qlaukoma
qliserin
OBASTAN VİKİ
Qlazqo
Qlazqo (ing. Glasgow [ˈɡlɑːzɡoʊ], ş.german Glesga, şot.kelt Glaschu [ˈkɫ̪as̪xu]) — Şotlandiyanın ən böyük şəhəri və əhalisinin sayına görə Böyük Britaniyada (London, Birminhem və Lidsdən sonra) dördüncü ən böyük şəhər. Şəhər Qlazqo regionunun inzibati mərkəzidir. Qlazqo Böyük Britaniyanın şimal-qərb hissəsində yerləşir və Klayd çayının qərb sahilləri boyu uzanır. VI əsrin ortalarında qurulan Qlazqo, orta əsrlərdə Şotlandiyanın ən əhəmiyyətli dini və təhsil mərkəzlərindən biri hesab edilirdi. XVIII əsrin sənaye inqilabı Qlazqonu Böyük Britaniyada ən böyük sənaye mərkəzlərindən (xüsusilə gəmiqayırma sahəsində) birinə çevirdi, və növbəti əsrdə şəhərin çiçəklənən iqtisadiyyatı Qlazqonu İmperiyanın ikinci şəhərinə çevirmişdi. Çoxlu sayda parkları, xiyabanları, saray və qədim kilsələri bu şəhərə xüsusi gözəllik verir. Qlazqo, tarixi abidələri və heyrətamiz memarlıq inciləri ilə Avropanın mədəniyyət paytaxtı titulunu daşıyır. == Tarix == === Etimologiya === Romalılar Britaniyanı fəth edən dövrdə, Qlazqo olan qəsəbə Kethyurs (ing. Cathures) adlanırdı.
Qlazqo (Montana)
Qlazqo — Amerika Birləşmiş Ştatlarının Montana ştatının Valley qraflığında şəhər. == Demoqrafiya == 2020-ci il aprelin 1-də aparılan siyahıyaalmaya əsasən əhalisi 3202 nəfər təşkil edir.
Qlazqo Universiteti
Qlazqo Universiteti (ing. University of Glasgow) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən, Böyük Britaniyanın ən qədim və nüfuzlu tədqiqat universitetlərindən biri.Əsası Şotland kralı II. Ceymsin müraciətindən sonra, 1451-ci ildə Papa V. Nikolayın Qlazqoda bir universitet qurulması üçün verdiyi rəsmi razılıq ilə qoyulmuşdur. Beləliklə, Qlazqo Universiteti Şotlandiya krallığında qurulmuş ikinci, Britaniya İmperiyasının isə hüdudları daxilində fəaliyyətə başlayan dördüncü ən qədim ali təhsil müəssisəsi olmuşdur. Universitet tarixən Şotlandiya maarifçiliyinin intellektual potensialını təmin edən əsas institutlardan biri kimi ön plana çıxmışdır. Hazırda, 9 institut və 4 kollec başda olmaqla, ümumən 3 kampusda yerləşən 33 elmi vahiddə dünyanın 140 ölkəsindən bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alan 30.805 tələbəsi vardır. Ümumi büdcəsi 1 milyard ABŞ dollarını aşan Qlazqo Universiteti, Böyük Britaniya iqtisadiyyatına 4.4 milyard funt sterlinq həcmində töhfə verir.Qlazqo Universiteti Times Higher Education jurnalı tərəfindən müxtəlif göstəricilər üzrə 2020-ci ilin ən mütərəqqi ali təhsil ocağı seçilmiş, 2022-ci ildə isə yaratdığı elmi təsirə görə dünyanın ilk 20 universiteti arasında göstərilmişdir. The Times qəzetinin sıralamasına görə isə Şotlandiya üzrə 2022-ci ilin universiteti seçilmişdir. Mütəmadi olaraq dünyanın ən nüfuzlu 100 universiteti arasında olan Qlazqo Universiteti, CWTS Leiden Ranking-in 2020-ci il sıralamasına görə qlobal miqyasda 53-cü yerdə, QS World University Rankings-in eyni il üçün təqdim etdiyi dünya sıralamasında isə 60-cı yerdə qərarlaşmışdır. Bundan əlavə, Böyük Britaniya üzrə milli ali təhsil müəssisələri reytinqində ilk onluqda yerləşir.Qlazqo Universiteti Böyük Britaniyadakı ən nüfuzlu və aparıcı tədqiqat universitetlərinin təmərküzləşdiyi Rassell qrupunun, o cümlədən qabaqcıl universitetlərin beynəlxalq elmi-tədqiqat assosiasiyası olan Universitas 21-in qurucu üzvüdür. Universitet nəzdnindəki tədqiqat prosesi "Tədqiqat Mükəmməlliyi Çərçivəsi"nin müəyyənləşdirdiyi xüsusi standartlara əsasən təşkil olunur və aparılan tədqiqatların 81%-i "Dünya miqyaslı" kateqoriyasında səciyyələndirilir.
Qlazqo kafedralı
Qlazqo kafedralı (ing. Glasgow Cathedral), bəzən Hay Kirk of Qlazqo (ing. High Kirk of Glasgow), Sent Kentigerns (ing. St Kentigern's) və ya Sent Manqo Kafedralı (ing. St Mungo's Cathedral) – Şotlandiyanın Qlazqo şəhərinin şərq hissəsində yerləşir. == Tarixi == 1136-ci ildə, kral I Devidin iştirakı ilə Sent Manqo Kafedralının yerində kafedral inşa olunmuşdu. Yanğın sonrası kafedral yenidən tikilmişdir və 1197-ci ildə təqdis edilmiş, və növbəti iki əsrlərdə təmir olunmuşdu.
