QEYBƏT

is. [ ər. ]
1. Birinin (özü olmadığı halda) haqqında danışma, yaxud əleyhinə söz söyləmə, dalınca danışma.
Məcalı qeybətə olmaz o kəs ki, əhli-sənətdir. S.Ə.Şirvani.
Gecəgündüz işi qeybət o cahil qızların, Möcüz! Əgər vaiz qoya məşğul olarlar elm ilə qızlar. M.Möcüz.

□ Qeybət etmək (eləmək, qırmaq) – birinin (özü olmadığı halda) sözünü danışmaq, haqqında söz söyləmək, dalınca danışmaq.
Dalda qeybət, üzdə səna etmərəm; Gizli söyüş, zahir dua etmərəm. M.Ə.Sabir.
[Yaqub] …oyun əsnasında onun mədənində xidmət edən əski mühəndisi haqqında qeybət edərdi. B.Talıblı.
Sahildə qızlar, gəlinlər toplanıb onun-bunun qeybətini qırırdılar. M.Hüseyn.

2. Meydanda olmama, qaib olma, qaiblik.
Ol gün ki, yox idi məndə qüdrət; Qıldın mənə qeybətimdə rəğbət. Füzuli.

Синонимы

  • QEYBƏT dedi-qoduluq
QEYB
QEYBƏTCİL
OBASTAN VİKİ
Qeybət
İslamda qeybət müsəlman qardaşının haqqında Allahın gizli saxladığı eybini faş etmək hesab olunur, qeybət etmək və müsəlmanların eybini onların ardınca danışmaq böyük günahlardan sayılır. Qurani-Kərim qeybət etməyi müsəlman qardaşının ətini yeməyə bərabər hesab edir: "Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun."Qeybət etməyin pislənməsinə aid hədis və rəvayətlər çoxdur. Məhəmməd peyğəmbər(s.a.v.)buyurur: "Müsəlmanın dininin məhvində qeybətin təsiri xora xəstəliyinin insan bədənindəki təsirindən çoxdur". Rəvayət olunur ki, Allah Musa peyğəmbərə belə vəhy etdi: "Qeybət etməkdən tövbə edib dünyasını dəyişən şəxs hamıdan axırda behiştə daxil olacaq.

Значение слова в других словарях

боча́рный лицензи́рованный нар... стереогра́фия темнёхонько ха́нство изныва́ться маммологи́ческий набедова́ться сырояде́ние топони́мика экскава́торщик false testimony lesson semiautonomous Sinn Feiner skoal swarmer unjaded venge благодушие жульничать картезианский косвенный уф