırım gerçəklikləri kitabı akademik Ramiz Mehdiyev tərəfindən yazılıb. Kitab 20 yanvar faciəsi haqqında 3 dildə yazılıb. Kitabda faciədən sonra öldürülmüş insanların fotoları da yer alıb. Əsərdə Sovet ordusunun Tiflisdə və Vilnüsdə həyata keçirdiyi cəza əməliyyatları ilə Bakıda baş tutmuş daha genişmiqyaslı 20 yanvar faciəsi müqayisə edilir. Qırğınlara səbəb olan Qorbaçovun gürcü və litva xalqlarından üzr istədiyi halda Azərbaycan xalqından üzr istəməməsi dini, Qafqaz və türk amili ilə şərh edilir. Daha sonra isə kitabda Rusiyanın və ermənilərin bölgədəki siyasəti və maraqları haqqında da yazılıb.
Azərbaycanda Sovet işğalına qarşı üsyanlar (1920-22)
Sovet işğalına qarşı üsyanlar (1920-22) — Azərbaycanın bolşeviklər tərəfindən işğalı əleyhinə müqavimət hərəkatı. == İlk qığılcımlar == Üsyan dalğası 28 aprel işğalından az sonra bütün Azərbaycanı bürümüşdü. Mayın 18-də bolşeviklər və qırmızı döyüşçülər Şuşada yeni hökumətə qarşı hazırlanan üsyandan xəbər tutub onun qarşısını ala bildilər. Həmin vaxtlarda Ucar və Bərgüşadda yeni rejimlə razılaşmayan əhali dəmir yolu xəttində qatarların hərəkətini dayandırmağa cəhd göstərdi. 1920-ci il mayın ortalarından Bakıda sovet hakimiyyəti əleyhinə üsyana hazırlıq aparıldı. Şəhər hərbi qarnizonunun rəisi, 28-ci diviziyanın komandiri Nesterovskinin 1920-ci il mayın 26-da imzaladığı əmrdə göstərilirdi ki, Bakı şəhərində fəhlə və kəndli hökumətinə qarşı üsyanların hazırlanması barədə şayiələr dolaşmaqdadır. Əmrdə daha sonra deyilirdi: == Qarabağ üsyanı == Yeni hökumətə qarşı ilk qüvvətli üsyan Qarabağda başladı. Yerli əhali, xüsusən də daşnak Ermənistanının nizami qoşunlarına qarşı mübarizə aparmış Cümhuriyyət ordusunun əsgər və zabitləri yeni rejimə qarşı nifrətini silahlı çıxışlarla ifadə edirdilər. Bu zaman Şuşada Qarabağ sakinlərindən ibarət 300 nəfərlik silahlı dəstə də formalaşmışdı. Qarabağda yaranmış gərgin vəziyyət, nəhayət, partlayışla nəticələndi.
Azərbaycanlılara qarşı törədilən qətliamların siyahısı
== Həmçinin bax ==
Azərbaycanlılara qarşı törədilən soyqırımların siyahısı
== Həmçinin bax ==
Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyyası
Kоrrupsiyaya Qarşı Mübarizə üzrə Kоmissiya (bundan sоnra “Kоmissiya”) «Kоrrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Rеspublikası Qanununun 4.2-ci maddəsinə uyğun оlaraq yaradılmışdır və kоrrupsiyanın qarşısının alınması sahəsində iхtisaslaşmış оrqan funksiyalarını həyata kеçirir. == Haqqında == Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir. Komissiya öz fəaliyyətini qanunvericilik, icra və məhkəmə hakimiyyətləri ilə qarşılıqlı əlaqədə qurur və korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikası Milli Məclisini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini mütəmadi olaraq məlumatlandırır. Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri həyata keçirir. Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılır. Katiblik Komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsi, Komissiyanın müzakirəsinə çıxarılacaq məsələlər üzrə sənədlərin hazırlanması, kargüzarlıq və digər işlərin aparılması üzrə fəaliyyəti həyata keçirir. Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında baxılır. Komissiyanın iclasları mütəmadi olaraq, lakin üç ayda bir dəfədən az olmayaraq keçirilir. == Vəzifələri == Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək; Korrupsiyaya qarşı mübarizənin vəziyyətini və səmərəliliyini təhlil etmək; Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramlarının icrasına nəzarəti həyata keçirmək; "Korrupsiyaya qarşı mubarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatları qəbul etmək; "Korrupsiyaya qarşı mubarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatların təqdim edilməsinə nəzarəti həyata keçirmək; Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və müvafiq dövlət orqanlarına təkliflər vermək, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsin konfidensiallığını təmin etmək; Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq etmək; Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək, dövlət proqramlarının icrasına nəzarəti həyata keçirmək.
