QLADİATOR

Qədim romalılardan şimalda yaşayan etrusk xalqının bir adəti var idi: döyüşçülər sona qədər, yəni biri o birini öldürənə qədər vuruşurdular. Çox güman, bu adətin kökündə etruskların etiqad etdikləri din dayanırdı. Onlar ölümü müqəddəsləşdirdiklərindən, ola bilsin, hesab edirdilər ki, vəfat edən çarın ruhu axirət dünyasına döyüşçülərinin ruhlarının müşayiətində getməlidir. Döyüşçülərin ruhlarını əldə etmək üçün ən yaxşı fürsət isə çarın dəfn mərasimi idi.

Bu adət etrusklardan romalılara keçdi, amma onlar bu adətə bəzi dəyişikliklər etdilər. İndi bu, hərbi əsirlərin iştirakı ilə amansız bir əyləncə idi. Bizə xəbəri çatan ilk belə şou e.ə. 264-cü ildə baş tutubmuş. Belə yarışlar zamanı döyüşçülər, əsasən, “qladius” adlanan qısa Roma qılınclarından istifadə edirdilər. Buna görə də həmin döyüşlərin iştirakçılarını qladiator adlandırmağa başladılar.

Bu söz bizim zamanlara qədər gəlib çatıb və bir-biri ilə ölüm-dirim mübarizəsi aparanlara deyilir. (Ayzek Azimov. Sözlərin tarixi)

QİYASƏDDİN
QLAUKONİT

Значение слова в других словарях