qiymətləndirmək
qocaqarı
OBASTAN VİKİ
Akça Qoca
Akça Qoca — Osmanlı Dövlətinin qurucularından, Osman Qazinin silah yoldaşlarından olub, Orxan Qaziyə də lələlik etmişdir. == Həyatı == Təqribən 1320-ci ildə İzmit və ətraf ərazilərinin fəthi ilə vəzifələndirilmişdir. Akça Qoca Sakarya ətrafına və İzmitə etdiyi hücumlarda buralarda bəzi qalaları əldə etmiş Ayan gölü (indi Sapanca gölü) tərəfindəki palankanı (ətrafı xəndəklərlə qazılmış kiçik qala) alaraq özünə qərargah etmiş və daha sonra Ermənibazarı və Kandırını zəbt etmiş və tayfa bəylərindən Qonur Alp ilə birlikdə Aydos və Samandıranı almışdılar. Samandıra qalası Akça Kocaya mülk olaraq verilmişdir. İzmit ilə Üsküdar arasındakı bütün Türk müvəffəqiyyətləri Akça Qoca ilə Abdurrahman Qazinin fəaliyyətləri sayəsində təmin edilmişdir.Akça Qocanın vəfatı 1326-cı ildə sonra olub qəbri Kandırada bir təpə üstündədir. Bunun adına nisbətlə İzmit vilayətinə Kocaeli deyilmişdir. Respublika dövründə Düzceye 50 km məsafədəki Akça şəhərə Akçaqoca adı verilmişdir.Akça Qocanın oğlu Hacı İlyas və nəvəsi Gebze qazısı Fəzlullah, Osmanlı Dövlətində əhəmiyyətli xidmətlər etmişlər.
Ağca Qoca
Akça Qoca — Osmanlı Dövlətinin qurucularından, Osman Qazinin silah yoldaşlarından olub, Orxan Qaziyə də lələlik etmişdir. == Həyatı == Təqribən 1320-ci ildə İzmit və ətraf ərazilərinin fəthi ilə vəzifələndirilmişdir. Akça Qoca Sakarya ətrafına və İzmitə etdiyi hücumlarda buralarda bəzi qalaları əldə etmiş Ayan gölü (indi Sapanca gölü) tərəfindəki palankanı (ətrafı xəndəklərlə qazılmış kiçik qala) alaraq özünə qərargah etmiş və daha sonra Ermənibazarı və Kandırını zəbt etmiş və tayfa bəylərindən Qonur Alp ilə birlikdə Aydos və Samandıranı almışdılar. Samandıra qalası Akça Kocaya mülk olaraq verilmişdir. İzmit ilə Üsküdar arasındakı bütün Türk müvəffəqiyyətləri Akça Qoca ilə Abdurrahman Qazinin fəaliyyətləri sayəsində təmin edilmişdir.Akça Qocanın vəfatı 1326-cı ildə sonra olub qəbri Kandırada bir təpə üstündədir. Bunun adına nisbətlə İzmit vilayətinə Kocaeli deyilmişdir. Respublika dövründə Düzceye 50 km məsafədəki Akça şəhərə Akçaqoca adı verilmişdir.Akça Qocanın oğlu Hacı İlyas və nəvəsi Gebze qazısı Fəzlullah, Osmanlı Dövlətində əhəmiyyətli xidmətlər etmişlər.
Aşıq Qoca
Aşıq Qoca (1900, Yuxarı Bozalqanlı, Tovuz rayonu – 1942) — aşıq, İkinci dünya müharibəsi iştirakçısı. == Həyatı == 1900-cü ildə Tovuz rayonunun Yuxarı Bozalqanlı kəndində anadan olmuşdur. Kiçik yaşlarından aşıqlıq sənətiylə məşğul olmağa başlamışdır. Uzun müddət Aşıq Hüseyn Bozalqanlının şagirdi olmuşdur. Aşıqlıq sənətindəki ustalığına görə də əsasən ona borcludur. Saz və söz məclislərində çalıb-çağırmasıyla çoxlarını arxada qoyurmuş. Şeirlərindən çox az bir qismi günümüzə gəlib çatan Qoca 1942-ci ildə cəbhədə həlak olmuşdur. == Mənbə == Azərbaycan Aşıqları və El Şairləri II, Bakı 1984, 314-320. Hümmət Əlizadə, Azərbaycan Aşıqları II, Bakı 1930, 149.
Elşad Qoca
Elşad Qoca — yazıçı, publisist, tərcüməçi və tədqiqatçı jurnalist. == Həyatı == Elşad Qoca oğlu İsayev 1959-cu ilin may ayının 2-də Qərbi Azərbaycanın (indiki Ermənistan, Noyemberyan) İncəsu rayonunun Yuxarı Körpülü kəndində müəllim ailəsində doğulub. 1976–1977-ci illərdə Yuxarı Körpülü kəndində fəhlə işləyib. 1966–1976-cı illərdə Yuxarı Körpülü kənd orta məktəbində oxumuşdur. 1977–1982-ci illərdə indiki Bakı Dövlət Universitetinin (keçmiş ADU) jurnalistika fakültəsini bitirib. 1982–1984-cü illərdə leytenant rütbəsində sovetlər birliyinin Sibir və Ural Hərbi Dairələrində vzvod komandiri, rota komandirinin müavini vəzifələrində hərbi xidmət keçib. Bir müddət həmin dairələrin "Boyevoye Znamya" və "Sovetskiy voin" qəzetləri ilə hərbi müxbir kimi yaxından əməkdaşlıq edib. Uzun illər dövlət təhlükəsizliyi orqanlarında xidmət edib. Azərbaycan Vətən müharibəsi veteranıdır. == Jurnalist fəaliyyəti == Əmək fəaliyyətinə "Kənd həyatı" jurnalında (1984–88-ci illər) müxbir kimi başlayıb.
Fikrət Qoca
Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca; 25 avqust 1935, Kotanarx, Ağdaş rayonu – 5 may 2021, Ağdaş) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycan Respublikasınının xalq şairi (1998) == Həyatı == Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir. Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur.