Azərbaycanın mədəni irsinə qarşı müharibə (film, 2007)
Azərbaycanın mədəni irsinə qarşı müharibə qısametrajlı sənədli filmi rejissor İqbal Məmmədəliyev tərəfindən 2007-ci ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Azərbaycanın Qarabağ regionunun mədəni irsindən və Dağlıq Qarabağda baş verən münaqişə zamanı məhv olmuş maddi və mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında bəhs edir. == Məzmun == Film Azərbaycanın Qarabağ regionunun mədəni irsindən və Dağlıq Qarabağda baş verən münaqişə zamanı məhv olmuş maddi və mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında bəhs edir.
Aşağı temperaturlu korroziyaya qarşı aşqarlar
Aşağı temperaturlu korroziyaya qarşı aşqarlar - yanacağın yanma məhsulları ilə kontaktda olan və temperaturu şeh nöqtəsindən (yanma məhsullarında rütubətin kondensasiyaya başladığı temperatur) aşağı olan səthlərdə baş verən korroziyanın aradan qaldırılması üçün nəzərdə tutulmuşdur. == Ümumi məlumat == Kondensləşmiş su turş yanma məhsullarını - kükürd və azot oksidlərini özündə həll edir və nəticədə kondensat sulfit, sulfat, nitrit və nitrat turşularının durulaşdırılmış məhluluna çevrilir. Sulfat turşusu bu qarışıqda mühüm rol oynayır, belə ki onun yanma məhsullarında olması şeh nöqtəsinə təsir edir. Yanacaqda kükürd və, deməli, yanma məhsullarında da sulfat turşusu yoxdursa, şeh nöqtəsi yanma məhsullarında olan 12% təmiz suyun kondensləşməyə başladığı temperatura (38°С) uyğun gəlir. Yanacaqda kükürdün qatılığı artdıqca şeh nöqtəsi artır. Kükürdün miqdarı 0,2 % olduqda şeh nöqtəsi 60°С, 1% olduqda təxminən 120°С-dir. Bundan başqa şeh nöqtəsi artıq hava əmsalından (α) da asılıdır və o artdıqca azalır. α≤ 1 olduğu halda S03 baca qazlarında praktiki olaraq yoxdur. α ≈ 1 olduqda S03-ün qatılığı 0.0002% olur və korroziya müşahidə olunmur. Ən təhlükəli zona 1.15-1.30 (bu halda artıq oksigenin qatılığı 3-6% təşkil edir).
BMT-nin Korrupsiyaya qarşı Konvensiyası
BMT-nin Korrupsiyaya qarşı Konvensiyası (UNCAC) — 31 oktyabr 2003-cü il tarixində BMT Baş Assambleyasının 58-ci iclasının plenar iclasında qəbul edilmiş və 14 dekabr 2005-ci ildə qüvvəyə minmiş korrupsiyaya qarşı beynəlxalq hüquqi sənəd. Konvensiya 71 maddədən ibarət 8 fəsildən ibarətdir. == Haqqında == 9 dekabr 2003-cü ildə Meksikanın Merida şəhərində keçirilmiş Yüksək Siyasi Konfransda BMT-nin Korrupsiyaya Qarşı Konvensiyası imzalanması üçün açıldı. Konfransın açılış günü Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə Günü elan edildi. Hazırda konvensiyaya 172 ştat qoşulub. İştirakçı Dövlətlər qanunvericilik, dövlət qurumları və hüquq-mühafizə sahələrində korrupsiyaya qarşı mübarizə tədbirləri tətbiq etməyə borcludurlar. Konvensiyanın iştirakçı dövlətlərindən hər biri dürüstlük, məsuliyyət və şəffaflıq prinsiplərinə uyğun olaraq, korrupsiyaya qarşı mübarizə və qarşısının alınması, mövcud qurumların səmərəliliyinin artırılması, korrupsiyaya qarşı mübarizə və əməkdaşlığın inkişaf etdirilməsi üçün siyasət hazırlamağa və həyata keçirməyə çağırılır. beynəlxalq və regional səviyyədə korrupsiyaya qarşı mübarizə. May 2020-ci il tarixindən etibarən təsdiq edilmiş konvensiya (ulduz dövlətin konvensiyanı imzaladığını göstərir): === Konvensiyanın iştirakçısı olan dövlətlərin konfransı === Korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması və Konvensiyanın iştirakçısı olan dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi üçün katiblik xidmətləri BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən baş katib tərəfindən göstərilən xüsusi daimi bir konfrans yaradıldı. Baş katib iştirakçı dövlətlərə lazımi məlumatları verir, eyni zamanda regional və beynəlxalq səviyyədə koordinasiyanı təmin edir.
