Zərəngiz Dəmirçi Qayalı
Zərəngiz Dəmirçi Qayalı (tam adı: Zərəngiz Dəmirçi qızı Mansurova; d.20 yanvar 1962; Qazax, Daş Salahlı) — Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Şairə.
== Həyatı ==
Zərəngiz Mansurova 1962-ci ildə Qazax rayonunun Daş Salahlı kədində anadan olub. 1979-cu ildə Daş Salahlı kənd orta məktəbi əla qiymətlərlə bitirib. 1992-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Azərbaycan Yazıçılar (AYB) və Jurnalistlər Birliklərinin (AJB), Jurnalist Qadınlar Assosiasiyasının üzvü, Respublika Qadınlar Cəmiyyətinin fəxri üzvü, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar surasının sədr müavini olan Zərəngiz xanım “Qızıl qələm”, “Nəsir İmanquliyev”, “Vicdanlı qələm”, “Ustad jurnalist” “Kəsərli qələm” və digər media mükafatları laureatıdır. Yaradıcılığına görə AYB-nin Yeni Yazarlar və Sənətçilər Qurumunun “İlin qadın şairi”, “Qayalı” kitabı “Qarabağ mövzusunda ilin qadın yazarının kitabı” nominasiyasının qalibi, Beynəlxalq “Nizami Gəncəvi”, S.Vurğunun ev-muzeyinin “Səməd Vurğun”, AYB-nin R.Rza Fondunun Beynəlxalq “Rəsul Rza” və digər mükafatlarına, Mədəniyyət və Turizm Nazirliyi və AYB-nin dəstəyi ilə 2009-2010-cu illərdə Prezident təqaüdünə layiq görülüb. Nurəddin İsmayıllı ilə ailəli olan Zərəngiz Qayalının Aynur, Ülkər, Abutel, İbrahim adlı övladları, Banu adlı nəvəsi vardır.
== Fəaliyyəti ==
İlk şeiri 1979-cu ildə Qazax rayonunun mətbu orqanı olan "Qalibiyyat bayrağı" qəzetində dərc olunmuşdur. "Gənclik", "Ulduz", "Məhsəti", "Qoşa qanad", "Sevgi", "Ozan Dünyası" jurnallarında, "Ədəbiyyat və İncəsənət", "Bakı", "Kaspi", "Kredo", "525-ci qəzet", "Azərbaycanın səsi", "Açıq söz", "Sirrlər xəzinəsi","Səs", "Palitra", "Paritet" qəzetlərində, bir çox şeir almanaxlarında şeirləri dərc olunmuş, radio, televiziya verilişlərində əsərləri səsləndirilmiş Zərəngiz xanımın 2010-cu ildə “M.Şəhriyar” Ədəbi Birliyinin dəvəti ilə Təbriz, Məşhəd, Qəzvin, Rəşt, Miyanə və digər 30 şəhərində olmuş müəllifin “Haqqı sevdim” (2001), “Vəfam mənim” (2006)”, “Güllələnmişlər” (2006), “Qayalı” (2008), “Əziz rəhbər” (2013), “Oğul” (2016) adlı şeir və poemalardan ibarət kitabları dərc olunub.