Qaz generatoru

termik emal nəticəsində bərk və maye yanacaqdan yanar qaz alan aparat.
Qaz ehtiyatlarının hesablanması metodları
Qaz holder
OBASTAN VİKİ
Buz generatoru
Buz generatoru — sudan süni buz almaq üçün soyuducu qurğu. Buz generatorunda müxtəlif formalı (kub, blok, tava, kristal) və ölçülü texniki və qida buzu hazırlanır. Buz generatoruları iki tipə ayrılır. Birinci tip bilavasitə (birbaşa) soyuduculu Buz generatorunda buz buxarlandırıcı aparatın səthində dondurulur. İkinci tip Buz generatorunda buz qəlibləri –10°C-dən –12°C-yədək temperaturda sirkulyasiya edən duz məhlulu vasitəsilə soyudulur. Borulu, pulcuqlu və qarlı (kristal) buz yaradan Buz generatoruları daha intensivdir, onlarda buz qəlibləri olmur. Suyu təbəqə-təbəqə fasiləsiz dondurmaqla buz alınır; bu, donmuş səth vahidindən daha çox buz almağa imkan verir. Belə Buz generatorunun məhsuldarlığı sutkada 40 t-a çatır.
Hesabat generatoru
Report generator ~ генератор отчетов ~ rapor üreteçi ~ hesabat generatoru – verilənlər bazasından alınan informasiyanı çap etmək üçün istifadəçinin yaratdığı “formalar” şəklində hesabtlardan istifadə edən tətbiqi proqram növü (adətən, verilənlər bazasının idarəolunması proqramının bir hissəsi). Hesabat generatorundan avtomatik olaraq başlığı, kolontitulu, səhifə nömrələri və b. qoyulmuş rahat oxunan sənəd, yaxud blank yaratmaqan ötrü yazının müəyyən sahələrini, yaxud yazılar qrupunu seçmək üçün istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Marks generatoru
Marks generatoru, ilk dəfə 1924-cü ildə Ervin ato Marks tərəfindən təsvir edilən bir elektrik dövrəsidir.
QAZ
Qorki Avtomobil Zavodu (rus. Горьковский автомобильный завод, qısaca rus. ГАЗ) — Rusiyanın ən böyük avtomobil istehsal edən şirkətlərindəndir. == Tarixi == 1920-ci ildə Ford Motor Şirkəti və SSRİ arasında bağlanmış müqavilə əsasən Nijni Novqorodda fabrikasi tikilmişdir. İlk istehsal 1 yanvar 1932-ci ildə "Ford Model A" (QAZ-A) və "Ford Model AA" (QAZ-AA) modelləri ilə başladı.
Sabit cərəyan generatoru
Sabit cərəyan generatorları elektrik maşınlarının elə sinfidir ki, mexaniki enerjini sabit cərəyanın enerjisinə çevirir. Sabit cərəyan generatorları quruluşu cəhətdən digər elektrik maşınları qarşılaşdırldığında daha sadə bir görüntü sərgiləyir. Generatorda sabit hissədən təşkil olunan və stator adalandırılır. Bu hissə maqnitlənməyi təmin edən əsas və yardımçı qütblərlə, onların sarğılarını daşıyır. Generatorda hərəkətli hissə rotor adlandırılır. Sabit cərəyan maşınları həm generator, həm də mühərrik kimi istifadə olunur. Sabit cərəyan mühərrikləri daha çox tətbiq edilir. Onların tətbiq ashələri kifayət qədər genişdir. Sabit cərəyan maşınlarıdan avtomatik qurğuların intiqallarında, şaxta liftlərində, yayma dəzgahında və başqa merxanizmlərin intiqallarında istifadə olunur. Sabit cərəyan mühərriklərindən həmçinin ağırlıq qaldıran mexanizmlərdə, nəqliyyat vasitlərinin intiqallarında geniş istifadə olunur.