Ben-10 Kainata qarşı (film, 2020)
Ben 10 Versus the Universe: The Movie — 2020-ci ilin payızında Cartoon Network-də yayımlanmış bir filmdir. İlk dəfə 19 fevral 2020-ci ildə elan edildi.Film Ben 10 (2016) seriyasının 5-ci mövsümünün bir hissəsidir. == Mövzu == Məsələ Benin keçmişindən bir partlayış ətrafında cəmləşməsidir. Tennizon komandası və planet yer ikiqat artır və Beni günün qorunması üçün ulduzlararası olmağa məcbur edir. Bu vaxt, Quin və Maks Baba Benin yoxluğunda dünyanı xilas etmək üçün bir araya gəlirlər. Ancaq qəhrəmanımız pis adamlar tərəfindən qarışıqdır, buna görə Ben dünyanı xilas etmək üçün dünyaya qayıtmaq üçün bir yol tapmalıdır. == Azərbaycanca səsləndirənlər == == Obrazlar == Vilqaks İnferno Zs'Skayr Pisccissli Sightralı Tetraks == Istifadə Edilən Əcnəbilər == === Ben Tərəfindən: === Omni-Naut Jetray (ilk çıxışı) Omni-Naut İstilik partlayışı (ilk çıkışı) Omni-Naut Humunqozavr (ilk çıxışı) Omni-Naut Şok Qaya (ilk çıkışı) İldırım Topu Dörd Qol Almaz Baş Uey Biq (ilk çıkışı) Yapışqan Hüceyrə (ilk çıkışı) === Kevin Tərəfindən: === Xarabanı Çək İsti Atış Tələsin Qaranlıq maddə Çarpma Çənəsi Vəhşi tikan Tullantı Tankı Dörd yumruq Çəkmə ayağı Almaz Yumruğu === Vilgax Tərəfindən: === AntiVilgax Alien V == Neytrallar == Incursean Tetrax == Televiziya == Ben 10 Versus of the Universe The Movie filminin 10 oktyabr 2020-ci il tarixində Cartoon Network ndə dünya səviyyəsində yayımlanması planlaşdırılır.
Betmen Supermenə qarşı: Ədalətin şəfəqi (film, 2016)
Betmen Supermenə qarşı: Ədalətin şəfəqi (ing. Batman v Superman: Dawn of Justice) — ABŞ istehsalı olan, DC Comics-in fantastik kitablarındakı Supermen və Betmen obrazları əsasında çəkilmiş fantaziya filmidir. Bu film 2013-cü ildə nümayiş olunmuş Polad Adam filminin ikinci seriyasıdır. Filmin ssenarisi Kristofer Nolan və Devid Qoyerə məxsusdur. Rolları Ben Afflek, Henri Kavill, Emi Adams, Cessi Ayzenberq, Diana Leyn, Ceremi Eyrens və digər aktyorlar ifa edirlər. Bu film Betmen və Supermenin eyni filmdə yer aldığı ilk filmdır. Həmçinin filmə Möhtəşəm Qadın, Aquaman, Sayborq və Fləş obrazlarıda daxil edilmişdir. Filmin çəkiləcəyi 2013-cü ildə San Diego Comic-Con International-da Polad Adam filminin nümayiş olunmasından sonra açıqlandı. Snayder 2013-cü ilin iyun ayında verdiyi müsahibəsində Qara Cəngavərin Yüksəlişi filmində Frank Miller tərəfindən hazırlanmış Betmen obrazının filmə daxil olunacağını bildirmişdir. Sınaq çəkilişləri 2013-cü ildə East Los Angeles College-də başladı.
