Qaz anbarı

qazın saxlanması üçün təbi, yaxud süni rezervuar. Yerüstü (bax: Qazholder) və yeraltı olur. Yeraltı Q.a. yüz mln.-larla m3 (bəzən mlrd m3) qaz tutur, onlar az təhlükəlidir və yerüstü anbarlara nisbətən ucuz başa gəlir. Yeraltı Q.a. məsaməli süxurlarda (ehtiyatı tükənmiş qaz və neft yataqlarında, sulu laylarda) və süxur boşluqlarında (istifadəsiz qalan mədən şaxtalarında, köhnə tunelərdə, mədən lağımlarında və s.) yaradılır. Qaz məsaməli süxurlarda qaz halında, süxur boşluqlarında isə əsasən maye halında saxlanılır.
Qaz analizi
Qaz benzini