Təsadüfi ədəd generatoru
Təsadüfi nömrələrin yaradılması — yalnız təsadüfiliyə əsaslanaraq ağlabatan şəkildə proqnozlaşdırıla bilən nömrələr və ya simvollar ardıcıllığını yaratmaq üçün cihazdan istifadə edən bir prosesdir. Təsadüfi verilənlər yaratmaq üçün bir çox üsul var, bəziləri qədim zamanlardan bəri mövcuddur. Tanınmış klassik nümunələr: zar atmaq, sikkələr atmaq, oyun kartlarını qarışdırmaq və saysız-hesabsız digər üsullar. Bu üsulların mexaniki təbiətinə görə, çoxlu sayda kifayət qədər təsadüfi ədədlərin (statistikada mühüm əhəmiyyət kəsb edən) yaradılması çox əmək və vaxt tələb edirdi, ona görə də belə ədədlər üçün bəzən «təsadüfi rəqəmlər cədvəli» tərtib edilirdi. İndiki vaxtda cədvəllər təsadüfi ədəd generatorları ilə əvəz edilmişdir.
Ağ qaz
Ağ qaz (lat. Anser caerulescens) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Yarımnövləri == C. c. caerulescens C. c.
Ağqalın qaz
Ağqaş qaz
Ağqaş qaz (lat. Anser erythropus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Təsviri == Ağqaş qaz digər qazlardan gövdəsinin nisbətən kiçik və rənginin nisbətən tünd olması ilə fərqlənir. Üst tərəfi qonur – boz, alt tərəfi ağdır. Dimdiyinin dib tərəfində 20–30 mm enində aö zolaq vardır. Dimdiyi ət rəngində və çəhrayıdır. Ayaqları sarıdır. Gözlərinin ətrafında sarı rəngdə çılpaq halqa vardır. Boynu və dimdiyi daha qısadır. == Yayılması == Ağqaş qaz Avropa və Asiyada yayılmışdır.
Boz qaz
Boz qaz (lat. Anser anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Bənövşəyi, ağ, boz lələkləri, narıncı dimdiyi və çəhrayı ayaqları var. Yetişkin fərdin uzunluğu 74 ilə 91 santimetr (29 və 36 inç) arasındadır, ortalama çəkisi 3,3 kiloqramdır. Arealı genişdir. Avropa və Asiya bölgələrindən şimaldan gələn quşlar qışı isti yerlərdə keçirmək üçün cənub istiqamətinə köç edir. Boz qaz bahar aylarında şimal bölgələrində dəniz sahillərində, bataqlıqlarda, göllərin sahilində və sahilə yaxın adalarda yuva quraraq çoxalır. Nəsil artırmaq üçün cütləşirlər və yerdə bitki örtüyü arasında yuva qururlar. Dişi fərd 3-5 yumurta qoyur və qırt oturur; həm erkək, həm də dişi fərd balalarını qoruyur və böyüdür. Quşlar ailə qrupu şəklində birlikdə yaşayırlar, payız aylarında cənuba doğru köç edir, bir sonrakı il baharda yenidən geri dönürlər.
Gözyaşardıcı qaz
Gözyaşardıcı qaz (lachrymatory agent və ya lachrymator (lacrima Latın dilindən tərcümədə göz yaşı deməkdir )) — gözdəki korneal sinirləri stimullaşdıraraq göz yaşına, ağrıya, qusmaya və hətta korluğa səbəb olur . Ümumi lakrimatorlara bibər spreyi (OC gaz), CS gaz, CR gaz, CN gaz , nonivamide, bromoacetone, xylyl bromide, syn-propanethial-S-oxide (soğanlardan) və Mace daxildir. Lakrimatorlar daha çox etiraz aksiyalarında etirazçılarının dağıdılmasında istifadə edilir. Onların müharibədə kimyəvi maddə kimi istifadə edilməsi müxtəlif beynəlxalq müqavilərlə qadağan edilmişdir. Birinci Dünya Müharibəsi zamanı toksik lakrimatorlar istifadə edilmişdir.