Boliviya-Peru Konfederasiyasına qarşı müharibə
Boliviya-Peru Konfederasiyasına qarşı müharibə (isp. Guerra contra la Cofederación Peru-Boliviana).Bu münaqişə 1836–1839 cu illərdə Boliviya-Peru Konfederasiyası ilə Çili və Argentina arasında baş vermişdir.Münaqişənin özəlliyi onda idi ki,Çili və Argentina bu konfederasiya qarşı eyni vaxta müharibə aparsada dövlət başçıları Portales (Çili) və Rosas (Argentina) arasında barışmaz münasibət səbəbindən müştərək mübarizə aparmırdılar. == Münaqişədən əvvəlki vəziyyət == 1836-cı ildə Andres de Santo Krus başçılığı ilə Boliviya-Peru Konfederasiyası yaradılır.Konfederasiya qonşu dövlətlərdə təşviş yaradır.Çili prezidenti Xose Xoakina Prietonun yaxın silahdaşı Dieqo Portales birliyin bölgədə balansı pozacağını və qələcəkdə hətta Çilinin ərazisinə təcavüz edə biləcəyini bildirirdi.Çili elə ilk günlərdən birliyə qarşı cıxır.Ölkələr arasında iqtisadi mübarizə başlayır.Belə ki Sakit okeanda ticarət uğrunda Çilinin Varparasio limanı və Konfederasiyanın Kolyao limanları mübarizə aparırdı.1835-ci ilin yanvar ayında Perunun gələcək prezidenti ölkəni təmsil edərək Çili ilə 'Dostluq,ticarət və dənizçilik haqqında' müqaviləni imzalayır.Bir il sonra Luis Xose de Orbeqaso 14 fevraldə müqaviləni ləğv edir.Konfederasiya yaradıldıqdan sonra Çili taxılına 250% tarif tətbiq edir.Çili buna bənzər bir qərar verərək Konfederasiya şəkərinin tarifini qaldırır.Tarif müharibəsi Çilidə olan Meksikaın səfiri sayəsində danandırılır. Konservanların qalibiyyətindən sonra diktator Roman Freya ölkədən qovulur.O Limaya gələrək konfederasiyanın köməyi ilə hakimiyyəti ələ keçirməyə cəhd edir.Bu məqsədlə o "Orbegoso" gəmisi ilə 28 iyul 1836 ci ildə Çiliyə yürüş təşkil etsədə Çili freqatı "Monteagudos" tərəfindən tutulur.Feyra isə Ankudu ələ keçirmək istərkən tutulur və Xuan-Fernandes adasına zindana salınır.Gəmi isə Çili donanmasına qatılır.Portales gələcək təhlükəni dəf etmək üçün Kalyaoya yürüş təkil edir.Kiçik Çili donanması ispaniyalı dənizçi Viktorino Qarrido Kalyaoya dostluq məqsədi ilə gəldiyini bildirir amma 21 avqust 1836-cı ildə gevə vaxtı Peruya məxsus üc gəmini ələ keçirir.Santa Krus Çili ilə olan bu münaqişəni danışıqlar yoluyla həll edmək istəyirdi.Çili konquresi danışıqlar üçün Mariano Eqanyonu Peruya göndərir.Eqanyo bir sira şərtlər irəli sürür:Ordunun azaldılması,Freyranın reydinə görə üzr istəmək,Çilidən alınan borcun ödənilməsi və konfederasiyanın ləğvi.Santa Krus bütün şərtləri qəbul etsədə konfederasiyanın ləğvini qəbul etmədi.Buna cavab Çili 28 dekabr 1836-cı ildə konfederasiyaya müharibə elan edir. == Argentina ilə müharibə == İlk əvvəl Argentina və