qnu
qobelen
OBASTAN VİKİ
Qo
Qo (yap. 碁 iqo, çin. 围棋 veytsi, kor. 바둑 paduk), bəzən qalaqapı — Şərqi Asiyada tanınmış stolüstü oyun. Qədim Çində yaranmış və taxta lövhə üzərində keçirilən strateji dama oyununa bənzər. Qo iki nəfər ilə oynanılır. Qo oyunu üçün nəzərdə tutulmuş ənənəvi lövhə taxtadan olur və qoban adlanır. Daşlar lövhənin üzərində çəkilmiş bir-birinə perpendikulyar xətlərin kəsişmə nöqtəsində yerləşir. Daşlar linzayabənzər formada olur. Qonşu olan daşlar bir-birinə çox yaxın olur və hətta bir birinə toxunur.
Mançjou-qo
Mançjou-qo (yap. Manshū-koku; ing. Manchukuo) ― Çinin tarixi Mancuriya ərazisində Yaponiya İmperiyası tərəfindən yaradılmış kukla dövlət.
Qo Ara
Go Ara (kor. 고아라; 11 fevral 1990) — Cənubi Koreyalı aktrisa və modeldir. Ən çox "Sharp (2003)", "Toping to the Earth (2009)", "Reply 1994 (2013)", "You're All Surrounded (2014)", Hvaran (serial), "Black (2017)", "Ms. Hammurabi (2018)", "Haechi (2019)" və "Do Do Sol Sol La La Sol (2020)" seriallarındakı rolları ilə tanınır. == Həyatı == Qo, Cənubi Qyonsan (Gyeongsang), Cincu, Cənubi Koreyada anadan olub. Gənc yaşlarında, atası əsgər olduğu üçün daim Koreyanı gəzirdi. Orta məktəbdə oxuyanda bir dostu ona SM Entertainment istedad agentliyinə qatılmağı tövsiyə etdi. 2003-cü ildə SM Entertainment Teen Model Yarışmasının qalibi oldu. == Karyera == === 2003–2012: Başlanğıc və artan populyarlıq === Qo, 2003-cü ildə KBS yeniyetmə dramı Sharp-da qadın baş rolu Lee Ok-rim-i oynamaq üçün seçildi. İddialı və özünə güvənən orta məktəbli bir qız rolu, ani ulduzluğa səbəb oldu.
Qo Mojo
Qo Mojo (çin. 郭沫若) d.16 noyabr, 1892-ci il, Çin imperiyası, Sıçuan - 12 iyun, 1978, ÇXR, Pekin) - Çin tarixçisi, yazıçı və dövlət xadimi. == Həyatı == Qo Mojo 1892-ci il noyabr ayının 16-da Sıçuan əyalətində anadan olmuşdur. O, 1912-ci ildə orta məktəbi bitirib. 1923-cü ildə isə Yaponiyanın Kyuso Universitetində ali təhsil alır. 1927-ci ildə dövlət əleyhinə fəaliyyətinə görə Yaponiyaya köçməyə məcbur olmuşdur. 12 iyun, 1978-ci ildə Pekində vəfat edib. == Yaradıcılığı == Qo Mojo 1928-1932-ci illərdə "Çinin qədim tarixinə aid tədqiqatlar" adlı ilk əsərini çap etdirib tarixçi kimi məşhurluq qazanmışdır. Qo Mojo, 30-cu illərdə İn dövrünə aid sümük tapıntıları və tunc əşyaları ilə bağlı İn Çjou dövrünə aid çoxlu yazıların mətnini və onlara şərhlər çap etdirib, Çin tarixinin bir sıra qaranlıq səhifələrini işıqlandırmışdır. Bu əsərlər ona təkcə çində deyil, bütün dünyada şöhrət qazandırmışdır.
Qo Oiva
Qo Oiva (d. 23 iyun 1972) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Qo Şoutsin
Qo Şoutsin (çin. 郭守敬; 1231 – 1316, Xanbalıq) – çinli astronom, hidravlika mühəndisi, riyaziyyatçı və siyasətçi. Yuan sülaləsinin dövründə (1271–1368) yaşamışdır. Adam Şall fon Bell ondan o qədər təsirlənmişdi ki, onu "Çinin Tixo Brahesi" adlandırmışdı. Camal əd-Din onla əməkdaşlıq etmişdir. 1231-ci ildə Çinin Hebei əyalətində kasıb ailədə anadan olmuşdur. Əsasən babası Qo Yon tərəfindən böyüdülmüşdür. Babası Beş klassik, astronomiya, riyaziyyat və hidravlika kimi sahələrdə olan bilikləri ilə tanınan bir mütəxəssis idi. Şoutsin balaca yaşlarından intelektual bacarığını göstərməyə başlamışdı. Yeniyetmə olanda babasının üzərində işlədiyi su saatının eskizini tapmış və onun işləmə mexanizmini dərk etmişdir.
