QEYRİ


1. qoş. Başqa. Səndən qeyri. Ondan qeyri. Əhməddən qeyri heç kəsin yazısı hazır deyil.
– Ey sevdiyim, səndən qeyri kimim var? M.V.Vidadi.

// Sif. mənasında.
Bahadır qeyri bir halətdə idi. N.Nərimanov.

2. sif. Özgə, yad, kənar, başqa. Qeyri adamlara içəri daxil olmaq qadağandır. Qeyri şəxslərin bilməsinə icazə yoxdur.
// sif. Kənar, işə, məsələyə aid olmayan. Qeyri söhbətlərlə vaxtını almaq.
– Heç o körpə olmasaydı; Bəlkə səni görməzdim mən; Qəbristanı ev etsən də; Qeyri məna verməzdim mən. M.Araz.

3. is. Başqa adam, başqası.
// Cəm şəklində: qeyriləri – başqaları, digərləri, o biriləri. Qoy qeyrilərinə də dərs olsun. Elmi işçiləri, yazıçıları və qeyrilərini də bu işə cəlb etmək lazımdır.
– Qonşuların cəhd eləsə sənətə; Yetsə də qeyriləri hürriyyətə; Vermə qulaq söhbəti-milliyyətə… M.Ə.Sabir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QEYRİ qeyri bax l.başqa 1,2; 2. yad I; 3. savayı
  • QEYRİ başqa — savayı (qoşma)
  • QEYRİ yad — özgə — kənar — başqa

Omonimlər

  • QEYRİ QEYRİ I sif. [ ər. ] Özgə, yad, kənar, başqa. Bahadır qeyri bir halətdə idi (N.Nərimanov). QEYRİ II qoşma Seçilmə, fərqlənmə, əlavə mənalarında

Etimologiya

  • QEYRİ Ərəbcədən alınmadır. Türk dillərində onun yerinə dış kəlməsi işlədilib. Qeyri-qanuni sözü tuva dilində qanun dışında şəklində işlədilir
QEYRƏTSİZLİK
QEYRİ-...

Digər lüğətlərdə