qladiator
qlaukoma
OBASTAN VİKİ
Qladiolus
Qladiolus (lat. Gladiolus) — süsənkimilər fəsiləsinə aid bitki cinsi, çoxillik soğanağlı bitkidir eyni zamanda qılınca bənzər yarpaqlarına görə (lat. gladius) "qılınc" adlandırılır. == Tarixi == Bizim eramızdan 300 il əvvəl Yunanlılar bu gülü buğda tarlalarında bitən alaq otu hesab etsələr də, Qədim Romada bu gözəl güllər bütün bağları bəzəyirdi. Bu bitki haqqda ilk məlumat Qədim Roma taxində rast gəlinib. Qədim Romalıların inancına görə, əgər gülün soğancası boyundan amulet kimi asılarsa bu nəinki döyüşdə qalib gəlməyə kömək edər, həttda ölümdən qoruyar. Qladiolusu qida kimi də istifadə ediblər. Qladiolus Romalılarda qladiatorların (lat. Gladiator) gülü hesab olunub. == Coğrafi ərazi == Coğrafi baxımdan qladiolus geniş yer əhatə etsədə, bu bitkinin vətəni Afrikanın tropik və subtropik zonası, Aralıq dənizidir.
Adi qladiolus
Adi qladiolus və Adi qarğa soğanı (lat. Gladiolus communis) - qladiolus cinsinə aid bitki növü. == Morfoloji təsviri == Hündürlüyü 50-70 sm olan bitkidir. Soğanağı yumurtaşəkilli-dəyirmidir; pulcuqları kobud liflidir, yuxarı hissədə torludur. Gövdəsi kifayət qədər nazikdir. === Yarpaq === Yarpaqlar 2 ədəd, bəzən 3 ədəd olur, yaşıl rəngdədir, xətli-qılıncvaridir, eni 0,5-1,5 sm, 3 ədəd nəzərə çarpan damarı vardır. === Çiçək === İyun ayında çiçəkləyir. Sünbüldə çiçəklərin sayı 2-3 ədəddir, həmişə birtərəfli düzülmüşdür. Çiçəkyanlığı fırfır-bənövşəyi, və ya tünd-fırfır bənövşəyi rəngdədir. === Meyvə === Qutucuq oval-ellipsşəkillidir.

Digər lüğətlərdə

великоро́сска взбаламу́тить ландштурми́ст нетяжёлый нефтя́нка сду́нуть серебрецо́ стихокропа́тельница тевто́нский узо́рочье нагороди́ть понаро́шке улучше́ние устыди́ться фина́нсы вятичи тальреп тюрлюрлю bulking glassy-eyed gup steppe бей выдёргивать неугодный