QATIR

Eşşəklə madyanın cütləşməsindən törəyən ev heyvanı. (“Koroğlu” dastanının lüğəti)

Keçəl Həmzə Koroğlunu tanıyıb qorxusundan qaçıb qatırın dalında gizləndi. (Paris nüsxəsi, 6-cı məclis)

QATI-QATI
QATLA
OBASTAN VİKİ
Qatır
Qatır — atla uzunqulağı cütləşdirməklə əldə edilmiş, təsərrüfatda mühüm əhəmiyyət kəsb etmiş, əhliləşdirilmiş heyvan. == Qatır nəqliyyat vasitəsi kimi == Azərbaycanın dağlıq və dağətəyi bölgələrində minik vasitəsi kimi hələ qədim zamanlardan qatırdan da geniş istifadə olunmuşdur. Çoxlu yükgötürmə qabiliyyəti, sıldırımlı dağ yoları üçün daha münasibliyi, aclığa və susuzluğa daha davamlı olması onun əhəmiyyətli nəqliyyat vasitələrindən birinə çevrilməsinə şərait yaratmışdır. Qatır Qafqazda ən azı ilk sinifli cəmiyyət dövründən əsas nəqliyyat vasitələrindən biri olmuşdur. Qatırı, atla uzunqulağı cütləşdirməklə də əldə edirdilər. Aşşur və Urartu, həmçinin orta əsr mənbələrinə əsasən, hələ qədim zamanlardan Cənubi Qafqazın dağlıq bölgələrində yük daşımaq üçün qatırdan istifadə edilmişdir. Vaxtilə Azərbaycanda olmuş, X əsr ərəb coğrafiyaşünas səyyahı İbn Hövqəl yazırdı ki, "burada sağlam gövdəli, güclü, dözümlü qatır cinsləri yetişdirilir". Bərdə də yetişdirilən qatır cinsləri o qədər şöhrət qazanmışdılar ki, onları Xorasan, Suriyaya və başqa ölkələrə aparırdılar. Avropa səyyahı L.Çempenin yazdığına görə, hər il 500, bəzən də 1000 baş qatıra yüklənmiş Azərbaycan ipəyi ölkənin sərhədlərində uzaqlara aprılırdı. XIX-XX əsrlərin əvvəllərində Azərbaycanda qatırdan geniş istifad olunması davam edirdi.
Qatır Məmməd
Qatır Məmməd (Məmməd Əli oğlu Məmmədov; 1887, Goranboy, Yelizavetpol qəzası – 18 sentyabr 1919) — Gəncə bölgəsində məşhur qaçaq dəstəsinin başçısı. 1918-1919-cu illərdə Yelizavetpol quberniyasıda kəndli qiyamının lideri. Müxtəlif tarixi dövrlərdə Qatır Məmmədin hərəkətinə münasibət göstəricilərindən fərqlənirdi. O illərdə rəsmi hesabatlarda o, soyğunçuluq hesab edilmişdir; Sovet dövründə ədəbiyyatda Qatır Məmməd milli qəhrəman adlandırıldı və onun adı əfsanəvi oldu. Tarixçi E. İsmayılovun fikrincə, o, hər hansı bir nüfuza qarşı çıxan yeganə güləşçi idi. == Həyatı == Adam öldürdüyü üçün sürgün olunmuş, ancaq qaçaraq bolşeviklər ilə dostlaşmışdır. Yenidən həbs olunaraq sürgün olunmuş, 1917-ci il Rusiya inqilabından sonra geri dönmüş və öz dəstəsi ilə ADR müsavat hökumətinə qarşı mübarizə aparmışdır. Hərbi nazir Fətəli xan Xoyskinin başçılıq etdiyi dəstəyə ağır zərbə endirmiş, bölgədə varlıların malikənələrini viran qoyub, dəmir yol hərəkətini pozmuşdur. Qatır Məmməd ölkənin paytaxtı ilə qərbini birləşdirən telefon, teleqraf xətlərini dağıdıb sıradan çıxarmış, Bakı-Gəncə dəmiryolunu partlatmışdır. Müsavat qoşunu tərəfindən mühasirəyə alınaraq öldürülmüşdür (Teymur bəy Mirzə Hacı bəy oğlu tərəfindən).