Hamlet Qoca
Hamlet Göyüş oğlu Qoca (22 dekabr 1942, Ağdaş – 7 may 2019, Bakı) — Azərbaycan yazıçısı, nasir-tərcüməçi, ictimai xadim. SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü. Fransa Mədəniyyət Nazirliyinin "İncəsənət və ədəbiyyat Komandoru" ordeni və fəxri adı laureatı. == Həyatı == Hamlet Qoca 1942-ci ilin 22 dekabr tarixində anadan olub. Orta təhsil illərindən Avropa dillərini öyrənməyə başlamış, Ağdaş şəhərində 1 saylı tam orta təhsil məktəbini bitirdikdən sonra 1960-cı ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun (indiki ADU) fransız dili və ədəbiyyatı fakultəsinə qəbul olunmuşdur. Təhsil illərində əlaçı olmuş, fransız dili ilə bərabər ingilis dilini də mükəmməl öyrənməyə səy göstərmiş, fransızca səlis, qramatik nitqə və tərcüməçilik qabiliyyətinə malik olmuşdur. 1963-cü ildə Tbilisidə keçirilən Tələbə Elmi Cəmiyyətlərinin Ümumittifaq konfransında fransız dilində məruzəsinə Fransalı nümayəndələr yüksək qiymət vermiş və təhsilinin davamı üçün onu Sarbon universitetinə dəvət etmişdilər, lakin dövrün məlum siyasətinin qoyduğu qadağalar qarşısında o, dəvətdən imtina etməyə məcbur olmuşdur. Hamlet Qoca hələ tələbə ikən 1964–1966-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix institutunda fransız dilində olan elmi-tarixi arxiv materiallarını ana dilimizə çevirməklə iş fəaliyyətinə başlamışdır. İnstitutu əla qiymətlərlə bitirəndən sonra 1966-cı ildə Afrikaya, Mali Respublikasındakı sovet səfirliyinə mütərcim təyinatı alır. 1968-ci ilə qədər burada çalışır və eyni zamanda Malinin tarixi-mədəni, ictimai-sosial, etnik xüsusiyyətlərini araşdırmaqla məşğul olur ki, bu da sənədli memuar tipli ilk əsərinin, "Tam-tamlar ölkəsində" (1971) kitabının yazılmasına imkan yaradır və sonralar bu silsiləni davam etdirərək işlədiyi, ezamiyyətdə olduğu Afrika ölkələrinin özəlliklərini əks etdirən "Afrikada gördüklərim" (1986), "Üç Afrika ölkəsi" (1989) kimi əsərlərini qələmə alır.
IV Qoca Hakon
IV Qoca Hakon və ya IV Hakon Hakonsson (q.skan. Hákon Hákonarson, norv. Håkon Håkonsson) — 1217–1263-cü illərdə Norveç kralı (konunq). Onun hakimiyyəti 46 il davam etmişdir. Bu isə I Haralddan sonra Norveçdəki ən uzunmüddətli hakimiyyət idi. O, Hakon Sverressonun və Varteyqli İnqanın övladı idi. Hakon Norveçin iğtişaşlı vətəndaş müharibəsi dövründə anadan olmuşdu. 1217-ci ildə birkebeynerlər kralı olmuşdur. Onun hakimiyyəti dövründə vətəndaş müharibəsi və digər daxili münaqişələr sona çatmışdır. Birkebeynerlər fraksiyasının kralı olaraq, Hakonsson son baqler taxt iddiaçısı olan Siqurd Ribbunqun 1227-ci ildə qaldırdığı üsyanı yatırmışdır.
Qoca
Qoca — ad, təxəllüs. Qoca Səmədov — Qoca Yasamalski — Qoca Sənan Paşa — Fikrət Qoca —Yaşayış məntəqələriQoca (Tikantəpə) — Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd.
Qoca (Tikantəpə)
Qoca (fars. قوجه‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 646 nəfər yaşayır (128 ailə).
Qoca Qorm
Qoca Qorm (dan. Gorm den Gamle, q.skan. Gormr gamli, lat. Gormus Senex) və ya Süst Qorn (dan. Gorm Løge, Gorm den Dvaske; IX əsr – 964, bilinmir[d]) — Danimarka kralı. Qorm Danimarkanın cənubundan gələn hücumların qarşısını almaq üçün, arvadı Trianın təkidi ilə Godfred tərəfindən inşa olunan qalaları bərpa etmişdir. Qorm xaç suyuna salınmamasına baxmayaraq, Xristianlıq dininin yayılmasına müsbət yanaşırdı. Qoca Qormun ölümündən sonra hakimiyyətə oğlu I Harold gəlmişdir.
Qoca Səmədov
Səmədov Qoca Çərkəz oğlu (13 oktyabr 1959, Yevlax) — Yevlax Şəhər İcra Hakimiyyətinin 2011–2019 illər arasında başçısı. == Həyatı == Qoca Səmədov 13 oktyabr 1959-cu ildə Yevlax şəhərində anadan olmuşdur. 1966–1976-cı illərdə M. Ə. Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil almışdır. 1976–1977-ci illərdə Yevlax şəhər 7№-li Səyyar Mexanikləşmiş dəstədə və Azərittifaqın Yevlax tədarük bazasında fəhlə işləmişdir. 1977-ci ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Gəncə filialına daxil olmuş, 1982-ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirərək mühəndis–texnoloq ixtisasına yiyələnmişdir. 1982-ci ildə Şəki şəhəri İpək kombinatında sahə ustası kimi əmək fəaliyyətinə başlamışdır. 1982–1984-cü illərdə ordu sıralarında xidmət etmişdir. 1985–1996-cı illərdə Azərittifaqın Yevlax tədarük bazasında tədarükçü, 1996–2004-cü illərdə Yevlax rayonundakı "Qafqaz" Kooperativinin sədri işləmişdir. 2004–2005-ci illərdə Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar sahəsinin rəisi vəzifəsində çalışmışdır. 2005–2006-cı illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini, 2006–2011-ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində işləmişdir.
Qoca Yasamalski
Qoca Yasamalski (tam adı: Əlibala Həmidov) — kriminal aləmin tanınmış oğrularından biri == Həyatı == Əlibala Həmidov 1972-ci ildə Bakı şəhərində anadan olub. Kriminal aləmdə "Qoca Yasamalski" ləqəbi ilə tanınıb. İlk dəfə Azərbaycanda 1992-ci ildə 14 il azadlıqdan məhrum edilib və 2000-ci ildə azadlığa çıxıb. 2009-cu ilin martında keçirilən əməliyyat zamanı "Qoca" sxodkada saxlanılıb. Sxodkada həmçinin "Masallı Mamed", "Dadaş Novxaninski" və "Yusif Bakinski" saxlanılıb. O narkotiklərin qanunsuz dövriyyəsilə bağlı cinayətlərə görə dövlətlərarası axtarışda olub. Qoca Yasamalski 18 avqust 2013-cü ildə Türkiyədə qətlə yetirilib. Onun meyitinin gətirilməsi kriminal aləmdə tanınan sima olan Adəm Avarskinin müşayiəti ilə həyata keçirilib. Cənazə 30-a yaxın avtoritetin müşayiəti ilə Bakı hava limanında qarşılanıb və Yasamal rayonu Şərifzadə küçəsinə gətirilib. Avqustun 20-də axşam məşhur avtorirtet Qoca Yasamalski həmin ünvandan son mənzilə yola salınıb.
