qaysılıq
qaytan
OBASTAN VİKİ
Qaytaq rayonu
Qaytaq rayonu – Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasında inzibati ərazi vahidi. Rayonun sahəsi 699 km², inzibati mərkəzi Məcəlis kəndidir. 2002-ci ildə aparılmış siyahıya almaya əsasən rayonun 26.870 nəfər əhali yaşayır. Bu siyahıya almaya əsasən əhalisinin sayına görə rayonun ən iri yaşayış məntəqəsi Macalis kəndidir (5.766 nəfər). 1989–cu ildə aparılmış siyahıya almaya əsasən rayon əhalisinin 75%-ni darginlər, 9%-ni qumuqlar, 16%-ni isə digər xalqlar təşkil edir. Rayonda 46 yaşayış məntəqəsi var və onların hamısı kənd tipli yaşayış məntəqəsidir.
Qaytaq usmiliyi
Qaytaq usmiliyi — V–XIX əsrlərdə müasir Dağıstan Respublikasının Qaytaq, Dahadayev rayonlarının bütün ərazisi və Serqoqalla, Dərbənd və Qayakənd rayonlarının bir hissəsini tutan qaytaqların və cənub qumuqların feodal dövləti. Usmilik darginlərin məskunlaşdığı qaytağın şimalındakı dağətəyi əraziləri və qumuqların məskunlaşdığı sahil zonasının bir hissəsini ələ keçirirlər. Bu da onlara Dərbənd və Zaqafqaziyanı Şimali Qafqaz şəhərləri və Qara dəniz regionunun İtaliya koloniyaları ilə birləşdirən ticarət yoluna nəzarət etməyə imkan verirdi. Usmiliyin paytaxtı alınmaz bir dağda yerləşən qədim Qala-Köreyş qala şəhəri idi. XIV əsrin ikinci yarısında Usmilik Qızıl Orda tərəfdarı olduğu üçün Əmir Teymur dəhşətli hücumuna məruz qalır. Bu zərbədən yalnız XV əsrdə özünə gələ bilir. XVI əsrin sonunda Usmiliyin iqamətgahı qaytağın düz hissəsindəki Məcəlis kəndinə köçürülür, bundan sonra Usmilin dağlıq hissəsində təsiri zəifləyir. 1813-cü ildə Qaytaq usmiliyi Rusiya İmperiyasının Qaytaq-Tabasaran dairəsinin tərkibinə daxil olur. Qədim zamanlardan Ulluçay hövzəsinin orta hissəsində Qaytaq usmiliyi mövcud olmuşdur. Hökmdarın "usmi" titulunun mənşəyi aydın deyil: bir versiyaya görə o, ərəbcə "ismi" ("şöhrətli"), digərinə görə "qardaş" mənasını verən dargin "usi" sözündəndir.
Qaytaq-Tabasaran dairəsi
Qaytaq–Tabasaran dairəsi (rus. Кайтаго-Табасаранский округ) — Rusiya imperiyası (Dağıstan vilayətində) və RSFSR–in (Dağıstan vilayəti və Dağıstan MSSR–də) tərkibində, 1860–1928-ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Məcəlis idi.

Значение слова в других словарях