Qatır Məmməd (komandir)
Yaqub Ələsgər oğlu Rzayev — Birinci Qarabağ müharibəsi iştirakçısı. "Qarabağ şahinləri" batalyonunun komandiri. Qatır Məmməd və Ala Yaqub ləqəbləri ilə də tanınıb.Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayevin atasıdır. == Həyatı == Yaqub Ələsgər oğlu Rzayev 4 oktyabr 1944-cü ildə Ağdam rayonu Xıdırlı sovetliyinin Çuxurməhlə kəndində anadan olmuşdur. Orta təhsilini Əhmədavar kənd orta məktəbində almışdır. Sənətkar idi, qəbir daşları yonmaqla ailəsini dolandırırdı. Evli idi, iki oğlu və iki qızı var idi. Yaqub Rzayev 1988-ci ildən Azərbaycan Milli Azadlıq Hərəkatına ilk qoşulanlardandır. Artıq 1991-ci ildə Qarabağda müharibənin labüd olduğunu hamı başa düşürdü. Yaqub özü kimi qeyrətli, vətənsevər oğulları başına yığaraq iki oğlu ilə bərabər 1991-ci ilin yazında Ağdamda ilk döyüşən dəstələrdən birini "Qarabag şahinlərini" yaradaraq ona başçılıq elədi.
Qatır Məmməd (film, 1974)
== Məzmun == Kinolent 1919–1920-ci illərdə Gəncə quberniyasında baş vermiş inqilabi kəndli hərəkatı və onun əfsanəvi başçısı, xalq arasında məşhur olan Qatır Məmməd (əsl adı-Məmməd Əli oğlu Məmmədov) haqqında söhbət açır. == Film haqqında == Film rejissor Rasim Ocaqovun quruluşçu rejissor kimi böyük kinoda ilk işidir. Film şair Zeynal Xəlilin eyniadlı pyesinin motivləri üzrə çəkilmişdir. Filmə quruluş vermək işi öncə Hüseyn Seyidzadəyə həvalə edilmişdi. Filmin ssenarisini 1969-cu ildə moskvalı kinodramaturqlar Mixail Maklyarski və Kirill Rapoport yazmışdı. Elə ilk oxunuşdaca Hüseyn Seyidzadə ssenaridəki kəm-kəsiri aydın görmüş və həmin əyər-əskiyi düzəltmək üçün ömrünün bir ilini sərf etmişdi. Müəlliflər də əvvəlcə onunla razılaşdılar, film istehsalata buraxılandan sonra isə daş atıb başlarını tutdular ki, Hüseyn Seyidzadə süjeti tamam dəyişdirib. Kinostudiyanın Bədii Şurası onların xahişi ilə ssenarini müzakirə elədi. Nəticəsi də bu oldu ki, rejissor haqlı çıxdı və ssenaridəki çatışmazlıqlar aşkar oldu. Uzun mübahisələrdən, çəkişmələrdən, yazışmalardan sonra filmin çəkilişinə icazə verildi.
Qatır körpüsü (Yuxarı Əskipara)
Qatır körpüsü - XII-XIII əsrlər — Bu körpü Əskipara çayının üzərindən atılaraq Yuxarı Əskipara kəndi yaxınlığında tikilmişdir. Körpünün uzunluğu 7,3 metr, mərkəzi hissəsinin eni 2,7 metr ümumu hündürlüyü isə tağ yerindən su səthinə qədər 5,8 metr təşkil edir. Körpü bir tağlı olaraq qaya daşlarından inşa olunmuşdur. Aşırımın ümumi görkəmi yarımçevrə şəkillidir. Onun keçid hissəsinin üst örtüyü torpaqdandır. Hal-hazırda abidə ermənilərin işğal etdikləri ərazidə yerləşir.
Qatır Məmməd (film)
== Məzmun == Kinolent 1919–1920-ci illərdə Gəncə quberniyasında baş vermiş inqilabi kəndli hərəkatı və onun əfsanəvi başçısı, xalq arasında məşhur olan Qatır Məmməd (əsl adı-Məmməd Əli oğlu Məmmədov) haqqında söhbət açır. == Film haqqında == Film rejissor Rasim Ocaqovun quruluşçu rejissor kimi böyük kinoda ilk işidir. Film şair Zeynal Xəlilin eyniadlı pyesinin motivləri üzrə çəkilmişdir. Filmə quruluş vermək işi öncə Hüseyn Seyidzadəyə həvalə edilmişdi. Filmin ssenarisini 1969-cu ildə moskvalı kinodramaturqlar Mixail Maklyarski və Kirill Rapoport yazmışdı. Elə ilk oxunuşdaca Hüseyn Seyidzadə ssenaridəki kəm-kəsiri aydın görmüş və həmin əyər-əskiyi düzəltmək üçün ömrünün bir ilini sərf etmişdi. Müəlliflər də əvvəlcə onunla razılaşdılar, film istehsalata buraxılandan sonra isə daş atıb başlarını tutdular ki, Hüseyn Seyidzadə süjeti tamam dəyişdirib. Kinostudiyanın Bədii Şurası onların xahişi ilə ssenarini müzakirə elədi. Nəticəsi də bu oldu ki, rejissor haqlı çıxdı və ssenaridəki çatışmazlıqlar aşkar oldu. Uzun mübahisələrdən, çəkişmələrdən, yazışmalardan sonra filmin çəkilişinə icazə verildi.
