QİSMƏT

Ərəb sözüdür, təqsim, Qasım, qism sözləri ilə kökdaşdır, “pay” mənasında işlə­dilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QİLU-QAL
QİTƏ
OBASTAN VİKİ
Qismət
Qismət — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Bu adı olan tanınmış insanlar Qismət Məmmədzadə — Müğənni. Qismət (yazıçı) — Azərbaycan yazıçısı.Bu təxəllüsü olan tanınmış insanlar İlahə Qismət — Bəstəkar, Qara Qarayev təqaüdçüsü, simfonik dirijorDigər Qismət (riyaziyyat) — Ədədin ədədə bölünməsindən alınan ədəd. Qismət (nəşriyyat) — Azərbaycanda nəşriyyat.
Qismət (riyaziyyat)
Qismət - Bölmənin üçüncü komponenti. Ədədi ədədə böldükdə alınan ədəd bu ədədlərin qisməti adlanır.
Qismət (yazıçı)
Qismət Elçin oğlu Rüstəmov (15 mart 1986, Bakı) — azərbaycanlı şair, tərcüməçi, esseist. Prezident təqaüdçüsü. == Həyatı == Qismət Elçin oğlu Rüstəmov 1986-cı il martın 15-də Bakı şəhərində anadan olub. 1991–2002-ci illərdə Bakı şəhərindəki 70 saylı məktəb-liseydə təhsil alıb. == Təhsili == 2003–2007-ci illərdə Odlar Yurdu Universitetinin "Jurnalistika" fakültəsində təhsil alıb. 2007–2009-cu illərdə həmin fakültənin magistratura pilləsini bitirib. 2018-ci ildən Azərbaycan Dillər Universitetinin "Xarici ölkələr ədəbiyyatı" kafedrasının dissertantıdır. == Fəaliyyəti == Qismət Rüstəmov müxtəlif illərdə Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, sim-sim.az ədəbiyyat saytının baş redaktoru, Azərbaycan Dillər Universitetinin dissertantıdır. == Kitabları == 2010-cu ildə "525 kitab" seriyasından "Vitrin" şeirlər kitabı çap edilib.2011-ci ildə isə "Qanun" nəşrlər evinin "Ən yeni ədəbiyyat" seriyasından "Meqapolis hüznləri" adlı şeir kitabları çapdan çıxıb.2016-cı ildə Azərbaycan Yaradıcılıq Fondunun Kitabxanası seriyasından "Gələcəyin tarixi" adlı esselər kitabı çap olunub.2020-ci ildə Türkiyədə "Geleceğin tarihi" adlı seçmə esselər kitabı çapdan çıxıb.
Qismət Alıyev
Qismət Qardaşxan oğlu Alıyev (24 oktyabr 1996-cı ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Qəbələ === Alıyev Qəbələ FK akademiyası vasitəsilə inkişaf etmişdir. Alıyev əsas komanda ilə debütünü 30 yanvar 2016-cı ildə etmişdir. O, 77-ci dəqiqədə Kəpəz PFK klubu ilə qarşılaşmada Vadim Abdullayevi əvəz etmişdir. Həmin görüşdə Qəbələ Azərbaycan Premyer Liqası görüşündə Kəpəzə 3-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 2 Mart 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Qismət Heydərov
Qismət İsmayıl oğlu Heydərov (20 iyul 2002, Goranboy, Azərbaycan — 4 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qismət Heydərov 20 iyul 2002-ci ildə Goranboy rayonunda dünyaya göz açıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qismət Heydərov Füzulinin azad edilməsində savaşıb. Qismət Heydərov oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Gəncə Şəhidlər Xiyabanında dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qismət Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qismət Heydərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qismət Heydərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Qismət Həməşəyev
Qismət Oruc oğlu Həməşəyev (3 noyabr 1988, Rostov, Yaroslavl vilayəti – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qismət Həməşəyev 1988-ci il noyabrın 3-də Rusiya Federasiyasının Rostov şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Qismət Həməşəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qismət Həməşəyev oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qismət Həməşəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Qismət Həməşəyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qismət Həməşəyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qismət Məmmədzadə
Qismət — Müğənni. == Həyatı == Qismət Məmmədzadə 1980-cı il aprel ayının 20-də Bakı şəhərində, Ramazan və Səfagül Məmmədzadələrin ailəsində ikinci övlad olaraq dünyaya gəldi. Adını ata babası Bayram kişinin istəyi ilə Qismət qoydular. Ailədə ata və ana tərəfinin musiqiçi olması onun da uşaq yaşlarından musiqiyə həvəs göstərməsinə səbəb oldu. Kiçik yaşlarından müxtəlif konsertlərdə, şənliklərdə çıxış edən Qismətin ilk televiziya çıxışı 1992-ci ildə televiziya ilə yayınlanan "Sübh şəfəqləri" müsabiqəsində oldu və 1993-cü ildə Qismət o müsabiqənin vokal üzrə qalibi seçildi. Elə o vaxtlar həmin müsabiqədə münsiflər heyətinin sədri olan mərhum bəstəkar Əfsər Cavanşirov Qismətin heç bir musiqi təhsili olmadan belə gözəl oxumasını görüb onu "Bənövşə" uşaq xoruna qəbul etdi. Bir neçə il orda oxuyan Qismət bu arada o vaxtlar fəaliyyət göstərən və tanınmış qarmon ifaçısı Xanlar Cəfərovun rəhbəri olduğu "Ümid" ansamblının müşayətiylə bir neçə mahnılar yazdırıb efirdə və radioda ara sıra ifa edirdi. Bir müddətdən sonra keçid dövrü və səs dəyişkənliyi ilə əlaqədar olaraq oxumağı dayandırdı. 1996-1997-ci illərdə yenidən oxumağa başladı. Amma artıq televiziya ekranlarına çıxa bilmirdi.