Ten-Qo əməliyyatı
Ten-Qo əməliyyatı (天號作戰, 天号作戦), bəzi mənbələrdə "Yamatonun son yürüşü kimi qeyd edilir — 6-7 aprel 1945 il tarixində İkinci Dünya müharibəsinin tərkib hissəsi olan dəniz döyüşü. Özünü məhv xüsusiyyəti daşıyan bu yürüş dünyanın ən böyük linkor gəmisi olan Yamatonun başçılığı ilə həyata keçirilmişdir. Bu hücumun kiçik donanma ilə həyata keçirildiyindən uğursuzluğu əvvəlcədən məlum olmuşdur. Hədəfləri isə Kamikadze hücumları ilə Okinavaya çıxarılmış amerikanların oradan çıxarılmadı olmuşdur. Amerikan aviasiyası Yamato ilə uğraşdığı dönəmdə digər gəmilər və qayıqlar kamikadze hücumları həuata keçirməli idi. Yamatonun batırılacağı yaponlara bəlli idi. Yanacaq yalnız bir istiqamətə üzməsinə yetərdi. Dənizçilər gəminin batırılacağı təqdirdə ondan üzən batareya kimi istifadə edərək adaya çıxmaqlarını düşünürdülər. == "Ten-qo" əməliyyatının reallaşması == 3 aprel saat 9:18 radələrində Kuredə yerləşən 2-ci donanmaya Birləşmiş donanmanın admiralı Soemu Toedo tərəfindən "Ten-iti-qo" ("Səma-1") əməliyyatlna başlamağı əmr edir. 2-ci donanmasının komandanı Seyiti İto şəxsən başçılıq edirdi.
"Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanı
"Azərbaycan Respublikası "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" == Döş nişanının təsis edilməsi barədə == 12 mart 2012-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 20-ci ildönümü tamam olur. Qoşunların şəxsi heyəti 1992–2012-ci illərdə vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması üzrə tapşırıqları yerinə yetirmiş, dövlət və dövlətçiliyimizə zidd cinayətkar qüvvələrə qarşı barışmaz mübarizə aparmış, ictimai sabitliyin, vətəndaşların konstitusiya hüquqlarının qorunmasını layiqincə təmin etmişdir. Xidməti vəzifələrinin, hərbi borcunun yerinə yetirilməsində və hərbi intizamın möhkəmləndirilməsində yüksək nailiyyətlər əldə etmiş hərbi qulluqçuların həvəsləndirilməsi məqsədilə "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında" Əsasnamənin 5.3.16-cı bəndini rəbər tutub.
"İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı
"İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı - SSRİ Ali Sovetinin 1 noyabr 1950-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı == Xarici keçidlər == "Медаль «За отличную службу по охране общественного порядка»". Ордена и медали СССР. 2012-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08 января 2008.
500 və daha çox qol vuran futbolçuların siyahısı
500 və daha çox qol vuran futbolçuların siyahısı — klub və milli peşəkar futbol oyunlarında 500 və ya daha çox qol vuran futbolçuları əhatə edir. Siyahıda RSSSF tərəfindən açıqlanan məlumatlardan istifadə olunmuşdur. Bu günə qədər 72 futbolçu 500-dən çox qol vurmuşdur. == Sıralama == Açar Təsdiq edilə bilməyən məlumatlar futbolçu məlumatlarına daxil edilməmişdir. Tünd rəngli hərfli futbolçular 21 dekabr 2022-ci il tarixinə aktiv futbolçulardır.