Bataqlıq qatırquyruğu
Bataqlıq qatırquyruğu (lat. Equisetum palustre) - qatırquyruğu cinsinə aid bitki növü.
Budaqlı qatırquyruğu
Budaqlı qatırquyruğu (lat. Equisetum ramosissimum) - qatırquyruğu cinsinə aid bitki növü.
Qatırabad
Qatırabad, Abdulabad — Bəzi mənbələrdə Əbdülabad olaraq keçir Sərdarabad mahalında İrəvan quberniyasının Eçmiədzin qəzasında, kənd. Kənd 1905-ci ildə dağdılmışdır.
Qatırbulağı (Xudabəndə)
Qatırbulağı (fars. قطار بلاغی‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (16 ailə).
Qatırdaş
Qatırdaş — Laçın rayonu ərazisində dağ. Qaranlıq və İldırımsu çaylarının suayrıcısıdır. Hündürlüyü 3195 m. Qatardaş sözünün təhrif olunmuş variantıdir. Bu ad qatar və dağ sözlərindən ibarət olub, “yan-yana sıralanmış, cərgəli daş, qaya” mənasındadır.
Qatırdırnağı
Qatırdırnağı (lat. Spartium junceum və yaxud lat. Genista juncea) — paxlakimilər fəsiləsindən bitki növü. Əslən Aralıq dənizi sahillərindəndir. Qatırdırnağı, xüsusilə toxumları, çox zəhərlidir. Təmasda olduqda ilk öncə mərkəzi sinir sisteminə təsir edir. == Təsviri == İncə yaşıl yarpaqlı, yaxud çox vaxt, yarpaqsız tumurcuqları olan 2-3 (5) m. hündürlüyündə bitkidir. Yarpaqları 1-2,5 sm. uzunluğunda göyümtül-yaşıl, çiçəkləri 2,5 sm.
Qatıroğlan
Qatıroğlan — Yevlax rayonu ərazisində, Bozdağ silsiləsində zirvə. == Haqqında == Qatıroğlan zirvəsinin hündürlüyü 60 metrdir. Əsl adı Qatıröləndir. Keçmişdə qoşqu heyvanı kimi qatırdan da istifadə olunurdu. Sıldırımlı dağ yolları ilə gedə bilməsi, çox yük götürməsi dağ şəraitində vaxtilə qatırı ən sərfəli nəqliyyat vasitəsinə çevirmişdi. Bu ad çox güman ki, "qatırın dağdan aşıb öldüyü yer" mənasını bildirir. Oronim Qatırolan variantında da qeydə alınmışdır. == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, 2007.
Qatırquyruqyarpaq kazuarina
Qatırquyruqyarpaq kazuarina (lat. Casuarina equisetifolia) — kazuarinkimilər fəsiləsinin casuarina cinsinə aid biki növü. == Təbii yayılması == Avstraliyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10-15 metr olan, qamətli, incə görkəmli, həmişəyaşıl ağacdır. Elastik, sallaq budaqların üzərində incə, nazik buğumlu, tünd-yaşıl zoğlar və pulcuq şəklində tam inkişaf etməmiş yarpaqlar yerləşir. Bitkinin xarici görünüşü iynəyarpaqlılara bənzəsə də, iynəvarı budaqcıqlar üzərində düzülən kiçik, bəzən gözlə görünməyən pulcuqvarı yarpaqcıqlarına görə kazuarina enli yarpaqlılara aid edilmişdir. Abşeronda oktyabrda çiçəkləyir. Bitki ikievlidir. Meyvələri 1-1,5 ildən sonra yetişir. Toxumla yaxşı çoxalır.
