QAŞQA

1
I
сущ.
1. звёздочка, светлое пятно на лбу животного
2. разг. лоб, самая середина лба. Qaşqasından öpmək поцеловать в лоб
II
прил.
1. белолобый (с белой отметиной на лбу). Qaşqa qaz белолобая казарка, qaşqa öküz белолобый бык, qaşqa at лошадь с белой отметиной на лбу
2
прил. диал.
1. упрямый, строптивый, своенравный (о человеке)
2. перен. рыжий (не такой, как все). Mən qaşqayam? я рыжий, что ли?
QAŞİYƏ
QAŞQABAQ
OBASTAN VİKİ
Qaşqa
Qaşqa — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 45 km məsafədə, Ağdərə dərəsində, Çalaxçı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1831-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır. == Toponimi == Toponim qədim türk tayfalarından biri olan qaşqay etnonimi əsasında əmələ gəlmişdir. "Qaşqa" qaşqay etnoniminin fonetik formasıdır. 1728-ci ilə aid mənbədə Kaşka kimidir [170, 15]. Ehtimal ki, İranda yaşayan Kaşkay türk tayfasının adını əks etdirir. Kaşkayların mənşəyi qaranlıqdır. Ehtimal ki, xakaslarda Kaska və Aq Kaska tayfaları tayfaları ilə eyni mənşəlidir.
Qaşqa qaz
Qaşqa qaz (lat. Anser albifrons) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Yarımnövləri == A. a. albifrons A. a. frontalis A. a. gambeli A. a. elgasi A. a.
Qaşqa Bulaq (Xoy)
Qaşqa Bulaq (fars. قشقابلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 375 nəfər. yaşayır (67 ailə).
Vəcihə Qaşqa
Vəcihə Qaşqa(1 iyul 1935 – 23 noyabr 2017, Simferopol) — krım tatar ictimai xadimi, krım tatar milli hərəkatının fəallarından biri. "Novaya qazeta" və digər krım tatar fəalları onu "vətənə yol açmış" "simvol" adlandırırdılar. == Həyatı == Vəcihə Qaşqa 1 iyul 1935-ci ildə Üsküt kəndində anadan olub. 9 yaşında ikən digər krım tatarları kimi sürgün edilib. Özbəkistana sürgün edilən o, 1950-ci illərdə Krım tatar milli hərəkatına qoşulub. 1960-ci illərin sonunda Krıma gəlməyə cəhd göstərib, lakin qeydiyyatının olmadığına görə buradan qovulub. 1969-cu ildə hadisə yenidən təkrarlanıb. 1974-cü ildə Andrey Saxarovun işə müdaxilə etməsindən sonra Krıma qayıda bilir. Sovet işğalı dövründə krım tatar milli fəalları daima öz toplantılarını Vəcihə xanımın evində keçirirdilər. Vəcihə xanım hərəkatda fəallıq göstərmiş müxtəlif tapşırıqları icra etmək üçün Moskvaya və Türkiyəyə yollanmışdır.
Adi qaşqaldaq
Adi qaşqaldaq (lat. Fulica atra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin qaşqaldaq cinsinə aid heyvan növü. Avrasiya, Şimali Afrika və Avstraliyada geniş ərazilərdə yayılmışdır. Kütləsi 445-1250 q olur. Rəngi tutqun qaradır, çalma lələkləri bozumtul qonur, sükan lələkləri qaradır. Dimdiyi və qaşqası ağdır. Dimdiyinin dibi qırmızımtıldır. Dişisinin rəngi erkəyindən açıqdır. Yaxşı üzür və suyun 4 m dərinliyə qədər dala bilir. Suyun altında adətən 10 saniyə, bəzən hətta 2,5 dəqiqəyə qədər qala bilir.
Aşağı Qaşqabulaq (Çaldıran)
Aşağı Qaşqabulaq (fars. قاشقابلاغ سفلي‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (22 ailə).
