QEYB

[ ər. ]
1. Hazır və göz önündə olmama; qaiblik.
□ Qeyb etmək – itirmək, əldən çıxarmaq.
Hərgah siz buna razılıq versəniz, burada qeyb edə biləcəyiniz bu qiymətli şeyləri də özünüzlə bərabər salamat apara biləcəksiniz! M.S.Ordubadi.

Qeyb olmaq – gözdən itmək, yox olmaq, aradan çıxmaq.
Kəklik onun əlindən ox kimi çıxdı və bir anda ormanın yarpaqları arasında qeyb oldu. A.Şaiq.
[Mirzə Valeh] abasını çiyninə atdı, ayaqqabılarını dəyişdirdi, pilləkən aşağı tırıqtırıqla düşüb, qaranlıq içində qeyb oldu. S.Rəhimov.

Qeybə çəkilmək – bax qeyb olmaq.
Çox xırdalar bərk ayaqda qeybə çəkilir; Böyük dərdlə vuruşana böyük deyildi. M.Araz.

2. Dinə görə gözlə görünməz olan ruhi aləm; aləmi-qeyb.
Böylə qaranlıq dama daş atmaq, ya qeybdən səadət ummaq, əcəba hansı divanənin xəyalından keçər! S.Hüseyn.

// Məchul və naməlum şeylər, görünməz və bilinməz hal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QEYB qaiblik

Antonimlər (əks mənalı sözlər)

  • QEYB QEYB – ZÜHUR Gülüşün gülər üzündəki sevinc qeybə çəkildi (Ə.Vəliyev); Bizlərdə millət qurğuları şəxsi qurğular şəklində zühura gəlir (C
QE
QEYBƏT

Digər lüğətlərdə