Qaz ehtiyatlarının hesablanması metodları

laydakı qaz ehtiyatlarının hesablanmasında tətbiq edilən metodlar. Bu metodlar müxtəlifdir və qazın laydakı halından (sərbəst, qaz papağı, neftdə həl olmuş) asılı olaraq tətbiq edilir. Ən çox tətbiq edilən həcm və təzyiqin düşməsi metodlarıdır. Həcm metodu layda su təzyiqi rejimi olduqda tətbiq edilir və layın təbi qazla tutulmuş həcmi hesablanır. Təzyiqin düşməsi qazlı məsamələrin ilkin həcminin istismarı zamanı sabit qaldığı laylarda tətbiq edilir.
Qaz benzini
Qaz generatoru
OBASTAN VİKİ
Ölçmə metodları
Ölçü - hər hansı bir şeyin səciyyəvi xüsusiyyətlərinin təsviri üçün qəbul edilmiş vahid. Keyfiyyət özünəməxsusluğu olan hər bir obyektə müəyyən kəmiyyət xarakteristikaları xasdır və bu kəmiyyət xarakteristikalarınin hər birinin ölçüləri vardır. Hər bir elmdə və sənətdə umumi ölçülərlə bərabər yalnız onlara məxsus olan ölçülər və ölçü vahidləri vardır. Məsələn: Texnikada və fizikada (bax Ölçü vahidləri, Ölçü cihazı, Cihazlar və qurğular) Riyaziyyatda (bax Çoxluqlar nəzəriyyəsi) Zərgərlikdə (bax Karat (ölçü vahidi)) Fəlsəfədə (bax Ölçü (fəlsəfə)) və s. == Ölçmə == Xüsusi texniki vasitələrin köməyi ilə fiziki kəmiyyətlərin qiymətlərinin təcrübi yolla tapılmasıdır Xətti, radius və bucaq kəmiyyətləri ölçmələri texniki ölçmələr adlanır. Ölçmələr sınaqlar və nəzarət zamanı obyekt haqqında informasiya alınmasının aralıq və son mərhələsi ola bilər. Sınaq isə nəzarət prosesində ilkin informasiya alınmasının bir mərhələsidir. == Texniki nəzarət == Müəyyən edilmiş texniki normalara məmulatın uyğunluğunun yoxlanılması prosesidir və ondan məhsulun keyfiyyəti xeyli asılıdır. Ölçmə vasitələrinin tətbiqi ilə aparılan texniki nəzarət ölçmə nəzarəti adlanır. === Sınaqlar === Sınaq obyektinin kəmiyyət xassələrinin obyektə müəyyən təsir göstərməklə müəyyən edilməsidir.
Su ehtiyatlarının çirklənməsi
Azərbaycanın səth sularının əsasını çay suları təşkil edir. Bunun 65%-i qonşu ərazilərdən axıb gələn tranzit çayların və yalnız 35 %-i yerli çayların hesabınadır. == Çayların çirklənməsi == Respublikamızın əsas su arteriyası olan Kür çayı və onun əsas qolu Araz hələ Azərbaycan ərazisinə daxil olana qədər qonşu ölkələrdə güclü çirklənməyə məruz qalır. Bunlarla yanaşı, Son zamanlar Böyük Qafqazın Kür hövzəsinə aid olmayan və birbaşa Xəzər dənizinə tökülən şimal-şərq həssəsi çaylarının və Lənkəran regionuna daxil olan çayların çirklənməsi də müşahidə edilir. Son zamanlar Böyük Qafqazın Kür hövzəsinə aid olmayan və birbaşa Xəzər dənizinə tökülən şimal-şərq həssəsi çaylarının və Lənkəran regionuna daxil olan çayların çirklənməsi də müşahidə edilir. Antropogen amillərin təsirinin güclənməsi ilə əlaqədar olaraq Kür, Araz çayları və onların qollarının suyunun kimyəvi tərkibində böyük dəyişikliklər baş vermişdir. Son 40 il ərzində Salyan şəhəri yanında Kür çayı suyunun minerallığı 3 dəfədən çox artaraq 1020 mq/l olmuşdur. Bu dövr ərzində Araz çayının Saatlı məntəqəsində suyun minerallaşması 400 mq/l-dən 1300 mq/l-ə qədər artmışdır. Əvvəllər çayların suyu hidrokarbonat sinfinə və kalsium qrupuna mənsub olduğu halda, hazırda sulfatlı-natriumludur. Suyun kimyəvi tərkibinin və keyfiyyətinin dəyişməsinin əsas səbəbi Kür – Araz ovalığında suvarılan sahələrdən qayıdan suların və kollektor – drenaj sularının Kür çayına və onun qollarına daxil olmasıdır.
