QATAR-QATAR

zərf Qatar halında, bir-birinin ardınca sıralanmış halda; dəstə-dəstə, cərgəcərgə, sıra-sıra.
Qatar-qatar olub, qalxıb havaya; Nə çıxıbsız asimanə, durnalar! M.V.Vidadi.
Alay-alay, qatar-qatar qəhrəmanlar çıxdı yola. S.Vurğun.
Gedir qərbə tərəf hücum çəkənlər; Gedir qatar-qatar bombatökənlər. M.Rahim.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QATAR-QATAR qatar-qatar bax dəstə-dəstə
QATAR
QATARI

Digər lüğətlərdə