QAZANC

is.
1. Qazanılan, əldə edilən şey; fayda, xeyir. Bundan heç bir qazanc yoxdur.
Bunun qazancı nədir? – [Fatma xanım:] Mənim axır qazancım budurmu? N.Vəzirov.

// Qənimət.
Dünyadan xoş keçən bir gün aparaq; Qazancdır gəncliyin hər xoş nəğməsi. S.Vurğun.

2. İşləməklə, çalışmaqla əldə edilən şey, nəticə, səmərə. Öz əməyinin qazancını görmək. Qazanc dalısınca getmək.
□ Qazanca çatmaq1) xeyir əldə etmək, fayda görmək. [Almaz:] Bu onun öz faydasıdır.
Həm oxuyacaq, həm də qazanca çatacaqdır. C.Cabbarlı;

2) qazanmaq, qazanc əldə etmək.
Əymə əyər, mənfəət ilə satar; Pul qazanar, yaxşı qazanca çatar. A.Səhhət.

// Gəlir, mədaxil.
[Heydər bəy:] Deyək ki, toy istəmədin, axır gərəkməz ki, mənim bir qazanc yolum ola, çörək istəməzsənmi? M.F.Axundzadə.
Atabala sözünə davam edərək: – Bilirəm, mənim azacıq qazancım səni yaxşı yaşada bilmir, – dedi. A.Şaiq.

3. Qoyulmuş xərc ilə əldə edilən gəlir arasındakı fərq; mənfəət. Mal satışından alınan qazanc.
[Hacı Qara:] Beş yüz manat nağd pul verəsən, faydasından, qazancından əl çəkəsən, mayan da əlinə gəlməyə, bu harada görülübdür? M.F.Axundzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QAZANC 1. QAZANC (qazanılan, əldə edilən şey) [Sona xanım:] Əgər firəng malında belə qazanc var, dəxi pul yiyəsi səninlə niyə bölür (M
  • QAZANC nəticə — səmərə
  • QAZANC fayda — xeyir — gəlir — mənfəət

Antonimlər (əks mənalı sözlər)

  • QAZANC QAZANC – ZİYAN Ziyanın yarısından qayıtmaq da qazancdır (Ata. sözü)
QAZANAOXŞAR
QAZANCLI

Digər lüğətlərdə