Kiçik qaz
Kiçik qaz (lat. Nettapus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
QAZ-21
QAZ-M21 VOLQA Qorki avtomobil zavodunda 6-cı minik avtomobildir. Yәni, QAZ-M12 ZIM avtomobilindən sonra. Әgәr, POBEDA avtomobilinde nә çatışmırdısa yәni yeni maşın istehsal edilәcәydi. 1956-cı ilde konveryden cıxdı. Vә 1970-ci ildә istehsal dayandı. QAZ-M21 VOLQA sovet xalqı arasında sevilәn bir maşın oldu. Amma, bu maşın o dövrlәrdә heç kәsin cibine uyğun deyildi. Aktyorlar, kosmanaftlar, dovlet adamlari ala bilәrdi. Bu maşın içi rahat böyük baqacı vardı. Kosmanaftlardan desәk Yuri Qaqarin QAZ-M21 VOLQA-nı bәyәnәnlәrdәn idi.Vә özü bu maşından almışdı.
QAZ-31105
QAZ-31105 — Qorki Avtomobil Zavodu tərəfindən 2004-2009-cu illərdə istehsal edilmiş Volqa seriyasına mənsub avtomobil.
QAZ-311055
QAZ-311055 — Rusiya avtomobili
QAZ-53
QAZ-53 — Qorki Avtomobil Zavodunda yük maşınlarından biri. Bu yük maşını 1961-ci ildən 1992-ci ilə qədər istehsal edilib. Qaz-53 yük maşını modelinin bir neçə növü vardır: Qaz-53f (1961-1967), Qaz-53a (1965-1983), Qaz-53 (1983-1992).
QAZ-66
"QAZ-66" (rus. ГАЗ-66) — Qorki Avtomobil Zavodunun 1964-1999-cu illərdə istehsal etdiyi yük avtomobil. Sovet Ordusunda və 1960-1990-cı illərində SSRİ və Rusiyanın milli iqtisadiyyatında istismar olunmuş ən kütləvi yük maşını. Rusiyada xalq arasında "Şişiqa" ləqəbi ilə tanınır. Avtomobilin konstruktoru Aleksandr Dmitriyeviç Prosvirnindir. == Tarixi == Konveyerdən son nüsxəsi – "QAZ-66-40" 1 iyul 1999-cu ildə buraxılmışdır. Ümumilikdə "QAZ-66" ailəsinə aid 965.941 nüsxə istehsal olunmuşdur. GAZ-66 ailə. 1999-cu ildə istehsalı dayandırıldıqdan sonra, onun əvəzinə QAZ-3308 əvəzinə istehsal olunur. == Əsas modifikasiyaları == QAZ-66-1 (1964—1968) QAZ-66A (1964—1968) QAZ-34 QAZ-66B (1966) QAZ-66D (1964—1968) QAZ-66P QAZ-66E (1964—1968) QAZ-66-01 (1968—1985) QAZ-66-02 (1968—1985) QAZ-66-03 (1964—1968) QAZ-66-04 (1968—1985) QAZ-66-05 (1968—1985) QAZ-66-11 (1985—1996) QAZ-66-12 (1985—1996) QAZ-66-14 (1985—1996) QAZ-66-15 (1985—1996) QAZ-66-16 (1991—1993) QAZ-66-21 (1993—1995) QAZ-66-31 QAZ-66-41 (1992—1995) QAZ-66-40 (1995—1999) QAZ-66-92 (1987—1995) QAZ-66-96İxrac üçünQAZ-66-51 (1968—1985) QAZ-66-52 (1968—1985) QAZ-66-81 (1985—1995) QAZ-66-91 (1985—1995)İxtisaslaşdırılmışAP-2 AS-66 DDA-66 QZSA-731, 983A, 947, 3713, 3714 MZ-66 R-142 3902, 3903, 39021, 39031 2001, 2002, 3718, 3719, 3716, 3924, 39521 QAZ-SAZ-3511 QAZ-KAZ-3511AvtobuslarNZAS-3964, Volqar-39461 APP-66 PAZ-3201, PAZ-672 PAZ-3206, PAZ-3205 == Populyar mədəniyyətdə == 2010-cu ildə istehsal edilən "Call of Duty 7: Black Ops" oyununda "QAZ-66" bazasında hazırlanmış "Vorkuta" mühafizəçilər üçün nəqliyyat kimi istifadə olunur.
