QAT

is.
1. Üfüqi vəziyyətdə bir-birinin üstündə yerləşən cismin laylarından hər biri; lay, təbəqə. Torpağın alt qatları. Yer kürəsinin dərin qatları. Havanın üst qatları.
– Bir sıra neftli sahələrin dərin qatlarında olan neft layları hələlik tədqiq edilməmişdir. M.Qaşqay.

// Qədim təsəvvürə görə, göyün qübbələrini təşkil edən hər təbəqədən biri.
□ Göyün (göylərin) qatı – çox uca mənasında.
Göylərin qatına ucaldı fəryad; O qırğın Qafqazda tutar qoymadı. S.Vurğun.
Fələki dolanır göyün qatını. M.Rahim.

2. Mərtəbə.
Tövlə evin alt qatında idi. S.Hüseyn.
Yeddimərtəbə binanın üçüncü qatında balkonu küçəyə baxan mənzil xüsusi bir səliqə ilə düzəlmişdi. S.Rəhimov.

3. Bükülmüş parçanın, kağızın və s.-nin hər bükümü. Parçanı dörd qat qatladım.
// Büküş yeri, qırış. Bu parçanı qat kəsmişdir.
// İpdə tel, burum. İpin qatını açmaq.
4. Dəfə, kərə (adətən rəqəmlərlə).
Saldıqca cavanlıqda keçən günləri yadə; Dərdim olur on qat. M.Ə.Sabir.

◊ Dalı qatda, arxası qatda – dal tərəfdə, arxa tərəfdə, arxası üstdə.
Şahsənəm dönüb Qəribi dalı qatda görən kimi atılıb, boynuna sarıldı. Aşıq Qərib”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QAT 1. QAT [Qüdrət:] ..Abşeronun çox yerində iyirmi beş qatdan neft götürə bilərik (M.Hüseyn); TƏBƏQƏ, LAY Lakin bu kirəcli təbəqə o qədər də dərin deyild
  • QAT dəfə — kərə
  • QAT büküm
  • QAT mərtəbə
  • QAT lay — təbəqə

Omonimlər

  • QAT QAT I is. Lay, təbəqə, büküm. Göylərin qatına ucaldı fəryad; O qırğın Qafqazda tutar qoymadı (S.Vurğun)

Etimologiya

  • QAT Ərəbcə (qate) “kəsən” deməkdir (qat kəsib deyirik), bizdə qas sözü işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
QAŞOVLATMAQ
...QAT

Digər lüğətlərdə