Qatırquyruğu
Qatırquyruğu (elmi adı: Equisetum) — Equisetaceae fəsiləsinin yaşayan yeganə bitki cinsi. Bu cins 100 milyon il əvvəl Paleozoy erası meşələrində geniş yayılmışkən, bu gün aid olduğu Equisetidae yarımsinfinin yeganə həyatda qalan üzvüdür. Sözügedən erada, qatırquyruğuna yaxın bəzi bitkilərin 30 metr hündürlüyə çata bildiyi təxmin olunur.Müasir dövrə kimi ancaq 25 növü təmsil edən bir fəsilə (qatırquyruğukimilər - Eguisetaceae) və bir cins (qatırquyruğu - Eguisetum) gəlib çatmışdır. Avstraliyada yalnız bir növ tarla qatırquyruğu (Eguisetum arvense) yayılmışdır. Növlərin əksəriyyəti Şimal yarımkürəsinin mülayim ərazilərinə uyğunlaşmışlar, ancaq qədim növlər Orta və Cənubi Amerikanın tropik və subtropik ərazilərində yayılmışdır. Çili, Peru, Ekvadorda yayılmış ağacşəkilli (E. xylochaete) növün hündürlüyü 3-3,5 m-ə, Peruda yayılmış növün (E. martii) hündürlüyü isə 5 m-ə çatır. Ən hündür qatırquyruğu - nəhəng qatırquyğudur (E. gigantea). Bu növ Çili, Peru, Meksika və Kubanın rütubətli tropik və subtropik meşələrində yayılmışdır. 10–12 m hündürlüyə, 2-3 sm diametrə malikdir. Buna görə də bu bitki ancaq qonşu ağaclardan dayaq kimi istifadə edərək böyüyə bilər.
Qatırquyruğu (sinif)
Qatırquyruğu (lat. Equisetopsida) — qatırquyruğukimilər şöbəsinə aid bitki sinfi.Qatırquyruğu sinfi anatomik quruluşunda artrostelin və vegetativ yarpaqlarla bilavasitə bağlı olmayan qalxancıqşəkilli sporangioforların olması ilə xarakterizə olunur. Bu sinfə 2 sıra məhv olmuş kalamitlər (Calamitales, Calamostachyales) və hazırda yaşayan qatırquyruğular (Eguisetales) daxildir.
Qatırquyruğu (sıra)
Qatırquyruğu (lat. Equisetales) — qatırquyruğukimilər şöbəsinin qatırquyruğu sinfinə aid bitki sırası.
Qatırquyruğu acılıq
Qatırquyruğuyabənzər acılıqotu (lat. Ephedra equisetina) - acılıqotu cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqaz, Orta Asiya (Qazaxıstan), Balkanlar, Monqolustan və Çində (Tibet) təbii halda yayılmışdır. == Azərbaycanda yayılması == Naxçıvan MR-də, Qobustanda, Şamaxıda Sitalçay (Axar-Baxar) boyunca orta dağ qurşağında qayalıq yerlərdə bitir. == Statusu == Azərbaycanın nadir btkilərindəndir. LC. == Bitdiyi yer == Quru daşlı-qayalı yerlərdə rast gəlinir. == Təbii ehtiyatı == Təbii halda Azərbaycanda arealı çox geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 1,5 m-ə çatan, boz gövdəli, yoğun və sıx budaqlı koldur. Şaxələri düz, sallaq, hamar buğumlu və nazik şırımlı olub, diametri 2 mm-ə qədərdir. Düyün aralarının uzunluğu 2-4 sm-dir.
Qatırquyruğukimilər
Qatırquyruğu (lat. Equisetaceae) — qatırquyruğu sinfinin qatırquyruğu sırasına aid bitki fəsiləsi. == Təbii yayılması == == Botaniki təsviri == Müasir qatırquyruğukimilər üçün özünəməxsus yarpaqlar xarakterikdir. Onların yarpaq ayaları reduksiyaya uğrayıb tünd yaşıl və ya rəngsiz dişciklər və ya qın formasına çevrilib. Qın gövdəni sıx əhatə edir və aşağı meristem toxumaların müdafiəsini təmin edir. Müasir qatırquruğukimlərdə sporongioforlar (sporongi daşıyan orqanlar) qalxanabənzər formadadırlar. Lakin məhv olmuş qədim buğumlarda bunlar yarpaqşəkilli formadan başqa bütün müxtəlif formalarda olmuşlar. Buğumluların əksəriyyəti bərabərsporludur. Lakin az sayda məhv olmuş növlər müxtəlifsporlu olmuşdur.