Gənc Qaşqar Partiyası
Gənc Qaşqar Partiyası — uyğurların türk millətçiliyini müdafiə edən partiyası. == Haqqında == Gənc Qaşqar Partiyası 1933-1934-cü illərdə mövcud olmuş və türk millətçiliyini müdafiə etmişdir. O, Şərqi Türkistan İslam Respublikasının yaradılmasında mühüm rol oynamışdır. Partiya mahiyyət etibarilə anti-Çin, anti-Çin müsəlmanları olmuşdur. Uyğur hərbi komandanı olan Timur Bəy və Xotan əmirləri Məhəmməd Əmin Buğra, Abdulla Buğra və Nur Əhməd Can Buğra Gənc Qaşqar Partiyası ilə ittifaq qurmuşdular. Partiya 40 nəfərdən ibarət parlament quraraq, Birinci Şərqi Türkistan Respublikasının prezidenti Niyazi Xocaya iki nəfərlik nümayəndə heyəti göndərmişdi. Partiya bir digər türk millətçisi təşkilat olan Milli İnqilab Komitəsi ilə yaxın əlaqələrə sahib idi.
Hacı Ayaz xan Qaşqayın səyahətnaməsi (kitab)
Bu kitab Qaşqay xanlarından Hacı Ayaz xan tərəfindən yazılmışdır. Bu səyahatnamə İslamın müqəddəs yerlərini ziyarət etmək üçün İran, Səudiyyə Ərəbistanı və İraqda olarkən qələmə alınmışdır. Ziyarət 1922-ci ilin dekabr ayından aprelədək baş verib. == Kitabın haqqında == Kitabda bir fəsil Qacarlar sülaləsindən sonuncu İran şahı Sultan Əhməd şah Qacarın hakimiyyətinin axırlarından bəhs edir. Həmin dönəmdə baş verən hadisələr Qaşqay xanının qələmi ilə hərtərəfli təsvir olunur. Hacı Ayaz xan olduğu şəhərləri, müqəddəs yerləri və həmin yerlərin həyat tərzini aydın şəkildə, gözəl boyalarla təsvir etmişdir. Onun kitabında iqtisadi məsələlər də təhlil olunur. Gəzdiyi yurdların sosial problemlərinə işıq tutan Qaşqay xanı İranı İraq, Səudiyyə Ərəbistanı, Yəmən və qonşu ölkələrlə müqayisə edir, düzgün nəticələr çıxarır.
Mahmud Qaşqarlı
Mahmud ibn Huseyn İbn Muhamməd əl-Kaşğari (ərəb: العربية: محمود بن الحسين بن محمد الكاشغري. Uyğurca: Mehmud Qeshqeri) və ya Kaşğarlı Mahmud (1008–1102) == Şəcərəsi == Mahmud Kaşğarinin hökmdar nəslindən və ya ən azından əsilli bir ailədən olduğu haqqında ən mühüm mənbə onun, öz əsərində də qeyd etdiyi kimi atalarının Əmirlərdən gəlməsidir. "Bizim atalarımız olan bəylərə Hamir deyirlər, çünki Oğuzlar əmir deyə bilmirlər, əlif hərfini "h" hərfinə çevirərək deyirlər. Babamız Türk illərini Samanoğullarından alan bəydir, adına Hamir Təkin deyilir". Özünün verdiyi məlumatdan Türk tarixinin əhəmiyyətli dövlətlərindən biri olan Qaraxanlı dövlətinin xanədan sülaləsinə mənsub olduğu aydınlaşır.O Qaraxani hökümdarı II Məhəmməd Buğra xanın nəvəsi olmuşdur. "Divanü Lüğat-it-Türk"ü Özbək dilinə tərcümə edən S.Mütəllibov M.Kaşğarinin soyu haqqında belə fikir deyir: Kaşğarlı Mahmud "ə"ni "ha" kimi deyən bir qəbilənin oğludur. Bu qəbilə geniş bir ərazidə yayılmışdır və "Divan" yazılan zaman daha çox özbəklərin arasında yaşayırdılar. İndi bu qəbilə Kuramda və Fərqanənin bəzi bölgələrində, Qarabulaqda və s. yerlərdə yaşayır. Kaşğarlı Mahmud bu qəbilənin övladıdır.