Qoca xalçaları
Qoca xalçaları — Şuşa şəhərinin əski xalçaçıları Qarabağ tipinə aid olan xovlu xalça. == Ümumi məlumat == Şuşa şəhərinin əski xalçaçıları Qarabağ tipinə aid olan bu xalçalara "Qoca" adını vermişlər. Tədqiqatların nəticələri göstərir ki, əvvəllər onlar "Xocavənd" adlanırdı, XVIII əsrdən onlar "Xocan", XIX əsrdən isə Şuşada geniş yayılaraq, "Qoca" adı ilə məşhurlaşmağa başladı. Qeyd edək ki, Xocavənd əvvəllər Bərdə əyalətinə daxil olan qəsəbə idi, hazırda isə o, Qarabağda ayrıca bir rayondur. Haqqında danışılan xalçanın adlanması bir zamanlar "Xocavənd" kəndinin adı ilə bağlı olmuşdur. Qeyd edək ki, "Xoca" – Təbrizdə xalçaçılıq məntəqələrindən birinin adıdır. == Bədii analiz == "Qoca" xalçasının orta sahəsi məhz bu xalçaya aid olan xeyli sayda böyük əsas elementlərin mürəkkəb kompozisiyasından ibarətdir. Şübhəsiz, inkar etmək olmaz ki, xalça XVII əsrdə Qarabağın Bərdə şəhərində yaranmışdır və XIX əsrdə Şuşanın, Ağdamın və digər şəhərlərin xalçaçılıq məktəblərinə də keçmişdir. Lakin Bərdəni "Qoca"nın yarandığı yer hesab etmək düzgün olmaz. Nə üçün sualına cavab vermək üçün əsrlərə baş vurmaq lazım gəlir: XVI əsrdə Təbriz xalçaçıları "Şahabbası" adlanan yeni tip kompozisiyaya malik olan xalça yaratdılar.
Qoca xalçası
Qoca xalçaları — Şuşa şəhərinin əski xalçaçıları Qarabağ tipinə aid olan xovlu xalça. == Ümumi məlumat == Şuşa şəhərinin əski xalçaçıları Qarabağ tipinə aid olan bu xalçalara "Qoca" adını vermişlər. Tədqiqatların nəticələri göstərir ki, əvvəllər onlar "Xocavənd" adlanırdı, XVIII əsrdən onlar "Xocan", XIX əsrdən isə Şuşada geniş yayılaraq, "Qoca" adı ilə məşhurlaşmağa başladı. Qeyd edək ki, Xocavənd əvvəllər Bərdə əyalətinə daxil olan qəsəbə idi, hazırda isə o, Qarabağda ayrıca bir rayondur. Haqqında danışılan xalçanın adlanması bir zamanlar "Xocavənd" kəndinin adı ilə bağlı olmuşdur. Qeyd edək ki, "Xoca" – Təbrizdə xalçaçılıq məntəqələrindən birinin adıdır. == Bədii analiz == "Qoca" xalçasının orta sahəsi məhz bu xalçaya aid olan xeyli sayda böyük əsas elementlərin mürəkkəb kompozisiyasından ibarətdir. Şübhəsiz, inkar etmək olmaz ki, xalça XVII əsrdə Qarabağın Bərdə şəhərində yaranmışdır və XIX əsrdə Şuşanın, Ağdamın və digər şəhərlərin xalçaçılıq məktəblərinə də keçmişdir. Lakin Bərdəni "Qoca"nın yarandığı yer hesab etmək düzgün olmaz. Nə üçün sualına cavab vermək üçün əsrlərə baş vurmaq lazım gəlir: XVI əsrdə Təbriz xalçaçıları "Şahabbası" adlanan yeni tip kompozisiyaya malik olan xalça yaratdılar.
Vasili Qoca
Vasili Qoca (rum. Vasile Ioan Godja, d. 1955, Buxarest, Rumıniya) — Rumıniyalı futbol məşqçisidir. Onun şöhrəti, 1991-ci ildən 1994-cü ilə qədər Təbrizin Traktor Sazi klubunda uğurlu məşqçiliyi ilə qayıdır. Vasili Qoca hələ də Təbriz və Güney Azərbaycan xalqı arasında adlım və popular adamlar arasındadır.
Xeyrəddin Qoca
Xeyrəddin Sayəddin oğlu Qoca — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, dövlət və siyasi xadim. Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının sabiq baş konsulu, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri və "91-lər"in üzvü, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. == Həyatı == Xeyrəddin Qoca 29 yanvar 1950-ci ildə Ağdaş rayonunun Qulbəndə kəndində müəllim ailəsində anadan olmuşdur. 1967-ci ildə rayonun Qəsil kənd orta məktəbini bitirdikdən sonra N.Tusi adına Pedaqoji Universitetə qəbul olunmuş, 1971-ci ildə ali məktəbi bitirmişdir. 1975-1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunda təhsil almışdır. 1971-ci ildə ordu sıralarında xidmət etdikdən sonra uzun müddət qəzet-jurnal redaksiyalarında, Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə işləmişdir. "Politexnik" qəzetində müxbir (2.03.1974-03.1977), Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir (30.03.1977-08.1978, 26.07.1982-2.10.1985), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Sosialist qanunçuluğu" jurnalında böyük redaktor (9.08.1978-6.07.1982), "Dan ulduzu" qəzetində baş redaktor (25.03.1987-29.03.1991), "Mədəniyyət" qəzetində baş müxbir (29.03.1991-08.1991), "Şeytan" jurnalında müxbir (1.08.1991-04.1992, 1.02.1993-04.1993), "Açıq söz" qəzetində redaktor müavini (10.04.1992-1.11.1992), "Mozalan" qəzetində redaktor müavini (1.11.1992-02.1993), "Yeni Azərbaycan" qəzetində baş redaktor (1.04.1993-12.1997) vəzifələrində çalışmışdır. Jurnalistikanın müxtəlif janrlarında minlərlə yazısı Azərbaycanda və xaricdə çıxan 100-dən çox müxtəlif adda qəzet və jurnalda dərc edilmişdir. Xaricdə və Azərbaycanda televiziya və radio efirində yüzlərlə verilişi, sujeti və çıxışları səslənmişdir.
