Qazma gəmisi

dənizin dərinliyinin 100-200 m. olan yerlərində struktur-axtarış, dərin kəşfiyat işləri aparmaq, həmçinin çox dərin akvatoriyalarda dənizdibi süxurların fiziki mexaniki xasələrini öyrənmək məqsədi ilə süxur nümunələri götürmək üçün quyular qazan gəmi. Q.g.-dən dünyada ilk dəfə 1934-cü ildə Xəzər dənizində istifadə olunub. Q.g.-nin mərkəzində qazma qurğusu üçün xüsusi şaxta açılır və qazma buruğu quraşdırılır. Q.g.-nin əsas qovşağı qurğunu qazıma nöqtəsində saxlayan dinamik və ya lövbərli sistemdir.
Qazma dəzgahı
Qazma qurğusu