Mirzə Cahangir xan Qaşqay
Mirzə Cahangir xan Qaşqay (1822-1906) — İslam alimi, müctəhid. == Həyatı == Böyük fəqih, tanınmış filosof Ayətullah Cahangir xan Qaşqayi hicri-qəməri təqvimi ilə 1243 (1822)-cü ildə İsfahanın yaylaq şəhəri Səmirəmdə dünyaya göz açıb. Cahangir xan cavanlıq çağlarında Səmirəmdə bir neçə il təhsil alıb. Daha sonralar isə köçəri tayfalara qoşulub. O, adətən tar çalıb, şahnamə oxuyurmuş. Lakin elmə sonsuz marağı onu təhsil almağa sövq edib. Köçərilərlə birgə təhsil almaq mümkün olamdığından onlardan ayrılıb və həmişəlik İsfahanda qalaraq təhsilini davam etdirib. Ayətullah Qaşqayinin dini təhsilə başlamasının ibrətamiz hekayəti var: Yay fəslində Qaşqay köçəriləri yaylağa köçmüşdülər. Cahangir xan digər köçərilərlə birgə özünə lazım olan əşyaları almaq üçün İsfahan şəhərinə gedir. Bu zaman o, sınmış tarını da tarsaza göstərmək qərarına gəlir.
Mirəli Qaşqay
Mirəli Seyidəli oğlu Qaşqay (7 (20) yanvar 1907, Yelizavetpol – 23 aprel 1977, Bakı) — Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor (1942), Azərbaycan SSR EA-nın akademiki (1945), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1959). Azərbaycan SSR EA akademik katibi (1945–1962, 1967–1974). == Həyatı == Mirəli Qaşqay 1907-ci il yanvarın 7-də Gəncə şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) dağ-mədən fakültəsini bitirərək dağ-mədən mühəndisi-geoloq ixtisasını almışdır. 1930-cu ildə SSRİ Elmlər Akademiyasının Petroqrafiya İnstitutunun aspiranturasına daxil olmuşdur. 1934-cü ildə "İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair" namizədlik dissertasiyasını müdafiə etmişdir. Kiçik Qafqazın mərkəzi hissəsinin və Talışın hiperbazitləri və bazitlərinin tədqiqinin nəticələri "Azərbaycanın əsas və ultraəsas süxurları" adlı monoqrafiyasında yekunlaşdırılmışdır. Bu əsərə görə ona 1942-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. Akademik M. S. Qaşqay Daşkəsən dəmir-kobalt və alunit filiz yataqlarını öyrənmiş, Kiçik Qafqazda skarnların alümosilikat süxurların hesabına əmələ gəlməsi, Qafqaz mis və kükürd kolçedanı yataqlarının mənşəyinin intruzivlə deyil, vulkan püskürmələri ilə əlaqədar olması barədə nəzəriyyələr irəli sürmüşdür. Azərbaycanda bir sıra faydalı qazıntı yataqlarının, o cümlədən iri perlit və obsidian yataqlarını ilk kəşf edənlərdəndir.
Qaşqaca (Xudabəndə)
Qaşqaca (fars. قشقجه‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,146, with nəfər yaşayır (244 ailə).
Qaşqadərya vilayəti
Qaşqadərya vilayəti — Özbəkistanda vilayət. == Ümumi məlumat == Qaşqadərya vilayəti Özbəkistanın cənubunda yerləşir. Əhalisi 2.290.000 nəfərdir. Vilayətin 3/5-ü səhradır. Avtomabil kodu UZ-Qa, ərazisi 28.400 kv km, mərkəzi qərşi şəhəridir.
Qaşqaldaq
Qaşqaldaq (lat. Fulica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinə aid heyvan cinsi.
Qaşqaqışlaq-i Hacıəkbər (Biləsuvar)
Qaşqaqışlaq-i Hacıəkbər (fars. قاشقاقشلاق حاج اكبر‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 23 nəfər yaşayır (5 ailə).