QAZ
Qorki Avtomobil Zavodu (rus. Горьковский автомобильный завод, qısaca rus. ГАЗ) — Rusiyanın ən böyük avtomobil istehsal edən şirkətlərindəndir. == Tarixi == 1920-ci ildə Ford Motor Şirkəti və SSRİ arasında bağlanmış müqavilə əsasən Nijni Novqorodda fabrikasi tikilmişdir. İlk istehsal 1 yanvar 1932-ci ildə "Ford Model A" (QAZ-A) və "Ford Model AA" (QAZ-AA) modelləri ilə başladı.
Ekoloji tədqiqat metodları
== Ekoloji tədqiqat metodları == Rastlaşma (qarşılaşma) metodu — biosenozda növ fərdlərinin tapılması (rast gəlinməsi) tezliyinin təyin olunması. Çoxlu miqdarda təsadüfi təcrübə sahələrində növlərin hesaba alınması. Dama (kletka) metodu — mal-qara otarılan otlaqlarda məhsuldarlığın təyini. Bu, bir-birinə ağac və ya metalla bərkidilmiş və üzərində torlar çəkilmiş çərçivələrlə müvəqqəti və ya daimi kiçik sahələrin çəpərlənməsi ilə yerinə yetirilir. Məhsuldarlığın (ot) hesablanması həm otlaqda, həm də damalarda (kletkalarda) aparılır. Klinsekt metodu — yerüstü fiotkütlənin quruluşu, kütləsi və həmçinin, yarpaqlarının səthinin, ən çox rast gəlinən populyasiyaların sayının, növlərinin rastlaşma dərəcəsinin xüsusi çərçivənin (Bıkov, 1970) köməyi ilə maili (45) səthdə (Klinsektdə) ölçmə, kəsişmə yolu ilə öyrənilməsi. Tipik sahə ("açar", test sahəsi) seçmə metodu — hər hansı bir ərazidə xüsusi seçilmiş tipik (açar) sahədə bitki örtüyünün xüsusiyyətlərinin tədqiq olunması, adətən, belə sahələr xəritələşdirilir. Xətti kəsişmə metodu — dartılmış ip və ya məftil boyu düz xətt üzrə müntəzəm (ardıcıl) ölçmə işi apararaq bitkilərin və onların proyektiv örtmə dərəcəsinin təyini. Nişanlanmış atomlar metodu — ekologiyada və geobotanikada qruplaşmaların quruluşunun tədqiqi üçün istifadə olunur: kök sisteminin yerləşməsi, ayrı-ayrı klonların yerləşməsi, alaqlarla mübarizədə fıtofaqlarm axtarılması, fitokütlənin hesablanması və s. tədqiqatlarda bu metoddan istifadə edilir.