50 saylı Abşeron-Qobustan seçki dairəsi
50 saylı Qobustan-Xızı-Quba seçki dairəsi
50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi
Abbas mirzə Qovanlı-Qacar
Abbas Mirzə (tam adı: Abbas mirzə Qovanlı-Qacar), (20 avqust 1789, Amul, Mazandaran ostanı – 25 oktyabr 1833, Məşhəd) — Qacar taxt-tacının vəliəhdi == Həyatı == Abbas mirzə Fətəli şah oğlu (anası Asiyabəyim xanım Fətəli xan qızı Dəvəli) 1788-ci ildə Larican mahalının Nəva qəsəbəsində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi və təhsili almışdı. Ağaməhəmməd şahın göstərişi ilə vələhd seçilmişdi. Naibəssəltənə ləqəbi daşıyırdı. Abbas mirzə dörd yaşında ikən bilinməz xəstəliyə tutulmuşdu. Onun müalicəsi üçün atasının əmisi Ağaməhəmməd şah ölkənin dörd bir tərəfindən məşhur həkimləri saraya dəvət etmişdi. Həkimlər onun xəstəliyinin çarəsini tapa bilmədilər. Şahzadə idman və bədən tərbiyəsinin köməyi ilə yeniyetmə yaşında xəstəliyini dəf etdi. Ancaq 30 yaşından sonra əsəbi gərginlik, psixoloji durğunluq onu yenidən əski xəstəliyinə qaytardı. Abbas mirzə 1799-cu ildən Cənubi Azərbaycanın, 1833-cü ildən Kirmanın və Xorasanın valisi olmuşdu.
Abdulla Qoran
Abdulla Goran və ya Abdulla Qoran (kürd. عەبدوڵڵا گۆران) — İraq kürd şairi. == Həyatı == Abdulla Goran 1904-cü ildə İraqın Hələbcə şəhərində anadan olmuşdur. O, yerli məktəblərdə və Kərkükdə pedaqoji institutda təhsil almışdır. Goran Kərkükdə müəllim işləyərkən yeni dilləri, türk və Qərb ədəbiyyatını öyrənəmişdir. O, 1930-cu illərdə radikal siyasi və ictimai hadisələrdə iştirak etmiş, 14 iyul 1958-ci il inqilabına qədər tez-tez həbs edilmişdir. Goran iki kürd ləhcəsi olan kurmanc və soranı birləşdirərək vahid kürd ədəbi dili yaratmaq üçün çox səy göstərmişdir. Bundan əlavə, o, tərcüməçi olub, ingilis, fransız, fars və türk dillərindən kürd dilinə mətnləri tərcümə etmişdir. Abdulla Goran 1962-ci ildə Süleymaniyyə şəhərində vəfat etmişdir.
Abramtsevo Muzey-Qoruğu
Abramtsevo malikanəsi (tam adı: "Abramtsevo Dövlət Tarix, Bədii və Ədəbiyyat Muzeyi-Qoruğu") — Rusiyada, Moskva vilayətinin Sergiyev-Posad rayonunda, Moskvadan 60 km şimal-şərqdə, Vori çayının sahilində yerləşən muzey-qoruq. == Tarixi == Abramtsevo malikanəsi XIX əsrin ortalarından şöhrət qazanmışdır. Onun sahibləri 1843-cü ildən yazıçı Sergey Aksakov, 1870-ci ildən sənayeçi Savva Mamontov idi. Aksakovu yazıçılar İvan Turgenev, Mixail Zaqoskin, Nikolay Qoqol, Stepan Şvıryov, şair Fyodor Tyutçev, aktyor Mixail Şepkin, tarixçilər Timofey Qranovski and Mixail Poqodin, folklorşünas Aleksandr Gilferdinq, slavofillər Aleksey Xomyakov, İvan Kireyevski, Pyotr Kireyevski və başqa həməsrləri ziyarət etmişdir. İ. S. Turgenev, M. N. Zaqoskin, N. V. Qoqol, S. P. Şvıryov, şair F. İ. Tyutçev, aktyor M. S. Şepkin, tarixçilər T. N. Qranovski və M. P. Qranovski və M. P. Folles A., S. A., S. Poqolordinq A., S. S. Poqolorist A., V. S. Poqoloristlər ziyarət etmişlər. Kireevski, P. V. Kireevski və digər məşhur müasirləri. Nikolay Qoqol Abramtsevoya bir neçə dəfə baş çəkmiş və uzun müddət onun üçün xüsusi ayrılmış otaqda yaşamışdır. O, burada, 1849-cu ilin avqustunda "Ölü ruhlar"ın ikinci hissəsinin fəsillərini oxumuşdur.12 avqust 1977-ci ildə RSFSR Nazirlər Sovetinin qərarı ilə Abramtsevo Əmlak Muzeyi RSFSR Mədəniyyət Nazirliyinin Abramtsevo Dövlət Tarix, Bədii və Ədəbiyyat Muzey-Qoruğuna çevrilmişdir. 1995-ci ildə federal (ümumrusiya) əhəmiyyətli tarixi-mədəni irs obyektlərinə aid edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Абрамцево / А. У. Греков // А — Анкетирование [Электронный ресурс].