Qaşqar
Qaşqar, Kaşkar və yaxud Kaşğər (uyğ. قەشقەر) — ÇXR-in Sincan-Uyğur Muxtar Rayonunun Kaşqar şəhər rayonunda şəhər. Çinin ən qərb şəhərlərindən biridir, Əfqanıstan, Qırğızıstan, Tacikistan və Pakistanla sərhədə yaxındır. 500.000-dən çox əhalisi olan Qaşqar 2000 ildən artıqdır ki, Çin, Yaxın Şərq və Avropa arasında Böyük ipək yolu üzərində ticarət məntəqəsi və strateji əhəmiyyətli şəhər kimi xidmət edib və bu onu dünyanın ən qədim davamlı məskunlaşan şəhərlərindən birinə çevirib. Çox müxtəlif mədəniyyətlərin və imperiyaların kəsişmə nöqtəsində Qaşqar Çin, Türk, Monqol və Tibet imperiyalarının hakimiyyəti altında olmuşdur. Şəhər həm də müxtəlif köçəri xalq qrupları arasında bir sıra döyüşlərin yeri olmuşdur. Hazırda mahal səviyyəli vahid kimi idarə olunan Qaşqar 162.000 km² (63.000 kv mi) ərazisi və 2010-cu ilə qədər təxminən 4 milyon əhalisi olan Qaşqar bölgəsinin inzibati mərkəzidir. Şəhərin özünün 506,640 əhalisi var və şəhər ərazisi 15 km² (5,8 kv mi) əhatə edir, baxmayaraq ki, inzibati ərazisi 555 km² (214 kv mi) sahəni tutur. Şəhər 2010-cu ildə Xüsusi iqtisadi zonaya çevrilib və Çinin qərbində bu statusa malik yeganə şəhərdir. Qaşqar həm də yeni qurulan çoxmilyardlıq Çin-Pakistan İqtisadi Dəhlizinin əsas hissəsi hesab edilən Qaraqorum şossesinin son nöqtəsini təşkil edir.
Qaşqar döyüşü (1933)
Qaşqar döyüşü (1933) (çin. 喀什戰役) — 1933-cü ildə Kumul üsyanı zamanı Qaşqar şəhərinin uyğur və qırğız üsyançıları tərəfindən ələ keçirmək cəhdi zamanı baş vermiş döyüş. Şəhər Çin Respublikası, Çin İnqlab Ordusunun 36-cı Diviziyasının huey və han əsgərlərindən ibarət qarnizon tərəfindən qorunurdu. Üsyançılar döyüş sonrası şəhərə daxil olsa da, Qaşqar ağır döyüşdən sonra huey və han çinlilərin nəzarətində qaldı. == Tarixi == Sincan əyalətinin valisi Sin Şurenin Şərqi Türkistandakı muxtar Kumul və Turfan xanlıqlarını ləğv etməsi və mürtəce siyasət yürütməsi Hacı Niyazi Xocanın rəhbərliyi ilə 1931-ci il fevralın 20-də uyğur üsyanın başlamasına səbəb oldu. Əvvəlcə üsyan Komul bölgəsini əhatə etdi, sonra Mahmud Muhitinin rəhbərlik etdiyi Turfana da yayıldı. Demək olar ki, paralel olaraq, Məhəmməd Əmin Buğra və Sabit Damollanın rəhbərliyi ilə Xotanda üsyana qoşuldu. Qısa müddət sonra Şərqi Türkistanın digər bölgələrini də: Qaşqar və Külçəni də üsyan alovu bürümüşdür. Üsyana uyğurlarla yanaşı qırğız, qazax, monqol və hueylərdə qoşulmuşdu. Lakin üsyanın sonrakı gedişində hueylər Çin Respublikasının tərəfinə keçməyə başladılar.
Qaşqatala
Qaşqatala — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.
Qaşqay
Qaşqay (Bostanabad)
Qaşqay (Bostanabad)
Qaşqay (fars. قاشقاي‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (24 ailə).