Qaz (cins)
Qaz (dəqiqləşdirmə)
Qaz — maddənin aqreqat halı Qaz (quş) — quş cinsi. QAZ — Qorki Avtomobil Zavodu Qaz (film, 1931) — Azərbaycanda təbii qazın çıxarılması haqqında təbliğat filmi. QAZ (film, 2005) — Qeyri-Adi Zarafat komediya filmi.
Qaz (təbii)
Qaz — ucuz və ekoloji cəhətdən ən təmiz yanacaq növüdür. Ən iri qaz ehtiyatlarına malik olan ölkələr Rusiya (1-ci yer), ABŞ, Iran, Türkmənistan, Niderland, Norveç, Kanada, Meksika, Əlcəzair, İndoneziyadır. == Etimologiya == Qaz sözü (nid. gas) ilk dəfə XVII əsrdə Helmont Yan Boptist tərəfindən istifadə olunmuşdur. == Tarixi == Yanar qazların sənaye və məişətdə istehlakına hələ ötən yüzilliklərdə başlanmışdır. Daş kömürü termik emal etməklə onun tərkibində olan metan və digər qaz qarışıqlarını almışlar. İlk dəfə olaraq bu üsuldan 1830–1840-cı illərdə İngiltərədə geniş istifadə olunmuş, daş kömürdən qazın alınmasını reallaşdıran çoxsaylı zavodlar fəaliyyət göstərmişlər. Bu emal qazından iri sobalarda yandırmada və nisbətən də evlərin qızdırılmasında istifadə edilmişdir. Lakin burada miqyas genişliyi çox böyük olmamışdır. Artıq XX əsrin ortalarında digər yanar qazlarla yanaşı, təbii qazdan da sənayedə, məişətdə istifadə olunmasına başlanmışdır.
Qaz dağı
Qaz dağı – Kiçik Asiyanın şimal-qərb sahilindəki bir dağ silsiləsi, Misiyadan başlayaraq Frigiyadan uzanan Kocakatran dağ silsiləsinin ən yüksək hissəsi, Biqa (Troada) yarımadasında, Edremit körfəzinin şimalında, Türkiyənin qərbində, Çanaqqala ili ilə Balıkəsir ili arasında yerləşir. Edremitin 18 kilometr şimal-qərbində qərarlaşır. Ən yüksək zirvəsi dəniz səviyyəsindən 1774 metr yüksəklikdəki Qaz dağıdır. İl ərzində 1500 mm-ə qədər yağıntı düşür. Şimal yamacında iynəyarpaqlı meşələr, cənub yamacında palıd meşələri yayılmışdır. Antik coğrafiyada Qaz dağı, Troyanın şimalında yerlədiyi İda dağı (İda dağı, q.yun. Ἴδη, türk. İda Dağı) olaraq bilinir. İda dağı Homer tərəfindən İliadada bulaqlarda bol və meşə baxımından zəngin, vəhşi heyvanlar üçün yaşayış yeri olaraq xatırlanır. İdanın ən yüksək zirvələri Qarqar (Qarqaron.
