qobu-dərə
qobulu
OBASTAN VİKİ
Dərəli
Dərəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zəngilan rayonunun Canbar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dərəli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Qobu
Qobu — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Tarixi == Qobu Abşeronun qədim kəndlərindən olsa da tarixi az öyrənilib. Tarixçi Sara Aşurbəyli tədqiqatlarında yazıb ki, Qobu kəndi təxminən 700 il əvvəl yaranıb. Bu yaşayış məskəninin adı “çökəklik, müvəqqəti su axarı olan dərə, düzən” mənalarını verir. Qobu hər tərəfdən Şubanı dağları ilə əhatə olunub. XVIII əsrin 40-cı illərində Abşeron yarımadasında yaranmış Bakı xanlığının tərkibinə 39 kənd daxil idi. Bu kəndlərdən biri də Qobu kəndi idi. 1747-1806-cı illərdə Bakı xanlığının Qobu kəndi, 1806-1920-ci illərdə isə Bakı quberniyasının Bakı qəzasının Qobu kəndi olmuşdur. 1870-ci ildə Tiflis şəhərində Qafqaz Canişinliyinin Baş İdarəsi yanında Qafqaz Statistika Komitəsinin nəşr etdirdiyi «Rusiya İmperiyasının Qafqaz regionu üzrə məşkunlaşmış yerlərinin siyahısı» adlı statistik məlumatın Bakı quberniyasına aid olan 65-ci buraxılışında Bakı qəzasının yaşayış yerlərinin siyahısında 42-ci yerdə Qobu kəndi qeyd edilmişdir. Kitabın tərtibatçısı Qafqaz Statistika Komitəsinin baş redaktoru rus statistiki Nikolay Karloviç Zeydliç olmuşdur.
Qobu Dilağarda
Qobu Dilağarda — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Azərbaycan dilində qobu “quru dərə“, “quruyarğan“ və Qaraqoyunluların Dilağarda tayfasının adındandır. Mənşəcə Qaraqoyunlu tayfa ittifaqına mənsub Dilaqarda eli 1820-ci ildə 600 ailədən ibarət olmaqla Cənubi Azərbaycandan Şimala keçmişdir. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.. == Toponimikası == Qobu Dilağarda oyk. Füzuli r-nunun Dilağarda i.ə.v.-da kənd. Qarabağ silsiləsinin ətəyindədir. Oykonim qobu və dilağarda (etn,) sözlərindən ibarətdir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində dilağarda tayfaşının Cənubi Azərbaycandan gəlib məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı 'Qobuda maskunlaşmış dilağarda” mənasındadır.
Qobu bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qobu hamamı
Qobu hamamı və ya Hacı Abdulla hamamı — 1882-ci ildə Qobu kəndində Hacı Abdulla Kazım oğlu tərəfindən tikilmiş hamam. Təmirə ehtiyacı olan hamam tarixi abidə kimi qorunur. == Haqqında == === Tarixi === Qobu hamamı kəndin ən zəngin imkanlı şəxslərindən biri olan Hacı Abdulla Hacı Kazım oğlunun tapşırığı ilə 1882-ci ildə inşa edilib. Hacı Abdulla qeyri-adi bir hamam tikdirmək istədiyinə görə hər yerə sorğu göndərib, yaxşı usta axtarıb. Ona Usta Abbasəlini məsləhət görüblər. Usta Abbasəli isə Hacıdan hər daş üçün qızıl onluq istəyib. Hamamdan həftənin cüt günləri kişilər, tək günləri isə qadınlar istifadə edirmişlər. Müstəqillikdən sonra hamam öz fəaliyyətini dayandırıb. Hazırda baxımsız vəziyyətdədir və əsaslı təmirə ehtiyacı var. === Memarlığı === Qobu hamamı digər Abşeron hamamlarından fərqli oalraq kəndin kənarında bir yüksəklikdə tikilmişdir.
Qobu yaşayış yeri
Qоbu yаşаyış yеri — Şərur rаyоnunun Ахаmət kəndindən qərbdə yеrləşir. Yаşаyış yеrinin bir qismi kаnаl qаzılаrkən dаğıdılmışdır. Hаzırdа yаşаyış yеrinin ərаzisində kül qаlıqlаrınа, bаd qırıqlаrınа rаstlаnır. Tikintilər еhtimаl ki, möhrədən оlmuş və tаmаmilə dаğılmışdır. Аpаrılаn аrаşdırmаlаr zаmаnı yаşаyış yеrindən çəhrаyı və sаrı rəngdə bişirilmiş kеrаmikа, о cümlədən şirli qаblаrın pаrçаlаrı аşkаr еdilmişdir. Kеrаmikа nümunələri Оrtа əsrlərin inkişаf еtmiş və sоn dövrü üçün хаrаktеrikdir. Yаşаyış yеrinin sаhəsi 5 hеktаrdаn аrtıqdır. Yеrli əhаlinin məlumаtınа görə təsərrüfаt işləri görülərkən аbidənin ərаzisindən təndir qаlıqlаrı və kеrаmikа nümunələri аşkаr оlunmuşdur. Аrхеоlоji mаtеriаllаrа əsаsən yаşаyış yеrini XIV-XIX əsrlərə аid еtmək оlаr.
Qobu Bozdağı palçıq vulkanı
Bakıdan 15 km şimal-qərbdə, Qobu kəndindən 3 km şimal və şimal-şərqdə yerləşir. Boçdağ yüksəkliyi en istiqamətində yerləşmiş uzun bənddən ibarətdir. Bəndin mərkəzində iki qrupdan təşkil olunmuş palçıq vulkanı yerləşir. Bu qruplardan biri Qobu kəndindən şimalda eyni adlı dağın təpəsində, digəri isə birincidən 800–1000 m şərqə doğru yerləşmişdir. == Mənbə == Yusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri- Bakı : Nurlar NPM, 2007.
анесте́тики досве́рливать маркёрство о́птимум приго́рок ска́зочность скуде́льный техници́стский толстячо́к традиционали́стка больше... внедря́ться коллективи́стка развидне́ть триумф camel's-thorn ladyfy megabuck perlite pink tea Plzen spriggy закиснуть профилактический расшифровщик