QLADİOLUS
QLİSERİN
OBASTAN VİKİ
Qlaukoma
Qlaukoma - Göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlik. Xalq arasında göz təzyiqi və ya qarasu olaraq adlandırılan qlaukoma dünyada 45 milyon insana təsir etmiş bir göz xəstəliyidir. Müalicə edilmədiyi halda korluq ilə nəticələnir. Xəstəliyin müalicəsi zamanı əsas məqsəd gözdaxili təzyiqin normada saxlanılması və artmasına imkan verilməməsidir. Yaş, nəsildə və ya ailədə qlaukomanın olması və şəkər xəstəliyi kimi hallar qlaukomanın formalaşması üçün əsas risk faktorlarından hesab olunur. 40 yaşından yuxarı hər 40 nəfərdən birində qlaukomaya rast gəlinir. Xəstəliyin var olduğu 20 nəfərdən biri isə qlaukoma səbəbindən görmə qabiliyyətini itirir. Qlaukoma səbəbindən görmə qabiliyyətini itirən 7 milyondan çox insan vardır. Bu insanlar əsasən müalicə və müayinə imkanlarının məhdud olduğu Afrika qitəsində yerləşən ölkələrdə yaşamaqdadır. Afrika və Asiyada xəstəliyin geniş yayılmasının digər əsas səbəblərindən biri insanların normadan artıq günəş şualanmasına məruz qalmasıdır.

Digər lüğətlərdə

гарниту́рный до встре́чи злоде́йский зурна́ч комиссова́ние коря́ки небезвы́годно паро́к подшиби́ть бустила́т нако́лка подгру́док профе́ссор серебре́ние apologetics boom off May Day sodoku алфавит брезжить вековой медянка познабливать порубка продержаться