Qaşqay Ziyəddinoğlu
Qaşqay Ziyəddin oğlu Ramazanov (6 oktyabr 1972, Ermənistan) — Azərbaycan jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktoru, publisist. == Həyatı == Qaşqay Ziyəddinoğlu 6 oktyabr 1972-ci ildə anadan olmuşdur. Bakı şəhərindəki 270 №-li orta məktəbin məzunudur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. == Ailəsi == Ailəlidir, iki övladı var. == Jurnalist fəaliyyəti == 25 ildən çoxdur ki, Azərbaycan mətbuatında jurnalist fəaliyyəti ilə məşğuldur. 1995-ci ildən, Azərbaycanda nəşr olunan "Avrasiya", "Vətəndaş", "Retro", "Dövran", "Yeni Avrasiya", "Mərkəz" və digər qəzetlərdə müxbir, məsul katibin müavini, məsul katib, şöbə müdiri, redaktor, baş redaktorun birinci müavini vəzifələrində çalışmış və "Xalq qəzeti", "İki sahil", "Yeni Azərbaycan" və ölkənin digər aparıcı KİV və media qurumları ilə əməkdaşlıq etmişdir.. Hazırda "Yeni Azərbaycan" qəzetində işləyir. Uzun müddət Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatında bölmə rəisi və redaktor, "Hərbi bilik" jurnalında redaktor vəzifələrində çalışmışdır. Jurnalsit-tədqiqatçı kimi bir çox layihələrdə və müsabiqələrdə iştirak etmiş, yüksək nailiyyətlər əldə etmişdir.
Qaşqay dialekti
Qaşqay dili və ya Qaşqay dialekti — İranda təxminən 1,5 milyon Qaşqayın danışdığı və oğuz dil qrupuna aid türk dili və ya Azərbaycan dilinin dialekti. Qaşqay dili Azərbaycan dilinə çox yaxındır və bir neçə mütəxəssis tərəfindən bu dilin ləhcələrindən birisi kimi qəbul edilir. Qaşqayların əslən Azərbaycandan (Ərdəbil və ətraf ərazilərdən) 16-cı əsrdə İranın cənubuna köçürülmüş bir toplum olması bu fikrin əsaslı olduğunu qənaətləndirir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Qaşqay dialektini Azərbaycan dilinin dialektlərinin 10-cu qrupuna aid edir. == Coğrafi yayılma == Fars ostanı: Şiraz, Firuzabad, Qir və Karzin, Xünc, Mərvdəşt, Zərgan, Beyza, Cəhrüm, Abadə, Kəvar, Laristan, Zərrindəşt, Fəraşbənd, Kazirun, Kuhçenar, İqlid, Sipidan və Məməsəni şəhərləi. İsfahan ostanı: Şəhrza, Səmirüm, Dehagan, Lincan və Fəridən şəhərləri. Çahar-Mahal və Bəxtiyari ostanı: Bürucin, Şəhrikürd və Saman şəhərləri. Kohgiluyə və Boyer-Əhməd ostanı: Gəçsaran Buşehr ostanı: Dəştistan, Dəşti və Buşehr şəhərləri. Xuzistan ostanı: Əhvaz, Həftkel, Omidiyə və Ramhürmüz şəhərləri. == Tarixi == XX əsrə qədər Qaşqay dilində ədəbiyyata rast gəlinmir.
Qaşqay dili
Qaşqay dili və ya Qaşqay dialekti — İranda təxminən 1,5 milyon Qaşqayın danışdığı və oğuz dil qrupuna aid türk dili və ya Azərbaycan dilinin dialekti. Qaşqay dili Azərbaycan dilinə çox yaxındır və bir neçə mütəxəssis tərəfindən bu dilin ləhcələrindən birisi kimi qəbul edilir. Qaşqayların əslən Azərbaycandan (Ərdəbil və ətraf ərazilərdən) 16-cı əsrdə İranın cənubuna köçürülmüş bir toplum olması bu fikrin əsaslı olduğunu qənaətləndirir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Qaşqay dialektini Azərbaycan dilinin dialektlərinin 10-cu qrupuna aid edir. == Coğrafi yayılma == Fars ostanı: Şiraz, Firuzabad, Qir və Karzin, Xünc, Mərvdəşt, Zərgan, Beyza, Cəhrüm, Abadə, Kəvar, Laristan, Zərrindəşt, Fəraşbənd, Kazirun, Kuhçenar, İqlid, Sipidan və Məməsəni şəhərləi. İsfahan ostanı: Şəhrza, Səmirüm, Dehagan, Lincan və Fəridən şəhərləri. Çahar-Mahal və Bəxtiyari ostanı: Bürucin, Şəhrikürd və Saman şəhərləri. Kohgiluyə və Boyer-Əhməd ostanı: Gəçsaran Buşehr ostanı: Dəştistan, Dəşti və Buşehr şəhərləri. Xuzistan ostanı: Əhvaz, Həftkel, Omidiyə və Ramhürmüz şəhərləri. == Tarixi == XX əsrə qədər Qaşqay dilində ədəbiyyata rast gəlinmir.
