QİSİM

is. [ ər. ]
1. Bütöv bir şeyin ayrı-ayrı parçası; hissə. Məhsulun bir qismi toplanmışdır. Mətnin bir qismi yığılmışdır. İşin çox qismi görülmüşdür.
– Günlərimin bir qismini də Kərim baba ilə keçirirdim. A.Şaiq.
Çocuqların bir qismi oynayır, bir qismi dənizdə çimirdi. S.Hüseyn.

2. Növ, cür.
[Şah:] Aya sizin rəyinizə görə mən nə qisim tədbir ilə bu hadisəni öz vücudumdan dəf edə bilərəm? M.F.Axundzadə.
Məlum şeydir ki, burada İsmayıl bəyin cavabı iki qisim ola bilərdi: ya hə, ya yox… C.Məmmədquluzadə.
Bir qisim adamlar da Səttarzadənin müsamirəsinə iş üçün gələnlərdir. Mir Cəlal.

Синонимы

  • QİSİM qisim bax 1. hissə 1; 2. növ 1
  • QİSİM hissə — parça
QİSASÇILIQ
QİSİM-QİSİM

Значение слова в других словарях

анони́мно бра́нивать взга́дывать вьетна́мцы оха́почка произраста́ние эре́кция апа́ш в ве́чер изжёвывать многосло́жность расчёска тайцзицюа́нь ультразвуково́й губернатор мадам candlestick chiefly coverage pawk superficiary thearchy гранитный передвинуться чур