Ekvador konfederasiya ilə dost münasibətdə idilər.Ancaq Santa Kruz tərəfindən Rosasın əlehdarlarını dəstələməsi münasibətlərin pisləşməsinə səbəb olur.Bu səbəbdən 9 may 1837-ci ildə Rosas konfederasiyaya müharibə elan edir.Konfederasiyanı Fransa dəstəkləyirdi,üstəlik Buenos-Ayresı dənizdən mühasirəyə alır.Rosasın göndərdiyi qoşun Santa Krus tərəfindən darmadağın edilir. == Çili ilə müharibə == === 1837-ci il əməliyyatları === Çili vətəndaş cəmiyyəti müharibə əlehinə idi.Bu ərəfədə hökumət hərbi vəziyyət elan edir.Qəzetlərdə Portalesın diktator olmasına və əhəmiyyətsiz müharibəyə qarsı yazılar dərc edilir.Orduda isə hələdə 1829-cu ildə baş vermiş vətəndaş müharibəsinin nəticəsində həyata keçirilən "təmizləmə" hərakatını hələdə unutmamışdılar.Bu səbəbdən 1837-ci ildə Xose Antoniyo Vidaurre Portalesi həbs edir.Xose Vidaurre Valparaisoya şəhərinə hücum edir.Ancaq şəhərin müdafiəçisi Manuel Blanko bu üsyanı geri yatıra bilir.Üsyanın yatırılmasından xəbər tutan üsyançı Santyaqo Florin 6 oktyabrda diktator Portalesi güllələyir.Üsyançılar hamısı isə tutulur və güllələnir.1837-ci noyabrında konfederasiya donanması "Socabayo", "Confederacion" və "Congreso" gəmiləri ilə Xuan-Fernandes adasında olan Freyranı azad edərək,qonradan Talkauano,San-Antonio,Uasko və Kalderaya hücum edir.1837-ci ilin dentyabrında admiral Enkalada və Simpson 2800 əsgərlə dənizə cıxır.Oktyabrda isə Perunun Arekipa limani böyük itgilər hesabına ələ keçirilir.Yerli əhalini ələ almaq cədhi bir nəticə vermir.Santa Krus ordunu toplayaraq şəhəri mühasirəyə alır.Çili ordusu başda Enkalad 'Paukarpat' anlaşmasını imzalamalı olur.Anlaşmaya əsasən müharibə bitir,dövlətlər arasında ticarət bərpa edilir və əvəzində isə Çili ordusu sərbəst buraxılır. === 1838-ci il əməliyyatları === Enkaladın bu rüsvayçı məğlubiyyəti səs-küyə səbəb olur.Hökumət anlaşmanı tanımadığını bildirir.Çili donanması Simpsonla 5 gəmi ilə dənizə cıxır.12 yanvar 1838-ci ildə Perunun İsloy limanı yaxınlığında döyüş baş verir.Nəticəsiz olsada hər iki tərəf özünü qalib elan edir.1838-ci ilin ortalarında Çili donanması dənizdə hakim mövgeyinə malik olur.Manuel Bulnes Prieto Limaya hücum edir.1838-ci ilin 21 avqustunda Çili ordusu Limanı tutur.Noyabr ayında Boliviyadan Santa Krusun başçılığı ilə güclü ordu şəhəri azad edir.Çili ordusu Uaçaya çəkilir. Peru əhalisi konqres cağıraraq general Qamarranı azad Perunun prezidenti elan edirlər. === 1839-ci il əməliyyatları === 1839-cı ilin 12 yanvarında Kamsa döyüşündə Peru ordusu məğlub olaraq Cənubi Sakit okean bölgəsində dominantlığı Çiliyə verməli olur. Quruda isə 6 yanvarda Buine döyüşündə Sante Krus qalıb gəlir.
