QEYR

ə. 1) yad, biganə; 2) özgə, özgəsi; 3) başqa, digər, ayrı. Qeyri-adi adi olmayan; fövqəladə; qeyri-amil 1) əsassız, faktsız; 2) səbəbsiz; qeyri-baliğ həddibüluğa çatmamış; yeniyetmə; qeyri-bədii bədii olmayan; qeyri-bərabər bir bərabərdə olmayan; müxtəlif bərabərlikdə olan; qeyri-caiz 1) icazəsi olmayan, icazəsiz; 2) qadağan edilən // yol verilməyən; 3) haram; qeyri-dustanə dotscasına olmayan, dosta yaraşmayan; düşməncəsinə; qeyri-elmi elmi prinsipə əsaslanmayan, elmdən uzaq olan; qeyri-ədəbi ədəbi olmayan; kobud, qaba, ədəbsiz; qeyri-əxlaqi əxlaqa zidd olan, əxlaq qaydalarına uymayan; qeyri-ələmi qanunsuz, gizli, qeyri-leqal; qeyri-əskəri bax qeyri-hərbi; qeyri-firqə bax qeyri-hizbi; qeyri-hazır hazır olmayan, göz önündə olmayan; qeyri-hərbi hərbi olmayan; mülki; qeyri-hizbi 1) partiya üzvü olmayan; bitərəf, partiyasız; 2) mənsub olmayan, aid olmayan; qeyri-insani insan qüvvəsi xaricində olan, fövqəladə; insana yaraşmayan; qeyri-ixtiyari bax qeyri-iradi; qeyri-iradi iradəsindən asılı olmayan // qeyri-şüuri, ixtiyarsız; qeyri-qabil qəbul edilə bilməyən, mümkün olmayan; qeyri-qanuni qanuna zidd; qanunsuz; qeyri-qənaətbəxş qənaətbəxş olmayan; yarıtmaz, pis; qeyri-qət’i qəti olmayan; qeyri-maddi maddi olmayan; mənəvi; qeyri-mə’kul yeyilməyən; yemək üçün yaramayan; qeyri-məqbul 1) qəbul edilməyən; 2) tələbəyə verilən ən aşağı qiymət; qeyri-məqdur imkan xaricində olan; qeyri-mənqul 1) tərpədilməyən, tərpənməz; 2) köçürülməyən, köçürülməz; 3) nəql edilə bilməyən, nəql edilməz; 4) hüquqda: daşınmaz (əmlak); qeyri-mər’i gözə görünməyən, görünməz; qeyri-mərğub bəyənilməyən, xoşa gəlməyən; qeyri-məs’ul 1) məsul olmayan, cavabdeh olmayan; 2) məsuliyyətsiz; qeyri-məşru’ 1) qanunsuz; 2) şəriətə uyğun gəlməyən, dinə görə düz olmayan; 3) tanınmayan, adsız-sansız; qeyri-məşkuk şəksiz-şübhəsiz, qəti; qeyri-məşmul 1) dəxli olmayan, nisbəti olmayan; 2) hərbi xidmətə çağırılmayan; qeyri-mətbu’ çap edilməmiş; qeyri-mətlub tələb edilməyən, tələb olunmayan; qeyri-məzrub 1) zərbədən uzaq // atəşə tutulmayan; 2) zərb edilməmiş; kəsilməmiş (pul, medal və s.); qeyri-mövzun 1) mütənasib olmayan; 2) ədəbiyyatda: vəzni olmayan // vəznə uyğun gəlməyən // vəzni pis olan; 3) riyaziyyatda: simmetrik olmayan; 4) musiqidə: ritmsiz, ritmi olmayan, qulağa pis gələn; qeyri-mücaz icazəsi olan; qanuni, leqal; qeyri-müfid faydalı olmayan; faydasız; qeyri-mükəffən kəfənsiz; qeyri-mükərrər təkrar edilməyən; qeyri-münbit münbit olmayan, məhsul verməyən; qeyri-münsərif 1) uzaqlaşmayan, aralanmayan; 2) getməyən; qeyri-müntəşir 1) çap edilməyən, nəşr edilməyən; 2) yayılmayan; 3) yazılmayan; qeyri-müntəzir gözlənilməyən; qeyri-mürəttəb 1) qaydaya salınmamış; qanunsuz; 2) səliqəsiz, səliqəyə uyğun gəlməyən; qeyri-müsəlləh silahsız, yaraqsız; qeyri-müstəqim 1) əyri; 2) düzünə olmayan, dolayısı ilə; qeyri-mütəarif 1) adətdən kənar, adətə zidd olan; 2) işlənməyən; qeyri-mütənahi 1) sonu olmayan, sonsuz; 2) həddi-hüdudu olmayan; ucsuz-bucaqsız; 3) məhdud olmayan; qeyri-mütərəqqib 1) ümid olunmayan; gözlənilməyən; 2) nəzərdə tutulmayan; qeyri-mütəcaviz 1) təcavüz etməyən; 2) həddi-hüdudu aşmayan, çığırından çıxmayan; 3) üstün olmayan; 4) m. dinc, sakit; qeyri-müvafiq müvafiq olmayan, münasib olmayan; qeyri-müvəccəh üzürsüz, qəbulu mümkün olmayan; qeyri-səhih doğru olmayan, düzgün olmayan; səhv, yanlış; qeyri-şafi inandırıcı olmayan, düzgün olmayan // qane etməyən; qeyri-züfəqar zoologiyada: bel sümüyü olmayan; onurğasız.

QEYDKEŞ
QEYRƏ

Digər lüğətlərdə