Şəmsi Qoca
Şəmsi Adilxan oğlu Qocayev (27 aprel 1961, İlanlı, Amasiya rayonu) — Azərbaycanlı şair, publisist, pedaqoq. Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı və fəaliyyəti == Şəmsi Qoca 27 aprel 1961-ci ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Çaybasar (İlanlı) kəndində anadan olub. 1982-ci ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1982–2005-ci illərdə Saatlı rayonunun məktəblərində müəllim, direktor müavini, məktəb inspektoru, RTŞ-nin müdir müavini vəzifələrində işləyib. 2006-cı ildən 30 yanvar 2013-cü ilə qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Strateji təhlil, planlaşdılrma və kadrların idarəolunması sektorunda aparıcı məsləhətçi vəzifəsində işləmişdir. Müntəzəm olaraq dövri mətbuatda elmi-metodik, publisistik, ədəbi-tənqidi və pedaqoji məqalələrlə çıxış edir. "Qızıl qələm" və "Məmməd Araz" mükafatları laureatıdır. 2011-ci ildə "Qabaqcıl təhsil işçisi" adına layiq görülmüşdür. Bir sıra dərs vəsaitlərinin, tarix proqramlarının dərsliklərin və şeir kitablarının müəllifidir.
Qoca-Əbilxeyr xan
Kart-Əbülxair Xan ( 1687 - 1730 ) — Böyük Sifət xanı ( 1717 - 1730 ). == Bioqrafiya == Əbülxeyr 1687-ci ildə anadan olub . Əbülxeyr gənc ikən atası Aytək Sultanın ölümündən sonra o, kiçik qardaşı Yolbarislə birlikdə Abdolla Binin əlində idi. Cunqar istilasından sonra Abdullahi Bi öldü. Əbilxeyr və Yolbarış 1710-cu ildə keçirilən Qaraqum yığıncağında iştirak etdilər. 1715-ci ildə Tauke xan getdi və Orta Yüz xanı oldu. Əbülxeyr və onun kiçik qardaşı Yolbaris taxtda oturmaq istəyirlər. Amma Küsrau sultanın oğlu Xəyib oturur. 1717-ci ildə Ayagöz döyüşündə Ulu Yüz xanı Tursin həlak oldu. Əbülxeyr Böyük Yüzün növbəti xanı olacaq .
Qoca Davud Paşa
Qoca Davud Paşa (XV əsr, Albaniya – 20 oktyabr 1498, Dimetoka, Makedoniya və Frakiya) — II Bəyazid səltənətində sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == Qəti olaraq Alban əsillidir. Macarıstan və Venesiya torpaqlarında aparılan hücumların uğurlarına görə Ankara Sancaqbəyliyinə, ardından da Anadolu Bəylərbəyliyinə gətirildi (1473). Otluqbeli Döyüşündə qabaqcıl qüvvələrə nəzarət etdi. 1477'də aparılan Dunay Boyu səfərinə qatıldı və top gülləsiylə yaralandı. Eyni il Rumeli Bəylərbəyliyinə təyin edildi. 1478'də İşkodra səfərində Jebyak'ı ələ keçirdi. Yenə eyni il Bosniya sancaqbəyliyinə təyin edildi. II. Bəyazidin taxta çıxışından sonra təkrar Rumeli Bəylərbəyliyinə təyin edildi. 1483'də təkrar Anadolu hakimi təyin edildi və əvvəl vəzir, sonra İshaq Paşanın yerinə sədrəzəm oldu və macarlara qarşı Rumeli'ni müdafiə etməklə vəzifələndirildi.
Qoca Musa Paşa
Qoca Musa Paşa (ö. 22 yanvar 1647) — IV Murad və Sultan İbrahim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərundakı təlim-tərbiyəsi tamamlandıqdan sonra Sultan Muradın silahdarlığına gətirildi. Ardından 1630-cu ildə vəzir rütbəsiylə Misir bəylərbəyi olsa da, bir il sonra paytaxta çağırıldı və divan vəziri oldu. 1636-1637 və 1639-1644-cü illərdə Budin bəylərbəyi olaraq xidmət etdi. Ardından 1644-cü ilin martında Silistrə sancaqbəyi oldu. 1645-ci ildə kaptan-ı dərya olsa da, elə həmin il Əyriboz yaxınlığındakı dəniz döyüşündə şəhid düşdü. Cənazəsi Üsküdara gətirilərək dəfn edildi. == Mənbə == Sicill-i Osmani IV, səh.
Qoca Mustafa Paşa
Qoca Mustafa Paşa (v. 1512, Bursa) — II Bəyazid və I Səlim dönəmində 6 yanvar 1512 - 23 noyabr 1512 tarixlərində ümumilikdə 10 ay 17 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Həyatının ilk illəri və saraya necə alındığı haqqında məlumat yoxdur. II Mehmed dönəmində Şahzadə Bəyazidin xidmətinə alınmış, Şahzadə Bəyazid taxta çıxdıqdan sonra isə xəzinədarlığa gətirilmişdir. 1487-ci ildə qapıçılar kəndxudası, iki il sonra isə qapıçıbaşı təyin olunmuşdur. Bu vəzifədə ikən Fransadan Romaya göndərilən Cem Sultan üçün ödəniləcək məbləği Papa VIII İnnokentə çatdırmaq üçün vəzifələndirilmişdir. Rodos cəngavərlərinin də köməkliyi ilə 30 noyabr 1490 tarixində İtaliyaya çatan Mustafa ağa II Bəyazidin Papaya və Cem Sultana yazdığı məktubları çatdırdıqdan sonra geri döndü. 1492-ci ildə Ohri sancaqbəyi seçilən Mustafa bəy bu vəzifəsində ikən Sultan Bəyazidin qızlarından Qəmərşah Sultanla nigahlandı. Cem Sultan məsələsi ilə maraqlandı. Hətta kiçik bir donanma ilə İtaliya sahillərinə hücum etdiyi və 80 nəfər əsirlə geri döndüyü bilinir.
Qoca Sənan Paşa
Qoca Sənan Paşa (d. 1520 - ö. 3 aprel 1596) - Sultan III Murad və III Mehmed dönəmlərində 5 dəfə - ümumilikdə 8 il 5 ay müddətinə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. Dörd padşahın dövründə müxtəlif vəzifələrdə xidmət göstərən Sənan Paşa, I Süleyman dönəmində çaşnigarbaşı, Malatya sancaqbəyi, ardından isə Ərzurum və Hələb bəylərbəyi təyin edildi. II Səlim dönəmində isə Misir bəylərbəyi, qübbəaltı vəziri, Yəmən və Tunis Fatehi, III Murad dönəmində isə İran səfəri sərdarı və 1580-ci ildə sədrəzəm təyin olundu. İsrafçılığın, rüşvətin və yolsuzluğun son həddə çatdığı bir dönəmdə uzun müddət sədarətdə qalan Sənan Paşa Osmanlı tarixinin ən qüdrətli sədrəzəmlərindən biridir. Ancaq buna baxmayaraq bəzi tarixçilərə görə, Sənan Paşanın xidmətləri qədər dövlətə ziyan bir çox qərarları da olmuşdur. Belə ki, 1593 tarixində başlayan və 13 il davam edən Avstriya müharibəsini sırf "Vyana Fatehi" təxəllüsünü almaq məqsədilə başlatdığı qəbul edilir. Rəqibləri Lələ Mustafa Paşa və Fərhad Paşa ilə apardığı siyasi mübarizə o dönəmə damğasını vurmuş, xüsusilə də Fərhad Paşa ilə aralarında gedən mübarizə səbəbilə Osmanlı ordusunda yeniçəri və sipahi qüvvələri arasında parçalanmalar baş verdi. Vəfatının ardından şəxsi xəzinəsində 600 min qızıl sikkə, milyonlarca gümüş sikkə, sandıqlarla dolu zinət əşyaları, 600 samur kürk aşkara çıxdı.