Abşeron qoyunu
Abşeron qoyunu — zooloji klassifikasiyasına görə uzun yağlı quyruq qurupa, təsərrüfat klassifikasiyasına görə yağlı quyruq, ətlik-yunluq-südlük, Qafqaz qrupuna mənsub, yarımqaba yunlu məhsuldar qoyun cinslərindən biri. Bu qoyunlar iri gövdəli, tez yetişən, yüksək keyfiyyətli ət, süd, yun verməsi, ekstremal iqlim şəraitinə dözümlü tez törəyib artan, il boyu təbiiotlaqlardan maksimum səmərəli istifadə edən, bu şəraitdəyüksək məhsul vermək imkanına malikdir. Otlaqda və bordaqda intensiv kökəlir.Abşeron heyvandarlıq təcrübə stansiyasınin aparıcı elmi işçisi, kənd-təsərüfatı elmləri namizədi Nəcəf Nəcəfov tərəfindən hazırlanmış materiallar əsasında aborigen cinslərin seleksiyasından özündə əcdadlarının – Qala qoyununun ən yüksək keyfiyyətlərini cəmləşdirmiş yeni yarım-qaba yunlu Abşeron qoyun cinsi yaradılmışdır. Abşeron cinsinin müxtəlif şəraitlərə adaptasiyası geniş olaraq sınaqlardan keçirilmiş, elmi şəkildə tədqiq edilərək onun yüksək rəqabət qabiliyyətliyi təsdiq edilmişdir. Abşeron qoyunu 29 iyun 2007-ci ildə Azərbaycan Damazlıq (Azərdamazlıq) şurasında cins kimi təsdiq edilmişdir. Abşeron qoyununun uzun yarımqaba yuna malik olması Azərbaycanda xalçaçılığın yüksək keyfiyyətli xammalla təmin olunması baxımından çox əhəmiyyətlidir. == Cinsin xarakteristikası == Cinsin istiqaməti – ətlik-yunluq-südlük Yunun növü – yarımqaba Yunun rəngi – açıq boz, ağımtıl Yunun təbii uzunluğu – 16-25 sm Yunun orta nazikliyi – 38,016 mkr Yunun sinfi: I-II sinif yarımqaba Yun məhsuldarlığı – 3,5-4 kq Diri çəkisi (kq): törədici qoçlarda – 60-70 ana qoyun – 45-50 === Eksteryer əlamətlər === Başı orta böyüklükdə, uzun sallaq qulaqlı, əksər qoyunlar və qoçlar buynuzsuzdur. Qoçlarda xırda buynuz ola bilər. Quzular doğulduqda qəhvəyi, kürən, boz və açıq-boz rəngdə olur. 6 aylıqda güzəm tünd rəngdən açıq-boz rəngə dəyişir,baş və ayaqların örtücü tükləri əvvəlki tünd rəngində qalır.
Acı-qovuqyarpaq xaçgülü
Senecio taraxacifolius (lat. Senecio taraxacifolius) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, açıq-yaşıl, xırda vəzili-tüklü bitkidir. Kökümsovu qısa, çəpdir. Gövdəsi 20- 50 sm hündürlükdə, düz, yuxarı hissədə qalxanvari-budaqlanandır. Aşağı yarpaqlar saplaqlı, 1-3 kənar hissəli, ürəkvariyumurtavari; orta və yuxarı kök yarpaqları saplaqlı və ya oturaqdır. Səbət 2-6 sayda, qalxanvari çiçəkqrupu, uzun ayaqcıqdadır. Sarğı yarımkürəvari, 12–15 mm uzunluqda; xarici yarpaqcıqlar az saydadır. Dilcikşəkilli çiçəklər narıncı-sarı rənglidir. Toxumcaları 5 mm uzunluqda, 1 mm enində, xətvari, şırımlı, çılpaq; kəkili açıq qəhvəyi rəngli, demək olar ki, toxumca ilə eynidir və ya bir az ondan uzundur.