Qlazqo metropoliteni
Qlazqo metropoliteni (ing. Glasgow Subway) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən dünyanın ən köhnə metrolarından biridir. 1896-cı ildən fəaliyyət göstərən və tək xəttdən ibarət olan Qlazqo metropoliteni (London və Budapeştdən sonra) dünyanın üçüncü ən qədim metrosu sayılır. İlk dəfə metro xətti 1970-ci ildə, sonuncu dəfə isə 2011-ci ildə tamamilə modernləşdirilmişdir. Hər il Qlazqo metrosunu 13 milyon insan işlədir. Metro yerli sakinlər tərəfindən "Qurulan portağal" (ing. The Clockwork Orange) kimi tanınır.
Qlazqo metrosu
Qlazqo metropoliteni (ing. Glasgow Subway) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən dünyanın ən köhnə metrolarından biridir. 1896-cı ildən fəaliyyət göstərən və tək xəttdən ibarət olan Qlazqo metropoliteni (London və Budapeştdən sonra) dünyanın üçüncü ən qədim metrosu sayılır. İlk dəfə metro xətti 1970-ci ildə, sonuncu dəfə isə 2011-ci ildə tamamilə modernləşdirilmişdir. Hər il Qlazqo metrosunu 13 milyon insan işlədir. Metro yerli sakinlər tərəfindən "Qurulan portağal" (ing. The Clockwork Orange) kimi tanınır.
Qlazqo (dəqiqləşdirmə)
Qlazqo — Qlazqo (Montana) — Amerika Birləşmiş Ştatlarının Montana ştatının Valley qraflığında şəhər.
Qlazqo Kaledoniya Universiteti
Qlazqo Kaledoniya Universiteti (ing. Glasgow Caledonian University) — 1993-cü ildə Şotlandiyada qurulmuş dövlət universiteti. == Reytinqi == 2021-cu ildə Qlazqo Kaledoniya Universtiteti Times Higher Education reytinqinə görə qlobal miqyasda 601-800 arasında yerləşir.
Qlazqo mərkəz məscidi
Qlazqo mərkəz məscidi (ing. Glasgow Central Mosque) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən mərkəzi məscid. Məscid 1983-cü ildə inşa edilib. İş adamı Məhəmməd Tufail və şəhərdə yaşayan müsəlman icmasının maliyyə vəsaiti hesabına inşa edilən məscid 3 milyon funt sterlinqə başa gəlib. Qlazqo mərkəz məscidi ənənəvi ərəb memarlığı üslubunda inşa edilib. Xarici quruluşu ilə fərqlənən məscidin bir minarəsi var. Edilən son əlavələrdən sonra bu gün məsciddə eyni anda 2.500 müsəlmanın ibadət etməsi mümkündür. Şəhərdə yaşayan İslam icmasının əsas görüş yeri olan Qlazqo məscidi İslam dini ilə bağlı müxtəlif bayramların keçirilməsi üçündə istifadə edilməkdədir. Qlazqo mərkəz məscidi Şotlandiya ərazisində yerləşən ən böyük məsciddir. Dini ibadətgah yerləşdiyi ərazinin bütün dini inanclı insanları üçün xidmət edir.
Qlazqo İncəsənət Məktəbi
Qlazqo İncəsənət Məktəbi — Böyük Britaniyanın görkəmli və istedadlı incəsənət xadimlərini yetirən məktəb. == Yerləşdiyi bina == "Qlazqo — İncəsənət məktəbi"nin binası 1897–1909-cu illərdə görkəmli şotland modernist rəssam və arxitektor Çarlz Renni Makintoşun layihəsi ilə tikilib. 2010-cu ildə binanı Böyük Britaniyada 175 ilin ən möhtəşəm arxitektura abidəsi adlandırıblar. === Binada yanğın === 2014-cü ilin may ayının 24-də yerli vaxtla saat 12:30–da binanın zirzəmisində proyeksiya aparatının partlaması nəticəsində əmələ gələn yanğın zamanı məktəbin tələbələri və müəllimləri dərhal təxliyə olunublar. Yanğın çox güclü olduğundan şəhərin bütün yanğınsöndürənləri mübarizəyə cəlb ediliblər. Onlar yanğınla 4 saata yaxın mübarizə aparıblar. Britaniya Krallıq İnstitutunun memarı Stiven Hodder Şotlandiyada baş verən yanğın hadisəsini ümumidünya faciə adlandırıb. Yanğın xidmətindən verilən xəbərdə buildirilib ki, yanğın söndürənlər hadisə zamanı əmlakın 70 faizini mühafizə edə biliblər. Alov binanın əsas təməlinə keçə bilməyib.
гидроста́т действи́тельная заде́рживать обеспоко́ивать объясни́ть разбу́ривать фрахтова́тель алмазосодержа́щий гадю́чка мотоцикли́ст окупа́ть побере́чь поте́рянность разворо́вываться ру́блик ты́ковка catamountain closed corporation deck ladder double-bottom ewery raphe smoking carriage жар-птица клише