Keyfiyyət tədqiqatı metodları
Sosial və davranış elmlərində keyfiyyət tədqiqatı ədədi informasiyaya əsaslanmayan tədqiqat üsuludur. Bu tədqiqatda müxtəlif sənədlərin, söhbətlərin, intervyuların məzmunu, baş vermiş hadisələr ətraflı araşdırılır. Müxtəlif mənbələrdə sosial və davranış elmlərinə aid tədqiqat metodlarının fərqli təsnifatına rast gəlmək olar. Psixologiyaya aid edilən keyfiyyət tədqiqatlarını (qualitative research) başqa elm sahələrinə aid olanlardan fərqləndirmək üçün son zamanlar psixoloji keyfiyyət tədqiqatları (qualitative psychological research) ifadəsi işlənir. Qeyd etmək lazımdır ki, sadalanan metod adları bəzən şərti xarakter daşıyır. Bir çox metodları ətraflı gözdən keçirdikdə onların bir birinə çox yaxın olduğu, bəzən isə sadəcə olaraq eyni metoda fərqli adlar verildiyi aydınlaşır. Amerika psixoloqu D. Martin psixoloji keyfiyyət tədqiqatları kimi əsas üç metodu göstərir: Təbii şəraitdə müşahidə Etnoqrafik tədqiqat Hadisənin öyrənilməsiBaşqa mənbələrdən bu siyahıya aşağıdakıları əlavə etmək olar: Iştirakçı kimi müşahidə aparılması Məzmun analizi Fokus qrupu Qeyri struktur intervyu === Metodların qısa təsviri === Təbii şəraitdə müşahidə aparılması əslində heyvanların davranışının öyrənilməsi üsulu kimi yaranıb. Sosial psixoloqlar kəmiyyət tədqiqatlarından uzaqlaşmağa başladıqda bu metod insanlara da tətbiq edilməyə başladı. Bu üsulun başqa adı çöl tədqiqatıdır (field study). Adından da göründüyü kimi bu üsul, obyektin ona aid olan sahədə fəaliyyəti zamanı müşahidə edilməsidir.
Maliyyə nəzarətinin metodları
Maliyyə nəzarətinin metodları — mühasibat sənədlərinin öyrənilməsi və sübuta əsaslanan məlumatları müəyyən etmək üçün nəzarət və audit orqanlarının və xidmətlərinin əməkdaşları tərəfindən istifadə olunan faktiki məlumatların əldə edilməsi üsullarıdır. Maliyyə nəzarətinin müxtəlif üsulları arasında aydın sərhədlər yoxdur, onların bir çoxu bir-biri ilə bağlıdır və digər metodların elementlərini ehtiva edir. Bir çox hallarda etibarlı faktların tapılması yalnız bir sıra metodların birgə istifadəsi ilə mümkündür. Eyni zamanda, konkret halda istifadə olunan nəzarət üsullarının seçilməsi nəzarət və audit orqanının və ya xidmətinin səlahiyyətlərindən asılıdır. Məsələn, yoxlama zamanı auditor yalnız sənədli üsullardan istifadə edə bilər; vergi yoxlaması zamanı yalnız vergilərin hesablanması və büdcəyə köçürülməsi ilə bağlı sənədlər yoxlana bilər. Ən geniş səlahiyyətlər, bir qayda olaraq, yuxarı və ya təsərrüfatdaxili nəzarət tərəfindən həyata keçirilir, çünki daxili nəzarət xidmətlərinin səlahiyyətləri yalnız yerli qaydalarla məhdudlaşdırılır. Sui-istifadə hallarını müəyyən edərkən ən təsirli yanaşma ilkin olaraq nəzarətçilərin müstəqil və ya mütəxəssisləri cəlb etməklə əvvəlcədən seçilmiş az sayda sənədləri (əməliyyat məlumatlarına uyğun olaraq) öyrənməsidir. Əgər pozuntunun mühasibat uçotu məlumatlarında əks olunduğu müəyyən edilərsə, sənədli yoxlama (audit) təyin edilir. == Sənədli yoxlama üsulları == === Vahid Sənədin Tədqiqi === ==== Rəsmi sənədlərin yoxlanılması ==== Formal yoxlama — müəyyən edilmiş formaya uyğunluğu təhlil etmək və onun təfərrüatlarını müqayisə etmək üçün ilkin mühasibat sənədinin kənar müayinəsidir. İcra qaydalarının pozulması ilə müəyyən edilmiş sənədlər: lazımi detallar olmadan qeyri-müəyyən formada, naməlum şəxslər tərəfindən imzalanmış - — onlarda əks olunan təsərrüfat əməliyyatlarının mahiyyəti üzrə yoxlanılmalı və nəticələrindən asılı olaraq, həqiqi və ya saxta kimi tanınmalıdır.Əsas sənədin qoruyucu funksiyalarını aradan qaldırmaq üçün zərərli hərəkətlərin əlamətləri, xüsusən: zəruri detalların olmaması (xüsusən, imzalar, möhürlər, möhürlər); həddindən artıq detalların olması (o cümlədən kənar qeydlər və qeydlər); eyni sənədin rekvizitləri arasında ziddiyyətlər (məsələn, müqavilənin mətnində və üzərindəki möhürdə təşkilatın adındakı fərq); sənədin məzmunu ilə ümumi qəbul edilmiş fikirlər arasında məntiqi ziddiyyətlər (məsələn: yaz aylarında vətəndaşlardan göbələk və giləmeyvə alınması, yayda damın təmizlənməsi və qar təmizlənməsi, bazar günü təqdim olunan premiya kəndə göndərilən şəxsin oteldə yerləşmə haqqının ödənilməsi, iki saatlıq iş vaxtı ərzində 500 adda malın qalığının çıxarılması aparıldığı anbar inventarizasiyası.) == Ədəbiyyat == М. В. Мельник, А. С. Пантелеев, А. Л. Звездин.