Adamas Qolodets
Adamas Qolodets (rus. Адамас Голодец; 23 avqust 1933, Moskva – 7 aprel 2006, Moskva) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu. SSRİ idman ustası, RSFSR-nin əməkdar məşqçisi (1989). == Həyatı == 1933-cü ildə Moskvada anadan olmuşdur, onun valideynləri paytaxta 1930-cu ildə Klintsı şəhərindən köçmüşdülər. Böyük Vətən müharibəsi zamanı anası Lyubov İoffe (1904—1975) və qardaşları Varlen (1925—2012) və Yuri (1939 təvəllüdlü) ilə birlikdə Kamışlova təxliyə ediliblər. Atası, Qomel sakini Solomon Qolodets (1906—1941) cəbhəyə çağırılmış və 1941-ci ilin oktyabr ayında itkin düşmüşdür. Böyük qardaşı Varlen Kamışlov Piyada Məktəbini bitirdikdən sonra atası kimi cəbhəyə çağırılıb. O, sonralar peşəkar hərbçi olmuş və SSRİ Daxili İşlər Nazirliyinin Ali İstintaq Məktəbinin sosial elmlər kafedrasında müəllim kimi çalışmışdır. Adamas Qolodets 7 aprel 2006-cı ildə Moskvada vəfat edib. Vostryakov yəhudi qəbirstanlığında dəfn olunub.
Aksu-Cabaqlı qoruğu
Aksu-Cabaqlı qoruğu (qaz. Ақсу-Жабағылы қорығы; rus. Aксу-Жабаглинский заповедник) ― Mərkəzi Asiyanın ən qədim qoruğu. Qoruq Qazaxıstan Respublikasının cənub vilayətində yerləşir və Tyan-Şanın şimal-qərb dağ silsilələrini əhatə edir. Adı bölgədəki ən böyük çay olan Aksudan və ərazinin şimal hissəsində yerləşən Cabaqlı dağ silsiləsindən götürülmüşdür. == Coğrafiya == Aksu-Cabaqlı təbiət qoruğu qərbi Tyan-Şan dağlarında yerləşir. Ərazinin şərq sərhədini Qırğızıstan Respublikası, cənub sərhədini isə Maydantal çayının vadisi və Özbəkistan təşkil edir. Bölgə qərbdən Qızılqum, şimaldan isə Karatau dağları ilə əhatə olunmuşdur. Ərazi Cənubi Qazaxıstan vilayətindəki Tyul'kubaskiy və Lengerskiy rayonlarının inzibati bölgüsü daxilində yerləşir. Qoruq 131 934 hektar ərazini əhatə edir.
Akça Qoca
Akça Qoca — Osmanlı Dövlətinin qurucularından, Osman Qazinin silah yoldaşlarından olub, Orxan Qaziyə də lələlik etmişdir. == Həyatı == Təqribən 1320-ci ildə İzmit və ətraf ərazilərinin fəthi ilə vəzifələndirilmişdir. Akça Qoca Sakarya ətrafına və İzmitə etdiyi hücumlarda buralarda bəzi qalaları əldə etmiş Ayan gölü (indi Sapanca gölü) tərəfindəki palankanı (ətrafı xəndəklərlə qazılmış kiçik qala) alaraq özünə qərargah etmiş və daha sonra Ermənibazarı və Kandırını zəbt etmiş və tayfa bəylərindən Qonur Alp ilə birlikdə Aydos və Samandıranı almışdılar. Samandıra qalası Akça Kocaya mülk olaraq verilmişdir. İzmit ilə Üsküdar arasındakı bütün Türk müvəffəqiyyətləri Akça Qoca ilə Abdurrahman Qazinin fəaliyyətləri sayəsində təmin edilmişdir.Akça Qocanın vəfatı 1326-cı ildə sonra olub qəbri Kandırada bir təpə üstündədir. Bunun adına nisbətlə İzmit vilayətinə Kocaeli deyilmişdir. Respublika dövründə Düzceye 50 km məsafədəki Akça şəhərə Akçaqoca adı verilmişdir.Akça Qocanın oğlu Hacı İlyas və nəvəsi Gebze qazısı Fəzlullah, Osmanlı Dövlətində əhəmiyyətli xidmətlər etmişlər.