Con Murrey Birləşmiş Krallığa qarşı
Con Murrey Birləşmiş Krallığa qarşı — Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci, 2-ci və 3(c) bəndləri və 14-cü maddələrinin pozuntusu haqqında Con Murreyin iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən 8 fevral 1996-cı il tarixdə qəbul edilmiş qərar. == Faktlar == Ərizəçi Terrorizmin qarşısının alınması haqqında 1989-cu il tarixli Qanunun 14-cü maddəsinə əsasən polis əməkdaşları tərəfindən 7 yanvar 1990-cı ildə saat 17.40-da həbs edilmişdi. Cinayət işi üzrə sübutlar haqqında 1988-ci il tarixli Dekretə əsasən polis ona aşağıdakılar barədə xəbərdarlıq etdi: Ərizəçi saat 19:06-da bildirmişdir ki, o, solisitorla görüşmək istəyir. Solisitorla görüş həbs anından başlayaraq 48 saat müddətində təxirə salınmışdı və belə əsas gətirilmişdi ki, baş polis xəfiyyəsinin belə düşünmək üçün əsaslı səbəbləri vardır ki, solisitorla görüşmək hüququ terror aktlarının törədilməsi haqqında məlumat toplamağa mane ola bilər və ya terror aktının qarşısını almağı çətinləşdirə bilər. Ərizəçi Kastleri Polis İdarəsində polis xəfiyyələri tərəfindən yanvarın 8-də və 9-da on iki dəfə dindirildi. Ümumilikdə o, 21 saat 39 dəqiqə ərzində dindirilmişdi. Dindirmədə ərizəçi ona verilmiş heç bir suala cavab verməmişdir. Həmçinin bu dindirmələrin heç birində onun solisitorunun iştirakına icazə verilmədi. 1991-ci ilin mayında ərizəçinin işinə bir hakim tərəfindən andlıların iştirakı olmadan baxıldı; ərizəçi yeddi nəfər başqa şəxslə birlikdə cənab L.-i öldürməyə cəhd etmə və onu qanunsuz dustaq etmə cinayətlərinə və qadağan olunmuş təşkilata - Müvəqqəti İrlandiya Respublika Ordusuna mənsub olma cinayətinə görə ittiham olunurdu. 8 may 1991-ci ildə ərizəçi cənab L.-in qanunsuz olaraq dustaq edilməsinə kömək etməkdə təqsirli bilindi və səkkiz il həbs cəzasına məhkum edildi.
Dağlıq Qarabağ ermənilərinin Azərbaycan hökuməti qarşısında təəhhüdləri
Dağlıq Qarabağ ermənilərinin Azərbaycan hökuməti qarşısında təəhhüdləri — Dağlıq Qarabağ ermənilərinin bölgədə separatçılığa son qoymaları barədə 1919-cu il avqustun 22-də imzaladığı sənəd. == Tarix == Sənəd Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Qarabağda genişlənməkdə olan erməni təcavüzünün və separatçılığın qarşısını almaq məqsədilə həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində imzalanmışdı. Sazişin imzalanması ərəfəsində Qarabağda vəziyyət yenidən kəskinləşmişdi. Qarabağ general-qubernatoru Xosrov Paşa bəy Sultanovun əmri ilə vəziyyətin nəzarət altında saxlanması üçün Şuşanın erməni hissəsindəki xəzinədarlığın və poçtun Azərbaycan məhəlləsinə köçürülməsi, şəhər ətrafındakı səngərlərə əlavə postlar qoyulması, Şuşa-Yevlax yolunun təhlükəsizliyinin təmin edilməsinə cəhd göstərilməsi erməni millətçilərinin rəhbərləri tərəfindən hiddətlə qarşılandı. Azərbaycan hakimiyyət orqanlarının bölgədə möhkəmlənməsinə yol verməmək üçün onlar silahlı təxribatlara əl atdılar.1919-cu il iyunun 4-də Şuşa və ətraf kəndlər silahlı qarşıdurma mərkəzinə çevrildi. İyunun 5-də bölgədəki ingilis komandanlığının köməyi ilə silahlı təxribatların təşkilatçıları olan Erməni Milli Şurasının üç fəalı həbs edilərək Azərbaycan ərazisindən çıxarıldı. İyunun 6-da Azərbaycan qoşun bölmələri Şuşanın erməni məhəlləsindəki qışlalarda yerləşdikdən sonra, ermənilər təxribatın törədilməsində kənardan gəlmə qüvvələrin təqsirkar olduğunu, Azərbaycan Hökumət orqanları ilə əməkdaşlığı genişləndirməyə meylli olduqlarını bildirdilər. == Şərtlər == Azərbaycan Hökumətinə münasibət məsələsi Qarabağ ermənilərinin 1919-cu il avqustun 16-da çağırılan 7-ci qurultayında da müzakirə edildi. Qurultay nümayəndələri Azərbaycan Xalq Cümhuriyyətinin Hökumət orqanları ilə danışıqlar aparmağa və saziş imzalamağa razı oldular. Həmin gün qurultay nümayəndələrindən 20 nəfər Şuşaya gəlib, Azərbaycan Hökumət orqanları ilə imzalanacaq sazişin məzmunu barədə danışıqlar apardılar.