Qoca Yusif Paşa
Qoca Yusif Paşa (1730, Gürcüstan – 1800, Ciddə, Məkkə bölgəsi[d]) — I Əbdülhəmid və III Səlimin səltənətində 2 dəfə - ümumlikdə 4 il 6 ay 20 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Böyük oğlu Mir Mahmud Əfəndidən olan nəvəsi Əhməd Muxtar Bəyəfəndi isə Sultan Əbdüləziz və II Əbdülhəmid dönəmlərində şeyxülislam olmuşdur. == Həyatı == Təxminən 1730-cu ildə dünyaya gəlmişdir. 1748-ci ildə liman rəisi kaptan Həsən ağa tərəfindən satın alınaraq yetişdirilmiş gürcü əsilli bir kölədir. Uzun illər xidmət etdikdən sonra azad edilsə də, ölümünədək ağasının yanında qalmışdır. Ardından qış aylarında fərqli işlərdə çalışaraq pul qazanmış, yay aylarında isə gəmi ticarətiylə məşğul olaraq sərvət toplamağa başlamışdır. Bu məqsədlə dəfələrlə Misirə səyahət etmişdir. Gələcəkdə hamisi olan və onun üçün dövlət xidmətinə yol açan gürcü əsilli Qazi Həsən bəylə də bu səyahətlərin birində tanış olmuşdur. Həsən bəyin paşa ünvanı alaraq kaptan-ı dərya olmasının ardından (noyabr 1770) Yusif ağa da onunla birlikdə yüksəlməyə başladı. Öncə paşanın xəzinədarı, daha sonra qapı kəndxudası kimi xidmət etməyə başladı.
Qoca və dəniz
Qoca və dəniz — Ernest Heminqueyin povesti. Qoca və dəniz — Heminqueyin eyniadlı povesti əsasında rejissor Con Störcesin filmi. Qoca və dəniz — Heminqueyin eyniadlı povesti əsasında rejissor Aleksandr Petrovun animasiya filmi.
Qoca Əsgər (1993)
== Məzmun == Film dünya görmüş ağsaqqal Hacı Kərbəlayi Əbdül haqqındadır. == Film haqqında == Film "Maştağa" Xeyriyyə Cəmiyyətinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Şamil Mahmudbəyov Ssenari müəllifi: Eldəniz Quliyev, Zakir Quliyev Operator: Rəfael Salamzadə Səs operatoru: Əsəd Əsədov == Sponsor == "Maştağa" Xeyriyyə Cəmiyyəti == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 325.
Alı Qocayev
Qocayev Alı İbrahim oğlu (27 iyul 1947, Çaylı, Qazax rayonu) — Samux Rayon İcra Hakimiyyətinin Başçısı. == Həyatı == Alı Qocayev 27 iyul 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1965-ci illlərdə Çaylı kənd orta məktəbini, 1974-cü ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakültəsinin axşam şöbəsini bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Bakı Radio Zavodunda elektrik montyoru kimi başlamışdır. 1968–1992-ci illərdə "Bakı Su Kəməri" İdarəsində mühəndis-texniki heyətin tərkibində müxtəlif vəzifələrdə işləmiş, 1992–1997-ci illərdə isə idarə rəisi vəzifəsində fəaliyyətini davam etdirmişdir. 1997–2000-ci illərdə "Abşeron Regional Səhmdar Su" Cəmiyyətinin vitse-prezidenti, 2000–2004-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru, 2004–2005-ci illərdə isə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2005–2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. Üç övladı, yeddi nəvəsi var. Azərbaycan Respublikasının Milli Məclisinin sabiq spikeri Oqtay Əsədov ilə qudadır.
Anar Aslan Oğlu Qocayev
Anar Aslan Oğlu Qocayev (17 dekabr 1976-cı ildə doğulub.) — Azərbaycanlı şəhid. == Həyatı == Qocayev Anar Aslan oğlu 17 dekabr 1976-cı ildə Gəncə şəhərində anadan olmuşdur. O, 27 saylı texniki-peşə məktəbini bitirib tornaçı peşəsinə yiyələnmişdir. == Hərbi xidməti == Anar Qocayev hələ yaşı çatmasa da, gecə-gündüz fikri xəyalı döyüş bölgəsində olmuş,küçədə belə əsgər görəndə evdə olan ərzaqdan həmin əsgərlərə verərmiş.Televizorda Xocalı soyqırımı haqqında verilişə baxdıqdan sonra rahat dayana bilməyən Anar səhərisi gün cəbhəyə gedəcəyinə and içmişdir. Səhərisi gün anası işdən evə qayıdanda Anarın evdə olmadığını görmüş, balıncın altından «Məni bağışla anacan, dözə bilmirəm. Özündən muğayat ol. Hələlik!» sözləri yazılmış bir məktub tapmışdır.Beləliklə, Anar Qocayev hələ 16 yaşı tamam olmamış, 1991-ci ildə cəbhəyə yollanmış, bir neçə döyüş əməliyyatlarında layiqli iştirak etmiş, döyüş bacarığı ilə tez bir zamanda şəxsi heyətin böyük hörmətini qazanmışdır. Qocayev Anar Aslan oğlu 21 sentyabr 1992-ci ildə Laçın rayonunun Sarıbaba yüksəkliyində döyüş əməliyyatını yerinə yetirən zaman itkin düşmuşdur. Kəpəz Rayon Məhkəməsinin 2-3601997 nömrəli qətnaməsinə əsasən Qocayev Anar Aslan oğlu ölmüş elan edilmişdir. == İrsi == == İstinadlar == "GƏNCƏ ŞƏHİDLƏRİ".
