QATAR

is.
1. Bir-birinin ardınca sıralanmış heyvanlar düzümü; qafilə, karvan. Durna qatarı. Dəvə qatarı.
– Təsbeh kimi qatarınız düzərsiz; Havalanıb ərş üzündə süzərsiz. M.V.Vidadi.
Qanad çalıb göylərdə süzür durna qatarı. M.Seyidzadə.

// Ümumiyyətlə, bir-birinin ardınca düzülmüş şeylər sırası; cərgə, sıra, səf.
[Ağa Kərim xan:] Qatar durun! Adbaad hər nə ki, sizə buyuracağam, o, bu gün gərək cabəca əmələ gəlsin. N.Vəzirov.

// Zərf mənasında. Qatarla, sıra ilə, cərgə ilə.
Samovarın yanında, divara qatarla xırda mıxlar vurub, xırda podnoslar asardılar. H.Sarabski.
Qatarla düzülmüş küknar ağacları asta-asta yırğalanır. O.Sarıvəlli.

2. Dəmiryol vaqonları düzümü. Yük qatarı. Sərnişin qatarı.
– O qatar gəlib ötməli, sonra da bunlar getməli idilər. S.Rəhman.
Bakıdan yanacaq, Sibirdən ağac; Yüz qatar boşalır, yüz qatar gəlir. R.Rza.

3. Bir qayış üzərinə düzülmüş patron sırası; patrondaş.
Kəmərlərində qılınclar, çiyinlərində tüfəng; Boyunlarında həmayil, iki qatar da fişəng. A.Səhhət.
Qoçular, quldurlar qatar taxardı; Kimi istəsəydi, vurar yıxardı. Aşıq Ələsgər.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QATAR 1. QATAR (dəmiryol nəqliyyatı) Uzaqlarda ağ tüstü buraxa-buraxa sürünən dəmiryol qatarı görünür.. (M
  • QATAR sıra — cərgə
  • QATAR düzüm — karvan

Omonimlər

  • QATAR QATAR I is. [ ər. ] Sərnişinləri daşıyan vaqonlar. Qatarım qışqırıb ötən zamanı; Sürülər, naxırlar qaçıb dağılır (O
QATAR
QATAR-QATAR

Digər lüğətlərdə