Psixologiyanın tədqiqat metodları
Psixologiya— sahəsində geniş tədqiqat metodları tətbiq olunur. Bu üsullar məlumatın əldə edildiyi mənbələrə, məlumatın necə nümunə götürülməsinə və məlumatların toplanmasında istifadə olunan vasitələrə görə fərqlənir. "Metod" yunan sözü olub, nəyəsə nail olmaq yolu deməkdir (yun. methodos — psıa — tədqiqat və yabilik yolu, + "yol" və yun. — söz, fikir, anlayış pedaqoji ədəbiyyatda metodla yanaşı, ərəb sözü olan "üsul" termini də işlədilir). Metodlar həmçinin parametrlərinə görə keyfiyyət məlumatları, kəmiyyət məlumatları və ya hər iki parametrli məlumatları öyrənir. Niteliksel psixoloji tədqiqat , tədqiqat tapıntılarının riyazi- statistik və ya digər kəmiyyət metodları ilə əldə edilmədiyi halda alınır. Kəmiyyət psixoloji tədqiqat tədqiqat nəticələrinin riyazi modelləşdirmə və statistik qiymətləndirmə və ya statistik nəticələrdən meydana çıxdığı halda alınır. == Psixologiyanın tədqiqat metodları == Psixoloji tədqiqatın üç əsas növü vardır: Müvafiq tədqiqat Müşahidə psixi hadisələrin gedişinə qarışmadan onları sadəcə olaraq izləmək yolu ilə empirik məlumatların əldə edilməsindən ibarət əsas tədqiqat metodudur.Psixoloqun şəraitə, psixi hadisələrin gedişinə qarışmaması, müdaxilə etməməsi müşahidə metodunu xarakterizə edən başlıca xüsusiyyətdir. Müşahidə planlı, məqsədəmüvafiq şəkildə həyata keçirilir.
Ağ qaz
Ağ qaz (lat. Anser caerulescens) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Yarımnövləri == C. c. caerulescens C. c.
Ağqalın qaz
Ağqaş qaz
Ağqaş qaz (lat. Anser erythropus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Təsviri == Ağqaş qaz digər qazlardan gövdəsinin nisbətən kiçik və rənginin nisbətən tünd olması ilə fərqlənir. Üst tərəfi qonur – boz, alt tərəfi ağdır. Dimdiyinin dib tərəfində 20–30 mm enində aö zolaq vardır. Dimdiyi ət rəngində və çəhrayıdır. Ayaqları sarıdır. Gözlərinin ətrafında sarı rəngdə çılpaq halqa vardır. Boynu və dimdiyi daha qısadır. == Yayılması == Ağqaş qaz Avropa və Asiyada yayılmışdır.