Anar Qocayev
Anar Aslan Oğlu Qocayev (17 dekabr 1976-cı ildə doğulub.) — Azərbaycanlı şəhid. == Həyatı == Qocayev Anar Aslan oğlu 17 dekabr 1976-cı ildə Gəncə şəhərində anadan olmuşdur. O, 27 saylı texniki-peşə məktəbini bitirib tornaçı peşəsinə yiyələnmişdir. == Hərbi xidməti == Anar Qocayev hələ yaşı çatmasa da, gecə-gündüz fikri xəyalı döyüş bölgəsində olmuş,küçədə belə əsgər görəndə evdə olan ərzaqdan həmin əsgərlərə verərmiş.Televizorda Xocalı soyqırımı haqqında verilişə baxdıqdan sonra rahat dayana bilməyən Anar səhərisi gün cəbhəyə gedəcəyinə and içmişdir. Səhərisi gün anası işdən evə qayıdanda Anarın evdə olmadığını görmüş, balıncın altından «Məni bağışla anacan, dözə bilmirəm. Özündən muğayat ol. Hələlik!» sözləri yazılmış bir məktub tapmışdır.Beləliklə, Anar Qocayev hələ 16 yaşı tamam olmamış, 1991-ci ildə cəbhəyə yollanmış, bir neçə döyüş əməliyyatlarında layiqli iştirak etmiş, döyüş bacarığı ilə tez bir zamanda şəxsi heyətin böyük hörmətini qazanmışdır. Qocayev Anar Aslan oğlu 21 sentyabr 1992-ci ildə Laçın rayonunun Sarıbaba yüksəkliyində döyüş əməliyyatını yerinə yetirən zaman itkin düşmuşdur. Kəpəz Rayon Məhkəməsinin 2-3601997 nömrəli qətnaməsinə əsasən Qocayev Anar Aslan oğlu ölmüş elan edilmişdir. == İrsi == == İstinadlar == "GƏNCƏ ŞƏHİDLƏRİ".
Asif Qocayev
Asif Yolçu oğlu Qocayev (1 mart 1991, Gəncə – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Asif Qocayev 1991-ci il martın 1-də Gəncə şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Asif Qocayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Asif Qocayev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı özü yaralı ola-ola yaralı yoldaşlarını təxliyə edərkən şəhid olub. Gəncə Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qocayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qocayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qocayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) • (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) • (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) == İstinadlar == 1.2.3.4.5.6.
Aykut Qocaman
Aykut Kocaman (türk. Aykut Kocaman; 4 aprel 1965, Sakarya, Türkiyə) — Türkiyə futbolçusu və futbol baş məşqçisi. Hazırda Türkiyə Super Liqası klublarından Fənərbaxçada baş məşqçilik edir. == Oyun statistikası == Mənbə: "Aykut Kocaman" (türk). Mackolik.com. 2015-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-09.
Azad bəy Qocamanbəyov
Azad bəy Ağasadıq bəy oğlu Qocamanbəyov (1860, Şamaxı – 1920, Şamaxı) — Şamaxı qəzasının rəisi, polkovnik == Həyatı == Azad bəy Ağasadıq bəy oğlu Qocamanbəyov 1860-cı ildə anadan olmuşdur. Atası Şamaxının məşhur mülkədarlarından idi. Onun mal-qarası, qoyun sürüləri, Şamaxıda mağazaları və böyük imarəti və Pirsaat çayının sahilində geniş əkin sahələri olmuşdur. Hərbi məktəbi qurtarandan sonra Azad bəy Peterburq və Moskva şəhərlərində qulluq edir. O, 1905-1907-ci illərdə Rus-Yapon müharibəsində iştirak etmişdir. Müharibədə göstərdiyi igidliklərinə görə bir neçə orden və meddallarla təltif olunmuşdur. Müharibənin sonuna yaxın sağ ayağından yaralanmışdır. Bir müddət Moskvada xəstəxanada müalicə olunmuşdur. Sonra polkovnik rütbəsində Şamaxıya qayıdan Azad bəy bir müddət burada əvvəl məhkəmədə işləyir, sonra isə çinovnik köməkçisi, qarnizon komissarı olaraq çalışır. Azad bəy bir müddət Şamaxı qəza rəisi işləmişdir.
Azər Qocayev
Azər Bəhlul oğlu Qocayev (7 sentyabr 1985, Sumqayıt) — Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı (13.05.2020), Yeni Azərbaycan Partiyasının üzvü. == Həyatı == Azər Qocayev 7 sentyabr 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbi bitirib. 2007-ci ildə Sumqayıt Dövlət Universitetinin Elektroenergetika fakültəsini bitirmişdir. 2007–2008-ci illərdə həqiqi hərbi xidmətdə olub. Əmək fəaliyyətinə 2009-cu ildə "Azərenerji" ASC-nin "Sumqayıt elektrik şəbəkə" ASC-də nəzarətçi kimi başlayıb. 2010–2015-ci illər ərzində "Azərenerji" ASC"-nin "Sumqayıt Regional Elektrik Şəbəkəsi" MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb. 2015–2017-ci illər ərzində "Azərişıq" ASC-nin "Sumqayıt Regional Elektrik Şəbəkəsi" MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb. 2017–2018-ci illər ərzində "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin Enerji təchizatı və enerji təşkil etmə bölməsinin rəis müavini kimi fəaliyyət göstərib. 2018–2019-cu illər ərzində "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin rəis müavini vəzifələrində çalışıb.
Ağa Qocayev
Ağa Ağasi oğlu Qocayev (15 avqust 1960, Gəncə) — Ağa Ağasi oğlu Qocayev 1993-cü il dekabrın 11-də Beyləqan rayonunda gedən ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalmışdır. == Həyatı == Ağa Qocayev 1960-cı il avqustun 15-də Gəncə şəhərində anadan olmuşdur. Ailənin tək övladı olan Ağa 9 saylı orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1978–1980-ci illərdə Novosibirsk vilayətində hərbi xidmətdə olmuşdur. Ağa Qocayev 1980-ci ildə ailə qurmuşdur. Ağanın Vüsalə, İlahə, Əminə adlı üç balası var. == Hərbi xidməti == Büllur zavodunda çalışan Ağa nankor ermənilərə nifrət edir. Ürəyi vətən eşqi ilə dolu idi. Ağa Qocayev 1992-ci il fevralın 12-də Nizami Rayonu Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. 181 saylı hərbi hissədə sürücü idi.