Qaşqaylar
Qaşqaylar — İranın cənub-qərbində, əsasən Fars ostanında ve əlbəttə Çaharmahal ostanı, Kohgiluyə ostanı, Xuzistan ostanı, Buşehr ostanı yaşayan türkdilli tayfalar birliyi. Qaşqay dilində danışırlar.Qaşqa Azərbaycan dilində "alın", çağatay dilində isə "alnı ağ at" mənasını verir. Bir sıra mənbələrə və V.İ.Savinanın müşahidəsinə görə, onlar İrandakı türk boyları içərisində sayca daha çox olub, müxtəlif bölgələrə yayılmışlar . V.V.Trubetskoy isə qeyd edir ki, qaşqay boylarının bir qismi də kaqali, xazari, quşari, mamali, qamər və sair soylarla birlikdə çoxsaylı bəxtiyar qəbilələrinə qarışmışdır . İranda "döyüşkən xalq" kimi tanınan qaşqaylar son zamanlara qədər tayfa – nəsil bölgüsünü, hərbi demokratiyanın əsas xüsusiyyətini saxlayaraq, əkinçilik və maldarlıqla məşğul olurlar. İndi də qaşqay boy birləşmələrinin başında qəbilə başçılarının seçdiyi ilxan durur . == Etimologiyası == Türk dillərində qaşqa, qaşğa, kaşka, kaska variantları ilə işlənən bu sözün "qaynayıb kükrəmək", "ulduz", "nişan", "ay" və "xoşbəxtlik, müqəddəslik" anlamları vardır. Heyvanların alnındakı ağ xala da "qaşqa" deyilir. Qaşqay sözündəki anlamlar bir-biri ilə bağlıdır və qədim inanışla əlaqədar yaranmış məna çalarlarıdır. Alnında ağ xal olan heyvanın doğulması qədim Aralıq dənizi ətrafında yaşayan xalqlarda xoşbəxtlik rəmzi kimi qəbul olunurdu.
Qaşqaçay
Qaşqaçay — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Coğrafiyası və iqlimi == Əsasən dağlıq ərazilərdən ibarətdir. Yağıntıları bərabər paylanan mülayim-isti iqlim hakimdir. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən "Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalı"na əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Qaşqaçay kəndində milli tərkibi ləzgilərdən ibarət 98 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik Türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Qax şöbəsi, Qaşqaçay kənd cəmiyyəti tərkibinə daxil olan Qaşqaçay kəndində 192 evdə sünni etiqadlı müsəlman avarlardan (190 evdə 555 nəfər kişilər və 431 nəfər qadınlar olmaqla toplam 986 nəfər əhali) və tatarlardan (2 evdə 7 nəfəri kişilər və 6 nəfəri qadınlar olmaqla toplam 13 nəfər) ibarət 999 nəfər (562 nəfəri kişilər, 437 nəfəri qadınlar) əhali yaşayırdı. Müvafiq mənbədə dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik Türklər tatarlar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla avarlar olaraq göstərilmişdirlər. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik saxurlardan ibarət toplam 1269 nəfər əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 396 təsərrüfatda toplam 1055 nəfər əhali yaşamaqdadır. Hal-hazırda kənddə kiçik istisnalar nəzərə alınmazsa tamamilə etnik Azərbaycan Türkləri yaşayır.
Qaşqaçay bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Digər lüğətlərdə

вы́пуск кля́уза марионе́тный нахами́ть неду́рственно незабве́нное причиня́ть скапу́титься склёвываться чуда́к девя́тый задо́рина кооперати́в коче́внический ну́трия повста́нчество предохрани́тельный регалия Adeni hypnosis pigfish posterity благовидный россыпь смущать