Boz qaz
Boz qaz (lat. Anser anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Bənövşəyi, ağ, boz lələkləri, narıncı dimdiyi və çəhrayı ayaqları var. Yetişkin fərdin uzunluğu 74 ilə 91 santimetr (29 və 36 inç) arasındadır, ortalama çəkisi 3,3 kiloqramdır. Arealı genişdir. Avropa və Asiya bölgələrindən şimaldan gələn quşlar qışı isti yerlərdə keçirmək üçün cənub istiqamətinə köç edir. Boz qaz bahar aylarında şimal bölgələrində dəniz sahillərində, bataqlıqlarda, göllərin sahilində və sahilə yaxın adalarda yuva quraraq çoxalır. Nəsil artırmaq üçün cütləşirlər və yerdə bitki örtüyü arasında yuva qururlar. Dişi fərd 3-5 yumurta qoyur və qırt oturur; həm erkək, həm də dişi fərd balalarını qoruyur və böyüdür. Quşlar ailə qrupu şəklində birlikdə yaşayırlar, payız aylarında cənuba doğru köç edir, bir sonrakı il baharda yenidən geri dönürlər.
Gözyaşardıcı qaz
Gözyaşardıcı qaz (lachrymatory agent və ya lachrymator (lacrima Latın dilindən tərcümədə göz yaşı deməkdir )) — gözdəki korneal sinirləri stimullaşdıraraq göz yaşına, ağrıya, qusmaya və hətta korluğa səbəb olur . Ümumi lakrimatorlara bibər spreyi (OC gaz), CS gaz, CR gaz, CN gaz , nonivamide, bromoacetone, xylyl bromide, syn-propanethial-S-oxide (soğanlardan) və Mace daxildir. Lakrimatorlar daha çox etiraz aksiyalarında etirazçılarının dağıdılmasında istifadə edilir. Onların müharibədə kimyəvi maddə kimi istifadə edilməsi müxtəlif beynəlxalq müqavilərlə qadağan edilmişdir. Birinci Dünya Müharibəsi zamanı toksik lakrimatorlar istifadə edilmişdir.
Kiçik qaz
Kiçik qaz (lat. Nettapus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
QAZ-21
QAZ-M21 VOLQA Qorki avtomobil zavodunda 6-cı minik avtomobildir. Yәni, QAZ-M12 ZIM avtomobilindən sonra. Әgәr, POBEDA avtomobilinde nә çatışmırdısa yәni yeni maşın istehsal edilәcәydi. 1956-cı ilde konveryden cıxdı. Vә 1970-ci ildә istehsal dayandı. QAZ-M21 VOLQA sovet xalqı arasında sevilәn bir maşın oldu. Amma, bu maşın o dövrlәrdә heç kәsin cibine uyğun deyildi. Aktyorlar, kosmanaftlar, dovlet adamlari ala bilәrdi. Bu maşın içi rahat böyük baqacı vardı. Kosmanaftlardan desәk Yuri Qaqarin QAZ-M21 VOLQA-nı bәyәnәnlәrdәn idi.Vә özü bu maşından almışdı.
QAZ-31105
QAZ-31105 — Qorki Avtomobil Zavodu tərəfindən 2004-2009-cu illərdə istehsal edilmiş Volqa seriyasına mənsub avtomobil.
QAZ-311055
QAZ-311055 — Rusiya avtomobili
QAZ-53
QAZ-53 — Qorki Avtomobil Zavodunda yük maşınlarından biri. Bu yük maşını 1961-ci ildən 1992-ci ilə qədər istehsal edilib. Qaz-53 yük maşını modelinin bir neçə növü vardır: Qaz-53f (1961-1967), Qaz-53a (1965-1983), Qaz-53 (1983-1992).