Ağa Qocayev (əsgər)
Ağa Ağasi oğlu Qocayev (15 avqust 1960, Gəncə) — Ağa Ağasi oğlu Qocayev 1993-cü il dekabrın 11-də Beyləqan rayonunda gedən ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalmışdır. == Həyatı == Ağa Qocayev 1960-cı il avqustun 15-də Gəncə şəhərində anadan olmuşdur. Ailənin tək övladı olan Ağa 9 saylı orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1978–1980-ci illərdə Novosibirsk vilayətində hərbi xidmətdə olmuşdur. Ağa Qocayev 1980-ci ildə ailə qurmuşdur. Ağanın Vüsalə, İlahə, Əminə adlı üç balası var. == Hərbi xidməti == Büllur zavodunda çalışan Ağa nankor ermənilərə nifrət edir. Ürəyi vətən eşqi ilə dolu idi. Ağa Qocayev 1992-ci il fevralın 12-də Nizami Rayonu Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. 181 saylı hərbi hissədə sürücü idi.
Bığlı Qoca Dərviş Mehmed Paşa
Qoca Dərviş Mehmed Paşa (ö. 13 yanvar 1655) — IV Mehmed dövründə 1 il 7 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Həyatının ilk illəri haqqında məlumat yoxdur. Mənbələrdə onun haqqında ilk məlumat çərkəz əsill olduğu və sədrəzəm Dabanıyasdı Mehmed Paşanın kəndxudası olaraq İrəvan səfərinə qatıldığıdır. Daha sonra Dəməşq bəylərbəyi və Mosul fədaisi Kiçik Əhməd Paşanın şəhid düşməsi ilə Mosul fədailiyinə, ardından 1637-ci ildə Dəməşq bəylərbəyi seçildi. 1638 tarixli Bağdad səfəri əsnasında Dəməşqdən Diyarbəkir bəylərbəyliyinə gətirildi. Bağdadın fəthindən sonra buranın ikinci bəylərbəyi olaraq 5 may 1639 tarixində vəzifəyə gətirildi. Bu vəzifədə ikən bəzi maliyyə tədbirləri ilə şəxsi xəzinəsini böyütdü. Bağdad bəylərbəyliyindən ayrıldıqdan sonra 1642-ci ildə ikinci dəfə Diyarbəkirə təyin olundu. Ardından müəyyən fasilələrlə iki dəfə Anadolu, iki dəfə Silistrə və qısa müddətliyinə Bosniya bəylərbəyi kimi xidmət göstərmiş, xüsusilə venesiyalıların zəbt etdiyi Çanaqqala boğazının azad edilməsində önəmli rol oynadı (1649).
Bəhram Gur və qoca çoban
Bəhram Gur və qoca çoban — Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında təsvir edilmiş səhnə əsasında Mir Seyid Əli tərəfindən çəkilmiş rəsm əsəridir. == Mövzu == Nizaminin “Yeddi gözəl” poemasında Bəhram şahın vəziri Rast Rövşən xalqa əzab verir. Şərab və əyləncə Bəhramın gözlərini o qədər dumanlandırmışdır ki, vəzirin əməllərini görə bilmir. Nəhayət, bir gün Bəhram köpəyini ağacdan asmış bir qoca çobana rast gəlir. Şah öyrənir ki, köpək xəyanət etdiyi üçün cəzalandırılmışdır: Çobanın ibrətli, müdrik kəlamı Bəhramı ayıldır. O, çobanın sözlərini eşitdikdən sonra: == Təsvir == Burada bütün insan və heyvan fiqurları təbii, həm də miniatür üslubu daxilində real işlənilmişdir. İnsan fiqurlarının duruş və hərəkətləri, heyvanlar və onlara xas olan vərdişlər maraqlı təsvir edilmişdir. Fonda dağ mənzərəsi, qarşıda ağacdan asılmış it, azca aşağıda isə digər personajlar görünür. Bəhram şahla üzbəüz dayanan çoban, sanki süjeti tamaşaçıya nəql edir. Miniatürdə hər şey sadə, təbii və poetikdir.
Etibar Qocayev
Etibar Xasay oğlu Qocayev (20 fevral 1964, Bakı – Ağdaban, Kəlbəcər rayonu, 31 iyul 1992) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qocayev Etibar Xasay oğlu 1964-cü ilin fevralın 20-də Bakıda anadan olmuşdur. 1982-ci ildə fizika-riyaziyyat təmayüllü məktəbini fərqlənmə diplomu ilə bitirmiş və həmin ildə Kiyev Politexnik İnstitutuna daxil olmuşdur. İnstitutu yaxşı davranış və qiymətlərlə bitirərək, Azərbaycana qayıtmışdır. 1992-ci ilin fevral ayının 26-da ermənilə Xocalıda soyqırım etdi. Onların törətdikləri vəhşiliklər, ağlasığmaz qeyri-insani hərəkətlər onu dərindən sarsıtmışdı. Xocalı faciəsindən sonra, Etibar Qocayev 1992-ci ilin mart ayında könüllü olaraq torpaqlarımızın müdafiəsinə yollandı. Onu taqım komandiri təyin etmişdilər. 3 ay vuruşduqdan sonra Etibar fərqləndiyinə görə baş leytenant rütbəsinə layiq görüldü. Onun ilk döyüş yeri Laçın, Zəngilan rayonları ərazisində gedən döyüşlərdən keçdi.
Etibar Qocayev (şəhid)
Etibar Xasay oğlu Qocayev (20 fevral 1964, Bakı – Ağdaban, Kəlbəcər rayonu, 31 iyul 1992) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qocayev Etibar Xasay oğlu 1964-cü ilin fevralın 20-də Bakıda anadan olmuşdur. 1982-ci ildə fizika-riyaziyyat təmayüllü məktəbini fərqlənmə diplomu ilə bitirmiş və həmin ildə Kiyev Politexnik İnstitutuna daxil olmuşdur. İnstitutu yaxşı davranış və qiymətlərlə bitirərək, Azərbaycana qayıtmışdır. 1992-ci ilin fevral ayının 26-da ermənilə Xocalıda soyqırım etdi. Onların törətdikləri vəhşiliklər, ağlasığmaz qeyri-insani hərəkətlər onu dərindən sarsıtmışdı. Xocalı faciəsindən sonra, Etibar Qocayev 1992-ci ilin mart ayında könüllü olaraq torpaqlarımızın müdafiəsinə yollandı. Onu taqım komandiri təyin etmişdilər. 3 ay vuruşduqdan sonra Etibar fərqləndiyinə görə baş leytenant rütbəsinə layiq görüldü. Onun ilk döyüş yeri Laçın, Zəngilan rayonları ərazisində gedən döyüşlərdən keçdi.