Qaz kamerası
Qaz kamerası edamın icra üçün istifadə olunan bir üsuldur. Bağlı bir otaqdan və içinə qoyulmuş zəhərli və ya asfiksiyalı (boğucu) qazlardan ibarətdir. Bu otaq üçün ən çox istifadə olunan qaz hidrogen siyaniddir; karbon qazı və karbonmonoksit də istifadə edilə bilər. == Tarixi == 1789-cu ildə Böyük Fransa inqilabının əvvəlində istifadəyə verilmişdi, lakin təsiri İkinci Dünya Müharibəsi əsnasında artan məhkumların dar otaqlarda zəhərli CO qazı ilə öldürülməsi ilə üzə çıxdı. Qaz kameralarının əsas istifadəsi müharibənin sonunda döyüşdən qaçan əsgərləri cəzalandırmaq və ya müharibədə əsir düşən düşmən qüvvələrini zərərsizləşdirmək olmuşdur. Bununla birlikdə, 1939-1943-cü illərdə yəhudi soyqırımı kimi tanınan qırğınlarda və əsir düşmüş qaraçıların öldürülməsində qanunsuz olaraq istifadə edilmişdir. Bu zəhərli qazların kəşfi, qaz kameralarının kəşfindən təxminən 122 il sonra, 1911-ci ildə məşhur fizik Albert Eynşteyn tərəfindən universitet tezis mövzusu olaraq hazırlanmışdır. Almaniya və Fransadan başqa, qaz kameraları da Böyük Britaniya Hərbi Akademiyasında verilən əmrə itaətsizlik cinayəti zamanı ciddi olmamaq təqdirində tələbənin huşunu itirməsi üçün istifadə olunurdu. Ancaq onun ləğvi 1982-ci ildə baş tutmuşdur. Nəhayət, sonuncu dəfə 1942-ci ildə İkinci Dünya Müharibəsindən qaçmış Kaly France adlı şəxsin öldürülməsi üçün istifadə edildi, ancaq riskli olduğu üçün yalnız cinayətkarlara tətbiq edilirdi, ancaq sonradan yalnız ağır cinayətlər edən insanlar üçün istifadə edilmişdi.
Qaz lampası
1897-ci ildə Londonun bir neçə nöqtəsində Pluto Lamp (qaz lampası) quraşdırılır. Bu aparatlar yalnız küçələri işıqlandırmaqdan ibarət olmur, eyni zamanda satış (vending) maşını kimi fəaliyyət göstərirdi — isti kofe, çay və kakao təklif edirdi. Bununla bərabər, avtomat-fanarda siqaret və qəzet də almaq mümkün idi. Həmçinin, bir başqa modelində Scotland Yard"a məktub göndərilməsi üçün teleqraf da quraşdırılmışdı. Bunların hamısı qaz ilə işləyirdi.
Qaşqa qaz
Qaşqa qaz (lat. Anser albifrons) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Yarımnövləri == A. a. albifrons A. a. frontalis A. a. gambeli A. a. elgasi A. a.
Qırmızıdöş qaz
Qırmızıdöş qaz (lat. Branta ruficollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin vəhşi qaz cinsinə aid heyvan növü. Status. Nadir, nəsli kəsilmək qorxusu altında olan, qışlayan növdür. Yayılması. Xəzər dənizinin Lənkəran sahillərində, az miqdarda Kür-Araz ovalığının su hövzələrində qışlayır. Əsas toplandığı yer Qızılağac körfəzidir. Yamal yarımadasından Xatanqa çayına qədər Sibirin tundra və meşə-tundralarında yuvalayır. Yaşayış yeri. Dəniz sahilləri, göllər, çayların mənsəbi.
малозо́льный мара обшлифо́вывать отсчёт пра́вка реко́рд те́ло утрамбо́вка флюороскопи́ческий газонокоси́лка обру́бок офтальмоло́гия солодо́вый хемо... урмане decalitre dismal protected psychoacoustics reception room wallow говориться немеркнущий особинка разлеплять