Drakula Frankenşteynə qarşı (film, 1971)
Drakula Frankenşteynə qarşı (ing. Dracula vs. Frankenstein) — 1971-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Xarici keçidlər == Drakula Frankenşteynə qarşı — Internet Movie Database saytında.
Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi
Gəncə iğtişaşları və ya digər adı ilə Gəncə hadisələri — 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş verən iğtişaş. Rəsmi məlumatlara əsasən iğtişaşlardan bir həftə əvvəl, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov tərəfindən Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi olundu. Sui-qəsd cəhdindən sonra Yunis Səfərovu müdafiə edən bir qrup şəxs Gəncə şəhərində iğtişaşlar törətdi. İğtişaşlar 2 polisin öldürülməsi, onlarla insanın yaralanması və 54 nəfərin həbs edilməsi ilə yadda qaldı. == Zəmin == 2018-ci il iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçi Qasım Aşbazov Gəncə meriyasının inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldı və xəstəxanaya yerləşdirildi. Bir müddət sonra 1983-cü ildə Gəncədə anadan olan Rusiya vətəndaşı Yunis Səfərovun dərhal həmin ərazidə xidmət aparan polislər tərəfindən saxladıldığı məlum oldu. Bir müddət sonra bir sıra KİV-ləri həm Elmar Vəliyevin, həmdə Qasım Aşbazov xəstəxanada vəfat etdiyi haqqında xəbərlər yaydı. Amma xəbərlər həqiqətə uyğun deyildi. İyulun 6-da isə Elmar Vəliyevin müalicəsini İsraildə davam etdirəcəyi bildirildi. Elmar Vəliyevə qarşı sui-qəsdə ittiham olunan Yunis Rafiq oğlu Səfərov, 1983-cü il sentyabr ayının 29-da Gəncə şəhərində anadan olub.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları
Qədim zamanlardan başlayaraq Azərbaycan türklərinin yaşamış olduğu Ermənistan Respublikası ərazisində indi azərbaycanlı yoxdur. Ermənilərin 1828-ci ildən başlanmış azərbaycanlıların qovulub çıxarılması prosesi 1988-ci ildə başa çatdırıldı. Həmin il azərbaycanlıların axırıncı sakinləri erməni millətçiləri tərəfindən doğma şəhər və kəndlərindən deportasiya edildi. Bu tale həm də min illər boyu yaranmış coğrafi adların – toponimlərin tam genosidi ilə başa çatdı. Azərbaycanlı əhali qovulduqca ya onun kəndləri dağıdılır və beləliklə, onların adları məhv edilir, ya da 1935-ci ildən başlayaraq yeni və həm də tam uydurma erməni adları ilə əvəz olunurdu. Yeni yaradılan erməni dilli coğrafi adların bir qismi Azərbaycan dilindən erməni dilinə eyni ilə tərcümələrdən, digər qismi isə Azərbaycan toponimlərinə yad olan qondarma coğrafi adlardan ibarətdir. Əhalinin deportasiyası ilə əlaqədar olaraq kəndlər, dağlar, dərələr, çaylar, bulaqlar da öz tarixi adlarından məhrum oldular. Bu, aydındır: bir yerdə ki, xalq yaşamır, o xalqın dilində coğrafi adlar da yoxdur. 1988-ci ildə Ermənistandan axırıncı Azərbaycan əhalisinin deportasiyası ilə oradakı bütün türkmənşəli adlar, o cümlədən mikrotoponimlər də ölümə məhkum edildi. Ermənilər azərbaycanlıların Ermənistan ərazisində tarixi izini silmək üçün qədim türklərə məxsus xaçdaşları, vişap adlanan balıq və ilan şəkilli daşları, qoç heykəlləri (V əsr erməni müəllifi Moisey Xorenasi Madayın axırıncı hökmdarı Astiaqın (e.ə.

Digər lüğətlərdə

бомба́ж вы́дойка вы́простаться доруба́ть законопослу́шный малодохо́дный не оди́н орнамента́льно остри́ться протесту́ющий неодушевлённый неоргани́ческий учреди́тельный том All-father field marshal hang-over outleap pteridology white slavery wrap up водолечение коченеть скипидар фацеции