Eyvaz Qocayev
Eyvaz Vaqif oğlu Qocayev (1984, Sarallı Xəştab, Zəngilan rayonu) — jurnalist, "sumqayitxeber.com" xəbər portalının təsisçisi və baş redaktoru == Həyatı == 1984-cü ilin aprel ayının 12-də Azərbaycan SSR-in Zəngilan rayonunun Sarallı Xəştab kəndində anadan olmuşdur. 2001-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 2005-ci ildə həmin ali məktəbin bakalavr pilləsini bitirmişdir. == Fəaliyyəti == Çox erkən yaşlarından ictimai həyatda aktiv iştirak etməyə başlayıb. Gənclər təşkilatlarında, media orqanlarında təsisçi və rəhbər vəzifələrdə çalışıb. 2009-cu ildən fəaliyyət göstərən Azərbaycanın ilk regional xəbər portalı olan "Sumqayitxeber.com”un təsisçisi və baş redaktorudur. Son 10 ildə təlimçi, jurnalist və yazar kimi fəaliyyət göstərən Eyvaz Qocayevin yazdığı "Karyera bələdçisi” kitabı Azərbaycanda ən çox oxunan kitablar sırasındadır. Yüzlərlə gəncə həm İKT, həm də karyera planlaşdırılması sahəsində təlimlər keçən Eyvaz Qocayev Sumqayıt şəhərinin sosial-mədəni həyatında xüsusi fəallığı ilə fərqlənib. Şəhərin ictimai həyatında aktiv iştirakına və xidmətlərinə görə dəfələrlə fəxri fərman və mükafatlarla təltif edilib. 2010-cu ildə "İlin gənc jurnalisti” adına layiq görülüb. 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən öz təşəbbüsü ilə namizəd kimi iştirak etmişdir.
Fəxrəddin Qocayev
Qocayev Fəxrəddin Fərman oğlu — şəhid. == Həyatı == Fəxrəddin Qocayev 1973-cü ildə Göyçə mahalının Zod kəndində anadan olmuşdur. Xanlar RHK-ndan Milli Orduya çağırılmışdır. Sıravi əsgər Fəxrəddin Qocayev 10 fevral 1994-cü ildə həlak olmuşdur. Xanlar rayon Şəhidlər xiyabanında dəfn olunmuşdur. == Mənbə == Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov. Başı dumanlı Göyçə. Gəncə-2007. səh. 42 Azərbaycan Respublikası Xatirə Kitabı.
Geriyə baxma, qoca (roman)
Geriyə baxma, qoca — İlyas Əfəndiyevin ilk dəfə 1980-ci ildə nəşr olunmuş avtobioqrafik romanı. == Məzmun == İlyas Əfəndiyevin bu əsəri əslində avtobioqrafik sayıla bilər və müəllif bunu tarixə müraciət edərək göstərir. Çox qısa bir müddətdə dörd hakimiyyətin – çar üsul-idarəsinin, burjua respublikasının (XCQK, ZK, ZDFR), xalq cümhuriyyətinin və bolşevik rejiminin bir-birin əvəz etməsinin xalqın müxtəlif təbəqələrinin həyatında yaratdığı ümid və gözləntilər özünün bədii ifadəsini tapmışdır. == Nəşr və tərcümə == Əsər Latın qrafikalı Azərbaycan əlifbası ilə 2017-ci ildə Bakı Kitab Klubunda 308 səhifədə 50 tirajla çap edilib. == İstinadlar == == Həmçinin bax == Geriyə baxmağa dəyər... (film, 1985) == Xarici keçidlər == Goodreads-də Geriyə baxma, qoca "Geriyə baxma, qoca (roman)" ( (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
Gülnara Qocayeva Məmmədova
Gülnara Qocayeva-Məmmədova (Gülnara Nadir qızı Qocayeva-Məmmədova; 1959, Qızılhacılı, Marneuli rayonu) – Gürcüstan alimi, assosatsion professor (dosent). == Həyatı == Gülnara Qocayeva Məmmədova 1959-cu ildə SSRİ respublikalarından olan Gürcüstan SSR-nin Qızılhacılı kəndində anadan olmuşdur. Qocayeva Məmmədova 1982-ci ildə Tbilisi Dövlət Pedaqoji İnstitutu, Azərbaycan dili və ədəbiyyatı – Gürcü dili və ədəbiyyatı ixtisasını fərqlənmə ilə bitirmişdir. O, 2004-cü ildə Bakı Dövlət Universitetinin Azərbaycan Təhsil Problemləri İnstitutunda, professor Əjdər Ağayevin elmi rəhbərliyi ilə "Gürcüstan Demokratik Respublikasında azərbaycanlıların təhsili (1918–1921-ci illər)" mövzusunda elmlər namizədi olmuşdur. == Karyerası == 1982–2006-cı illərdə Tbilisi Dövlət Pedaqoji Universiteti kitabxanaçı, müəllim və baş müəllim kimi çalışmışdır. 1999–2005-cı illərdə Tbilisi Humanitar Universitetində, 2003–2006-cı illərdə Tbilisi Dövlət Pedaqoji Universitetinin Marneuli filialında, 2006–2009-cu illərdə Türkiyənin Qafqaz Universitetində, 2010–2011-ci illərdə isə Heydər Əliyev Gürcüstan-Azərbaycan Universitetində dosent (assosatsion professor) kimi çalışmışdır. == Önəmli əsərləri == Kitablar2002 Gürcüstan Azərbaycanlılarının Təhsili Tarixi I: Yüz Yaşlı Məktəblər: Tiflis, Qızılhacılı, Telav-Qaracala, Arıxlı, Sadaxlı məktəbləri – Global-Print / TbilisiMəqalələri1995 Tiflisdə Azərbaycan Milli Gimnaziyası. – Azərbaycan Məktəbi, Sayı 1–3 / Bakı 1999 Borçalıda Maarif Qaranquşları (Gürcüstanda Demokratik Respublika Dövründə Azərbaycanlı Müəllimlər Hazırlığı Tədbirləri). – Pedaqoji Tədqiqatlar, Azərbaycan Dövlət Pedaqoji Universiteti Elmi məqalələr məcmuəsi, Sayı 1, s. 105–111 / Bakı 1999 ქართული ენის სწავლება აზერბაიჯანულ სკოლებში (1918-1921 წწ) = Azərbaycan məktəblərində Gürcü Dilinin Tədrisi (1918–1921-ci illərdə).
Günəş Qocayev
Günəş Əfqan oğlu Qocayev (12 noyabr 1996; Xaçmaz rayonu, Azərbaycan — 1 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Günəş Qocayev 1996-cı il noyabrın 12-də Xaçmaz rayonunun Palçıqoba kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Günəş Qocayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Günəş Qocayev noyabrın 1-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Xaçmaz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Günəş Qocayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Günəş Qocayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Digər lüğətlərdə

внуша́ть заму́сливание запах изуве́рный обка́ливание отштукату́ривать презу́мпция бензозапра́вка гигроскопи́чный капитали́зм отстра́иваться су́ржа Горох шавандать Avignon crude doorstop knotweed subdean vorticose выбегать выпятить народнохозяйственный непоседа подпорка