Aleks Qoqiç
Aleks Qoqiç (13 aprel 1994, Nikosiya) — Şotlandiya təmsilçilərindən olan "Sent-Mirren" klubunda müdafiəçi kimi çıxış edən peşəkar Kipr futbolçusu. == Şəxsi həyatı == Qoqiç serbiyalı peşəkar futbolçu Sinitsa Qoqiçin oğludur. == Klub karyerası == Qoqiç erkən illərində Yunanıstan klublarından olan Olimpiakos FK və Uels klublarından olan Suonsi Siti klublarında çıxış etmişdir. O, 2017-ci ilin fevral ayında Şotlandiya klublarından olan Hamilton Akademikal klubu ilə müqavilə imzalamışdır. == Milli karyerası == Qoqiç Kipr millisinin U-19 və U-21 komandalarında çıxış edir.
Aleksandr Qoldenveyzer
Аlеksаndr Aleksandoviç Qоldеnvеyzеr (29 yanvar (10 fevral) 1880, Kiyev – 6 iyul 1940, Portlend, Oreqon, ABŞ) — ABŞ etnoqrafı və antropoloqu. == Həyatı == O, şimаli irоkеzlər аrаsındа аpаrdığı tədqiqаtlаrlа yаnаşı, аntitəkаmülçü nəzəri əsərləri ilə də məşhurdur. Qоldеnvаyzеr öz nəzəri bахışlаrını «Еrkən sivilizаsiyа» kitаbındа tаm ifаdə еdir. О, bildirirdi ki, bəşəriyyətin vаhidliyi mədəniyyətlərin çохluğunu inkаr еtmir. Svilizаsiyаnın еlеmеntləri, yəni mədəni yеniliklər fərd tərəfindən yаrаdılır. Аmmа sivilizаsiyаnın sахlаnılmаsı kоllеktivin işidir. Kоlеktiv mədəniyyəti nəsildən-nəsilə ötürür, bu şəkildə şəхsiyyət və cəmiyyət sivilizаsiyаnın yаrаdılmаsındа iştirаk еdir. Tənqidliyi, tаriхiliyi, psiхоlоjiliyi. – Hоldеnvаyzеr bunlаrı Amеrikа tаriхi еtnоlоgiyа məktəbinin əsаs əlаmətləri hеsаb еdirdi. == Əsərləri == Тотемизм: Аналитический очерк (ing.
Aleksandr Qonçarski
Aleksandr Qonçarski — rəssam.
Aleksandr Qorçakov
Aleksandr Mixailoviç Qorçakov (4 (15) iyun 1798, Hааpsаlu, Lyaenеmаа – 27 fevral (11 mart) 1883, Baden-Baden, Baden knyazlığı[d]) – diplomat, vitse-kansler, xarici işlər naziri, Kökü Ryurkidən başlayan Qorçakovların knyaz nəsli Çerniqovsk knyazlarının bir qolu olmuşdur. Qorçakovun adı rus diplomatiya tarixinə qızıl hərflərlə yazılmışdır. == Həyatı == Aleksandr Qorçakov 4 iyun 1798-ci ildə Haapsaluda hərbçi ailəsində anadan olmuşdur. Onun atası general-mayor Mixail Alekseyeviç Qorçakov işi ilə əlaqədar olaraq tez-tez müxtəlif şəhərlərə gedirdi. Ona görə də ailəsi gah Haapsalu, gah Revel, gah da Peterburqda yaşamalı olurdu. Anası Elena Vasilyevna Ferzen uşaqların tərbiyəsi ilə məşğul olurdu. Onların 5 övladı var idi;4 qız, 1 oğlan Qorçakov ilk təhsilini evdə almış, daha sonra Peterburqda gimnaziyanı bitirmişdir. 1811-ci ildə o qəbul imtahanlarından uğurla keçmiş və Çar-kənd məktəbinə daxil olmuşdur. Burada o Puşkinlə eyni sinifdə oxumuşdur. Hələ o zaman Puşkin ona bir şeir həsr etmişdir.
Aleksandr S. Qonçarski
Aleksandr Qonçarski — rəssam.
Allah, Çarı qoru
== Allah, Çarı qoru! == Боже, царя храни! Сильный, державный, Царствуй на славу нам, Царствуй на страх врагам, Царь православный. Боже, царя храни! Боже, Царя храни! Славному долги дни Дай на земли! Гордых смирителю: Слабых хранителю, Всех утешителю — Все ниспошли! Перводержавную Русь Православную Боже, храни! Царство ей стройное, В силе спокойное, - Все ж недостойное, Прочь отжени! О, провидение, Благословение Нам ниспошли!