QAZ-66
"QAZ-66" (rus. ГАЗ-66) — Qorki Avtomobil Zavodunun 1964-1999-cu illərdə istehsal etdiyi yük avtomobil. Sovet Ordusunda və 1960-1990-cı illərində SSRİ və Rusiyanın milli iqtisadiyyatında istismar olunmuş ən kütləvi yük maşını. Rusiyada xalq arasında "Şişiqa" ləqəbi ilə tanınır. Avtomobilin konstruktoru Aleksandr Dmitriyeviç Prosvirnindir. == Tarixi == Konveyerdən son nüsxəsi – "QAZ-66-40" 1 iyul 1999-cu ildə buraxılmışdır. Ümumilikdə "QAZ-66" ailəsinə aid 965.941 nüsxə istehsal olunmuşdur. GAZ-66 ailə. 1999-cu ildə istehsalı dayandırıldıqdan sonra, onun əvəzinə QAZ-3308 əvəzinə istehsal olunur. == Əsas modifikasiyaları == QAZ-66-1 (1964—1968) QAZ-66A (1964—1968) QAZ-34 QAZ-66B (1966) QAZ-66D (1964—1968) QAZ-66P QAZ-66E (1964—1968) QAZ-66-01 (1968—1985) QAZ-66-02 (1968—1985) QAZ-66-03 (1964—1968) QAZ-66-04 (1968—1985) QAZ-66-05 (1968—1985) QAZ-66-11 (1985—1996) QAZ-66-12 (1985—1996) QAZ-66-14 (1985—1996) QAZ-66-15 (1985—1996) QAZ-66-16 (1991—1993) QAZ-66-21 (1993—1995) QAZ-66-31 QAZ-66-41 (1992—1995) QAZ-66-40 (1995—1999) QAZ-66-92 (1987—1995) QAZ-66-96İxrac üçünQAZ-66-51 (1968—1985) QAZ-66-52 (1968—1985) QAZ-66-81 (1985—1995) QAZ-66-91 (1985—1995)İxtisaslaşdırılmışAP-2 AS-66 DDA-66 QZSA-731, 983A, 947, 3713, 3714 MZ-66 R-142 3902, 3903, 39021, 39031 2001, 2002, 3718, 3719, 3716, 3924, 39521 QAZ-SAZ-3511 QAZ-KAZ-3511AvtobuslarNZAS-3964, Volqar-39461 APP-66 PAZ-3201, PAZ-672 PAZ-3206, PAZ-3205 == Populyar mədəniyyətdə == 2010-cu ildə istehsal edilən "Call of Duty 7: Black Ops" oyununda "QAZ-66" bazasında hazırlanmış "Vorkuta" mühafizəçilər üçün nəqliyyat kimi istifadə olunur.
Qaz (cins)
Qaz (dəqiqləşdirmə)
Qaz — maddənin aqreqat halı Qaz (quş) — quş cinsi. QAZ — Qorki Avtomobil Zavodu Qaz (film, 1931) — Azərbaycanda təbii qazın çıxarılması haqqında təbliğat filmi. QAZ (film, 2005) — Qeyri-Adi Zarafat komediya filmi.
Qaz (təbii)
Qaz — ucuz və ekoloji cəhətdən ən təmiz yanacaq növüdür. Ən iri qaz ehtiyatlarına malik olan ölkələr Rusiya (1-ci yer), ABŞ, Iran, Türkmənistan, Niderland, Norveç, Kanada, Meksika, Əlcəzair, İndoneziyadır. == Etimologiya == Qaz sözü (nid. gas) ilk dəfə XVII əsrdə Helmont Yan Boptist tərəfindən istifadə olunmuşdur. == Tarixi == Yanar qazların sənaye və məişətdə istehlakına hələ ötən yüzilliklərdə başlanmışdır. Daş kömürü termik emal etməklə onun tərkibində olan metan və digər qaz qarışıqlarını almışlar. İlk dəfə olaraq bu üsuldan 1830–1840-cı illərdə İngiltərədə geniş istifadə olunmuş, daş kömürdən qazın alınmasını reallaşdıran çoxsaylı zavodlar fəaliyyət göstərmişlər. Bu emal qazından iri sobalarda yandırmada və nisbətən də evlərin qızdırılmasında istifadə edilmişdir. Lakin burada miqyas genişliyi çox böyük olmamışdır. Artıq XX əsrin ortalarında digər yanar qazlarla yanaşı, təbii qazdan da sənayedə, məişətdə istifadə olunmasına başlanmışdır.