Qatırquyruğuyabənzər acılıqotu
Qatırquyruğuyabənzər acılıqotu (lat. Ephedra equisetina) - acılıqotu cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqaz, Orta Asiya (Qazaxıstan), Balkanlar, Monqolustan və Çində (Tibet) təbii halda yayılmışdır. == Azərbaycanda yayılması == Naxçıvan MR-də, Qobustanda, Şamaxıda Sitalçay (Axar-Baxar) boyunca orta dağ qurşağında qayalıq yerlərdə bitir. == Statusu == Azərbaycanın nadir btkilərindəndir. LC. == Bitdiyi yer == Quru daşlı-qayalı yerlərdə rast gəlinir. == Təbii ehtiyatı == Təbii halda Azərbaycanda arealı çox geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 1,5 m-ə çatan, boz gövdəli, yoğun və sıx budaqlı koldur. Şaxələri düz, sallaq, hamar buğumlu və nazik şırımlı olub, diametri 2 mm-ə qədərdir. Düyün aralarının uzunluğu 2-4 sm-dir.
Qatıryoran
Qatıryoran-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Qatıryoran-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Qatıryoran-i Süfla (Germi)
Qatıryoran-i Süfla (fars. قاطريوران سفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 90 nəfər yaşayır (21 ailə).
Qatıryoran-i Ülya (Germi)
Qatıryoran-i Ülya (fars. قاطريوران عليا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 53 nəfər yaşayır (9 ailə).
Qışlayan qatırquyruğu
Qışlayan qatırquyruğu (Equisetum hyemale L.) - qatırquyruğu cinsinə aid bitki növüdür.Elmi adı:Equisetum hyemale L. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi 120 sm hündürlükdədir. Qını silindrik, gövdəyə sıxılmış, bütövlükdə qara, qaidədə və ya ortada eninə yaşıl zolaqlıdır. Strobiləri (spor sünbülləri) oturaq, yumurtavari, sivri və ya uzunsov-yumurtavari, 2 sm uzunluğundadır. Dişiçikləri erkən tökülən, gövdəsi budaqlanmayan. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Sporların yetişmə dövrü iyun-avqust aylarıdır. Mezofotdir. Nəmli yerlərdə, çağıl daşlarında, dəniz qumluqlarında psammofit-litoral bitkilik tipində kiçik qrup şəklində rast gəlinir.
Tarla qatırquyruğu
Tarla qatırquyruğu (lat. Equisetum arvense) — Qatırquyruğukimilər (Equisetaceae Rich. ex DC.) fəsiləsinin qatırquyruğu () cinsinə aid bitki növü.Kökümsovları uzun, sürünən, budaqlanandır, qaramtıl-qonur rənglidir, torpağın dərinliyinə kök salır, çox vaxt diametri 1 sm olan şarşəkilli kökyumrusu olan bitkidir. Veqetativ zoğlarının hündürlüyü 15-30 (50) sm, qalınlığı 1–3 mm-dir, yaşıl rəngli, şırımlıdır və 6-10 (19) sayda qabırğası vardır. Üçkünc-neştərşəkilli, qaramtıl və ağ-haşiyələnmiş dişcikləri (hansıki qının borucuğundan ikiqat qısadır) olan silindrik formalı qın, gövdəni çox da sıxmamış, uzunluğu 5–12 mm-dir. Budaqları 3-4 tillidir, möhkəm və kələ-kötürdür, yuxarı hissədə çox vaxt bayır tərəfə əyimiş dışciklərə malikdir. Spordaşıyan zoğları sadədir və hündürlüyü 15-30 sm olub, qırmızımtıl və yaxud qonurtəhər rəngdədirdir və lətlidir. Sünbülcüklər nazik, silindrik və uzunluğu 3,5 sm olan saplaq üzərində oturmuşlar. Çoxillikdir. == Botaniki təsviri == Hündürlüyü 15-30(50) sm olan çoxillik ot bitkisidir.
Təzəkənd-i Qatırçı (Urmiya)
Təzəkənd-i Qatırçı (fars. ‎‎تازه كندقاطرچي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (78 ailə).

Digər lüğətlərdə

клёвый клу́шка отцы́ потёмки сы́змала вразбе́жку вы́делиться вы́мученно до упа́ду жиро́к закача́ть засветле́ть лизоблю́дство матра́ц поду́шно ритмопла́стика фолькло́рный экзаменацио́нный consolidate heartily hysteroid womanizer самоходный судебный телушка