Alp Qorxmaz
Alp Qorxmaz (d. 2 Mart 1981, Ankara), Türk kinoteatr və serial aktyorudur. İlk təhsilini İstanbulda tamamlamışdır, orta təhsilini isə Çanaqqalada Tamamlamışdır. Amerikada Universitet həyatına başladı. University of South Florida Radio Televiziya bölməsindən məzun olduqdan sonra Nyu-Yorka aktyorluq təhsili almağa getdi. Nyu-Yorkun ən lazımlı Broadvay muzikal məktəblərindən Neighborhood Playhouse School of Theatre də təhsilini tamamladıqdan sonra 2006-cı ildə Türkiyəyə qayıtdı. Gəldiyi hələ 1 ay olmamış Türkər İnanoğlu tərəfindən kəşf edilən Qorxmaz, Erler Filmin istehsalı olan Arxa Küçələr adlı serialda "Ali" obrazını canlandırmaqdadır. 2010-cu il Aprel ayının 2-ci həftəsində əsgərlik səbəbi ilə serialdan bir müddətliyinə ayrılmışdır. Vətənə olan borcunu qaytarıb, qısa dönəm olaraq Aprel 2010-cu ildə başlayıb Sentyabr 2010-cu ildə Bingöldə tamamlamışfır. İndi də Erler Filmin istehsalıı olan Arxa Küçələr serialında "Ali" roluna davam etməkdedir.
Alı Qocayev
Qocayev Alı İbrahim oğlu (27 iyul 1947, Çaylı, Qazax rayonu) — Samux Rayon İcra Hakimiyyətinin Başçısı. == Həyatı == Alı Qocayev 27 iyul 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1965-ci illlərdə Çaylı kənd orta məktəbini, 1974-cü ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakültəsinin axşam şöbəsini bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Bakı Radio Zavodunda elektrik montyoru kimi başlamışdır. 1968–1992-ci illərdə "Bakı Su Kəməri" İdarəsində mühəndis-texniki heyətin tərkibində müxtəlif vəzifələrdə işləmiş, 1992–1997-ci illərdə isə idarə rəisi vəzifəsində fəaliyyətini davam etdirmişdir. 1997–2000-ci illərdə "Abşeron Regional Səhmdar Su" Cəmiyyətinin vitse-prezidenti, 2000–2004-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru, 2004–2005-ci illərdə isə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2005–2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. Üç övladı, yeddi nəvəsi var. Azərbaycan Respublikasının Milli Məclisinin sabiq spikeri Oqtay Əsədov ilə qudadır.
Aman kəndi (Qoşaçay)
Aman kəndi (fars. امن كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (4 ailə).
Andre Qodard
André Godard (24 yanvar 1881 – 31 iyul 1965[…], Paris) — Fransız bir arxeoloq, memar və Orta Şərq Sənəti tarixçisi idi. Uzun illər İran Arxeologiya Xidmətinin direktoru vəzifəsində işləyib == Həyat == Godard Chaumontda anadan olub. Parisdəki École des Beaux-Artsda Orta Şərq arxeologiyası, xüsusən İran arxeologiyasını oxumuş və oradan məzun olmuş və daha sonra 1936-cı ildə ilk direktoru təyin olunduğu İran Milli Muzeyinin dizaynı ilə məşhurlaşmışdır. Tehran Universiteti şəhərciyinin dizaynını da o etmişdir. Orta Şərqə ilk səyahətini 1910-cu ildə Henri Violle ilə etmişdir. Birlikdə, müasir İraqda yerləşən Samarranın qədim xarabalıqlarını qazmağa başlamışdırlar. Xarabalıqlar bir neçə il sonra alman əsilli arxeoloq Ernst Herzfeld tərəfindən tamamilə qazılmışdır. Godard 1912-ci ildə Misirin İslam memarlığına diqqət yetirərək memarlıq tədqiqatlarına geri qayıtmışdır. Birinci Dünya Müharibəsindən sonra Godard Yeda Reuilly ilə evlənmişdir. Əfqanıstandakı Fransız Arxeologiya Nümayəndəliyi 1922-ci ildə yaradılmış, buna görə Godard və yeni həyat yoldaşı təşkilatı hələ qazılmamış regionlarda müşayiət etmişdir.