Qaz dağı
Qaz dağı – Kiçik Asiyanın şimal-qərb sahilindəki bir dağ silsiləsi, Misiyadan başlayaraq Frigiyadan uzanan Kocakatran dağ silsiləsinin ən yüksək hissəsi, Biqa (Troada) yarımadasında, Edremit körfəzinin şimalında, Türkiyənin qərbində, Çanaqqala ili ilə Balıkəsir ili arasında yerləşir. Edremitin 18 kilometr şimal-qərbində qərarlaşır. Ən yüksək zirvəsi dəniz səviyyəsindən 1774 metr yüksəklikdəki Qaz dağıdır. İl ərzində 1500 mm-ə qədər yağıntı düşür. Şimal yamacında iynəyarpaqlı meşələr, cənub yamacında palıd meşələri yayılmışdır. Antik coğrafiyada Qaz dağı, Troyanın şimalında yerlədiyi İda dağı (İda dağı, q.yun. Ἴδη, türk. İda Dağı) olaraq bilinir. İda dağı Homer tərəfindən İliadada bulaqlarda bol və meşə baxımından zəngin, vəhşi heyvanlar üçün yaşayış yeri olaraq xatırlanır. İdanın ən yüksək zirvələri Qarqar (Qarqaron.
Qaz kamerası
Qaz kamerası edamın icra üçün istifadə olunan bir üsuldur. Bağlı bir otaqdan və içinə qoyulmuş zəhərli və ya asfiksiyalı (boğucu) qazlardan ibarətdir. Bu otaq üçün ən çox istifadə olunan qaz hidrogen siyaniddir; karbon qazı və karbonmonoksit də istifadə edilə bilər. == Tarixi == 1789-cu ildə Böyük Fransa inqilabının əvvəlində istifadəyə verilmişdi, lakin təsiri İkinci Dünya Müharibəsi əsnasında artan məhkumların dar otaqlarda zəhərli CO qazı ilə öldürülməsi ilə üzə çıxdı. Qaz kameralarının əsas istifadəsi müharibənin sonunda döyüşdən qaçan əsgərləri cəzalandırmaq və ya müharibədə əsir düşən düşmən qüvvələrini zərərsizləşdirmək olmuşdur. Bununla birlikdə, 1939-1943-cü illərdə yəhudi soyqırımı kimi tanınan qırğınlarda və əsir düşmüş qaraçıların öldürülməsində qanunsuz olaraq istifadə edilmişdir. Bu zəhərli qazların kəşfi, qaz kameralarının kəşfindən təxminən 122 il sonra, 1911-ci ildə məşhur fizik Albert Eynşteyn tərəfindən universitet tezis mövzusu olaraq hazırlanmışdır. Almaniya və Fransadan başqa, qaz kameraları da Böyük Britaniya Hərbi Akademiyasında verilən əmrə itaətsizlik cinayəti zamanı ciddi olmamaq təqdirində tələbənin huşunu itirməsi üçün istifadə olunurdu. Ancaq onun ləğvi 1982-ci ildə baş tutmuşdur. Nəhayət, sonuncu dəfə 1942-ci ildə İkinci Dünya Müharibəsindən qaçmış Kaly France adlı şəxsin öldürülməsi üçün istifadə edildi, ancaq riskli olduğu üçün yalnız cinayətkarlara tətbiq edilirdi, ancaq sonradan yalnız ağır cinayətlər edən insanlar üçün istifadə edilmişdi.
Qaşqa qaz
Qaşqa qaz (lat. Anser albifrons) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Yarımnövləri == A. a. albifrons A. a. frontalis A. a. gambeli A. a. elgasi A. a.
Qırmızıdöş qaz
Qırmızıdöş qaz (lat. Branta ruficollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin vəhşi qaz cinsinə aid heyvan növü. Status. Nadir, nəsli kəsilmək qorxusu altında olan, qışlayan növdür. Yayılması. Xəzər dənizinin Lənkəran sahillərində, az miqdarda Kür-Araz ovalığının su hövzələrində qışlayır. Əsas toplandığı yer Qızılağac körfəzidir. Yamal yarımadasından Xatanqa çayına qədər Sibirin tundra və meşə-tundralarında yuvalayır. Yaşayış yeri. Dəniz sahilləri, göllər, çayların mənsəbi.
высокообразо́ванный загогу́ля застрига́ть кри́ночный полупроводни́к предубеди́ться птицело́в транквилиза́торы фитодиза́йн форсу́нка бума́жный горни́ло куль миниатюриза́ция неусто́йчивость ралли́ст скре́перный уклоня́ться шелюга Charlemagne growl salmon family self-clarification shad залатать