Qismət Qardaşxanov
Qismət Qərib oğlu Qardaşxanov (30 avqust 1994; Birinci Mahmudlu, Füzuli rayonu, Azərbaycan — 5 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qismət Qardaşxanov 30 avqust 1994-cü ildə Füzuli rayonunun Birinci Mahmudlu kəndində anadan olmuşdur. == Hərbi xidməti == Qismət Qardaşxanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Qismət Qardaşxanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Qismət Qardaşxanov 5 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qismət Qardaşxanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qismət Qardaşxanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qismət Qardaşxanov öllümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qismət Qardaşxanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qismət Qardaşxanov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qismət Qasımov
Qismət Yolçu oğlu Qasımov (5 mart 1993; Göyçay, Azərbaycan — 25 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qismət Qasımov 1993-cü il martın 5-də Göyçay rayonunun Məlikkənd kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Qismət Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Qismət Qasımov oktyabrın 25-də şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qismət Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qismət Qasımov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Qismət Rüstəmov
Qismət Elçin oğlu Rüstəmov (15 mart 1986, Bakı) — azərbaycanlı şair, tərcüməçi, esseist. Prezident təqaüdçüsü. == Həyatı == Qismət Elçin oğlu Rüstəmov 1986-cı il martın 15-də Bakı şəhərində anadan olub. 1991–2002-ci illərdə Bakı şəhərindəki 70 saylı məktəb-liseydə təhsil alıb. == Təhsili == 2003–2007-ci illərdə Odlar Yurdu Universitetinin "Jurnalistika" fakültəsində təhsil alıb. 2007–2009-cu illərdə həmin fakültənin magistratura pilləsini bitirib. 2018-ci ildən Azərbaycan Dillər Universitetinin "Xarici ölkələr ədəbiyyatı" kafedrasının dissertantıdır. == Fəaliyyəti == Qismət Rüstəmov müxtəlif illərdə Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, sim-sim.az ədəbiyyat saytının baş redaktoru, Azərbaycan Dillər Universitetinin dissertantıdır. == Kitabları == 2010-cu ildə "525 kitab" seriyasından "Vitrin" şeirlər kitabı çap edilib.2011-ci ildə isə "Qanun" nəşrlər evinin "Ən yeni ədəbiyyat" seriyasından "Meqapolis hüznləri" adlı şeir kitabları çapdan çıxıb.2016-cı ildə Azərbaycan Yaradıcılıq Fondunun Kitabxanası seriyasından "Gələcəyin tarixi" adlı esselər kitabı çap olunub.2020-ci ildə Türkiyədə "Geleceğin tarihi" adlı seçmə esselər kitabı çapdan çıxıb.
Qismət qılıncı
Qismət qılıncı (pol. Miecz przeznaczenia) — Polşa yazıçısı Andjey Sapkovskinin fentezi janrında yazdığı və ümumi personaj – cadugər Riviyalı Geraldın iştirakı ilə birləşdirilən hekayələr toplusudur. Həm xronologiya, həm də yazılma vaxtına görə “Qismət qılıncı” Cadugər seriyasından olan ikinci əsərdir. Bu kitabda Geralt ilk dəfə Siri ilə qarşılaşır və qismətini tapır. Kitab ilk dəfə polyak dilində 1992-ci ildə nəşr edilmişdir. İngilis dilində ilk nəşr 2015-ci ilə aiddir. == Məzmunu == Antologiyaya daxil olan aşağıdakı hekayələr xronoloji olaraq bir-biri ilə az əlaqəlidir: Mümkün olanın sərhəddi (pol. Granica możliwości) Buz qəlpəsi (pol. Okruch lodu) Əbədi alov (pol. Wieczny ogień) Bir qədər qurban (pol.
Qismət Əliyev
Qismət Qardaşxan oğlu Alıyev (24 oktyabr 1996-cı ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Qəbələ === Alıyev Qəbələ FK akademiyası vasitəsilə inkişaf etmişdir. Alıyev əsas komanda ilə debütünü 30 yanvar 2016-cı ildə etmişdir. O, 77-ci dəqiqədə Kəpəz PFK klubu ilə qarşılaşmada Vadim Abdullayevi əvəz etmişdir. Həmin görüşdə Qəbələ Azərbaycan Premyer Liqası görüşündə Kəpəzə 3-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 2 Mart 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Taleyin qisməti beləymiş (film, 1996)
== Məzmun ==

Digər lüğətlərdə

безборо́дый вы́давиться гра́мотная заражённость конкретиза́ция ме́диа народолю́бие сослужи́вец ушни́к горбы́ль неумо́лчный фило́нить addend Boomer State clip drop through erose Pap test psycho- shearman urinal верховод онанист спина укладывать