Andre Qomeş
Andre Filipe Tavareş Qomeş (port. André Filipe Tavares Gomes; 30 iyul 1993, Qrijo, Portuqaliya) — Portuqaliya futbolçusu, "Barselona" futbol klubunun və Portuqaliya milli futbol komandasının yarımmüdafiəçisi.
Tip 95 Ha-Qo yüngül tankı
Tip 95 Ha-Qo yüngül tankı (九五式軽戦車 ハ号, Kyuqo-şiki kei-senşa Ha-Qo) – 1930-cu illərin əvvəllərində Yaponiya ordusu üçün hazırlanmış yüngül tank modeli. Çinlə müharibədə və Sakit okean müharibəsi illərində Yaponiya ordusu üçün yararlı hərbi texnika olduğunu sübut etsə də, ABŞ tankları və antitank silahları ilə müqayisədə geridə qalmışdır. == İstehsal tarixi == Modelin ilk 2 prototipi 1934-cü ildə Mitsubishi şirkəti tərəfindən tamamlanmışdır. 1936-cı ildə kütləvi istehsal olunmağa başlanmışdır. Çində və Yaponiyada sınaqdan keçirildikdən sonra Tip 95 adı ilə standartlaşdırılmışdır. Şirkət modelə Ha-Qo adını versə də, ordu modelə Ke-Qo adını vermişdi. 1943-cü ilə kimi bu tank modelinin 1100-dən çox nümunəsi istehsal olunmuşdur. == Xüsusiyyətləri == Modelin gövdəsi və lüləsi pərçimlənmiş konstruksiyadan ibarət idi və qalınlığı 6–14 millimetr arasında dəyişirdi. Tankı idarə edən şəxs yuxarı hissənin sağında, pulemyotçu isə onun solunda dayanırdı. Pulemyotçu 6,5 millimetrlik və sağa-sola dönmə manevrası 35° olan Tip 91 silahdan istifadə etsə də, bu daha sonra 7,7 millimetrlik Tip 97 ilə əvəz olunmuşdur.
Şirakava-qo və Qokayama tarixi kəndləri
Şirakava-qo və Qokayama kəndləri (yap. 白川郷・五箇山の合掌造り集落) - Yaponiyanın Honşu adasında (Tokay-Hokuriku regionu), Gifu və Toyama prefekturalarının sərhədindəki Söqava vadisində yerləşirlər. Dağ ətəyində yerləşən və 68 hektar əraziyə yayılmış "qassö" (yap. 合掌 - Gasshō) üslublu evlərin, qış aylarında ölkənin qalan hissəsindən uzun müddət əlaqəsi kəsilirdi; kəndlilər tut ağacından ipək almaq üçün ipəkqurdu becərilməsi, yetişdirilməsi və yayılması hesabına yaşayırdılar. Hal-hazırda kompleksə daxil olan 3 ənənəvi yapon kəndi (Ogimaçi, Ainokura və Suqanuma) "Yerli ətraf mühit və sosial-iqtisadi şəraitə yaxşı uyğunlaşdırılmış ənənəvi həyat tərzi nümunəsi" kimi, 1995-ci ildə UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. == Tarix == Hələ bu yaxınlarda çox nadir rikşalar səyahət üçün bu ucqar regiona gəlməyə cürət edirdi, atlılar üçün isə bu yerlər keçilməz idi. Bax beləcə, Şirakava-qo kəndinin sakinləri bütün dünyadan tam təcrid olunmuş şəkildə yaşayırdılar. Və bu təcrid sayəsində, onlar heç kimə oxşamayan memarlıq üslubunu yaratmışdılar. VIII əsrdə hazırkı kəndlərin yaxınlığında yerləşən "Haku san" dağının mərkəzində tərki-dünya ayinlərinin pərəstişkarları məskunlaşır. XIII əsrdə bu ərazlərdə yaşayan insanlar əvvəlcə Tenday-sü, daha sonra isə Dzödo-sinsü adlı əsas buddist cərəyanlarının təsiri altına düşürlər.
балбе́ра вы́пачкать не сто́лько..., как небезвре́дный антиэстети́чно блевану́ть высоково́льтка козля́тина поэ́ма проколу́пывать ре́дкостно симпто́м abiogeny conation haunted murderously oxyacid redly reduct зажиточность коллектор кружиться муссировать надвинуть штемпель