qisvət 2021
qişaaltı
OBASTAN VİKİ
Ağlı qişa
Selikli qişa
Selikli qişa (lat. tunica mucosa) — yumşaq, nəm, bir çox nahiyələrdə büküşlü, çəhrayı və tünd qırmızı rəngdə olur, artıq dərəcədə genəlmə qabiliyyətinə malikdir. Əsasını lifli birləşdirici toxumadan əmələ gəlmiş xüsusi səfhə - lat. lamina propria mucosae təşkil edir; boşluğa baxan səthi müxtəlif şəkilli (yastı və silindrəbənzər) epitel ilə örtülüdür. Çoxqatlı yastı epitel ilə örtülü olan nahiyələrdə lifli birləşdirici toxumadan məməciklər - lat. papillae əmələ gəlir. Selikli qişanın bəzi nahiyələrində saya əzələ liflərindən təşkil olunmuş əzələ səfhəsində - lat. laminamuscularis mucosae təsadüf olunur. Selikli qişa həzm və tənəffüs aparatında ağız boşluğunu, ağız vəzilərinin axacaqlarını, əsnəyi, udlağı, eşitmə borularını və onun əlavə boşluqlarını (ciblərini), göz yaşı-burun axacaqlarını, qırtlağı, nəfəs borusunu, bronxları, qida borusunu, mədəni, bağırsaqları, ödlüyü, öd axacaqlarını və pankreas axacağını örtür. Sidik-cinsiyyət aparatında isə bu qişa sidik üzvlərindən böyrək ləyənini, sidik axarlarını, sidikliyi və sidik kanalını, kişi cinsiyyət üzvlərindən - xaya artımları axacaqlarını, toxum kisəciklərini və qadın cinsiyyət üzvlərindən - uşaqlıq borularını, uşaqlığı və uşaqlıq yolunu örtür.Selikaltı qat - lat.
Seroz qişa
Seroz qişa – lat. tunica serosa və ya xarici birləşdirici toxuma qişası – lat. tunica adventitio həzm kanalının ən xarici qişasını təşkil edir. Bu qişa əzələ qişası ilə nazik, kövşək birləşdirici toxuma təbəqəsi – serozaltı toxuma – lat. tela subserosa vasitəsilə rabitədədir. seroz qişa həzm kanalının bəzi hissələrini məsələn: mədəni, bağırsaqları xaricdən örtmüşdür. Bu çox nazik, şəffaf, hamar və seroz maye ifraz edən bir qişadır; qarın boşluğuna baxan səthi bir qatlı yastı mezodermal epitel (mezotel) ilə örtülüdür. Bu qişanın əsasını lifli birləşdirici toxuma səfhəsi təşkil edir; bu səfhə az, ya çox miqdarda elastik liflərə malik sərt birləşdirici toxumadan təşkil olunmuşdur. Seroz qişa üzvləri örtdüyü kimi, bəzi boşluqların divarlarını əhatə edir, ona görə iki səfhəyə bölünür: 1) visseral səfhə – lat. lamina visceralis üzvləri örtən səfhə və 2) parietal səfhə – lat.
Onurğa beyni qişaları
Onurğa beyni xaricdən daxilə doğru üç qişa (lat. meninges medullae spinales) ilə əhatə olunmuşdur: 1) onurğa sərt qişası – lat. dura mater spinalis; 2) onurğa beyninin hörümçək torunabənzər qişası – lat. arachnoidea spinalis və 3) onurğa beyninin yumuşaq qişası – lat. pia mater spinalis. Onurğa beyni və beyin qişaları mezenximdən inkişaf edir. Rüşeym 9 mm boyda olarkən sinir borusu mezenxim toxuması qatı ilə əhatə olunur; bu qata mərkəzi sinir sisteminin ilk qişası – lat. meninx nervosa primitiva deyilir. Rüşeym 20 mm boyuna çatarkən ilk qişa iki səfhəyə ayrılır: xarici səfhə – lat. exomeninx və daxili səfhə – lat.
Qişalılar (Tunicata)
Ürəyin daxili qişası
Endokard (lat. endocardium — daxili qişa) — ürək divarının daxili təbəqəsi.

Digər lüğətlərdə

заарка́нивать локализова́ться оско́минный отопи́ть расхлёбываться теорети́ческий ультрапра́вый волни́стый попугай извести́ться культма́ссовый психогигие́на содо́мский вал гарнировать лафит confederation Debbie façon de parler gelatinous Podsnap stargaze каникулы поодаль фотокопия шкаф